Tərtər Rayon Heydər Əliyev Mərkəzində hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım məqsədilə təşkil olunan aksiyada 221 nəfər könüllü donordan qan götürülüb.
Aksiyada icra hakimiyyətinin, inzibati ərazi dairələri üzrə nümayəndəliklərin, idarə, müəssisə və təşkilatların əməkdaşları, Qarabağ müharibəsi veteranları, habelə sıravi vətəndaşlar, könüllü gənclər fəal iştirak ediblər. Kampaniyaya könüllü qoşulan minə yaxın rayon sakini əvvəlcə müayinədən keçirilib. B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu nəzdində Mərkəzi Qan Bankının peşəkar həkimləri tərəfindən hər bir donorun sağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirilib. Hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb. Daha ətraflı »
-
29NoyXəbərlər QANVERMƏ AKSİYASI üçün şərhlər bağlıdır
-
29NoyXəbərlər MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB üçün şərhlər bağlıdır
Tərtər rayon Gənclər mərkəzində “Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Qarabağ gənclərinin karyera və məşğulluğu üzrə təlim-məsləhət xidmətlərinin təşkili” adlı maarifləndirici layihəsinin növbəti mərhələsini həyata keçirmişdir.
Üç gün davam edən layihənin əsas məqsədi gənclərə bərabər məşğulluq imkanları yaratmaqdır. Təlim kursunda iştirak edən rayon Gənclər və İdman İdarəsinin,Təhsil şöbəsinin, Gənclərin İnkişaf və Karyera mərkəzinin, o cümlədən Tərtər DAİM-in məsul şəxsləri və könüllülər rayon gənclərinin maariflənməsi və karyera inkişafı baxımından bu layihənin müsbət əhəmiyyətini qeyd etmişlər. -
29NoyXəbərlər VAKSİNASİYA DAVAM EDİR üçün şərhlər bağlıdır
“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən respublikamızın hər yerində olduğu kimi Tərtər rayonunda da əhalinin peyvənd olunması prosesi davam edir.
Rayon mərkəzi xəstəxanasının həkim heyəti rayon mərkəzi ilə yanaşı kənd yaşayış məntəqələrində də əhalinin kütləvi olaraq vaksinasiya olunmasını həyata keçirir. İndiyədək rayon sakinlərinə 86 min 289 doza vaksin vurulub. Birinci mərhələ üzrə peyvənd olunanların sayı 43 min 733, II mərhələ üzrə peyvənd olunanların sayı 38 min 300 və Buster doza üzrə peyvənd olunanların sayı isə 6880 nəfərdir. Daha ətraflı » -
29NoyHərbi vətənpərvərlik Şəhidlər unudulmur, biz də unutmayaq! üçün şərhlər bağlıdır
SONUNCU TELEFON ZƏNGİ
Haqqında yazmaq istədiyim şəhidimizin ailəsi ermənilərin qəddarlığı nəticəsində doğma dədə-baba yurdları olan Basarkeçər rayonunu qoyub çıxdılar. Özlərinə pənah yeri Tərtər rayonunun Bəyimsarov kəndini seçərək, orada məskunlaşdılar.
Bu ailədə 5 uşaq böyüyürdü. Onların dördüncüsü olan Məmmədli Tural Aqil oğlu elə burada – Bəyimsarovda 1998-ci ildə dünyaya göz açmışdı. Uşaqlığı və yeniyetməliyi bu kənddə keçmişdi. Böyüdükcə öyrənmişdi ki, nəinki ailəsi, Daha ətraflı » -
29NoyDigər Doğma yurdlarımız üçün şərhlər bağlıdır
QƏRBİ AZƏRBAYCAN DƏRƏLƏYƏZ MAHALI
Dərələyəz mahalı şimalda Basarkeçər yaylası, şərqdə Zəngəzur silsiləsi, cənubda Ələyəz dağları, qərbdə isə Səlim aşırımı yerləşən hündür dağlarla əhatə olunmuşdur. Ümumi sahəsi 2304 kv.kmdir. Ən qədim dövrlərdən azərbaycanlıların məskunlaşdığı Dərələyəz-Ələyəz dərəsi toponimi orta əsrlərdə inzibati-ərazi bölgüsü mənasında işlənməklə, geniş ərazini əhatə emişdir. XVIII əsrin əvvəlində Osmanlı dövlətinin idarəsi altında olmuş Naxçıvan sancağının 14 nahiyəsindən biri də Dərələyəz idi. Bu dövrdə Dərələyəz nahiyəsi 102 kəndi əhatə edirdi. Xalq bölgüsünə görə, 3 hissəyə ayrılırdı: Şərqi Dərələyəz, Qərbi Dərə-ləyəz və Şərurun dağlıq hissəsi.
