Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,748
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 08Apr
    Xəbərlər “Payızlıq əkinlərin vəziyyəti və yazlıq əkin sahələrində işlərin gedişi” mövzusunda müşavirə keçirilib üçün şərhlər bağlıdır

    Rayonumuzda “Payızlıq əkinlərin vəziyyəti və yazlıq əkin sahələrində işlərin gedişi” mövzusunda müşavirə keçirilib. Müşavirədə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev, İƏD üzrə nümayəndələr, bələdiyyə sədrləri, fermerlər, kənd təsərrüfatı mütəxəssisləri iştirak ediblər.
    Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov payızlıq əkin sahələrinə aqrotexniki qulluq, təsərrüfat bitkilərinə qulluq və rayonda pambıq əkininə hazırlıq barəsində ətraflı danışıb. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev Tərtər rayonunun respublikanın kənd təsərrüfatı sahəsində oynadığı mühüm roldan, rayonda əkilib becərilən kənd təsərrüfatı bitkilərinə qulluq və qayğıdan geniş söhbət açıb. Daha ətraflı »

  • 08Apr
    Ədəbiyyat ƏGƏR YAŞASAYDI üçün şərhlər bağlıdır

    Yaşasaydı, aprelin 5-də 72 yaşını qeyd edəcəkdi, dostlarını, onu sevənləri başına toplayacaqdı. Ancaq təəssüf ki, qismət olmadı.
    Bu gün işlədiyi kollektiv onun ad gününü onsuz qeyd edir.
    Tofiq Yusiflə bağlı xatirələrini yada salır. Bütün çılğınlığı, əsəbi, kövrəkliyi ilə yaddaşlarda qalan şairi anır. Bütün xarakteri ilə birgə hamı tərəfindən qəbul edilmiş insan idi Tofiq müəllim.
    Gülləri çox sevərdi, yazın ilk müjdəçisi olan bənövşəyə neçə-neçə şeir həsr etmişdi. Bəlkə də baharda dünyaya gəldiyi üçün belə sevərdi gülləri.
    Hərdən hirs-hikkəsinin əsiri olanda sonra üzrxahlıq edərdi, ki, əsrin ən dəbdə olan xəstəliyidir də, şəkərəm, özümdən asılı deyil. Mən də zarafatca: “Sizdə nə xəstəlik olsa inanardım, tək şəkərdən başqa”, – deyərdim, ürəkdən gülərdi.
    Və bir də həmişə yuxuda öləcəyini deyərdi, vaxtsız dünyasını dəyişmiş Arazı-na, Yusifinə qovuşmağa tələsərdi. Hərdən “mən uşaqlardan sonra bu qədər yaşayacağımı bilməzdim,” deyərdi, qəhərlənərdi.
    Titullarını saymağı sevərdi, otağında ona verilmiş təltiflərə ayrıca guşə ayırmışdı, işinə bağlı insan idi, kəsərli qələmi, hər kəsə tutarlı cavabları var idi.
    Bu gün onun ad günündə onun haqqında öz istədiyi kimi yazı ilə “Yeni Tərtər” qəzetinin sabiq redaktoru, şair-publisist Tofiq Yusifi anmağı özümə borc bildim. Daha ətraflı »

  • 08Apr
    Səhiyyə Aprelin 7-si Dünya Sağlamlıq Günüdür üçün şərhlər bağlıdır

    Sağlamlıq ən böyük nemətdir

    1948-ci ildə Dünya Səhiyyə Təşkilatının yaradıldığı gün – hər il aprelin 7-də qeyd olunur. Dünya Sağlamlıq Gününün qeyd edilməsi 1950-ci ildən ənənəyə çevrilib. Həmin tarixi andan dünyanın 200-ə yaxın dövləti DST-nin üzvü olub.
    Dünya Sağlamlıq Günü münasibətilə tədbirlər insanların sağlamlığın çox böyük əhəmiyyət daşıdığını başa düşməsi üçün keçirilir. Dünya Sağlamlıq Günü hər il dünya səhiyyəsi qarşısında duran qlobal problemlərə həsr olunur və “Çoxlarının həyatının xilası sənin qanının təhlükəsizliyindədir”, “Fəallıq uzunömürlülüyə aparan yoldur”, “Hamiləlik həyatda xüsusi hadisədir. Onu təhlükəsiz edək”, “Sağlamlığımızı iqlim dəyişmələrindən qoruyaq” və s. kimi müxtəlif devizlər altında keçirilir.

