26Apr
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2021-ci il 20 aprel tarixində Azərbaycan Televiziyasına müsahibəsində bir daha qeyd etdi ki, Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın milli, tarixi və gələcək maraqlarına tam cavab verir. Bildirib ki, biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Bizim əsas rəqibimiz zamandır. Çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin.
Cənab prezident vurğulamışdır ki, Azərbaycan, Rusiya və Ermənistan arasında 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndi və 2021-ci il 11 yanvar tarixində Moskvada imzalanmış 4 bəndlik bəyanat Zəngəzur dəhlizinin reallaşması üçün hüquqi zəmin yaradır.
Zəngəzur dəhlizi ideyası Azərbaycan tərəfinin hələ 70-ci illərdən xüsusi diqqətində olub. Daha ətraflı »
24Apr
Prezident İlham Əliyevin Hacıqabula səfəri çərçivəsində dövlət televiziyasına müsahibəsində çox vacib bir məqam istər daxili, istərsə də xarici auditoriyanın diqqətini çəkdi. Dövlətimizin başçısı açıq-aşkar bəyan etdi ki, Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Prezident İlham Əliyev bununla bağlı qəti şəkildə dedi: “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə zorla həll edəcəyik”. Çox sadə bir sual meydana çıxır, biz sonuncu dəfə tariximizin hansı dövründə bu cür ötkəm və arxayın bir güc sahibi kimi danışa bilmişik? Sonuncu dəfə nə vaxt diktə etmək imkanına malik olmuşuq? Bəli, bu, tam yeni bir reallıqdır və gün kimi aydındır ki, Prezident İlham Əliyev beynəlxalq hüququ və ədalət prinsipini rəhbər tutaraq bu reallığı yaradıb.
Dövlətimizin başçısı Ermənistanı bugünkü daimi sülh və əmin-amanlıq, Daha ətraflı »
19Apr
BMT-nin Qurumlararası missiyasında iştirak edən Birləşmiş Millətlər Təşkilatının əməkdaşları missiya tərəfindən indiyə qədər görülən işləri nəzərdən keçirmək və potensial ehtiyacları müəyyənləşdirmək üçün Tərtər rayonuna səfər ediblər.
Səfər çərçivəsində nümayəndə heyəti Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüb.
İcra başçısı qonaqlara rayon haqqında məlumat verib, bildirib ki, 44 gün davam edən Vətən müharibəsi dövründə Tərtər rayonuna 16277 mərmi düşüb, 21 qadağan olunmuş raket atılıb. Bunun nəticəsində 40 yaşayış məntəqəsi üzrə 3663 fərdi yaşayış evinə, 83 çox mənzilli binada 1741 mənzilə, 301 qeyri-yaşayış sahəsinə, 184 sahibkarlıq və ictimai-iaşə müəssisəsinə, 47 sosial obyektə, o cümlədən, 12 körpələr evi uşaq bağçasına, 16 məktəbə, İlk Peşə ixtisas məktəbinə, Gənclər Mərkəzinə, Musiqi Məktəbinə, Klub İcma Mərkəzinə, 10 tibb müəssisəsinə və 30 inzibati obyektə, 103 nəqliyyat vasitəsinə, 18 kənd təsərrüfatı texnikasına, 505 əkin sahəsinə ziyan dəyib, güclü dağıntılar olub. 58 fərdi yaşayış evi, Daha ətraflı »
19Apr
Tərtər rayonunda xüsusi karantin rejiminin qaydalarına riayət olunmasına nəzarət, koronavirus infeksiyasının yayılmasının qarsısının alınması məqsədilə reydlər davam etdirilir.
Tərtər Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının məsul əməkdaşlarının və rayonda təşkil edilmiş mobil qrupların iştirakı ilə keçirilən reydlərdə Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara ciddi nəzarət edilir.
Reydlər zamanı vətəndaşlarla maarifləndirici söhbətlər aparılaraq onlara sanitar rejimin tələbləri izah edilir.
