21İyl
Məlumat verdiyimiz kimi, “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in (BƏC İB) Krım şöbəsinin rəhbəri Natalya Postemskaya bir neçə gündür ki, Bakıdadır. Bu Natalya xanımın Bakıya ikinci səfəridir.
Natalya Postemskaya Azərbaycan incəsənətinə, sənətkarlarına böyük dəyər verir. Respublikamıza ötən səfəri zamanı o, Xalq artisti Gülyanaq Məmmədova ilə yaxından tanış olmuş və Azərbaycan musiqisinə valehliyini bildirmişdir. Gülyanaq xanıma xüsusi rəğbəti olan Natalya Postemskaya bu səfəri zamanı yenə də onunla görüşmüşdür.
Natalya xanım ürək sözlərini mətbuat vasitəsi ilə çatdırmağı xahiş etmişdir:
- Gülyanaq xanım gözəl səsə malik sənətkar olmaqla yanaşı, həm də gözəl qəlbə, ürəyə malik bir xanımdır. Mənim gördüyüm qədər Gülyanaq xanım aztəminatlı ailələrin xeyir işlərində sənəti ilə bağlı xeyirxahlığını əsirgəmir. Nə yaxşı ki, belə insanlar var. Mən də Gülyanaq xanımı tanıdığım üçün xoşbəxtəm. Elə bilirəm Azərbaycanda bacım və rəfiqəm var. Gülyanaq xanımın simasında bütün Azərbaycanlı xanımlara xoşbəxtlik arzulayıram.
Məlahət Abdullayeva
“Əlillər Dünyası” qəzetindən
21İyl
Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen 18 iyul tarixində birgə bəyanatla çıxış ediblər. Qeyd olunub ki, Azərbaycan enerji sahəsində Avropa Komissiyası ilə on beş ildən artıq əməkdaşlıq edir. 2006-cı ildə Avropa İttifaqı ilə Azərbaycan arasında Anlaşma Memorandumu və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamə imzalanmışdır.
Azərbaycanın başlatdığı və Avropa İttifaqının dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişdirir. Öncə neft hasilatı sonra, qaz hasilatı baş verdi. Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəməri çəkildi. 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi boru kəməri sistemlərini inteqrasiya etdi və bununla Azərbaycanın təbii qazı Avropa qitəsinə çatdırılır. İki ildən az müddətdə Cənub Qaz Dəhlizi tam gücü ilə işləyir. Bütün seqmentlər istismar olunur.
Enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacibdir. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq əlaqələrinin mövcudluğu böyük əhəmiyyətə malikdir.
Diqqətə çatdırılıb ki, Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələri əhatə edən, o cümlədən neft, qaz və bərpaolunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və digər məsələləri nəzərdə tutan enerji dialoqu mövcuddur. Azərbaycanda bərpaolunan enerjinin istehsalı sahəsində böyük potensial Avropa İttifaqı tərəfindən artıq yüksək dəyərləndirilir. Külək və günəş enerjisinə artıq sərmayə qoyuluşu prosesinə başlanıb. Daha ətraflı »
20İyl
“Heydər Əliyev fenomeni: müdriklik və qətiyyət örnəyi” mövzusunda konfrans keçirilib
Rayon icra hakimiyyətinin və YAP rayon təşkilatının təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 53-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev fenomeni: müdriklik və qətiyyət örnəyi” mövzusunda konfrans keçirilib.
Konfransda rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, YAP rayon təşkilatının sədri Eldar Əsədov, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ağsaqqallar şurasının sədri Faiq Məmmədov, icra nümayəndələri, idarə, müəssisə və təşkilatların rəhbərləri, KİV nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları öncə Ümummilli Liderin abidəsini ziyarət edə-rək, xatirəsini böyük ehtiramla yad edib, önünə gül-çiçək dəstələri dü-züblər.
Sonra tədbir rayon icra hakimiyyətinin akt zalında davam etdirilib.
Konfransı giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı qeyd edib ki, Ümummilli liderimizin Azərbaycan rəhbərliyinə gəlməsinin 53 ili tamam olur.
Məhz həmin vaxt Azərbaycanın müstəqilliyə gedən yolunun əsası qoyulub. Azərbaycanın 1960-cı illərin sonundan başlanan və XXI əsrə adlayan tarixinin 34 illik bir dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev vətəndaş, şəxsiyyət, Lider kimi bütün bu illərdə Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşımışdır. O, dövlətimizi və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmışdır. Müasir Azərbaycan adlandırdığımız müstəqil məmləkəti, onun bugünkü həqiqətlərini, işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır. Daha ətraflı »
20İyl
Rayonumuzun həyatının güzgüsü
Azərbaycan milli mətbuatının yaranmasından 147 il ötür.
Milli mətbuatımızın əsası 1875-ci il iyulun 22-də ilk nömrəsi nəşr olunan “Əkinçi” qəzeti ilə qoyulub. Qəzetin nəşri və redaktoru Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri, təbiətşünas alim Həsən Bəy Zərdabi olub. O zamanlarda bütün Qafqazda böyük əks-səda doğuran bu qəzetdə Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf Bəy Vəzirov, Əsgər ağa Gorani və həmin dövrün başqa tanınmış ziyalıları çalışıblar.
“Əkinci”nin nəşri 1877-ci ilin sentyabrınadək davam edib və 56 sayı işıq üzü görüb. Buna baxmayaraq, mətbuatımızın ilk qaranquşu hesab edilən bu qəzet xalqın maarifləndirilməsində, Azərbaycan milli mətbuatının inkişafında misilsiz xidmətlər göstərib. Qeyd olunmalıdır ki, bu mətbu orqanın sadə, anlaşıqlı dili onu həm ziyalılara, həm də sadə insanlara sevdirmişdi. Qəzetin insanlara təsir dairəsinin genişlənməsi çar Rusiyasının xoşuna gəlməyib və onun nəşrini dayandırıblar.