  • 08Apr
    Digər QAPANLININ DÜNƏNİ VƏ BU GÜNÜ üçün şərhlər bağlıdır

     

     

     

     

     

    Gözəl bir payız günü idi. Ağaclardakı yarpaqlar tək-tük saralmağa başlamışdı. Havada elə bir möhtəşəmlik vardı ki, adamın ruhu dincəlirdi. Qapanlı kəndinin sakinləri də bu gün mənfur qonşuların varlığını unudaraq toyda o ki var şənlənmək istəyirdilər. Nofəl kişinin ailəsində də toya hazırlıq görülürdü.
    Müşgünaz nənə nəvəsi Zəhranı toya hazırlaşdırır və bundan xüsusi zövq alırdı. Cəmi 4 yaşı olan Zəhra toya gedəcəyi üçün hədsiz sevincliydi. Kənd uşaqları ilə oynamağa, rəqs etməyə hazırlaşırdı. Buna görə də ən qəşəng donunu da geyinmişdi.
    Budur, Müşgünaz nənənin bacısı Mədinə nənə də gəlib çıxdı. Artıq toyun səsi də gəlirdi. Zəhra böyükləri tələsdirir, qonşuluqdakı toy mağarına uşaqlardan tez çatmağa can atırdı.
    Uzun illər erməni quldurları ilə üzbəüz yaşamaq Qapanlı kəndinin camaatına belə şənliklərin sevincini bir qədər unutdurmuşdu. Amma hər kəs – uşaq da, böyük də buna ehtiyac duyurdu. Yaşanan gərginlikdən bir qədər uzaqlaşmaq, doyunca musiqi dinləmək, bir-birilə söhbətləşmək istəyirdilər. Qonaqlar gənc valideynlərə gözaydınlığı verir, dinc səma, əmin-amanlıq arzulayırdılar.
    Qadınlar da toy mağarında əyləşmişdilər. Zəhra nənəsinin qucağında idi. Nənə istəyirdi ki, nəvəsi ləziz toy yeməklərindən dadıb sonra uşaqlarla oynamağa getsin. Hərdən balacaların əllərindəki şarlar, partladıcı vasitələr bir az təşviş yaratsa da, hər şey qaydası ilə gedirdi.
    Qəfil səs yenə də camaatı diksindirdi. Amma hələ nə baş verdiyini heç kəs anlamadı. Dəhşətli ağrı hiss edən Müşgünaz nənə yanındakı bacısına baxdı və onun qolundan qan axdığını, qucağındakı uşağın isə başından yaralandığını gördü. Bir avtomat gülləsi ilə üç günahsız insanı, o cümlədən yaşlı iki qadını və bir körpəni yaralayan ermənilər yenə də bu şənliyi faciəyə döndərdilər. Daha ətraflı »

  • 08Apr
    Milli-mənəvi dəyərlər Rayon qəzetinin ilk nüsxəsinin çapdan çıxmasından 88 il ötür üçün şərhlər bağlıdır

    Tərtərin qəhrəmanlıq salnaməsini yazan mətbu orqan

    Qəzetimizin yaşının üstünə daha bir yaş gəldi. Ahıl yaşına, 88-ə çatdı. “Kolxozçuların varlanması yolunda” adı ilə çıxan kiçik bir qəzetdən, bugünkü müasir texnologiyalar əsasında buraxılan “Yeni Tərtər”ə qədər yol keçdik.
    Çoxları ilə yol yoldaşı oldu qəzetimiz. Gəldilər, hərə bir iz qoyub getdi. Bir il əvvəl keçmiş redaktorumuz Zöhrab Məmmədovun dünyasını dəyişməsi xəbərini eşitdik. Az müddət işləsə də, o zamankı “Qızıl bayrağ”a yeni nəfəs gətirmişdi. Çox sevdirmişdi onu oxucularına. Gəncləri ətrafına toplamağı bacarmışdı. Odur ki, unudulmur, hər zaman minnətdarlıqla xatırlanır.
    Ötən ilin axırlarında isə qəzetimiz 16 il birgə addımladığı Tofiq Yusifi itirdi. Rayon qəzetinin “Yeni Tərtər” adı ilə bölgə mətbuatı sırasında tanınmasında onun böyük zəhməti var. Ötən illərin qəzet qovluqlarında bir-birindən maraqlı bədii, publisistik, satirik yazıları yaşayır.
    Gənclik illərində birgə çalışdığım redaktorlardan Zahid İsmayılovun, Aydın Məmmədxanovun, Hilal Bayramovun, Təvəkkül Nəcəfovun adlarını da çəkmək istəyirəm. Hər birindən öyrənərək qəzetçiliyin çətin yollarında addımlamışam. Daha ətraflı »

