19Apr
Möhtətəm cənab Prezident!
11 aprel Prezident seçkilərində qazandığınız inamlı qələbəyə görə sizi ürəkdən təbrik edirik.
Əminik ki, Sizin rəhbərliyiniz altında Azərbaycan bundan sonra da uğurla inkişaf edəcək, xalqımız daha yaxşı və firavan yaşayacaq. Ümid edirik ki, həmişə olduğu kimi yenə də Azərbaycan mətbuatına önəm verəcəksiniz və mətbuatın dostu kimi qayğınızı əsirgəməyəcəksiniz.
Sizə işinizdə uğurlar, möhkəm cansağlığı arzulayırıq.
“Yeni Tərtər” qəzetinin kollektivi adından qəzetin baş redaktoru Tofiq Yusif
Daha ətraflı »
Teqlər: Digər
19Apr

Xoruzlu kəndində Tərtər Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul-görüşü olub.
Qəbulda Milli Məclisin deputatı Sahib Alıyev, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Xoruzlu kənd İƏD üzrə nümayəndə Fazil Əbdüləzimov kəndin sosial-iqtisadi inkişafı, əhalinin, məşğuliyyəti, görülən işlər barədə məlumat verib.
Sonra vətəndaşların müraciətləri dinlənilib. Xoruzlu kənd ağsaqqalı Vəli Xasıyev çıxış edərək kənd sakinləri adından 11 aprel Prezident seçkilərində cənab İlham Əliyevin parlaq qələbəsi ilə bağlı ürək sözlərini bildirib. Qeyd olunub ki, kəndin sosial problemləri həll edilib. Daha ətraflı »
Teqlər: Tərtər RİH-də
19Apr
TƏRTƏRLİLƏR YENİDƏN ÖZ LİDERLƏRİNƏ İNAM İFADƏ ETDİLƏR

Tərtər rayonunda prezident seçkiləri əhalinin fəallığı şəraitində keçib. 95 saylı Tərtər Seçki Dairəsindən redaksiyamıza bildiriblər ki, dairə üzrə ümumi seçicilərin sayı 41176 nəfər olub. Bunlardan 3116,3 nəfəri–75,68 faizi seçki məntəqələrinə gələrək seçdikləri namizədə səs verib.
Tərtər rayonu üzrə etibarlı səslər 30862 nəfər, yəni 74,95 faiz təşkil etmişdir. 41 seçki məntəqəsinin 10-da “exitpoll” aparılıb. Rayonda seçkilərin gedişini 390 yerli və 4 beynəlxalq müşahidəçi izləyib.
Seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyev rayonumuzda etibarlı səslərin 84,86 faiz ilə inamlı qələbə qazanıb. Bu qələbə Azərbaycan xalqının qələbəsidir.
“Yeni Tərtər”
19Apr

Bir qrup xarici jurnalist cəbhə xəttində yerləşən kəndlərdə əhalinin yaşayışı, məcburi köçkünlər üçün yaradılan şəraitlə yaxından tanış olmaq üçün Tərtər rayonuna səfər ediblər.
ABŞ-dan və İtaliyadan olan jurnalistlər əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətində olublar.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaqlara rayon haqqında ətraflı məlumat verib.
Xarici jurnalistlər sonra rayonun təmas xəttində yerləşən Qapanlı kəndində aprel hadisələri zamanı ciddi dağıntıya məruz qalmış və Prezidentin Sərəncamı ilə yenidən tikilərək sakinlərin istifadəsinə verilmiş evlərdə olub, vətəndaşlarla görüşüb, məcburi köçkünlər üçün inşa edilən 1176 ailəlik yeni yaşayış kompleksində yaradılan şəraitlə tanış olub, ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibəti ilə Şıxarx qəsəbəsində onların özləri tərəfindən ucaldılmış “Marağa–150” abidəsinin qalıqlarına baxıblar.
“Yeni Tərtər”
19Apr
Cəbhə bölgəsində yerləşən Tərtərdə tikinti, abadlıq və quruculuq işləri davam etdirilir. Tərtər şəhərinin şəhid Nicat İsgəndərov küçəsindən sonra Nəriman Nərimanov və Mehdi Hüseynzadə küçələrində də yenidənqurma işlərinə başlanılıb.
Tərtər Rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri Tofiq Kərimov bildirib ki, hər iki küçədə qaz, elektrik və rabitə xətləri qaydaya salınır. Səki daşları düzülür, istinad divarları bəzək daşları ilə üzlənir. Küçələrə asfalt örtüyü döşənir. Yenidənqurma işləri çərçivəsində küçələrdə dekorativ kollar əkiləcək, yaşıllıqlar salınacaq.
“Yeni Tərtər”
Teqlər: Xəbərlər
19Apr

