Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,748
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19May
    Digər 2020-ci il “Könüllülər İli”dir üçün şərhlər bağlıdır

    Könüllülük gəncliyin sabaha açılan pəncərəsidir


    Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 2020-ci ili “Könüllülər İli” elan etmişdir. Həmin sərəncamda göstərildiyi kimi Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini daim yaşatmışdır.

    Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir.

    Bu fəaliyyətin təşviqi məqsədilə dövlətimiz tərəfindən zəruri addımlar atılmış, normativ hüquqi baza təkmilləşdirilmiş, dövlət dəstəyi mexanizmləri formalaşdırılmışdır. Könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilmiş, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə etmiş, gənclərimizin həyat tərzinə çevrilmişdir. ASAN, “Regional İnkişaf” İctimai Birliyi, “Bir” Tələbə könüllülüləri və digər könüllü hərəkatları yaranmış, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında on minlərlə gənci birləşdirən könüllü qrupları formalaşmışdır.

    Könüllülərimiz öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs vermiş, irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynamışlar.

    Ötən il 5 dekabr Beynəlxalq Könüllü Günü ərəfəsində Azərbaycanda ilk dəfə keçirilmiş və bütün könüllüləri əhatə etmiş Könüllülük Həftəsi ölkəmizdə könüllülüyün yeni mərhələyə qədəm qoyduğunu və böyük potensiala malik olduğunu nümayiş etdirmişdir.

    Könüllülük fəaliyyəti sahəsində Azərbaycan Könüllülərinin əlaqələndirmə Mərkəzinin xüsusi yeri vardır.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq, Azarbaycanda fəaliyyət göstərən könüllü təşkilatları və hərəkatları tərəfindən yaradılmış Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) öz fəaliyyətini ardıcıl davam etdirir.

    Yeni növ koronovirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə 27 mart 2020-ci il tarixində formalaşan Mərkəzin işinin əlaqələndirilməsi AR Gənclər Fondu tərəfindən həyata keçirilir.

    AKƏM-in çətiri altında keçirilən aksiyalar çərçivəsində könüllülər tənha yaşlılara, aztəminatlı ailələrə baş çəkir, onların zəruri ehtiyaclarının qarşılanmasına köməklik göstərir, həmçinin koronavirus infeksiyası ilə əlaqədar olaraq qan qıtlığının təcili qana ehtiyacı olan şəxslərin həyatı üçün yaratdığı təhlükənin aradan qaldırılmasına fəal töhfə verirlər.

    “Böyüklərimizi qoruyaq!” devizi altında paytaxt və regionlarda könüllülər minlərlə tənha ahılların, aztəminatlı ailələrin, şəhid ailələrinin, fiziki məhdudiyyəti olan şəxslərin evlərinə baş çəkmiş, onlara müxtəlif ərzaq və gündəlik tələbat məhsullarından ibarət bağlamaların çatdırılmasında köməklik göstərmişlər. Ümumilikdə, ölkəmizin 28 şəhər və rayonunda minə yaxın könüllü fəaliyyətə cəlb olunaraq həssas kateqoriyadan olan 6254 ailəyə dəstək göstərilməsində iştirak etmişdir.

    Könüllülər vətəndaşların öz vəsaiti hesabına gündəlik ərzaq məhsullarının, dərman vasitələrinin alınmasına və kommunal ödənişlərin keçirilməsinə köməklik göstərirlər.

    AKƏM çərçivəsində digər bir layihə ölkədə qan qıtlığı səbəbindən talasimiya və hemofiliya xəstəliyindən əziyyət çəkən, təcili əməliyyata və bununla əlaqədar qana ehtiyacı olan şəxslərin həyatı üçün yaranan təhlükənin aradan qaldırılmasında könüllülərin iştirakı ilə bağlı olmuşdur. 8 aprel tarixindən Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi Milli Hematologiya və Transfuziologiya Mərkəzi – Qan Bankı ilə birlikdə “Könüllü Donor” aksiyasına start verilmişdir. Bu nəcib aksiya çərçivəsində könüllülər Qan Bankının paytaxtda və regionlarda yerləşən bölmələrində qan vermə aksiyasında fəal iştirak etmişlər.