Türkmənçay müqaviləsindən (1828) sonra Ru-siyanın tərkibinə daxil edilən Dərələyəz bölgəsi İran və Türkiyədən buraya köçürülən ermənilərin hesabına etnodemoqrafik dəyşikliklərə məruz qalmışdır. Daha ətraflı » -
29NoyDigər ERMƏNİ RİYAKARLIĞININ SÜBUTU üçün şərhlər bağlıdır
ERMƏNİLƏR ÖZLƏRİ HAQQINDA
Erməni tarixinin atası sayılan MOVSES XORENASİ hələ 5-ci əsrdə öz qəbilədaşları haqqında deyirdi: “Mən xalqımızın daşürəkliliyini və yekəxanalığını göstərmək istəyirəm. Ermənilər həqiqəti inkar etməyi xoşlayırlar. Onlar böyük-böyük danışmağı sevən, ikiüzlü millətdir”.
PETRONİY QAY AMATUNİ – erməni sovet yazıçısı: “Ermənilər də insandırlar. Amma evdə dördayaqlı gəzirlər”.
KEROP PATKANOV, erməni şərqşünas alimi, erməni tarixi mənbələri üzrə mütəxəssis: “Ermənistan bəşəriyyət tarixində dövlət olaraq heç bir əhəmiyyətli rola malik olmayıb. Onun adı ermənilər tərəfindən yayılan coğrafi termin olub. Bura güclü dövlətləri olan assuriyalılarla, midiyalılarla, iranlılarla, yunanlarla, monqollarla, ruslarla mübahisələrin həlli məkanı olub”. Daha ətraflı » -
29NoyDigər üçün şərhlər bağlıdır
RUSLAR ERMƏNİLƏR HAQQINDA
Rus şairi A.S.PUŞKİN: “Sən qulsan, sən qorxaqsan, sən ermənisən”.
Ərzurum artilleriyasının komandanı və 2-ci Ərzurum qala artilleriya alayının komandiri, podpolkovnik TVERDOXLEBOVUN xatirələrindən: “Biz, Ərzurumda müsəlman əhali ilə, demək olar ki, iki il yaşamış və onlara yaxşı bələd olmuş rus zabitləri, üsyanın olmasına inanmırdıq və erməni qorxaqlığını açıq şəkildə lağa qoyurduq”. “Ermənilər, bu qaniçən və azadlıq uğrunda qorxaq mübarizlər, bizim arxamızdan türklərin aciz qoca, qadın və uşaqlarını doğrayaraq incitməyə başlayırlar”. “Mənfur ermənilər döyüş meydanındakı əsl əsgərlərdən qorxaqcasına qaçırlar, əsasən qocaların, qadınların, uşaqların və əliyalın insanların üstünə kütləvi hücumlarda mərd və cəsurdurlar”.
A.QRİBOYEDOV, rus diplomatı, Rusiya imperatoruna göndərdiyi məktubdan: “Əlahəzrət, ermənilərin mərkəzi rus torpaqlarında məskunlaşmasına icazə verməyin. Onlar elə bir qəbilədəndirlər ki, bir neçə onilliklər yaşayandan sonra bütün dünyaya çığıracaqlar ki, bu torpaqlar bizim ata və babalarındır”.