Rayonumuzda bu il də tibbi müayinə mütəşəkkil qaydada keçirilir. Müayinəyə gələ bilməyən yaşlı, qoca, xəstə insanların tibbi baxışdan keçirilməsi üçün rayon üzrə 9 həkim briqadası ayrılıb.
Aprelin 14-dək 41 min 683 nəfər rayon sakini həkimlərə müraciət etmiş, 137 nəfərdə xəstəlik ilkin olaraq aşkarlanmış, bir nəfər müalicə üçün Bakı şəhərinə göndərilmişdir.
Bundan əlavə, tibbi müayinədən sonra 2871 nəfər ambulator müalicə almış, 53 nəfər isə yerli stasionarda müalicəyə cəlb olunmuşdur.
Rayon ərazisində məskunlaşan qaçqın və məcburi köçkün soydaşlarımız da bu aksiyada diqqətdən kənarda qalmırlar.
Mirzə NƏSİR
Teqlər: Səhiyyə
19Apr
Hər il aprelin 15-i Beynəlxalq Mədəniyyət Günü kimi qeyd olunur. Bu tarix 1935-ci il aprelin 15-də Vaşinqtonda “Bədii, elmi müəssisə və tarixi abidələrin mühafizəsi və qorunması haqqında” imzalanmış müqavilə ilə əlaqədardır. Bu gün beynəlxalq hüquq təcrübəsində Rerix paktı kimi də tanınır. O vaxtdan etibarən dünyanın bir çox ölkəsində 15 aprel Bey-nəlxalq Mədəniyyət Günü kimi qeyd olunur.
2008-ci ilin dekabrında Rusiya, İtaliya, İspaniya, Argentina, Meksika, Kuba, Latviya və Litvanın ictimai təşkilatlarının təşəbbüsü ilə 15 aprelin dünya bayrağı altında Ümumdünya Mədəniyyət Günü kimi təsdiqi üçün beynəlxalq hərəkat yaradılıb.
Ümumdünya Mədəniyyət Gününün qeyd olunmasını ilk dəfə 1931-ci ildə Belçikanın Brügge şəhərində keçirilən konfransda rəssam Nikolay Rerix təklif edib.
19Apr

Bu günlərdə Şuşa Dövlət Musiqili Dram teatrı yazıçıdramaturq Enurə Abdullayevanın “Əsgər papağı”dram-tamaşasını tərtərlilərə nümayiş etdirdi. Tamaşanın əsas mövzusu Qarabağ müharibəsinə həsr olunmuşdur. Əsərin quruluşçu rejissoru Sərdar Gözəlov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Mirvüqar Nəsirovdur. Teatrın baş rejissoru respublikanın əməkdar artisti Loğman Kərimovdur.
Səhnə əsərinə Tərtər Rayonu İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri tamaşa etdilər.
Teqlər: Mədəniyyət
19Apr
UNESKO-nun illərdir qeyd etdiyi bu günün məqsədi kitabları yaradıcı, sənaye, siyasi, milli və beynəlxalq aspektləri ilə gündəmə gətirməkdir. Kitabların qiymətli, estetik duyğulara, məlumatlara və insanlığın xəyal gücü məlumatlarına çatmasının əsas yolu olduğunu bilirik. Kitablar eyni zamanda, yaradıcılığın, informasiya və təhsilin daşıyıcısı kimi hər mədəniyyətin təməl xüsusiyyətlərinin nümayiş olunmasını və onların özünəməxsusluğunu görməyimizi təmin edir.
İspaniyanın Kataloniya bölgəsində illərdir qeyd olunan xüsusi bir gün var: “Hər kitaba bir gül”. Hər 23 apreldə kitab alan hər kəsə kitabın yanında bir də gül hədiyyə edən və küçə əyləncələri təşkil edən kataloniyalılar, ‘kitab günü’ üçün tarix təyin etməyə çalışan UNESKO-ya da fikir irəli sürmüş oldu. 23 aprel, eyni zamanda V. Şekspirin və bir neçə məşhur yazıçının həm doğum, həm ölüm günüdür.
Bütün bu ədəbi istiqa-mətləndirmələr nəticəsində, UNESKO, 23 aprelin Dünya Kitab Günü üçün ideal tarix olduğuna qərar verdi və 1995-ci ildə alınan qərarla bütün dünyaya çatdırıldı və dünyanın 100-ə qədər ölkəsində qeyd olunmağa başlandı.
Teqlər: Mədəniyyət
19Apr
ƏRZAQ TƏHLÜKƏSİZLİYİNİN TƏMİN EDİLMƏSİ AKTUAL MƏSƏLƏDİR
Son illər ölkəmizdə kənd təsərrüfatının inkişafı ilə bağlı atılan uğurlu addımlar bəhrəsini verməkdədir. Həyata keçirilən çoxşaxəli islahatlar ölkəmizin iqtidasi qüdrətini artırmaqla yanaşı, əhalinin rifahının yaxşılaşdırılmasına stimul yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı müvafiq sərəncamlar, qəbul edilmiş dövlət proqramları regionların sosial-iqtisadi inkişafına və əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına rəvac vermişdir.
Ölkə rəhbəri Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qeyd etmişdir ki, keçən il ölkəmizdə ümumdaxili məhsul nəzərəçarpacaq dərəcədə artmış, qeyri-neft sektoru 2,5 faiz, o cümlədən sənaye sahələrində artım 3,6 faiz, kənd təsərrüfatında isə 4,1 faiz təşkil etmişdir.
Azərbaycan iqtisadiyatının neft amilindən asılılığının maksimum dərəcədə azaldılmasında kənd təsərrüfatı məhsulları istehsalçılarının rolu böyükdür. Daha ətraflı »
Teqlər: Kənd təsərrüfatı
Yeni ismarıclar