Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,748
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20May
    Digər LAÇINLILARIN LAÇIN DƏRDİ üçün şərhlər bağlıdır

    Vətənimizin dilbər guşələrindən biri də hazırda erməni tapdağında inləyən Laçın rayonudur. Laçın rayonunun işğalından artıq 28 il ötür. Bu illər ərzində Laçınlılar öz dədə-baba yurdlarının, əsir qalmış dağlarının, dərələrinin, sərin bulaqlarının, yamyaşıl meşələrinin, gül-çiçək qoxuyan ormanlarının həsrəti ilə yaşayırlar, bu həsrətlə yuxuya gedib, bu həsrətlə oyanırlar. Kimisi qürbətdə ömürlərini sona yetirib, kimisi hələ də bu həsrətlə yaşamağa məhkumdur.
    Bu insanlardan biri də gəncliyinin qaynar illərini Laçında yaşamış Qasımov Səməd Namət oğludur.
    Səməd müəllim Bakı Dövlət Universitetini bitirib doğma kəndi – Qorçu kənd orta məktəbində fəaliyyətə başlayanda el-obadan ayrı düşəcəyini heç ağlına da gətirmirdi. Düşünürdü ki, orta təhsil aldığı məktəbdə müəllim kimi uzun illər fəaliyyət göstərəcəkdir. Öz kəndlərinin uşaqlarına coğrafiya fənnini tədris edirdi. Amma cəmi 7 ilini bu məktəbdə, qalan illərini isə qaçqınlıq həyatı yaşadığı, Evoğlu kəndindəki Qorçu kənd məktəbində işləyib. Daha ətraflı »

  • 20May
    Digər TARİXİ GÜNLƏR üçün şərhlər bağlıdır

                                                                                                 RESPUBLİKA GÜNÜ

    1918-ci il mayın 28 də müsəlman şərqində ilk parlamenti respublika , ilk demokratik, hüquqi və dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı, banisi isə siyasətçi və publisist Məmməd Əmin Rəsulzadə idi. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı, varlığına bolşeviklər tərəfindən son qoyuldu.
    Amma bununla belə xalqın istiqlal arzusu ölmədi. 1991-ci ildə Sovet İmperiyası dağıldıqdan sonra yeni tarixi prosesdə müstəqilliyimiz bərpa olundu. Hazırda müstəqil Azərbaycan demokratik bir dövlət olaraq sürətlə inkişaf edir.
    1990-cı ildən 28 may tarixi ölkəmizdə Respublika günü kimi qeyd olunur.

  • 20May
    Digər BEYNƏLXALQ AİLƏ GÜNÜ üçün şərhlər bağlıdır

    Beynəlxalq Ailə Gününün təsis edilməsində əsas məqsəd dünya ictimaiyyətinin diqqətini müasir ailə ilə bağlı problemlərə cəlb etməkdir. Bununla beynəlxalq səviyyədə ailələr, onların rifahı, ailənin risk altına düşməsinin qarşısının alınması, həyat şəraitinin yaxşılaşdırılması kimi məsələləri gündəliyə gətirmək nəzərdə tutulub. Bu aksiya planetimizdə yaşayan bütün insanların diqqətini bir daha ailə problemlərinin həllinə yönəltməyə xidmət edir. Ulu öndər Heydər Əliyev milli mənəvi dəyərlərin qorunmasının vacibliyini vurğulayaraq deyib: “Azərbaycan xalqının milli ənənələrindən biri də Daha ətraflı »

  • 20May
    Digər BEYNƏLXALQ MUZEYLƏR GÜNÜ üçün şərhlər bağlıdır

    Hər il mayın 18-ni dünya mədəni ictimaiyyəti Beynəlxalq Muzey Günü kimi qeyd edir. Bu gün 1977-ci ildə Beynəlxalq Muzeylər Şurasının 11-ci konfransında Sovet nümayəndə heyətinin təklifi ilə təsis olunmuşdur. 1978-ci ildən etibarən bu bayram hər il 150-dən çox ölkədə qeyd olunur. “Muzey” yunan sözü olub, “muzalar məbədi” deməkdir. Muzalar qədim yunan mifologiyasında incəsənət və elm ilahələri hesab olunurdular. Sonralar maddi və mənəvi mədəniyyət abidələrini komplektləşdirən, saxlayan, nümayiş etdirən, tədqiq və təbliğ edən elmi müəssisələr bu adla adlandırılmışdır. Daha ətraflı »

