Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,748
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19Apr
    Sosial TƏRTƏR RAYONUNDA 728 YENİ İŞ YERLƏRİ AÇILIB üçün şərhlər bağlıdır

    2019-cu ilin yanvar-mart aylarında Tərtər rayonunda 728 iş yerləri açılıb ki, onun 278-i daimi iş yerləridi. Daimi iş yerlərinin 4-ü və ya 1,4 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 53-ü və ya 19,1 faizi mövcud müəssisə və təşkilatlarda, 221-i və ya 79,5 faizi fiziki şəxslər tərəfindən yaradılıb. Bundan başqa 2019-cu ilin 3 ayı ərzində 450 digər tədbirlər üzrə (müxtəlif beynəlxaq və yerli layihələr, möv-sümü, abadlıq işləri və s.) iş yerləri açılıb.

    Tərtər Rayon Statistika İdarəsi

  • 19Apr
    Kənd təsərrüfatı Kənd təsərrüfatı üçün şərhlər bağlıdır

    BARAMA İSTEHSALI ARTIR

    Rayonumuzda baramaçılığın inkişafı üçün 2016-cı ildə təsərrüfatlarda 31 min 357 ədəd çəkil tingi əkilib. Ondan 30 min ədədi Çin Xalq Respublikasından gətirilib, 1357 ədədi isə yerli çəkil tingləridir. 2017-ci ildə isə 92 min ədəd çəkil tingi gətirilib və əkilib. Onun 40 min ədədi Çin Xalq Respublikasından gətirilib, 52 min ədədi isə yerli tingdir.
    2018-ci ildə rayonumuza 100 min ədəd çəkil tingi gətirilib və əkilib. Ondan da 33 min ədəd Çin Xalq Respublikasından gətirilən, 67 min ədədi isə yerli çəkil tingləridir. Bütövlükdə 3 il müddətində rayonumuza 223 min 357 ədəd çəkil tingi gətirilib və əkilib. 2017-ci ildə rayonumuza 112 qutu ipəkqurdu toxumu verilib, ondan ümumi çəkidə 4610 kq, 2018-ci ildə 251 qutu ipəkqurdu paylanmış, ondan 10 min 228 kq barama məhsulu istehsal olunub. Bütövlükdə rayonumuzda 2017-2018-ci illərdə ümumi 14 min 838,6 kq barama istehsal olunub.

    Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzi

  • 19Apr
    Digər QƏFİL ÖLÜM üçün şərhlər bağlıdır

    Bir faciə yaşadın. Bu, həyatın son faciəsiydi– ölüm faciəsiydi. Səsində tək bir ananın deyil, bir elin, obanın fəryadı vardı, qanına qəltan olmuş körpə, cavan, qoca… günahsız insan ruhlarının fəryadı inləyirdi, bu Xocalı fəryadıydı. Bunu hər kəs edə bilməzdi. Amma sən bacardın, öhdənə götürdüyün işi sona çatdırdın. Digərlərinin bu məşəqqəti çiyinlərində daşımağa cəsarəti çatmazdı. Amma sən ürək yanğınla, səmimiyyətinlə, nalənlə bacardın. Elə bu fəryadla da yaddaşlara hopdun, xatirələrdə qaldın, Aybəniz xanım! Bəlkə də elə ilk zərbəni onda aldın, sən!
    Sonrakı, həyatdan aldığın zərbə daha ağır, çəkilməz oldu. Bu zərbəyə dözə bilməzdin, bilmədin də. Doğmasının itkisinə tab gətirmək, onun acısını yaşamaq üçün sağlam beyin və ürək lazımıydı. Xocalı faciəsini yaşarkən zədələnmişdi beynin və ürəyin. Görünür, ikinci ağır zərbəyə dözümləri qalmayıbmış. Beyninə qan sızdı, ürəyin dayandı. Bu qəfləti gedişin təkcə övladlarının, doğmalarının deyil, elinin, obanın, Tərtər deyilən yurdun itkisinə çevrildi. Sənin bu faciənə nə qədər insan heyfsləndi, göynədi, ağladı, təlaş keçirdi. Bunlar sənin qazandığın xətrin, hörmətin göstəricisiydi, bu fani dünyada qoyub getdin. Çoxlarına nümunə, örnək idin, bəlkə də bundan heç özünün xəbərin yoxuydu?
    Sənin haqqında bir neçə kəlməni söyləməyi özümə borc bildim. Sanki ruhun qarşısında bununla sevgimi bildirirəm. Səndə əsl Azərbaycan qadınına xas olan cəhətlər varıydı. Ona görə də bir qadın kimi rəğbətim yaranmışdı sənə. Sanki səni illərdi ki, tanıyırdım. Çox təəssüf!!! Daha ətraflı »

