Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,748
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20Noy
    Digər İKİNCİ QARABAĞ MÜHARİBƏSİ–VƏTƏN MÜHARİBƏSİ üçün şərhlər bağlıdır


    İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi və ya Ermənistanı sülhə məcburetmə əmə-liyyatı—Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.
    27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından Daha ətraflı »

  • 20Noy
    Digər QƏHRƏMAN TƏRTƏR MÜHARİBƏ GÜNLƏRİNDƏ üçün şərhlər bağlıdır

    Tərtər şəhəri, İkinci Dünya müharibəsi dövründə dağılmış Stalinqrad şəhərinə bənzəyir.
                                                                                                         İLHAM ƏLİYEV,
    AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ, ALİ BAŞ KOMANDAN

       

       

       

       

       

    2020-ci il sentyabrın 27-si saat 06:00-dan 16 noyabr saat 23:59-dək Tərtər rayonunun yaşayış məntəqələrində ziyan dəymiş tikililər barədə
    MƏLUMAT

    Rayonun 40 yaşayış məntəqəsinə – Tərtər şəhəri, Şıxarx qəsəbəsi, Hüsənli, Qaynaq, Qazyan, Yuxarı Qapanlı, Qapanlı, Yuxarı Qaradağlı, Qaraağacı, Əskipara, Səhləbad, Həsənqaya, Seydimli, Borsunlu, Azadqaraqoyunlu, İlxıçılar, Dəmirçilər, Aşağı Qapanlı, Evoğlu, İsmayılbəyli, Cəmilli, Bala Kəngərli, Düyərli, Yuxarı Sarıcalı, Ağkənd, Yenikənd, Bayandurlu, Soyulan, İrəvanlı, Kəngərli, Hacıqərvənd, Xoruzlu, Buruc, Bayandur, Qaradağlı, Köçərli, Ələsgərli, Kəbirli, Təzəkənd və Kovdadıq kəndlərinə təxminən 16277 mərmi və 21 raket düşmüşdür.
    Tamamilə dağılmış fərdi yaşayış evləri-150
    Ziyan dəymiş fərdi yaşayış evləri-1482
    Tamamilə dağılmış çoxmənzilli yaşayış binaları-1
    Ziyan dəymiş çoxmənzilli yaşayış binaları-75
    Tamamilə dağılmış yardımçı tikililər-33
    Ziyan dəymiş yardımçı tikililər-98
    Tamamilə dağılmış sosial obyektlər-2
    Ziyan dəymiş sosial obyektlər-32
    Tamamilə dağılmış istehsal obyektləri-3
    Ziyan dəymiş istehsal obyektləri-17
    Tamamilə dağılmış ticarət obyektləri-11
    Ziyan dəymiş ticarət obyektləri-39
    Tamamilə dağılmış ictimai-iaşə obyektləri-2
    Ziyan dəymiş ictimai-iaşə obyektləri-20
    Tamamilə dağılmış inzibati binalar-3
    Ziyan dəymiş inzibati binalar-17
    Ziyan dəymiş qəbiristanlıqlar-10
    Tamamilə dağılmış digər obyektlər-2
    Ziyan dəymiş digər obyektlər-3
    Ziyan dəymiş abidələr-1
    Ziyan dəymiş istilik təchizatı obyektləri-1
    Ziyan dəymiş su təchizatı obyektləri-3
    Ziyan dəymiş xidmət sahəsi-8

  • 20Noy
    Digər MÜZƏFFƏR ORDUMUZUN İŞĞALDAN AZAD ETDİYİ AZƏRBAYCAN ƏRAZİLƏRİ üçün şərhlər bağlıdır