    Könüllülüyün həqiqətəndə könül işi olduğunu sübut edən gənclərin fəaliyyəti bununla yekunlaşmır. Onlar əhali arasında
    pandemiya ilə bağlı maarifləndirmə işlərinin aparılması, küçədə maskasız gəzən şəxslərə tibbi maskaların paylanılması, həmçinin günümüzün görünməyən qəhrəmanları olan polis və tibb işçilərinə könüllülər adından təşəkkür mesajlarının çatdırılmasında da böyük həvəslə iştirak edirlər.

    Könüllülük fəaliyyətinə Tərtər rayonunda da mühüm əhəmiyyət verilir və bu iş daim rayon rəhbərliyinin diqqət mərkəzində saxlanılır.

    Rayon İcra Hakimiyyətində 15 nəfər Ali təhsilli gənc Könüllülük fəaliyyətinə cəlbolunmuşlar. Bunlardan 5 nəfəri İcra
    Hakimiyyətində Dövlət Qulluğuna işlə təmin olunub. Bu gənclərin hamısına Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən xüsusi sertifikat verilib. 1nəfər gənc könüllü isə Tərtər Gənclərin İnkişaf  və Karyera Mərkəzinin Rəhbəri təyin olunub. Həmin mərkəz hal-hazırda rayonun 30 nəfər gənc aktiv könüllüsü ilə öz fəaliyyətini davam etdirir.

    Bunlarla yanaşı, rayonun ayrı-ayrı idarə, müəssisə və təşkilatlarında da gənc könüllülər fəaliyyət göstərirlər. O cümlədən Dövlət Aqrar İnkişaf Mərkəzində, Rayon Mərkəzi Xəstəxanasında, Gənclər və İdman İdarəsində, YAP Tərtər Rayon Təşkilatında, Regional İnkişaf İctimai Birliyinin yuxarı Qarabağ nümayəndəliyində, Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər rayon Mədəniyyət Mərkəzində könüllülər müxtəlif işlərə cəlb olunmuşlar.

    Könüllülər rayonun ictimai-siyasi həyatında, sənaye və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərməklə ümumi işə öz layiqli töhfələrini verirlər.

                                                                                                                                                                 Günel SARIZADƏ

                                                                                                                                   “Yeni Tərtər” qəzetinin əməkdaşı

     

  • 11May
    Digər ZİRVƏ GÖRÜŞÜ ZAMANIN TƏLƏBİ İDİ üçün şərhlər bağlıdır

    “COVİD-19” pandemiyasının yayıldığı ilk gündən ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyətli addımı digər dünya ölkələrinə də nümunə oldu.

    Məlumdur ki, dünyanı bürüyən qorxunc koronavirus pandemiyası Azərbaycanda da müəyyən çətinliklər yaradır. Lakin bilirik ki, dövlətimizin başında müdrik bir insan dayanıb. Onun uzaqgörən siyasəti nəticəsində hər bir çətinlikdən üzüağ çıxan Azərbaycan xalqı bu qorxunc pandemiyadan da cəsarətlə çıxacaqdır. Hər bir Azərbaycan vətəndaşı kimi biz Tərtərlilər də fəxr edirik ki, ölkə başçımız daim Azərbaycan xalqının yanında olub, hər bir vətəndaşının bu gününü və gələcəyini düşünür. Məhz Azərbaycan xalqının xoşbəxtliyi də elə ondadır.

    Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun videokonfrans vasitəsilə Zirvə görüşü keçirildi. Bu Zirvə görüşü zamanın tələbi idi.

