Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 27Okt

    DSC_7096DSC_7055“2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə” Tərtər Rayon İcra Hakimiyyəti başçısının hesabatı olub. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyub və xatirəsini ehtiramla yad ediblər. Sonra tədbir Rayon Gənclər Mərkəzində davam etdirilib. Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məruzəsində bildirib ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Tərtər rayonunda aparılan tikinti-abadlıq və quruculuq işləri 2017-ci ildə də uğurla davam etdirilib. İlin doqquz ayında 97 milyon 568,8 min manatlıq tikinti-quraşdırma işləri aparılıb, 9 milyon 153,2 min manat dəyərində əsas fondlar istifadəyə verilib. DSC_7087DSC_7112Rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, iqtisadiyyatın daha da möhkəmləndirilməsi, infrastrukturun inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, əhalinin sosial-iqtisadi problemlərinin həlli və yaşayış məntəqələrinin abadlaşdırılması sahəsində tədbirlər sürətlə həyata keçirilir.
    Hesabat dövründə Tərtər şəhərinin prospekt və küçələrinə 8,6 kilometr asfalt-beton örtük salınıb. Şıxarx qəsəbəsində, Həsənqaya və Çaylı kəndlərində məskunlaşmış 78 məcburi köçkün ailəsi üçün fərdi yaşayış evlərinin, İncə çayı üzərində qəzalı vəziyyətdə olan körpünün tikintisi və Seydimli kənd tam orta məktəbində əsaslı təmir işləri başa çatdırılaraq istifadəyə verilib. Prezident İlham Əliyevin Sərəncamına əsasən Tərtər şəhərində çoxmənzilli yaşayış binalarının təmirinə başlanılıb. Ekoloji tarazlığın qorunması məqsədilə yol kənarlarına və rayonun yaşayış məntəqələrində 26 mindən çox müxtəlif növ ağaclar və 6 mindən çox gül kolları əkilib. Hazırda Tərtər çayı sahilində 5 hektar ərazidə yeni park salınır. 1176 məcburi köçkün ailəsi üçün yaşayış məhəlləsinin inşası başa çatmaq üzrədir. Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolunun tikintisi davam etdirilir. Tikintisi DSC_7119DSC_7123
    başa çatmış Tarix-diyarşünaslıq muzeyində daxili dizayn və tərtibat işləri görülür. Şəhər 6 saylı tam orta və Qazyan kənd ümumi orta məktəbləri əsaslı təmir olunur, Poladlı əsas və Bayandur ibtidai məktəblərində Təhsil Nazirliyi tərəfindən yeni modul tipli məktəb binaları tikilir. Şıxarx qəsəbəsi ərazisində “Marağa-150” abidəsinin ətrafında abadlıq işləri davam etdirilir. Tərtər-Şıxarx avtomobil yolunun kənarlarında yaşıllıq zolaqları salınır.
    Diqqətə çatdırılıb ki, ilin 9 ayında rayonda ümumi məhsul buraxılışının həcmi 194 milyon 520 min manat olub. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 58,5 faiz çoxdur. Bütün maliyyə mənbələri hesabına əsas kapitala 112 milyon 490,4
    DSC_7130DSC_7128min manat investisiya yönəldilib. 1083-ü daimi olmaqla, 3933 yeni iş yeri açılıb.
    Yığıncaqda qeyd olunub ki, cəbhə bölgəsində yerləşən Tərtər rayonunda aqrar sahənin inkişafı diqqət mərkəzindədir. İlin doqquz ayının kənd təsərrüfatı məhsulunun ümumi həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,8 faiz artaraq, 52 milyon 117,5 min manat təşkil edib. Onun 32 milyon 457,2 min manatı bitkiçilik, 19 milyon 660,3 min manatı heyvandarlıq sahəsinin payına düşür.
    Cari ilin məhsulu üçün rayonda bütün təsərrüfat kateqoriyaları üzrə 26 min 34 hektar sahədə kənd təsərrüfatı bitkiləri əkilib. Onun 9843 hektarı dənli və dənli paxlalı bitkilər, 6316 hektarı texniki bitkilər, 1581 hektarı kartof, tərəvəz və bostan bitkiləri, 8294 hektarı yem bitkiləridir. Texniki bitkilərin əkini əvvəlki ilə nisbətən 2 dəfə artıb. Belə ki, 3123 hektar sahədə pambıq, 1541 hektar sahədə şəkər çuğunduru, 1637,4 hektar sahədə günəbaxan əkilib. 2016-cı ilə nisbətən pambıq əkini 3 dəfə, şəkər çuğunduru əkini 29,8 faiz, günəbaxan əkini 78.4 faiz çoxdur. 34 min 579,6 ton taxıl, 1386 ton dən üçün qarğıdalı, 3830 ton dən üçün günəbaxan, 5459 ton kartof, 13 min 987 ton müxtəlif növ tərəvəz, 120 ton bostan bitkiləri, 83,7 ton darı, 45,1 ton lobya, 17,2 ton noxud, 2,5 ton qarabaşaq, 1624 ton meyvə, həmçinin 4,6 ton barama tədarük edilib. Hazırda pambıq toplanışı davam edir. Tərtərlilər bu günə kimi 4 min 989 tondan çox “ağ qızıl” toplayıblar.
    Qeyd edilib ki, rayonda heyvandarlığın inkişafı, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də işlər uğurla davam etdirilir. Hesabat dövründə Aqrolizinq yolu ilə rayona 265 baş cins mal gətirilib. 894 inək və düyə süni yolla mayalandırılıb, 282 baş sağlam bala alınıb.
    Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət sahələrində həyata keçirilən tədbirlərdən, əhalinin elektrik enerjisi, içməli və təsərrüfat suyu ilə təminatı istiqamətində görülən işlərdən, vətəndaşların müraciətlərinə baxılması və onların qəbulunun təşkilindən ətraflı bəhs edilib, rayonda qazlaşmanın 97 faiz olması xüsusi olaraq vurğulanıbdır.
    Sonra məruzə ətrafında rayon təhsil şöbəsinin müdiri Surxay Mirzəyev, 42 saylı Yol İstismarı MMC-nin direktoru Ramil Bayramov, DSMF-nin rayon şö-bəsinin müdiri Emil Məmmədov, rayon elektirik şəbəkəsinin rəisi Zülfü Salahov çıxış ediblər.
    Məruzə və çıxışlarda uğurlarla yanaşı, problemlər də sadalanıb, onların həlli üçün təkliflər irəli sürülüb.
    Yığıncağın qərar layihəsini RİH icra aparatının baş məsləhətçisi Tünarə Məmmədzadə oxudu. Qərar yekdilliklə qəbul olundu.

    Müəllif: Redaktor, 14:49

    Teqlər:

İsmarıclar bağlıdır.