  • 08Apr

    Milli-mənəvi dəyərlər üçün şərhlər bağlıdır

    Nə yaxşı görüşdük, nə yaxşı yenə…”

    Hər dəfə tətillərdən, istirahət günlərindən qayıdanda, Əvəz Nəsirov hər birimizi bu sözlərlə qarşılayırdı. Bizə də elə gəlirdi ki, həmişə belə olacaq…
    Ancaq günlərin bir günü özü işdən çıxmaq qərarını verdi… Əvəz müəllimi daim ailəsinin, övladlarının, nəvələrinin qayğıları ilə yaşayan zəhmətkeş insan, məsuliyyətli qəzet işçisi kimi xatırlayırıq.
    Sovet dönəmində qəzetin kənd təsərrüfatı şöbəsində işlədiyi üçün, xəbər janrını xüsusilə sevirdi. Redaktor hansı işi tapşırsa, mütləq yarıdırdı.
    Heç birimiz bu həyatda daimi deyilik. Əgər yada düşəcəyiksə, deməli, hədər yerə yaşamamışıq. İş yoldaşımız Əvəz Nəsirov kimi.

    “Yeni Tərtər”

  • 08Apr
    Hərbi vətənpərvərlik Unutmayaq! üçün şərhlər bağlıdır

                                                 Aprel ayında doğulmuş tərtərli Vətən Müharibəsi şəhidləri

    İsmayılzadə Orxan Rəhbər oğlu
    Orxan İsmayılzadə 2004-ci ilin aprel ayının 2-də Tərtər rayonunun Kəbirli kəndində anadan olmuşdur.
    Orxan İsmayılzadə Vətən müharibəsi zamanı 24 oktyabr tarixində Kəbirli kəndinə düşən artilleriya mərmisi nəticəsində şəhid olub. Tərtər rayonunun Kəbirli kəndində dəfn olunub.

    Məmmədov Mehdi Elçin oğlu
    Məmmədov Mehdi Elçin oğlu 6 aprel 2002-ci ildə Tərtər rayonunun Sarıcalı kəndində dünyaya gəlib.
    Mehdi Məmmədov Vətən müharibəsi zamanı Talış-Suqovuşan uğrunda gedən döyüşlərdə savaşıb. 13 okytabr 2020-ci ildə Tərtər rayonu Suqovuşan kəndi istiqamətində düşmən tərəfindən atılan artilleriya atəşi zamanı şəhid olub.
    Ölümündən sonra “Ağdamın azad olunması”, “Suqovuşanın azad olunması” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

    Hüseynov Elnur Əhliman oğlu
    Elnur Hüseynov 1990-cı ilin aprel ayının 16-da Tərtər rayonunun Kəbirli kəndində anadan olub.
    Vətən müharibəsində Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə savaşıb. 2020-ci ilin noyabr ayının 11-də Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub. Tərtər rayonunun Kəbirli kəndində dəfn olunub.
    Elnur Hüseynov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
    Ailəli idi, 2 övladı yadigar qalıb.

    Zamanov Şakir Xasay oğlu
    Şakir Zamanov 1988-ci ilin aprel ayının 25-də Kəlbəcər rayonunda anadan olmuşdur.
    15 oktyabr tarixində Tərtər şəhər qəbristanlığına düşən artilleriya mərmisi nəticəsində şəhid olub. Tərtər rayonunun Sarıcalı kəndində dəfn olunub.