    27.09.2020 saat 07-36-dan başlayaraq aşağıdakı şəhər və kəndlərimiz işğaldan azad edilib
    1.Qaraxanbəyli kəndi (Füzuli, 27.09.2020),
    2.Qərvənd kəndi (Füzuli, 27.09.2020),
    3.Kənd Horadiz (Füzuli, 27.09.2020),
    4.Yuxarı Əbdürrəhmanlı kəndi (Füzuli, 27.09.2020),
    5.Böyük Mərcanlı kəndi (Cəbrayıl, 27.09.2020),
    6.Nüzgar kəndi (Cəbrayıl, 27.09.2020),
    7.Şərvəj kəndi (Füzuli, 28.09.2020),
    8.Suqovuşan kəndi (Tərtər, 03.10.2020),
    9.Talış kəndi (Tərtər,
    03.10.2020), Daha ətraflı »

  • 20Noy
    Digər AZƏRBAYCANIN MİLLİ DİRÇƏLİŞ GÜNÜ üçün şərhlər bağlıdır

    Xalqın istiqlal mücadiləsinin əsas mərhələlərindən biri olan 17 noyabr – Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa olunmasında tarixi rol oy-namışdır.
    Mənəvi əsaslarını və başlanğıcını XX əsrin 60-cı illərindən götürən bu tarix sonralar ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter almış, müstəqil Azərbaycan müasir inkişaf yoluna qədəm qoymuşdur.
    Sovet imperiyasının siyasi “beyin mərkəzi”nin xalqlara, xüsusilə Azərbaycan xalqına qarşı yürütdüyü ayrı-seçkilik siyasəti kəskin xarakter almışdır. Mixail Qorbaçov hakimiyyətinin dəstəyi ilə ermənilər Dağlıq Qarabağda azərbaycanlılara qarşı haqsız ərazi iddialarına başlamışlar. Daha ətraflı »

  • 23Sen
    Digər İLHAM ƏLİYEV BMT-dəki ÇIXIŞI FONUNDA ORADA TƏMSİL OLUNAN BÜTÜN DÖVLƏTLƏRİN NÜMAYƏNDƏLƏRİ BİR DAHA MÜASİR AZƏRBAYCAN DÖVLƏTİNİN GÜCÜ, QÜDRƏTİ VƏ NAİLİYYƏTLƏRİ İLƏ TANIŞ OLDULAR üçün şərhlər bağlıdır

    İkinci Dünya Müharibəsinin ağır nəticələri bir daha bəşəriyyəti fəlakətə gətirəcək müharibələrin, qarşıdurmaların təkrarlanmaması məqsədilə 1945 ci ildə Birləşmiş Millətlər Təşkilatının yaradılmasını labüd etdi. BMT beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması, millətlər arasında dostluq əlaqələrinin inkişafı və sosial tərəqiyyə yardım, insan həyatının və hüquqlarının müdafiəsi səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılmışdır. Ancaq Sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli iclasi bir daha sübut etdi ki, Ermənistan özünün işğalçılıq siyasəti ilə BMT Nizamnaməsinin tələblərini kobudcasına pozur. Bu Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin  videoformatdakı çıxışında bir daha sübut olundu.  Bütün üzv dövlətlər BMT Nizamnaməsinə qoşulmaqla hər hansı bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güclə hədələməkdən və gücün tətbiqindən çəkinmək öhdəliyini götürmüşlər. Daha ətraflı »

  • 22Sen
    Digər AZƏRBAYCAN SADƏCƏ XAMMAL HASİLATI İLƏ KİFAYƏTLƏNMİR, NEFT-QAZ KƏŞFİYYATINDA, KARBOHİDROGEN DAŞIYICILARI HASİLATI ÜÇÜN TƏLƏB OLUNAN TEXNİKA İSTEHSALINDA DA ÖZ ƏNƏNƏLƏRİNİ QORUYUR VƏ İNKİŞAF ETDİRİR üçün şərhlər bağlıdır

