Bu yaxınlarda anamın qohum-larından biri bizə qonaq gəlmişdi. Ahıl yaşda qadın idi. Gözlərində nəsə bir boşluq, ətrafında baş verənlərə biganəlik hiss etdim. Anamdan öyrəndim ki, vaxtı ilə o, çox gözəl, yaxşı təmin olunmuş bir qadın idi. Lakin həyat yoldaşını tez itirmişdir. Buna baxmayaraq, övladlarını oxutmuş, necə deyərlər, bütün həyatını onlara həsr etmişdi.
Anamla bu qadının söhbətinə qulaq asdıqca, onun keçirdiyi təəs-süf hissini, ağrı-acıları duyurdum. Qadında yaşamaq həvəsi qalma-mışdı. Deyirdi ki, mən ancaq hamıya narahatçılıq gətirirəm, oğlum ölümümü gözləyir ki, evimin sahibi olsun. Qadın yenə də oğlunu günahlandırmır, bildirirdi ki, o, yaxşı oğuldur, ziyalıdır, çox işləyir, buna görə də ona vaxt ayıra bilmir.
Bu cür hallar tək deyil. Çox analar görmüşəm ki, övladları onlara lazımi qədər qayğı göstərmirlər.
Tələbəlik illəri yadıma düşdü. O zaman bizi teatra aparmışdılar. Şekspirin “Kral Lir” əsərinin tamaşasına baxmışdıq. Orada belə bir ifadə var ki, “övladların nankorluğu ilanın çalmasından qorxuludur”. Bu sözlərdə də uşaqların öz valideynlərinə göstərdikləri nankor münasibət çox düzgün ifadə olunub. Bəs, nə üçün bu cür oğul və qızlar böyüyürlər? Axı, ata və analar onları məhəbbətlə əzizləyir, həyatlarının ən gözəl illərini övladlarına həsr edirlər. Uşaqlarına yaxşı təhsil verməyə çalışırlar ki, onlar irəli getsinlər. Uşaq istər pis, istər yaxşı xasiyyətdə olsun, ata və ana üçün qiymətlidir, əzizdir. Təkrarçılıq olmasın, həqiqətən də ata və ana müqəddəsdir. Onlar bizə həyat verir, böyüdürlər, xəstələnəndə yuxusuz gecələr keçirirlər. Mən anam haqqında danışanda dərhal gözlərim qarşısında evimizin istiliyi, rahatçılığı canlanır, ata isə yorulmadan ailəmizin rifahı üçün çalışan zəhmətkeşdir.
Bəs, onda atılmış ata və analar hardandır? Bəlkə uşaqların tər-biyəsində boşluqlar var? Valideynlər övladlarına başqalarına minnətdar olmağı, hörmət etməyi öyrədə bilməyiblər? Digərlərinə hörmətsizlik nəticədə belə hallara gətirib çıxarır. Eqoist, tərbiyəsiz uşaqlar böyüyürlər. Elə düşünürlər ki, nə istəsələr edə bilərlər və ha-mının onlara borcu var.
Uşaqlar valideynlərinə onlar qocaldıqda, artıq özlərinə qulluq edə bilmədikdə lazımdırlar. Çünki özlərinə göstərilən qayğını, qul-luğu qaytarmaq vaxtı gəlib çatır. Öz valideynlərini başqalarının hi-mayəsinə, qocalar evlərinə ve-rənlər necə normal yaşaya bilirlər? Hələ Allaha dualar edir, Ondan nəsə istəyir, insanlıq haqqında da-nışır, şikayətlənirlər ki, həyat-larında hər şey alt-üstdür. Bəs, necə olmalıdır, niyə təəccüblənir-siniz? Axı, həyat bumeranqdır. Yəni hər kəsin elədikləri özünə qayıdır.
Valideynlər həyata bir dəfə gəlirlər. Dünyada heç kim sizə ata və anamızı əvəz edə bilməz və heç bir insan onlar kimi bizim müvəf-fəqiyyətlərimizə sevinməyəcək. Valideynlərimiz həyatda nəyimiz varsa, ən yaxşısıdır. Ata və ana-mıza görə biz yaşayırıq, yaradırıq, arzularımızı həyata keçiririk. Valideynlər həyatımızın məna-sıdır.
Onları sevindirmək lazımdır, ürəklərini qırmaq yox. Onlar dün-yadan köçəndə, daha gec olacaq. Gəlin onları qoruyaq. Bu gün.
Könül Quliyeva