A.QRİBOYEDOV 1819-cu ildə Mazareviçə raportunda yazırdı: “Bu ermənilər nə murdar adamlardır. Onlardan heç biri məni tanımaq istəmir. Ancaq həmişə qulağıma pıçıldayaraq deyirlər ki, ruslar onların havadarlarıdır. Daha ətraflı » -
29NoyƏdəbiyyat Aşıq Ələsgər-200 üçün şərhlər bağlıdır
EL SƏNƏTKARININ QÜSSƏLİ HƏYATI
Aşıq Ələsgər 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Atası Alməmməd kəndin hörmətli şəxslərindən sayılırdı; əsas məşğuliyyəti dülgərlik idi. Eyni zamanda, bədahətən söz demək, şeir qoşmaq istedadı vardı. Ara-sıra qoşma, bayatı, gəraylı söyləyərdi.
Alməmməd kişinin ailəsi böyük idi: dörd oğlu, iki qızı vardı. Uşaqlarını saxlamaq üçün o, Cavanşir mahalının meşələrindən quru ağac, odun daşıyır, Göyçə mahalının kəndlərində satır, 8 nəfər külfətini dolandırırdı.
Uşaqları böyüdükcə Alməmməd kişinin qayğıları da çoxalırdı. Artıq o, ailəsinin ehtiyaclarını ödəməkdə maddi çətinlik qarşısında qalırdı. Buna görə də böyük övladı Ələsgəri 14 yaşında Kərbəlayi Daha ətraflı » -
29NoyƏdəbiyyat SONRA ÖYRƏŞƏR üçün şərhlər bağlıdır
(Mini hekayə)
İbrahim kişi kəndin sayılıb seçilən adamlarından idi. Həm saz çalıb aşıqlıq edərdi, həm də dəlləklik. Üzü-başı tüklü olanları elə öz evində abıra salardı. Elə ki, işini qurtardı, tükləri səliqə ilə yığışdırar, sonra da sazı sinəsinə basıb bir-iki ağız deyərdi.
Bir gün ot biçinindən gələndə gördü ki, arvad yorğan-döşəkdədir. Rəngi də ağarıb. Düzü Səriyə arvad ölümdən çox qorxardı. Bir yeri ağrıdımı, rəngi cunadan da betər rəng alardı. Tez yapışardı kişinin yaxasından ki, mənə göz dəyib, ölüb eləməmiş özünü mollaya çatdır. Bu dəfə də İbrahim kişi içəri girən kimi bir şivən qopardı ki, eşidən-bilən deyərdi ki, bu dəfə deyəsən ölü düşüb. Zarıya-zarıya dedi:
-Ay İbrahim, qadan mənə gəlsin, ölürəm, özünü mollaya çatdır!
Səriyə arvad həkim-zad tanımazdı, inandığı bircə şey vardısa, o da mollanın duası idi. İbrahim kişi belə olanda sözü uzatmazdı. Bilirdi ki, nə desə də boş şeydir. Dinməz-söyləməz gedərdi mollanın yanına. Bu kəndin də mollası olmazdı. Gərək pay-piada qonşu kəndə gedəydi. Daha ətraflı » -
29NoyMilli-mənəvi dəyərlər İslam dünyası üçün şərhlər bağlıdır
İBADƏT NƏDİR?
İbadət Allaha təzim etmək, sayğı göstərmək və onun bizə verdiyi saysız-hesabsız nemətlərə qarşı minnətdarlıq borcunu yerinə yetirməkdir.
Nə üçün ibadət edirik?
Bizi yoxdan var edən və yaşadan Allahdır. Böyük Allah vücudumuzu görən gözlər, eşidən qulaqlar və danışan dil kimi mükəmməl orqanlarla təmin etdi. Digər canlılardan fərqli olaraq bizə ağıl verdi və varlıqlar arasında bizi seçkin bir vəziyyətə gətirdi. Bundan başqa yaşaya bilməyimiz üçün tənəffüs etdiyimiz havadan içdiyimiz suya qədər bizə saysiz-hesabsiz nemətlər verdi.
Ayrıca bizi tək qoymadı, Peyğəmbərlər və kitablar göndərərək dunyada Daha ətraflı »
Yeni ismarıclar