  • 20May
    Digər EKOLOGİYA GÜNÜ üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 may 2001-ci il tarixli 485 saylı Fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Əsasnaməsi Respublika Prezidentinin 18 sentyabr 2001-ci il tarixli 583 saylı Fərmanı ilə təsdiq edilmişdir.
    Nazirlik–Azərbaycan Respublikası ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü təbii sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

  • 20May
    Ədəbiyyat BİR ÇAMADAN DOLLAR üçün şərhlər bağlıdır

                                                                                                  (Novella)

    Qapı döyüldü. İçəridən “buyurun”–deyən olmadı. Zəng çalındı, katibənin zəngi idi. Nazlı-qəmzəli səs eşidildi:
    –Əlövsət müəllim, yanınıza bir nəfər gəlmək istəyir.
    –Kimdir? Nədən ötrü?
    –Deyir ki, şəxsi sözüm var.
    –Ay qız, onu başa sal ki, getsin, qəbul günü gəlsin.
    –Əlövsət müəllim, demişəm, amma inad eləyir, deyir ki, mütləq görüşməliyəm. Daha ətraflı »

  • 20May
    Ədəbiyyat POEZİYA ÇƏLƏNGİ üçün şərhlər bağlıdır

                 HƏLƏ Kİ…                                                                                 ƏZİZİM

    Elə hələ deyib, hələ dözürük,

    Hələ ki, hələnin hələsiyəm mən.

    Nə sərhəd tanımaz aşiq Kərəməm,

    Nə də xan oğlunun Lələsiyəm mən.

    Dağ başında qar üstünə qar gələr,

    Gileylənmək zirvələrə ar gələr,

    Hər nə geysəm vücuduma dar gələr,

    Bu darlığa dözmək olmur, əzizim.

     

    Nahaqlar önündə neçin kiridim?

    Qal bu xəcalətdə, ağzı kilidim.

    Guya bu dünyada neyləyə bildim?

    Deyim ki, təzədən gələsiyəm mən?

    Əzəl gündən dünya yalan dünyadır,

    Baha satan, ucuz alan dünyadır,

    Arzuları nakam qalan dünyadır,

    Dağılanı düzmək olmur, əzizim.

     

    Bekar əl neçin də sözümə baxsın?

    Əlimin üzü yox üzümə baxsın.

    O hansı ümiddir bizi çağırsın,

    Durub arxasınca tələsiyəm mən?

    Heç bilməzdim daşım belə ağırdır,

    Bəxtim belə bicarədir, fağırdır,

    Gedəcəyəm, göylər məni cağırdı,

    Daha yerdə gəzmək olmur, əzizim.

     

    Dayan, durum gedim bazarımgilə,

    Dünya bolluğuna ərkim bir gilə.

    Qalmışam özümə lap gülə-gülə,

    Elə gülə-gülə öləsiyəm mən.

    Kaşki dünya zalımlığın ataydı,

    Qəlbim bir an istəyinə cataydı,

    Yaşamağım göz yaşıdır, haraydır,

    Göz yaşında üzmək olmur, əzizim.

     

    Kimlərə borcum var, dolub siyahı,

    Vura bilmədiyim hədəf günahı–

    Kəsib barmağımı verib silahı,

    Bir namərd hakımın köləsiyəm mən.

                            Musa YAQUB,

                           Xalq şairi

    Dalğalara yalvarmaqdan bezmişəm,

    Hönkürməkdən, ağlamaqdan bezmişəm,

    Səndən ayrı yaşamaqdan bezmişəm,

    El-obadan bezmək olmur, əzizim

                                   Vahid ƏZİZ,

                                     Xalq şair

  • 20May
    Ədəbiyyat BU QATARIN DALINCA BAXMA üçün şərhlər bağlıdır
    Məni aldı səndən, getdi bu qatar,

    Göydə bircə ovuc tüstüsü qaldı.