19Apr
Əhalinin sağlamlığının qorunması, koronavirus infeksiyasının yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Tərtər rayonunda sanitar-dezinfeksiya tədbirləri davam etdirilir.
İnfeksiyanın yayılmasının qarşısının alınması məqsədilə tibbi-profilaktik, dezinfeksiyaedici və qabaqlayıcı tədbirlər Tərtər rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq həyata keçirilir. Hazırlanmış cədvələ əsasən növbəti dezinfeksiya işləri Tərtər Rayon Mərkəzi Xəstəxanasında və Şıxarx qəsəbəsi ərazisində yerləşən çoxmənzilli yaşayış binalarında aparılır.
19Apr

Tərtər rayon qəzeti 87 illik bir ömur yolu keçib. Bu illər heç də rahat və hamar olmayıb. 1934-cü ilin yazında “Kolxozçuların varlanması ugrunda” adı ilə fəaliyyətə başlayan rayon qəzeti üzərinə ağır bir missiya götürdü: yerli əhaliyə, kənd camaatına yaxın olmağa, onların maarifləndirilməsində öz gücündən maksimum istifadə etməyə çalışdı və 87 ilin keşməkeşli, zəhmət dolu günləri ilə bu günümüzə kimi gəlib çatdı.
Rayonumuzun hər bir sakininə doğma olan bu qəzetin səhifələrində baş verən yeniliklərdən, əməkçi insanların zəhmətindən ətraflı bəhs edilir. Son 87 ildə baş vermiş müharibələrdə rayon sakinlərinin fədakarlığından, torpaqlarımız uğrunda canından-qanından Daha ətraflı »
19Apr
Islamın müqəddəs bayramları içərisində orucluq bayramı mühüm yer tutur. Bu bayramın tarixi müsəlman təqvimi ilə hicrinin 2-ci ilindən (miladi 623-cü il) başlanır. Oruc Ramazan ayında tutulduğu üçün ona “Ramazan orucu” da deyirlər.
Islamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və müqəddəs ay hesab edilir. Onu məcazi şəkildə “on bir ayın sultanı” da adlandırırlar, çünki bu ayın gecələrinin birində müqəddəs kitabımız olan Qurani Kərim nazil olmuşdur. Həmin gecəyə “qədir” və ya “əhya” gecəsi deyilir. Qədir gecəsinin konkret olaraq hansı günə təsadüf edildiyi bilinmir. Bununla bağlı müxtəlif rəvayətlər vardır. Amma ümumi fikir belədir ki, qədir gecəsi Ramazan ayının son on gecəsindən biridir, həm də tək günün gecəsidir. Daha ətraflı »
19Apr

Vəzir Surxay oğlu Orucov…
Əfsanəvi qəhrəman, namərd düşmənin üstünə əlində silah gözünü qırpmadan gedən qorxubilməz, yenilməz bir igid. «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülmüş Tərtərin ilk cəngavər oğlu. Döyüşçü dostlarının xatirələrində, Azərbaycan xalqının ürəyində özünə əbədi məskən salmış əsl vətəndaş. Bu gün onun cəsarəti, döyüşlərdə göstərdiyi igidlikləri haqqında saysız-hesabsız rəvayətə bənzəyən, əslində isə gerçək olan neçə-neçə maraqlı əhvalatlar danışırlar. Onun hər döyüşü bir qəhrəmanlıq salnaməsidir.
