Tərtər İlk Peşə İxtisas məktəbində “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda “dəyirmi masa” keçirilib.
“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli sərəncamının icrası ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planına əsasən rayon icra hakimiyyətinin və Tərtər rayon Ilk Peşə Ixtisas Məktəbinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda “dəyirmi masa” keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Umummilli Liderin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyəti Aparatında İştimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Zabil Paşayev çıxışına Ulu Öndərin gənclərin ikinci forumunda söylədiyi sözləri ilə başlayıb:”Siz Azərbaycanın bu günü və gələcəyisiniz.Sizin üzərinizə böyük vəzifələr düşür,gələcəkdə bu vəzifələr daha da böyük olacaqdır…Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə Sizə etibar edəcəyik.”Ulu Öndər bu sözləri ilə gəncliyə olan etimadını,sonsuz diqqətini ifadə edərək Azərbaycan gənclərinin qarşısında böyük vəzifələr durduğunu bildirib.Çıxışda Ulu Öndərin Azərbaycan təhsilinin inkişafına,onun maddi texniki bazasının möhkəmləndirilməsinə göstərilən diqqət və qaygıdan,Azərbaycan müəllimlərinə verdiyi yüksək dəyərdən də söhbət açıb. Daha ətraflı »
Yeni ismarıclar