    Saçında əlimin tumarı qaldı,

    Ovcunda əlimin istisi qaldı.

     

    Uzaqdan, yaxından keçər bu qatar,

    Gecələr yuxundan keçər bu qatar.

    Gülsən, gülüşünü doğrayar, biçər,

    Ah çəksən, ahından keçər bu qatar

     

    Baxma, bu qatarın dalınca baxma,

    Baxma, gözlərini yorunca, baxma.

    Qaşların altında cüt yarpaq kimi

    Gözlərin saralıb solunca, baxma.

     

    Mən getdim, dünya ki qaldı yerində…

    Dünyanın payızı, baharı qaldı.

    Ovcunda əlimin istisi qaldı,

    Saçında əlimin tumarı qaldı.

    Ramiz RÖVŞƏN,

    Xalq şair

  • 20May
    Ədəbiyyat TƏMSİLLƏR üçün şərhlər bağlıdır
    Ayı müdirliyi

    Dələ yanaşıb

    müdir ayıdan

    bir iş istədi.

    –Düzələr–dedi.

    Get-get, qəbula

    səhər gəl dedi.

    Sabahı ondan

    Üç  leş istədi.

    Çaqqalın kirvəsi

    Ayı  gördü çaqqalın

    var bir gözəl arvadı.

    Yerişi canalandır,

    Məlahətlidir səsi.

    Ayı yüz dona girib,

    Oldu onun kirvəsi

    Ayı oğlunun “segisi

    Boz ayının oğlu dedi:

    Uzun illər görməsəm də,

    çox sevirdi atam məni.

    İlinəcən gedəcəyəm,

    qəbri üstə qara daşdan

    qoyduracam hey-kəlini.

    Qurbağa peşəsi

    Qurbağa suda

    Düz üzə bilmir.

    Amma balığa

    üzmək öyrədir.

    Qazın arvadı

    Bir çətin işdən ötrü

    müdirin qəbuluna

    yüz yol getdi qaz kişi.

    Qazın göyçək arvadı

    bircə dəfə getməklə

    düzəldib həmin işi.

     

     

     

     

     

     

     

     

     

    Əhməd SÜLEYMANOV,
    Yevlax rayonu Köyük kəndi

  • 19May
    Digər 2020-ci il “Könüllülər İli”dir üçün şərhlər bağlıdır

    UĞURLU KARYERA KÖNÜLLÜLÜKDƏN  BAŞLAYIR

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışına cavab olaraq, koronavirus (COVİD-19) infeksiyasının ölkəmizdə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə dövlət tərəfindən atılan bütün zəruri addımlara, xüsusilə əhalinin maarifləndirilməsi və qayğıya ehtiyacı olan insanlara sosial xidmətlərin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlərə töhfə vermək məqsədi ilə Azərbaycanın bütün şəhər və rayonlarında fəaliyyət göstərən könüllülər və eləcə də könüllü təşkilatları qoşulmuşlar.

    “ASAN Könüllüləri” Gənclər Təşkilatı, “Regional İnkişaf” İctimai Birliyi, “BİR Tələbə-Könüllü” Proqramı, “Könüllü DOST” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “Nəqliyyat Könüllüləri” Proqramı, Bakı Şəhər Halqası Könüllüləri, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Könüllü gömrükçü” Dəstəsi, “Turizm Könüllüləri” İctimai Birliyi, “Diplomatiya Könüllüləri” Qrupu, “Ekokönüllüləri” Qrupu, “Azərbaycan Diaspor Könüllüləri” Proqramı, “SƏLİS Könüllüləri” İctimai Birliyi, “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyi, “AFFA və Avro-2020” Könüllülər Proqramı və “Gənc Könüllülər” Hərəkatı Mərkəzi təşkilatlarının və hərəkatlarının təmsilçiləri ölkəmizdə koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə mübarizə sahəsində dövlətimiz tərəfindən atılmış qabaqlayıcı və preventiv xarakterli təcrid addımları yüksək qiymətləndirərək, bütün dünyanı bürümüş bu bəla ilə təkbaşına mübarizə aparmağın mümkün olmadığı, dövlət başçısının qeyd etdiyi kimi, xalq-iqtidar birliyinin, milli həmrəyliyin zəruri olduğu, bunu əməli müstəvidə nümayiş etdirmək məqsədilə könüllü təşkilatlarının da bu prosesdə aktiv iştirak etmələrinin vacibliyini vurğulamışlar.

