Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,748
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19Noy
    Digər Tərtərdə qaçqın və məcburi köçkün ailələri üçün tibbi aksiya keçirilib üçün şərhlər bağlıdır

    BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və “Xəzər Qayğıkeşlik Layihəsi” İctimai Birliyinin dəstəyi ilə münaqişədən ziyan çəkmiş Tərtər rayonunda qaçqın və məcburi köçkün ailələri üçün tibbi aksiya keçirib.

    Tərtər rayon məcburi köçkün qəsəbəsində noyabrın 15-18-ni əhatə edən aksiyada 1500 şəxsin göz müayinəsindən keçməsi nəzərdə tutulur. Bu məqsədlə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Tərtər, Bərdə və Ağdam rayon mərkəzi xəstəxanalarında fəaliyyət göstərən həkim-oftalmoloqlar aksiyaya cəlb olunub. Aksiyada Tərtər rayonunda müvəqqəti məskunlaşmış əsasən ağdamlı, laçınlı və kəlbəcərli məcburi köçkünlər iştirak ediblər. Həkim-oftalmoloqlar tərəfindən yazılan reseptlər əsasında ehtiyacı olan şəxslərə Yaponiyanın “Fuji Optical Co. Ltd” şirkəti tərəfindən ianə olunmuş optik eynəklər paylanılıb. Müayinə nəticəsində tibbi prosedurlar tələb olunan şəxslər isə əlavə müayinə və müalicə üçün müvafiq tibb müəssisələrinə yönləndirilib.

    Aksiyanı rəğbətlə qarşılayan məcburi köçkünlər sağlamlıqlarına göstərdikləri qayğıya görə təşkilatçılara təşəkkür ediblər.

    Qeyd edək ki, Yaponiyanın “Fuji Optical Co. Ltd” şirkəti 2005-ci ildən etibarən hər il Azərbaycanda göz müayinəsi və eynək paylanışı aksiyasını həyata keçirib. COVID-19 pandemiyası səbəbindən ənənəvi aksiyanı 2020-ci ildə reallaşdıra bilməsə də, şirkət BMT-nin Qaçqınlar üzrə Agentliyi vasitəsilə Azərbaycana humanitar dəstəyini davam etdirib. Ötən il olduğu kimi, bu il də “Fuji Optical Co. Ltd.” şirkəti Azərbaycana 3500 ədəd yüksəkkeyfiyyətli optik eynək göndərib. Daha ətraflı »

  • 19Noy
    Digər Sarov kənd tam orta məktəbində “Vətən mənə oğul desə…44 günlük zəfər tariximiz şagirdlərimizin gözü ilə” layihəsi çərçivəsində inşa müsabiqəsi keçirilib üçün şərhlər bağlıdır

    Noyabırın 14-də “Tariximizə sahib çıxaq” Tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Vətən mənə oğul desə…44 günlük zəfər tariximiz şagirdlərimizin gözü ilə” layihəsi çərçivəsində Tərtər rayon, R. Kərimov adına Sarov kənd tam orta məktəbinin  8-9-10-cu sinif şagirdləri arasında inşa müsabiqəsi keçirilib.

    Əvvəlcə təşkilatın nümayəndələri tərəfindən sinif otağında olan şagirdlərə layihə haqqında məlumat verilib, sonra şagirdləri inşanın mövzusu və şərtləri ilə tanış etdilər.

    Şagirdlər tərəfindən yazılan inşalar orta məktəbin müəllimləri və təşkilatın ekspertləri tərəfindən yoxlanıb qiymətləndirildikdən sonra tədbir məktəbin akt zalında davam etdirilib.

    Tədbirdə Tərtər Rayon İcra Hakimiyəti Başçısı Aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Məmmədli, Sarov kənd tam orta məktəinin direktoru Rüfət İsmayılov, Sarov kəndindən olan şəhid Şirinli Nurlan Qədir oğlunun anası Esmira Şirinova, AMEA Folklor İnstitutunun əməkdaşı Vəfa Saleh, tarixçi Vəfa Şamilova, Sarov kəndinin qaziləri Kürdoğlu Abbaslı, Təhmuraz Muradov və Vətən müharibəsi iştirakcısı Şirinov Kamil, məktəbin müəllim və şagirdləri iştirak ediblər. Daha ətraflı »

  • 19Noy
    Digər Tərtər şəhərində “Sosial problemlərin həllində yeni metodoloji üsulların tətbiqi” layihəsi çərçivəsində təlim keçirilib üçün şərhlər bağlıdır

    Noyabr 14-də Tərtər şəhərində “Sosial-Mədəni Dəyişikliklərin öyrənilməsi” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Sosial problemlərin həllində yeni metodolji üsulların tətbiqi” layihəsi çərçivəsində tədbir keçirilib.