    Təəsüflər olsun ki, qlobal əməkdaşlığa güclü ehtiyac duyulduğu bir şəraitdə dövlətlər, eləcə də bir sıra beynəlxalq və regional institutlar çaşqınlıq içərisində qalaraq beynəlxalq həmrəyliyi nümayiş etdirə bilmədilər. Hazırda qlobal liderliyə ehtiyac duyulduğu bir şəraitdə Prezident İlham Əliyev təşəbbüs irəli sürdü və  “özünəqapanma sindromu”nun heç kəsə xeyir gətirməyəcəyini nümayiş etdirərək dünyanın dörd bir yanından müxtəlif siyasi və ideoloji quruluşlara malik ölkələri bir araya gətirməyə nail oldu. Bu gün biz əyani şəkildə Qoşulmama Hərəkatının fikir mübadiləsi, qlobal həmrəylik və əməkdaşlıq üçün səmərəli platformaya çevrildiyinin şahidi olduq.

    40-a yaxın ölkənin prezidentlərinin, baş nazirlərinin və xarici işlər nazirlərinin iştirak etdiyi bu tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsünə verilən dəstək bir daha təsdiq etdi ki, ölkəmizə və prezidentimizə böyük inam və etimad göstərilir. Qoşulmama hərəkatının sədri olan Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanın və multilateralizmi təşviq etməsi dünya birliyi tərəfindən layiqincə qiymətləndirilir. Bütün bunlar Azərbaycan Prezidentinin şəxsi nüfuzunun və uğurlu siyasətinin nəticəsidir.

    Pandemiyanın dünyanı bürüdüyü təhlükəli anda ölkə prezidenti İlham Əliyev sayəsində qalib gəlməyin mümkünlüyünü dünyaya nümayiş etdirdi.

    Möhtərəm Prezident İlham Əliyevin gördüyü qabaqlayıcı tədbirlər sayəsində bu gün koronavirusa qarşı ən effektiv mübarizə aparan ölkələrdən biri hesab olunan Azərbaycan beynəlxalq səviyyədə təqdir olunur. Pandemiya ilə mübarizə çərçivəsində atılan bütün qətiyyətli və humanist addımlar xalqımızı bu bəladan minimum zərərlə xilas olacağına böyük əminlik yaradır.

                                                                                                                                                                          Elfuzə VƏLİYEVA

                                                                                                                                               “Yeni Tərtər” qəzetinin müxbiri

  • 11May
    Digər PREZİDENTİN QƏTİYYƏTLİ MÖVQEYİNİ ALQIŞLAYIRIQ üçün şərhlər bağlıdır

    Son zamanlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ciddi tapşırıqları və prinsipial mövqeyi nəticəsində ölkədə mənfi təzahürlərə qarşı aparılan mübarizə tədbirləri xalqımız tərəfindən razılıqla qarşılanır.

    Cənab Prezident tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan şəxslərin dövlət tərəfindən ciddi cəzalandırılması davam edir. Dövlət Təhlükəsizliyi Xidmətinin ayıq-sayıqlığı nəticəsində aşkarlanmış korrupsiya halları, rüşvətxorluq, dövlət əmlakının talama səbəblərindən həbs olunmuş Ağstafa, Yevlax, Neftçala, Biləsuvar Rayon İcra Hakimiyyətlərinin keçmiş başçılarının düşdüyü vəziyyətdən nəticə çıxarmayan növbəti şəxs İmişli Rayon İcra Hakimiyyətinin başçısıdır. Bu hallar dövlətçiliyə və xalqa xəyanət kimi qiymətləndirilir.

    Bu məmurlar ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasətinə qarşı mənəviyyata sığmayan hərəkətlər etmişdirlər.

    Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən dəfələrlə ictimaiyyət qarşısında vəzifəli şəxslərə, xüsusilə icra başçılarına müvafiq tapşırıqların verilməsinə baxmayaraq bu halların baş verməsi dövlətin mənafeyinə ciddi zərbə vurur.

    Görülən bu tədbirlər, aparılan ictimai-siyasi, iqtisadi, hüquqi və kadr islahatların ölkəmizin yeni inkişaf mərhələsinə keçidini şərtləndirir.