  • 19Apr
    Digər Respublika mətbuatının səhifələrində üçün şərhlər bağlıdır

    GEDƏN KARVANI SAXLAMAQ OLMAZ

    Bu günkü Azərbaycan öz uğurlu uçuşları ilə çoxlarını heyrətləndirən polad qanadlı nəhəng bir təyyarəyə bənzəyir. Bu təyyarə çox qısa bir zaman kəsiyində heç də adi rəqəmlərlə ifadə olunmayacaq saysız-hesabsız uğurlara imza atmış qüdrətli bir xalqın böyük iradəsini, gücünü, qüdrətini nümayiş etdirdikdən sonra yenidən daha uğurlu uçuşa start götürmək ərəfəsindədir.
    Möhtərəm prezidentimiz cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində ölkəmizdə xalq təsərrüfatının bütün sahələrində qazanılmış misilsiz nailiyyətlər dünyanın hər yerində böyük əks-səda doğurmuş, mötəbər kürsülərdən inamla səsləndirilmişdir.
    Qazandığımız qələbələr, canıbir, qanıbir qardaşlarımızla yanaşı, yaxın dostlarımızı da fərəhləndirmiş, qəlbən sevindirmişdir.
    Prezidentimizin son 15 ildə Azərbaycana qazandırdığı uğurlar, sosialyönümlü siyasətin durmadan davam etdirilməsi və xalq tərəfindən yüksək qiymətləndirilməsi xalq ilə ölkə rəhbərinin bir-birinə inamını, bir-birinə arxa durmasını əyani şəkildə sübut etmişdir.
    İndi elə bir sahəni təsəvvürə gətirmək mümkün deyil ki, ölkə rəhbərinin diqqətindən kənarda qalsın, hörmətli prezidentimizin isti nəfəsi ilə isinməmiş olsun, İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ərzində ölkədə möhtəşəm dəyişikliklər baş vermiş, regionların sosial-iqtisadi inkişafı haqqındakı dövlət proqramları yerinə yetirilmiş, iqtisadiyyatın artımı, infrastrukturun yeniləşməsi, şəhər və kəndlərin abadlaşdırılması, yeni yolların, körpülərin, əzəmətli binaların tikintisi geniş vüsət almışdır. Daha ətraflı »

  • 19Apr
    Digər DÖRDGÜNLÜK MÜHARİBƏ (APREL DÖYÜŞLƏRİ) üçün şərhlər bağlıdır

    Dördgünlük müharibə —2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş hərbi münaqişə. Dördgünlük müharibə zamanı, Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad edib, Füzuli rayonu istiqamətində yerləşən “Lələ təpə” adlandırılan yüksəkliyə nəzarəti ələ keçiriblər. Döyüşlər nəticəsində, Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi.
    Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 88 hərbi qulluqçusu həlak olub, 1 “Mi-24” helikopteri vurulub və 1 tank mina partlayışı zamanı sıradan çıxıb. Döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, 320 döyüşçüsü öldürülüb və 500-dən artıq döyüşçüsü yaralanıb.
    Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumata görə 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldı. Bunun nəticəsində dinc sakinlərdən 2-si ölüb, 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Daha ətraflı »