    Əvvəlcə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Məmmədli çıxış edib. “Sosial-Mədəni Dəyişikliklərin öyrənilməsi” İctimai Birliyi tərəfindən həyata keçirilən Sosial problemlərin həllində yeni metodoloji üsulların tətbiqi” layihəsinin komando heyəti ilə təlim iştirakçılarını tanış edib.

    Layihənin rəhbəri, məruzəçi dosent H. İbrahimov çıxış edərək, hazırki dövrdə ölkəmizdə davam edən uğurlu islahatlar paketi sosial problemlərin həllində yeni metodların axtarışlarını zəruri və əhəmiyyətli olduğunu bildirərək, yaxın dövrdə yaşadığımız pandemiya bu istiqamətdə ictimai təşəbbüslərin daha geniş əlaqələndirilməsini tələb etdiyini, sosial problemlərin həllində yeni metodların tətbiqi ilk növbədə nəzəri cəhətdən sosial işin aparılması prinsiplərinə söykəndiyini qeyd etmişdir.

    Keçirilən tədbirdə belə prinsiplərin yerinə yetirilməsi işində dövlət və ictimai təsisatların birgə iş aparması və könüllü fəaliyyətin gücləndirilməsi meyarları aydınlaşdırıldı.

    Məruzəçi dosent H. İbrahimov, rayon İcra Hakimiyyəti Aparatının mütəxəssisləri tədbirdə geniş məruzələr etdilər.  Sosial problemlərin həllinə dəstək olacaq yeni metodları özündə ehtiva edən kitabça tədbir iştirakçılarına paylanıldı.

     

  • 19Noy
    Xəbərlər Tərtərdə “Narkomaniya- Əsrin bəlası” və “Erkən nikaha yox deyək!” mövzusunda növbəti tədbir keçirilib üçün şərhlər bağlıdır

    Noyabrın 15-də Tərtər rayon Seydimli kənd tam orta məktəbinin 10-cu və 11-ci sinif şagirdləri arasında “Narkomaniya-Əsrin bəlası” və “Erkən nikaha yox deyək!”  mövzusunda maarifləndirici tədbir keçirilib.

    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, şöbənin məsləhətçi psixoloqu Pərişan Orucova, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Quliyeva, rayon Mərkəzi Xəstəxanasının həkimi Lütüfə Bağırova, rayon Təhsil şöbəsinin əməkdaşı Gülxar Abbasova və məktəbin direktoru Nurəddin İbrahimov iştirak ediblər.

    Tədbirdə çıxış edənlər erkən nikahın gənclərə, ailələrə, bütövlükdə cəmiyyətə vurduğu zərərlər, bu sosial problemin aradan qaldırılması yolları haqqında danışılaraq bildiriblər ki, erkən nikah hallarına zəmin yaradan əsas səbəblərdən birincisi təhsildən yayınmaqdır. Valideynlərin maddi imkansızlıq bəhanəsi ilə övladlarını məktəbdən uzaqlaşdırılması son nəticədə erkən nikaha yol açır. Bunun qarşısının alınması üçün ardıcıl maarifləndirmə tədbirlərinin aparılması zəruridir.

    Qeyd edilib ki, uşaq hüquqlarının müdafiəsi, ailələrin rifah halının yaxşılaşdırılması, erkən nikahın qarşısının alınması hər zaman dövlətimizin qarşısında duran prioritet məsələ olub.

    Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

     

  • 18Noy
    Digər Azərbaycan və Albaniya arasında konstruktiv siyasi dialoq mövcuddur üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Albaniya Respublikasına dövlət səfərinə gedib. Bu səfər Prezident İlham Əliyevin Albaniyaya ilk səfəridir. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniya Respublikasının Prezidenti Bayram Beqay ilə təkbətək görüşü olub. Görüşdən sonra liderlər mətbuata bəyanat veriblər. Ölkə başçımız çıxış edərək iki ölkə arasındakı iqtisadi, siyasi münasibətlərə və ikinci Qarabağ müharibəsindən sonra regionda yaranmış vəziyyətlə bağlı məqamlara toxunmuşdur.

    Prezident İlham Əliyev Albaniyanın həmişə olduğu kimi, İkinci Qarabağ müharibəsində də Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstəyi yüksək qiymətləndirib və vurğulayıb ki, bu, Albaniyanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu bir daha göstərir.