    Prezidentin təkcə koronavirusun yayılmasının qarşısının alınması deyil, həm də iqtisadiyyatın inkişafı və xalqın sosial ehtiyacının təmin olunması istiqamətində apardığı məqsədyönlü siyasət hər bir Azərbaycan vətəndaşının maddi rifahının yüksəldilməsinə xidmət edir. Bütün bu işlərin uğurla həyata keçirilməsində dövlət qurumlarının , xalqa xidmət göstərən məmurların üzərinə böyük məsuliyyət düşür. Ölkə Prezidenti cənab İlham Əliyev dəfələrlə ictimaiyyət qarşısındakı çıxışlarında vəzifəli şəxslərə, xüsusilə rayon rəhbərlərinə cox ciddi tapşırıqlar və tövsiyələr vermişdir. Həmin tövsiyə və tapşırıqlarda korrupsiya və rüşvətxorluğun, dövlət əmlakını talama səbəblərinin qarşısının alınması önə çəkilirdi.

    Son günlərdə bəzi rayon rəhbərlərinin dövlətçiliyə və xalqa xəyanət etmələri bir vətəndaş kimi məni də düşündürür.  Ölkə Prezidenti İlham Əliyevin bütün sahələrdəki uğurlu və qətiyyətli addımı hər birimiz üçün nümunə və örnəkdir. Onun xoş günlərdə də, çətin günlərdə də, xalqın yanında olması, sadə insanlara arxa durması bir daha sübut edir ki, yaranmış bütün çətinlikləri birlikdə aradan qaldırmağa nail ola biləcəyik.

    Xalqın mənafeyini düşünərək atdığı qətiyyətli addımlara görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevi dəstəkləyir və onu alqışlayırıq!

                                                                                                                                                                      Elfuzə VƏLİYEVA 

                                                                                                                                              “Yeni Tərtər” qəzetinin müxb

  • 09May
    Digər HEYDƏR ƏLİYEV–97 üçün şərhlər bağlıdır

    Azərbaycanın dövlət müstəqilliyi bizim üçün ən əziz, ən qiymətli nailiyyətdir və bu nailiyyəti – dövlət müstəqilliyimizi biz daim qo-ruyub saxlayacağıq. Bu gün müstəqil Azərbaycan qüdrətli, özünü qorumağa qadir olan dövlətdir.
    Müstəqil Azərbaycan dövləti möhkəmlənəcək, inki-şaf edəcək və müstəqilliyini heç zaman əldən verməyəcəkdir
                                                                                                                                                                                                                                                                               Heydər ƏLİYEV

  • 09May
    Digər ƏVƏZOLUNMAZ TARİXİ ŞƏXSİYYƏT üçün şərhlər bağlıdır

     

    Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində dəmiryolçu ailəsində dünyaya gəlib. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib.
    Heydər Əliyev 1941-1944-cü illərdə Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində müxtəlif məsul vəzifələrdə xidmət edib, 1944-cü ilin mayında isə Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən dövlət təhlükəsizliyi orqanlarına işə göndərilib. O, Leninqrad (indiki Sankt-Peterburq) və Moskva şəhərlərində xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universiteti-nin tarix fakültəsini bitirib. Dövlət təhlükəsizliyi orqanlarında iyirmi beş il (1944-1969) çalışan Heydər Əliyev 1964-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsinə irəli çəkilib. Heydər Əliyevə 1967-ci ildə SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən general mayor rütbəsi verilib. Daha ətraflı »

  • 09May
    Səhiyyə PANDEMİYA İLƏ BAĞLI MÜSBƏT DİNAMİKA üçün şərhlər bağlıdır

     