Vəzir Orucov 1956-cı il dekabr ayının 11-də Tərtər rayonunun Xoruzlu kəndində anadan olmuşdur. Orta təhsilini doğma kəndində başa vurduqdan sonra 1974-cü ildə Bakı Yüngül Sənaye Texnikumuna daxil olmuşdur. Bir il sonra hərbi xidmətə çağrılmış, hərbi xidmətdən sonra təhsilini başa vurub doğma rayonuna dönərək əmək fəaliyyətinə başlamışdır. 1982-ci ildən 1992-ci ilədək ailə həyatı quraraq Rusiyanın Arxangelsk Vilayətində yaşamışdır. Daha ətraflı »
19Apr
ZƏHMƏTKEŞ AİLƏNİN İGİD OĞLU
Onları Yuxarı Qapanlı kəndində hamı zəhmətkeş bir ailə kimi tanıyır. Firqani və Arifə öz halal zəhmətləri ilə–təsərrüfat işləri ilə məşğul olaraq 3 oğul övladı böyüdürdülər. Rüstəm ailənin böyük oğlu idi. O, 2001-ci il sentyabr ayının 22-də Qapanlı kəndində anadan olmuşdu. Elə doğulduğu kənddə də orta təhsili almış, böyüyüb boya-başa çatmışdır.
Vətən borcunu yerinə yetirmək vaxtı idi. Həmyaşıdları kimi o da 2019-cu il oktyabrın 3-də həqiqi hərbi xidmətə çağırıldı, Daşkəsən rayonunda “N” saylı hərbi hissədə xidməti borcunu yerinə yetirirdi. Hərbi xidmət müddəti Rüstəm üçün ən unudulmaz anlar idi. O həm burda özünə yeni yoldaş və dostlar tapır, həm də “kişilik məktəbi” keçirdi. Bu müddətdə hərbi texnikanın sirlərini öyrənmişdi.
Artiq bir ilə yaxınıydı ki, Vətənin bir əsgər oğlu kimi qulluq edirdi. Ad gününü də burada qeyd etmişdi. Həmin gün valideynləri ilə telefonla əlaqə saxlamışdı və hər şeyin çox gözəl olduğunu söyləmişdi. Lakin, bütün bu xoşbəxt günlərin sonunda nələr baş verəcəyindən əsgər Rüstəm də valideynləri də xəbərsiz idilər. Son vaxtlar ağızlarda gəzən müharibə söhbəti ata-ananı narahat etsə də, bu barədə bir kəlmə danışmırdılar. Dövlətimizin siyasətinə hamı kimi onlar da inanırdılar.
Sentyabrın 27-i… Mənfur ermənilərin məkrli təxribatları dözülməz həddə çatmışdı. Daha ətraflı »
19Apr
Elməddin Əliyev Qazyan kənd tam orta məktəbin məzunu olub. Orta məktəbdə təhsil aldığı illərdə pis oxumayıb. Amma qismətində ali təhsil almaq olmayıb. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə gedib. Füzuli rayonunda çəkib hərbi xidmətini. Vətənə borcunu verdikdən sonra ordudan ayrılmaq istəməyib. Hərbidə qalıb xidmət etmək istəsə də, işi alınmayıb. Ona görə də bir müddət Bakı və Moskva şəhərlərində işləməli olub. Özündən kiçik qardaşı Samir Ordumuzda xidmət edirdi. Odur ki, doğma kəndə qayıtmışdı. Samirlə söhbəti onun hərbiçi olmaq istəyinin reallaşmasına zəmin yaratmışdır.
2 il idi ki, Elməddin Orduda müddətdən artıq xidmət edirdi, ”N” saylı hərbi hissənin həmlə bölməsində kiçik çavuş idi. Elməddin hələ orta məktəbdə oxuduğu zamanlarda idmanın ağır atletika növü ilə məşğul olurdu. Bir neçə dəfə yarışlarda iştirak edərək, uğurlar qazanmışdı, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırılmışdı. Ordumuzun tərkibində xidməti zamanı da idmanı unutmamışdı, ağır atletika ilə daim məşğul olurdu.
27 Sentyabr 2020-ci il Elməddin bütün Azərbaycan xalqı və Azərbaycan ordusunda xidmət edən zabit və əsgərlərimiz kimi düşmənə qarşı mübarizəyə qalxdı. Daha ətraflı »
Yeni ismarıclar