  • 19Apr
    Digər MÜBARİZ İBRAHİMOV üçün şərhlər bağlıdır

    Milli Qəhrəman Mübariz İbrahimov 1988-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində dünyaya göz açmışdı. 2005-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdı. Əsgəri xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin xüsusi təyinatlı bölüyündə keçirmişdi. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurmuşdu.
    Mübariz İbrahimov uşaqlıqdan hərbçi olmağı arzulayırdı. Doğulub boya-başa çatdığı kənddə hamı onun bu arzusundan xəbərdar idi. Mübarizin amalı torpaqlarımızın işğaldan azad olunması uğrunda vuruşmaq idi. Ona görə də 2009-cu ilin avqust ayında hərbi xidmətə yollandı və bütün döyüş silahlarının dilini öyrəndi. Bu dəfə artıq gizir kimi Tərtər rayonunun “N” saylı hərbi hissəsində xidmət keçməyə başladı.
    Onda Mübarizin 22 yaşı var idi. Bu yaşda insan böyük arzularla, istəklərlə yaşayır, hər şeyin yaxşı sonluğuna inanır. Mübariz hələ yaşanılası uzun bir yolun yolçusu idi. Ancaq o, başqa yol seçdi. 2010-cu il iyunun 19-da gecə saatlarında gizir Mübariz İbrahimov qoşunların təmas xəttini keçərək ilk həmlədə Ermənistan silahlı qüvvələrinin çoxlu sayda əsgər və zabitini məhv etdi. Sonra isə ermənilərin öz silahları ilə düz 6 saat onlarla təkbətək döyüşdü. Düşmən ağır itki verdi. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak oldu. Daha ətraflı »

  • 19Apr
    Digər Rayon qəzetinin 85 illiyi üçün şərhlər bağlıdır

    QƏZETİMİZDƏKİ FOTOLARIN MÜƏLLİFİ

    Mətbuat ən qədim və maraqlı informasiya vasitəsidir. Hələ televiziyanın, radionun olmadığı zamanlarda insanlar bütün xəbərləri mətbuat vasitəsilə əldə edirdilər.
    “Kolxozçuların varlanması uğrunda”, “Qızıl Bayraq”, “Tərtər”, “Yeni Tərtər” adları ilə nəşr olunan qəzetimiz 1934-cü ildən oxucularımızı maarifləndirməklə məşğuldur.
    Şəkillər insanı keçmişə aparan, həmin anda yaşanan xatirələrini göz önündə canlandıran bir vasitədir. Fotolar hər hansı tarixi anın yadigarıdır. Fotoqrafın zövqü zəngin, dünyabaxışı maraqlı və fərqli olmalıdır.
    “Yeni Tərtər” qəzetinin kollektivinə daxil olmağım qısa bir müddət olsa da mənə doğma olan iş yoldaşlarımdan biri Kənan Hüseynzadənin redaksiyanın işlərində fəal iştirakını nəzərə alaraq ondan yazı hazırlamağı özümə borc bildim.
    Kənan Şəmşir oğlu Hüseynzadə 1978-ci ildə Tərtərdə anadan olub. O, orta təhsilini Tərtər şəhər 5 saylı tam orta məktəbdə və rayonun İsmayılbəyli kənd məktəbində alıb. Daha ətraflı »

  • 19Apr
    Təhsil GƏNC MÜƏLLİM üçün şərhlər bağlıdır

    Cəmiyyətimizin elə bir sahəsi yoxdur ki, orada orta nəsillə birlikdə gənc nəsil də çalışmasın. Gənclər bizim gələcəyimizdir. Onlara arxa-dayaq olmaq, doğru yola istiqamətləndirmək hər birimizin vətəndaşlıq borcudur. Səbuhi Kərimov da ilk əmək fəaliyyətinə məhz “Yeni Tərtər” qəzeti redaksiyasında fotomüxbir vəzifəsi ilə başlayıb. Burada çalışan hər kəsdən, xüsusilə redaktorun təcrübəsindən bəhrələnib. İşləyə-işləyə təhsilini davam etdirib. Pedoqoji təhsil alıb.
    Gənc müəllim Səbuhi Kərimov 2011-ci ildə müəllimlərin işə qəbulu komissiyasından keçdikdən sonra Mamırlı kənd tam orta məktəbində coğrafiya fənnini tədris etməyə başlayıb. Artıq ilk dərs günündən 8 il ötüb. Səbuhi müəllim üzərinə düşən məsuliyyətin ağırlığını, onun mahiyyətini dərindən dərk edir. Müəllimlik müqəddəs peşədir. Müasir dövrümüzdə şagirdlərin maraq dairəsi olduqca genişdir. Dərsin tədrisində elə üsullardan istifadə etmək lazımdır ki, gündən-günə şagird daha maraqlı olsun. Gənc müəllim bu işin öhdəsindən layiqincə gəlir. Yaxınlarda 9-10-11-ci siniflərdə keçirilən fənn olimpiadasının 1-ci turunda Səbuhi Kərimovun dərs dediyi şagirdinin müvəffəqiyyət qazanması buna əyani sübutdur. Bu uğurun nəticəsidir ki, müəllim və şagirdi rayon təhsil şöbəsinin “Fəxri Fərman”ına layiq görülüblər. Daha ətraflı »