    Pandemiya ilə bağlı müsbət dinamika insanları arxayınlaşdırmamalıdır
    Bütün dünyanı cənginə alan COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində Azərbaycanda həyata keçirilən məqsədyönlü tədbirlər öz müsbət nəticəsini verməkdədir. Dövlətimizin gördüyü uğurlu tədbirlər nəticəsində son günlər ölkəmizdə bu xəstəliklə bağlı müsbət dinamika müşahidə olunur. Lakin bu, bizi arxayınlaşdırmamalı, insanlar profilaktik tədbirlərə, sanitar normalara uygun davranmalıdır.
    Xüsusi karantin rejiminin yumşaldılması əhalidə təhlükənin sovuşması ilə bağlı arxayınçılıq yaratmamalıdır. Bilmək lazımdır ki, koronavirus xəstəliyi uzunmüddətli prosesdir və hələ də bütün dünya bu bəladan əziyyət çəkir. Odur ki, mövcud qaydalara riayət olunması və zəruri profilaktik tədbirlərin davam etdirilməsi vacibdir.
    Xalqımız bundan sonra da pandemiya ilə mübarizədə birlik və əzm nümayiş etdirməlidir. Xəstəliyin yenidən geniş yayılmaması üçün şəxsi gigiyena, özünütəcrid qaydalarına ciddi əməl olunmalı, kütləvi toplantılara yol verilməməlidir. Yalnız bu qaydalara əməl etməklə koronavirus pandemiyasına qalib gələ bilərik.

  • 09May
    Tərtər RİH-də VİDEOKONFRANS üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov inzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə rayonda koronavirus pandemiyasına qarşı görülən işlər, xüsusi karantin rejimində məhdudiyyətlərin bir qisminin yumşaldılması barədə Operativ Qərargahın qərarından irəli gələn məsələlər, yerlərdə vəzifə borclarının icrası və kənd təsərrüfatı işlərinin gedişi ilə bağlı videobağlantı vasitəsilə növbəti müşavirə keçirib. Daha ətraflı »

  • 09May
    Xəbərlər ƏRZAQ YARDIMI AKSİYASI üçün şərhlər bağlıdır

    Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tapşırıqlarına əsasən, Tərtər şəhərində, həmçinin rayonun qəsəbə və kəndlərində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir, tənha, ahıl sakinlərə, aztəminatlı ailələrə yardımlar göstərilir.
    Tərtər Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının, Heydər Əliyev Fondunun, Milli Məclisin deputatları Sahib Alıyev və Ağalar Vəliyevin, Qızıl Aypara Cəmiyyətinin Tərtər Rayon Bölməsinin, ayrı-ayrı sahibkarların və iş Daha ətraflı »

  • 09May
    Digər FAŞİZM ÜZƏRİNDƏ QƏLƏBƏ GÜNÜ üçün şərhlər bağlıdır

    Alman faşizmi üzərində qələbədən (9 may 1945-ci il) 75 il ötür.
    Müharibə nəticəsində 60 milyona yaxın insan həlak olub.
    Azərbaycanlılar bu müharibədə istər ön, istər arxa cəbhədə böyük fədakarlıqlar göstəriblər. Qələbənin təmin olunmasında Bakı neftinin mühüm rolu olub. Müharibəyə yollanan 650 min Azərbaycan vətəndaşı-nın 420 mini geri qayıtmayıb. Göstərdikləri misilsiz şücaətin müqabilində 43 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq gö-rülüb, 30 nəfər isə “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quli-yev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və başqaları öz şücaətləri ilə xalqımızın tarixinə qızıl hərflərlə yazılıb. Daha ətraflı »

  • 09May
    Xəbərlər DEZİNFEKSİYA TƏDBİRLƏRİ üçün şərhlər bağlıdır

    Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq koronavirus (COVİD – 19)
    infeksiyasının Tərtər rayonunun ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə sanitar-dezinfeksiya işləri davam etdirilir. İnfeksiyanın qarşısının alınması məqsədilə həyata keçirilən dezinfeksiya işləri müəyyən edilmiş cədvələ əsasən aparılır.
    Tərtər şəhərinin bütün küçələri, çoxmənzilli və fərdi yaşayış binalarının ətrafı, giriş və çıxışları hər gün dezinfeksiya olunur,antiepidemiya tədbirləri görülür. Daha ətraflı »