İnsanlar var ki, anadan əlil doğulurlar, elələri da var ki, mənim kimi, ölkə ərazisinin bütövlüyü uğrunda mübarizədə sağlamlıqlarını itirirlər. Ancaq hər iki halda əlillik o demək deyil ki, bu təbəqədən olanlar cəmiyyətdən təcrid halda yaşamalıdırlar.
Bizim ölkədə əlillərin özlərini cəmiyyətin tam hüquqlu vətəndaşları hiss etmələri üçün hər cür şərait yaradılıb.
Cəbhədə topçu kimi vuruşmuşam. Atam da müharibə veteranı olub. O, Böyük Vətən müharibəsində, mən isə Qarabağ müharibəsində iştirak etmişik. Ağır yaralansam da, yenidən döyüşə qayıtmışam.
Hal-hazırda Qarabağ Hidro-meteorologiya Müəssisəsinin direktoru işləyirəm. Hərdən müharibənin ağrı-acıları, aldığım yaralar sağlamlığımda özünü büruzə verir. Bu zaman bizə verilən imtiyazlardan istifadə edərək ölkəmizin ən yaxşı istirahət mərkəzlərində pulsuz müalicə olunuram. Qeyd edim ki, bu güzəştlərdən döyüşdə mənimlə bərabər olmuş bütün dostlarım istifadə edirlər.
Dövlətimiz həmçinin şəhid ailələrini, əlilləri pulsuz evlərlə və minik avto-mobilləri ilə təmin edir. Bu yaxınlarda dövlətimiz tərəfindən mənə də pulsuz minik avtomobili verilib.
Bütün bunlar göstərir ki, əlillərə qayğı dövlətimizin, onun başçısı möhtərəm İlham Əliyevin diqqət mərkəzindədir.
Eldəniz İbadov
keçmiş döyüşçü