    Azərbaycan artıq neft ölkəsindən qaz ölkəsinə keçid alır. Azərbaycan bundan sonra da etibarlı qaz təchizatçısı olacaqdır. Azərbaycan Prezidenti SOCAR-da 9 il şirkətin vitse-prezidenti kimi xarici əlaqələrə rəhbərlik etmiş  və əsas kontraktların hazırlanmasında, imzalanmasında fəal rol oynamışdır. Mən hər zaman fəxr etmişəm ki, həyatımın 9 ili Dövlət Neft Şirkətində keçib. O illərdə əldə etdiyim təcrübə mənim üçün çox qiymətlidir. İlk kontraktın uğursuzluğuna baxmayaraq Azərbaycan tərəfinin inandırıcılığı sayəsində yeni kontrakt imzalanmış,  “Total” şirkəti ilə   SOCAR-ın əməkdaşlığı nəticəsində   böyük qaz-kondensat yatağı aşkarlanmışdır. “Abşeron” yatağının istifadəyə verilməsi də Prezident İlham Əliyevin iradəsi ilə baş tutur. Bu yataqda ilkin proqnoza görə 350-360 milyard kubmetr qaz ehtiyatları vardır.  Artan daxili tələbatı ödəmək məqsədilə Abşeron”un birinci mərhələsində çıxarılacaq qaz daxili tələbatlara istiqamətləndiriləcək. Yataqda 100 milyon ton kondensatın olması neft hasilatını və ixracını sabit saxlamağa imkan verir. Təqribən 7 milyard dollar dəyəri olan “Mərkəzi-Şərqi Azəri” adlanan yeni layihənin icrası nəticəsində yeni mənbələrdən hasilat artacaq. TANAP xətti ilə Türkiyəyə ötürülən qazın həcmi ildən-ilə artır. Əgər bir il bundan əvvəl Türkiyə bazarında Azərbaycan qazı 4-cü, 5-ci yerdə idisə, hazırda birinci yerdədir, bu, hər iki ölkə üçün çox mühümdür.  “Abşeron” yatağında ikinci fazadan çıxarılacaq qaz da TANAP xətti ilə Türkiyəyə ötürüləcək və digər bazarlara ötürülə bilər. “Əsrin kontraktı”nın imzalandığı  1994-cü ildən 26 il keçib  və o vaxtdan bu günə qədər bir çox kontraktlar imzalanıb, amma Azərbaycanın neft potensialına dünyada maraq azalmır, əksinə artır Daha ətraflı »

  • 22Sen
    Digər PREZİDENT İLHAM ƏLİYEV: ƏGƏR ERMƏNİLƏR ÖZ ÇİRKİN PLANLARINDAN ƏL ÇƏKMƏSƏLƏR, ONLAR ÜÇÜN ÇOX AGIR NƏTİCƏLƏR OLACAQ üçün şərhlər bağlıdır

    Sovet İttifaqı rəhbərliyində Heydər Əliyev amili erməniləri uzun illər separatçı hərəkətlərini reallaşdırmağa imkan verməmişdir. Yalnız Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırılandan iki həftə sonra ermənilər Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək haqqında iddia qaldırdılar. Sovet İttifaqının son illərində Azərbaycana qarşı böyük ədalətsizliklər edilib.  Azərbaycan xalqının cəlladı Qorbaçov və onun  ermənilərdən ibarət yaxın ətrafı   ölkəmizə qarşı nifrətlə yaşayırdı. Dağlıq Qarabağda xüsusi komitənin yaradılması və o komitəyə Qorbaçovun köməkçisi Arkadi Volskinin təyin edilməsi Qarabağın Azərbaycandan qoparılma planı idi.  Volskinin vaxtında  azərbaycanlılar o vaxt Dağlıq Qarabağın bəzi yerlərindən zorla çıxarılmış, ilk etnik təmizləmə siyasəti aparılmış, azərbaycanlılar Xankəndidən qovulmuşlar. Azərbaycanın o zamankı rəhbərliyi xalqa xəyanət etmişdir. Sovet İttifaqının 366-cı alayı  azərbaycanlılara qarşı etnik təmizləmə işlərində, Daha ətraflı »