O vaxtdan bizim günümüzədək Azərbaycan mətbuatı daim cəmiyyətimizdə böyük nüfuza malik olub və bir növ baş verən prosesləri əks etdirən güzgüyə çevrilib.
Milli mətbuatımızın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı həyatımızın bütün sahələrində olduğu kimi, milli mətbuatımızın inkişafında da yeni mərhələnin başlanğıcı oldu.
1998-ci ildə Heydər Əliyev tərəfindən Azərbaycan mətbuatı üzərindən dövlət senzurası ləğv edildi, beləliklə də söz və mətbuat azadlığının əsası qoyuldu. Daha ətraflı »
20İyl

Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədovun rayonun Qaraağacı kəndində səyyar qəbul-görüşü keçirilib.
Qəbulda Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, rayon ağsaqqallar şurasının sədri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
Öncə tədbir iştirakçıları şəhid Mehman Qarayevin adını daşıyan Qaraağacı kənd tam orta məktəbində şəhidə ayrılmış güşəyə baxıb, onun şəklinin önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Kənd sakinlərini salamlayan icra başçısı qeyd edib ki, bu tədbir əlamətdar tarixə–Ulu Öndərin ilk dəfə hakimiyyətə gəldiyi günə təsadüf edir. Müstəqil Azərbaycanımızın əldə etdiyi bütün uğurlar Ümummilli Liderin adı ilə bağlıdır.
Rayon rəhbəri Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb. Daha ətraflı »
20İyl
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Sahib Alıyev və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə rayonun Qaraağacı kəndində qazi Rauf Nuriyevin ailəsində olub, onların problemləri ilə ma-raqlanıb.
III qrup Vətən müharibəsi əlili mayor Nuriyev Rauf Məmməd oğlu 17 il müddətdən artıq hərbi xidmətdə olub.
O, Vətən müharibəsində Xocavənd, Fizuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Cəsur döyüşçü”, “Sücaətə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Qazi və atası Məmməd Nuriyev şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
20İyl
Heydər Əliyev Fondu şəhid ailələrinə sovqatlar göndərib
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qurban bayramı günlərində Vətən Müharibəsi şəhidlərinin ailələrinə bayram sovqatları çatdırılıb.
Bununla əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşları rayon ərazisində yaşayn 64 nəfər Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Qurban bayramı münasibətilə təbrikini, eləcə də Fond tərəfindən göndərilmiş bayram sovqatlarını onlara çatdırıblar.
Şəhid ailələri onlara göstərilən davamlı diqqət və dövlət qayğısına görə ölkə rəhbərliyinə və Heydər Əliyev Fonduna öz dərin təşəkkürlərini ifadə ediblər.
20İyl
Müqəddəs Qurban bayramı münasibətilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Avropa Türk Federasiyasının başqanı Şəntürk Doğruyol və Azərbaycan Türk gənclərinin dostluq cəmiyyətinin sədri Seyhan Hakanı qəbul edib.
İcra başçısı qonaqları Qurban Bayramı münasibəti ilə təbrik edərək Türkiyə –Azərbaycan dostluğundan, onlar arasındakı iqtisadi əlaqələrdən söhbət açaraq, Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını dilə gətirib. O, 44 gün davam edən Vətən müharibəsində də Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirib.
Avropa Türk Federasiyasının başqanı Şəntürk Doğruyol Türkiyə–Azərbaycan qardaşlığının tarixi köklərindən danışıb. Türkiyədə və Avropada yaşayan türk gənclərinin hər zaman Azərbaycan dövlətinin, gənclərinin və ordusunun yanında olduğunu qeyd edib.
Görüş zamanı Tərtər rayon İcra Hakimiyyətinin başçısı qonaqlara rayon icra haki-miyyəti tərəfindən təşəkkürnamələr və xatirə hədiyyələri təqdim edib, sonra onlarla xatirə şəkilləri çəkdirib.
20İyl
Hər il olduğu kimi bu il də Tərtər rayonunda Qurban Bayramı böyük təntənə ilə qeyd olundu.
Bayram münasibəti ilə şəhərin Cavanşir küçəsi, 84 ünvanında yerləşən kəsim məntəqəsində bütün gigiyenik qaydalara və dini ənənələrə əməl edilərək, qurban duaları oxunub, qurbanlar kəsilib. Şəhid ailələrinə, qazilərə, Çernobıl əlillərinə, ağsaqqallara, tənha kimsəsizlərə, aztəminatlı ailələrə və hərbi hissələrə qurban payları göndərilib. Ehtiyacı olan heç bir ailə diqqətdən kənarda qalmayıb, bayram günlərində onların hər birinin süfrəsində bayram payı olub.
Tərtər sakinləri onlara göstərilən diqqət və qayğıya görə razı qaldıqları üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
20İyl
Şəhid ailələri və qazilər dövlət tərəfindən hərtərəfli himayə olunurlar, bu istiqamətdə ictimai təşkilatlar da ailələrə dəstək göstərirlər.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən müqəddəs Qurban bayramı münasibəti ilə 60 şəhid ailəsinə ərzaq sovqatı göndərilib. Göndərilən bayram sovqatları Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları və İƏD üzrə nümayəndələr tərəfindən şəhid ailələrinə çatdırılıb.
Yeni ismarıclar