20May

Qarabağın mirvarisi, Azərbaycanın incisi Şuşa şəhərinin işğalından 28 il ötür. Azərbaycanın dilbər guşələrindən sayılan Şuşa 1992-ci il mayın 8-də Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində Şuşa şəhəri və rayonun 30 kəndi vandalizmə uğrayıb, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb, 24 mindən cox əhali etnik təmizləməyə məruz qalıb.
İşğalçılıq siyasəti nəticəsində Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafindakı yeddi rayonu işğal edilib. İşğal edilmiş ərazi-lərdə bir milyondan cox azərbaycanlı etnik təmizləməyə məruz qalıb. Azərbaycanın alınmaz qalası, özü boyda mədəniyyət məbədi olan Şuşa Daha ətraflı »
20May

Vətənimizin dilbər guşələrindən biri də hazırda erməni tapdağında inləyən Laçın rayonudur. Laçın rayonunun işğalından artıq 28 il ötür. Bu illər ərzində Laçınlılar öz dədə-baba yurdlarının, əsir qalmış dağlarının, dərələrinin, sərin bulaqlarının, yamyaşıl meşələrinin, gül-çiçək qoxuyan ormanlarının həsrəti ilə yaşayırlar, bu həsrətlə yuxuya gedib, bu həsrətlə oyanırlar. Kimisi qürbətdə ömürlərini sona yetirib, kimisi hələ də bu həsrətlə yaşamağa məhkumdur.
Bu insanlardan biri də gəncliyinin qaynar illərini Laçında yaşamış Qasımov Səməd Namət oğludur.
Səməd müəllim Bakı Dövlət Universitetini bitirib doğma kəndi – Qorçu kənd orta məktəbində fəaliyyətə başlayanda el-obadan ayrı düşəcəyini heç ağlına da gətirmirdi. Düşünürdü ki, orta təhsil aldığı məktəbdə müəllim kimi uzun illər fəaliyyət göstərəcəkdir. Öz kəndlərinin uşaqlarına coğrafiya fənnini tədris edirdi. Amma cəmi 7 ilini bu məktəbdə, qalan illərini isə qaçqınlıq həyatı yaşadığı, Evoğlu kəndindəki Qorçu kənd məktəbində işləyib. Daha ətraflı »
20May
RESPUBLİKA GÜNÜ
1918-ci il mayın 28 də müsəlman şərqində ilk parlamenti respublika , ilk demokratik, hüquqi və dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı, banisi isə siyasətçi və publisist Məmməd Əmin Rəsulzadə idi. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı, varlığına bolşeviklər tərəfindən son qoyuldu.
Amma bununla belə xalqın istiqlal arzusu ölmədi. 1991-ci ildə Sovet İmperiyası dağıldıqdan sonra yeni tarixi prosesdə müstəqilliyimiz bərpa olundu. Hazırda müstəqil Azərbaycan demokratik bir dövlət olaraq sürətlə inkişaf edir.
1990-cı ildən 28 may tarixi ölkəmizdə Respublika günü kimi qeyd olunur.
20May
Beynəlxalq Ailə Gününün təsis edilməsində əsas məqsəd dünya ictimaiyyətinin diqqətini müasir ailə ilə bağlı problemlərə cəlb etməkdir. Bununla beynəlxalq səviyyədə ailələr, onların rifahı, ailənin risk altına düşməsinin qarşısının alınması, həyat şəraitinin yaxşılaşdırılması kimi məsələləri gündəliyə gətirmək nəzərdə tutulub. Bu aksiya planetimizdə yaşayan bütün insanların diqqətini bir daha ailə problemlərinin həllinə yönəltməyə xidmət edir. Ulu öndər Heydər Əliyev milli mənəvi dəyərlərin qorunmasının vacibliyini vurğulayaraq deyib: “Azərbaycan xalqının milli ənənələrindən biri də Daha ətraflı »
20May
Hər il mayın 18-ni dünya mədəni ictimaiyyəti Beynəlxalq Muzey Günü kimi qeyd edir. Bu gün 1977-ci ildə Beynəlxalq Muzeylər Şurasının 11-ci konfransında Sovet nümayəndə heyətinin təklifi ilə təsis olunmuşdur. 1978-ci ildən etibarən bu bayram hər il 150-dən çox ölkədə qeyd olunur. “Muzey” yunan sözü olub, “muzalar məbədi” deməkdir. Muzalar qədim yunan mifologiyasında incəsənət və elm ilahələri hesab olunurdular. Sonralar maddi və mənəvi mədəniyyət abidələrini komplektləşdirən, saxlayan, nümayiş etdirən, tədqiq və təbliğ edən elmi müəssisələr bu adla adlandırılmışdır. Daha ətraflı »
20May
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 may 2001-ci il tarixli 485 saylı Fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Əsasnaməsi Respublika Prezidentinin 18 sentyabr 2001-ci il tarixli 583 saylı Fərmanı ilə təsdiq edilmişdir.
Nazirlik–Azərbaycan Respublikası ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü təbii sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
20May
(Novella)
Qapı döyüldü. İçəridən “buyurun”–deyən olmadı. Zəng çalındı, katibənin zəngi idi. Nazlı-qəmzəli səs eşidildi:
–Əlövsət müəllim, yanınıza bir nəfər gəlmək istəyir.
–Kimdir? Nədən ötrü?
–Deyir ki, şəxsi sözüm var.
–Ay qız, onu başa sal ki, getsin, qəbul günü gəlsin.
–Əlövsət müəllim, demişəm, amma inad eləyir, deyir ki, mütləq görüşməliyəm. Daha ətraflı »
Yeni ismarıclar