  • 21Sen
    Tərtər RİH-də YENİ DƏRS İLİNƏ HƏSR OLUNMUŞ VİDEOKONFRANS üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim- tərbiyyə prosesinin təşkilinin müvəqqəti Qaydaları” ilə əlaqədar videokonfrans keçirib. Konfransda ümumtəhsil məktəblərinin direktorları, məktəbəqədər tərbiyyə müəssisələrinin müdirləri, yüksək bal toplayan məzunlar, rayon təhsil şöbəsinin müdiri, rayon mərkəzi xəstəxanası üzrə Publik hüquqi şəxsi, Gigiyena və Epide-miologiya Mərkəzinin rəhbər şəxsləri iştirak etmişlər.

    Videokonfransı açan rayon rəhbəri əvvəlcə yeni dərs ilinin baş-lanması münasibəti ilə konfrans iştirakçılarını təbrik etmiş, onlara yeni dərs ilində müvəffəqiyyətlər diləmişdir. Rayon rəhbəri bildirmişdir ki, bütün dünyanı koronavirus pandemiyası ağuşuna aldığı bir vaxtda respublika Daha ətraflı »

  • 21Sen
    Tərtər RİH-də REYDLƏR DAVAM ETDİRİLİR üçün şərhlər bağlıdır

    Nazirlər Kabineti yanında Operativ qərərgahın göstərişinə əsasən rayonda koronavirus pandemiyasına qarşı mübarizə aparmaq üçün hər birində 4 nəfər olmaqla 59 mobil qrup yaradılıb.

    Mobil qrupun üzvləri tərəfindən koronavirus pandemiyası ilə mübarizədə sakinlərin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi üçün əhali arasında təbliğat işlərinin aparılması ilə bağlı növbəti dəfə reyd keçirilib.
    Reyd əsasən şəhərin mərkəzi küçə və meydanlarını, mərkəzi bazar ərazisini, fəaliyyət göstərən ictimai-iaşə, ticarət obyektlərini və ictimai nəqliyyat vasitələrini əhatə edib.
    Reyd zamanı sakinlərlə əhalinin sıx olduğu məkanlarda qoruyucu maskalardan istifadənin zəruriliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı maarifləndirici söhbətlər aparılıb. Keçirilən reyd nəticəsində karantin rejiminin qaydalarına riayət etməyənlər barəsində müvafiq tədbirlər görülüb.

  • 21Sen
    Tərtər RİH-də KÖRPƏLƏR EVİ-UŞAQ BAĞÇALARI FƏALİYYƏTƏ BAŞLAYIB üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” 2020-ci il 29 avqust ta-rixli Qərarına əsasən 2020-ci il sentyabrın 15-dən respublika üzrə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib. Uşaq bağçaları ancaq mövcud vəziyyət nəzərə alınmaqla, müvafiq sanitar-gigiyenik normalara əməl edilməklə fəaliyyət göstərə bilərlər. Bununla əlaqədar Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilib.

    İcra hakimiyyətinin tabeçiliyində olan şəhər və kəndlər üzrə fəaliyyət göstərən 29 (6-sı şəhər, 23-ü kənd) körpələr evi-uşaq bağçasında Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən koronavirus infeksiyasına qarşı suya xüsusi dezinfeksiyaedici maddələr qatılmış məhlulla dezinfeksiya işləri aparılıb. Bağçaların əməkdaşları hazırkı şəraitdə işləmək qaydaları ilə bağlı təlimatlandırılıb. Hər bir bağçanın girişində xüsusi dezinfeksiyaedici məhlullar qoyulub. Hər gün bağçaya gələn işçi heyət və uşaqların temperaturu ölçülür. Körpələr evi-uşaq bağçalarında sanitar gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq həyata keçiriləcək.