     

  • 08Apr
    Xəbərlər Şəhid ailələrinin üzvləri və qazilər üçün növbəti tibbi aksiya keçirilib üçün şərhlər bağlıdır

    “Regional İnkişaf” İctimai Birliyi (RİİB), Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) və Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının (AKHA) birgə təşkilatçılığı ilə Ağdam, Tərtər və ətraf rayonlardan olan şəhid ailələrinin üzvləri və qazilər üçün tibbi aksiya keçirilib.
    Müayinələr Quzanlı qəsəbəsində yerləşən Ağdam Rayon Mərkəzi Xəstəxanasında paytaxtın müxtəlif dövlət və özəl xəstəxanalarında çalışan kardioloq, onkoloq, radioloq, terapevt, pediatr, nevroloq, uroloq və digər ixtisaslar üzrə könüllü həkimlər tərəfindən aparılıb.
    Keçirilən müayinələrin nəticələrindən asılı olaraq xəstəlik aşkar edilən vətəndaşlara müvafiq müalicə kursları təyin edilib, yerində məsləhətlər verilib, digər patologiya müşahidə edilən şəxslər isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib. Daha ətraflı »

  • 08Apr
    Milli-mənəvi dəyərlər Oruc tutun ki, sağlam olasınız üçün şərhlər bağlıdır

    Bismillahir Rəhmanir Rəhim.
    Mehriban və bağışlayan Allahın adı ilə!
    Uca rəbbimiz insanları xəlq edəndən bəri onları kitabsız buraxmadı. Və insanların xoşbəxtliyi naminə göndərdiyi saysızhesabsız ayinlərdən biri də oruc tutmaq tövsiyəsi oldu.
    İslam dininin müqəddəs kitabı Qurani Kərimdə Bəqərə surəsinin 183-cü ayəsində Rəbbimiz bütün islam ümmətinə oruc tutmağı əmr edir. Hicri təqvimin 9-cu ayı olan Ramazan ayı Allah qatında çox əzəmətli bir aydır.
    Bu ay insanların həm cismi və həm də mənəvi pəhrizkarlıq ayı olmaqla yanaşı, eyni zamanda əzəmətli Quranın sevimli Peyğəmbərimizə (s) nazil olduğu bir aydır. Qədr surəsində bu barədə deyilir. Və hətta həmin gecə, yəni Qədr gecəsi 1000 aydan daha əfzəl tutulur. Bu ay Allah qatında elə əzəmətli və şərəflidir ki, hədisdə deyilir: “Kim bu ayda günahlarını yumağı və özünü bağışlatmağı bacarmırsa, sair aylardan əlini üzsün!”. Daha ətraflı »

  • 08Apr
    Digər Tariximizin qanlı səhifəsi üçün şərhlər bağlıdır

    AGDABAN FACİƏSİ

    Kəlbəcərin işğalından bir il öncə erməni silahlı birləşmələri tərəfindən törədilmiş Ağdaban faciəsi Ermənistanın Azərbaycana təcavü-zünün ən qanlı səhifələrindən biridir.
    Ağdaban kəndi Kəlbəcər rayonunda, Ağdaban çayının sağ sahilində, Ağdaban dağının yamacında, Murovdağ silsiləsinin cənub ətəyində, rayon mərkəzindən 36 km şimal-şərqdə yerləşir.
    1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan silahlı birləşmələri Dağlıq Qarabağdakı separatçı erməni quldur dəstələrinin köməyilə Ağdaban və Çayqovuşan kəndlərinə hücum etdilər. Hücumdan xəbərsiz olan kənd əhalisi başıaçıq-ayaqyalın qarla örtülü meşələrə, dağlara dağıldı. Kəndləri müdafiə edən kiçik dəstə ermənilər tərəfindən məhv edildiyindən əhali müdafiəsiz qalmışdı. Erməni daşnakları Ağdaban kəndinə soxularaq 130-dan çox evi tamamilə yandırdılar, 779 nəfər dinc sakinə divan tutdular. Onlar yaşlı, qoca, qadın, uşaq demədən dünyada görünməmiş ən qəddar üsullarla dinc əhalini qətlə yetirərək, soyqırım aktı törətdilər.
    Bu faciə zamanı 32 nəfər amansızcasına qətlə yetirilmiş, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılmışdır. Həmçinin, 2 nəfər itkin düşmüş, 12 nəfərə ağır bədən xəsarəti yetirilmiş, 5 nəfər isə girov götürülmüşdür. Daha ətraflı »