Fəsil dəyişkənlikləri hər zaman özüylə bərabər müxtəlif yeniliklər gətirir. Bu yeniliklər bəzən gözəl hisslərdən ibarət olur, bəzən isə orqanizmimiz üçün gözlənilməz olur. Xoş yeniliklərə hər zaman açığıq, lakin xəstəliklər üçün öncədən immun sistemimizi gücləndirmək vacibdir. İmmun sistemi orqanizmin xəstəliklərə qarşı əsas müdafiə qalxanıdır. Aşağıdakı tövsiyələrə riayət edərək daha güclü immunitetə sahib olmaq heç də çətin deyil.
Qəbul et, vitamin önəmlidir!
Bəzən gündəlik qida qəbulumuza və həyat tərzimizə çox da önəm vermirik. Bu isə öz-özlüyündə yaşam standartlarımıza mənfi təsir göstərir. Bunun üçün mütəmadi olaraq vitamin qəbul etmək, vitamin qəbul edəcəyimiz qidalara üstünlük vermək və həyat tərzimizi buna uyğunlaşdırmaq vacibdir. Son günlərin araşdırmaları onu göstərir ki, D vitamini qəbulu ən güclü xəstəliklərə qarşı belə bu dəqiqəyə olan ən yaxşı müdafiə vasitəsidir. Təbii ki, C vitamini də orqanizm üçün vacibdir. Sadəcə bu vitaminləri mümkün qədər təbii qidalardan, günəşdən və düzgün həyat tərzindən toplamağa çalış və sağlam qal!
Yuxun şirin olsun
Səhərə kimi seriala baxdıqdan sonra səhər yeməyini günorta saat 2-də edirsənsə, orqanizmindən sənə heç də xoş olmayan xəbərlər gətirmişik. Yuxu rejimi güclü immunitetin əsas şərtidir. Əmin ol ki, beyin və bütün digər orqanlar da dincəlmək istəyir və bunun üçün heç də təyyarə bileti alıb onları səyahətə göndərmək lazım deyil, yuxu kifayətdir. Bunu orqanizminə və özünə çox görmə. Nəzərə al ki, yuxu rejiminin pozulması özü ilə birlikdə sənə silsilə problemlər yaşadacaq. Daha ətraflı »
Yeni ismarıclar