  • 19Apr
    Sosial ABAD KƏNDİMİZ üçün şərhlər bağlıdır

    Qapanlı kəndi Tərtər rayonunun düşmənlə təmas xəttində yerləşən yaşayış məntəqəsidir. Ölkənin hər yerində olduğu kimi, burada da sosial-iqtisadi inkişaf öz axarı ilə davam etməkdədir.
    Qapanlı kəndi rayon mərkəzindən 14 km, düşmənlə təmas xəttindən 200 metr məsafədə yerləşir. Əhalisi 753 nəfərdən, 101 evdən, 128 təsərrüfatdan ibarətdir. 433 hektar ərazinin 281,06 hektarı əkin sahəsidir. Son illərdə aparılan islahatlar Qapanlı kəndinin simasını və onun əhalisinin maddi rifah halının yaxşılaşmasına səbəb olub.
    2016-cı ilin məlum Aprel hadisələrindən sonra ölkə Prezidenti İlham Əliyevin birinci xanımı Mehriban Əliyeva ilə birlikdə Tərtərə və Qapanlı kəndinə səfəri sakinlərin ruh yüksəkliyini qat-qat artırdı. Bu gün deyə bilərik ki, Qapanlı kəndi inkişaf etmiş müasir kəndlərdən biridir. Aprel hadisələrindən sonra kənddə bütün evlər təmir olundu. Mübariz Bayramovun evi isə uçduğu üçün yenidən tikildi. Daha ətraflı »

  • 19Apr
    Mədəniyyət “Bala kirpi”nin sərgüzəştləri üçün şərhlər bağlıdır

    TƏNQİDƏ GÜLÜNC MÜNASİBƏT

    “Bala Kirpi” baş redaktorun otağının qapısını qeyzlə açıb, içəri girdi. Salamsız-kəlamsız başladı:
    –A kişi, bir o qədər əziyyət çəkib, rayonun mədəniyyət müəssisələrini gəzmişdim, vəziyyəti fotoaparatımın yaddaşına köçürmüşdüm, bunların hamısını da, qeydlərimi də sizə təqdim etmişdim. Nə oldu axırı?!
    –Gəl əyləş, sakitləş, özünə gəl–baş redaktor səbr göstərdi.
    “Bala Kirpi” əyləşdi.
    Baş redaktor aramla sözə başladı:
    –Biz sənin qeydlərindən və fotoşəkillərindən istifadə edərək, “Yeni Tərtər” qəzetinin 20 fevral 2019-cu il tarixli nömrəsində “Mədəniyyətin mədəniyyətsiz vəziyyəti” adlı bir felyeton dərc elətdirdik və onu tədbir görülməsi üçün Azərbaycanın Mədəniyyət naziri Əbülfəz Qarayevə, Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi İlyas Hacıyevə və həmin idarənin Tərtər rayon Nümayəndəliyinin baş məsləhətçisi Ceyhun İsmayılzadəyə göndərdik.
    –Sonra nə oldu? –“Bala Kirpi” soruşdu.
    –Heç nə. İki aya yaxın vaxt keçir, lakin heç birindən heç bir cavab almamışıq. Daha ətraflı »