    Enerji sahəsində əməkdaşlıq iqtisadi əlaqələrimizin əsas istiqamətlərindən olduğunu söyləyən dövlət başçımız bildirmişdir: “Bu ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır. Həmin Memorandum əsasında 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatı iki dəfə artırılacaqdır”. Daha ətraflı »

  • 15Noy
    Mədəniyyət Gənclərimiz Dövlət Rəmzləri Muzeyində olublar üçün şərhlər bağlıdır

    “Vətənimiz” silsilə fəaliyyətləri nəticəsində Gənclərin İnkişaf və Karyera Mərkəzinin üzvləri və Gənc Könüllüləri Dövlət Rəmzlər Muzeyinə səfər edib.

    Gənclərimiz burada olan eksponatlarla yaxından tanış olub.

     

    Layihənin keçirilməsində məqsəd gənclərə vətənpərvərlik ruhunun aşılanması, dövlət rəmzlərinə hörmətin və diqqətin artırılması, rəmzlərimizin tarixinin mənimsənilməsidir.

  • 14Noy
    Digər Cənubi Qafqazın ən böyük siyasi partiyası üçün şərhlər bağlıdır

    1992-ci il 21 noyabr tarixində YAP-ın tarixi təsis konfransı keçirilib.

    Həmin dövrdə Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır.

    Xalqın istəyini nəzərə alaraq Ulu Öndərə müraciət edən məşhur “91-lər”in cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Daha ətraflı »

  • 14Noy
    Digər Azərbaycan – Özbəkistan əlaqələri yüksək səviyyədə inkişaf edir üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyevin 11 noyabr tarixində Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə iştirak edib. Dövlətimizin başçısı Zirvə Görüşündə çıxış edib.

    Qeyd olunub ki, Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinin intensiv inkişaf edir. Prezident İlham Əliyev son 7 ayda üç dəfə Özbəkistana səfər edib: aprel ayında dövlət səfəri, sentyabr ayında Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Zirvə Görüşü və noyabrda Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü. Səfərlər zamanı aparılan müzakirələr onu göstərir ki, Azərbaycan-Özbəkistan əlaqələri daha da yüksək səviyyəyə qalxmışdır.

    Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Daha ətraflı »

  • 14Noy
    Digər Bu şanlı tarix bizimlə əbədi qalacaq üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə çıxış edib. Tədbirdə dövlətimizin başçısı deyib ki, alınmaz qala sayılan Şuşanı iki il bundan əvvəl erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazdı. Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər.

    Cənab İlham Əliyev bildirib ki, müharibənin son məqsədi Şuşanı işğaldan azad etmək idi. Təkcə ona görə yox ki, Şuşa Qarabağın tacıdır. Ona görə yox ki, Şuşanın strateji yerləşməsi faktiki olaraq onun azad olunmasından sonra müharibənin taleyini həll edirdi. O cümlədən ona görə ki, Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir.

    “Zəfər yolu” cəmi iki ilə yaxındır ki çəkilib. Qəhrəman övladlarımız dağlardan, meşələrdən, dərələrdən, cığırlardan bu uzun məsafəni qət edərək, qanlı döyüşlərdə düşməni məğlub edərək Şuşaya yaxınlaşıb. Ondan sonra sıldırım qayalara dırmaşaraq, yüngül silahlarla küçə döyüşlərində, şəhər döyüşlərində, əlbəyaxa döyüşlərdə düşməni məğlub edib, torpağımızdan qovub, üçrəngli bayrağımızı Şuşada qaldırıb. Daha ətraflı »

  • 14Noy
    Digər Dövlətimizin Əsas Qanunu üçün şərhlər bağlıdır

     

         12 Noyabr Azərbaycan Respublikasının Konstitusiya Günüdür

    Dövlətimizin Əsas Qanunu haqqında Prezident İlham Əliyev deyib:  “Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir.”

    19181920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Bu səbəbdən Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə təsadüf olunur.

    Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. SSRİ-nin yaradılması ilə əlaqədar 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında Konstitusiyaya əlavə və dəyişikliklər qəbul olunub. 1927-ci il martın 26-da V Ümumazərbaycan Sovetlər Qurultayında Azərbaycan SSR-in növbəti Konstitusiyası təsdiq edilib. 1936-cı ildə SSRİ-nin yeni Konstitusiyasının qəbul edilməsi ilə əlaqədar 1937-ci il martın 14-də IX Ümumazərbaycan Sovetlər Qurultayının qərarı ilə Azərbaycan SSR-in yeni Konstitusiyası qüvvəyə minib. Daha ətraflı »