    Müxtəlif könüllü təşkilatları sosial mediada geniş miqyaslı müxtəlif təyinatlı maarifləndirmə kampaniyalarını fəal şəkildə aparır, koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar ölkəmizdə həyata keçirilən tədbirlər barədə ictimaiyyəti məlumatlandırır, şəxsi gigiyena və sosial təcrid olunmanın əhəmiyyəti ilə bağlı müxtəlif virtual aksiya və fləşmoblar təşkil edir, tənha və ahıl vətəndaşlara sosial xidmətlərin göstərilməsi işində iştirak edir. Bununla yanaşı, səmərəliliyin artırılması və miqyasın genişləndirilməsi baxımından bu fəaliyyətlərin əlaqələndirilməsi zərurəti yaranmışdır.

    Bu zərurəti anlayan Tərtər könüllüləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışına çox böyük həvəs və ürəklə qoşularaq məhəllə və küçələrdə xüsusi elanlar vasitəsilə əlaqə nömrələri paylaşılmış, ehtiyacı olan şəxslərə zənglər əsasında vətəndaşların öz vəsaiti hesabına gündəlik ərzaq məhsullarının, dərman vasitələrinin alınmasına və kommunal ödənişlərinin həyata keçirilməsinə köməklik göstərirlər. Həmçinin YAP Tərtər rayonu təşkilatı Gənclər Birliyinin könüllüləri tərəfindən koronavirus (COVİD-19) infeksiyasının ölkəmizdə yayılmasının ilk günlərindən başlayaraq mütamadi olaraq tənha ahılların, aztəminatlı ailələrin, şəhid ailələrinin, fiziki məhdudiyyəti olan şəxslərin, ümumilikdə 1880 nəfərin evlərinə baş çəkmiş onlara tibbi spirt, tibbi maska, əlcəklər və ərzaq bağlamaları paylamışlar.

    Heydər Əliyev fondu və Regional İnkişaf İctimai Birliyi tərəfindən “Böyüklərimizi qoruyaq!” devizi altında rayonumuzda yaşayan tənha ahıllara, aztəminatlı ailələrə, şəhid ailələrinə, fiziki məhdudiyyəti olan şəxslərə müxtəlif ərzaq və gündəlik təlabat məhsullarından ibarət bağlamaların çatdırılmasında rayon İcra Hakimiyyətinin könüllüləri də fəal iştirak etmişlər.

    Qeyd edək ki, bu günə kimi Tərtər Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının, Heydər Əliyev Fondunun, Milli Məclisin deputatları Sahib Alıyev və Ağalar Vəliyevin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK), Qızıl Aypara Cəmiyyətinin Tərtər Rayon Bölməsinin, Türk İşbirligi və Koordinasyon Ajansı Başkanlığının, ayrı-ayrı sahibkarların və iş adamlarının dəstəyi ilə rayon ərazisində ümumilikdə, 3689 nəfərə ərzaq bağlamalarının paylanmasında könüllülər xüsusi fəallıq göstərmişdir.

    Rayonumuzda könüllülüyün həqiqətən də könül işi olduğunu sübut edən gənclər əhali arasında pandemiya ilə bağlı maarifləndirmə işlərinin aparılması, küçədə maskasız gəzən şəxslərə tibbi maskaların paylanması, həmçinin günümüzün görünməyən qəhrəmanları olan polis və tibb işçilərinə könüllülər adından təşəkkür mesajlarının çatdırılmasında da böyük həvəslə iştirak edirlər.

     

                                                                                                                                              Tunarə MƏMMƏDZADƏ,

                                                                                                      YAP Tərtər Rayon Təkilatı Gənclər Birliyinin sədri