MÜSTƏQİL AZƏRBAYCANIN BANİSİ
Şərəfli və mənalı ömrünü Azərbaycanın inkişafına,onun dünya dövlətləri sırasında layiqli yer tutmasına həsr etmiş Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ölkəmizdə böyük hörmət və ehtiramla qeyd edilir. Ümummilli Liderimizə ümumxalq məhəbbəti Azərbaycanın özü qədər əbədidir.
Xalqın rifahı və dövlətin inkişafına həsr olunmuş həyat
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur.
1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olmuş, lakin İkinci Dünya müharibəsinin başlanması ona təhsilini başa çatdırmağa imkan verməmişdir.
O, 1941-1944-cü illərdə əvvəlcə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin müdiri, sonra isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifələrində işləmişdir.
1944-cü ilin may ayında dövlət təhlükəsizliyi orqanlarında işə göndərilmişdir.
1949-1950-ci illərdə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Leninqraddakı (indiki Sankt-Peterburq) Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsil aldıqdan sonra 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi təyin edilmişdir. Daha ətraflı »
Yeni ismarıclar