Cəsarət, yüksək peşəkarlıq və şəxsi mətanət tələb edən peşə sahibləri



Tərtər rayonunda 2 İyul – Azərbaycan Polisinin yara-dılmasının 108-ci ildönümü və polis işçilərinin peşə bay-ramı geniş qeyd olunub.
Tədbir iştirakçıları əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Mərkəzi Meydanda ucaldılmış abidəsini ziyarət edib, dahi rəhbərin əziz xatirəsini ehtiramla anıblar.
Tədbir rayon Mədəniyyət Mərkəzinin zalında davam etdirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, məhkəmə və hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, polis şəhid ailələrinin üzvləri, polis veteranları, rayon polis şöbəsinin əməkdaşları, təhsil işçiləri, İnzibati Ərazi Dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Məmmədov iştirakçıları peşə bayramı münasibətilə təbrik edib, Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazovun şəxsi heyətə ünvanladığı təbrik məktubunu diqqətə çatdırıb. Şöbə rəisi Azərbaycan polisinin keçdiyi tarixi yola nəzər salaraq bildirib ki, daxili işlər orqanlarına Ulu Öndər Heydər Əliye-vin hakimiyyəti illərində böyük diqqət və qayğı göstərilib. Hazırda bu dövlət siyasəti Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Daha ətraflı »


Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin çox mühüm mərhələsindəyik.Bu ilin martında biz Avropa İttifaqı Şurasının Prezidenti cənab Koştanı, sonra may ayında isə Avropa diplomatiyasının rəhbəri xanım Kallası qəbul etdik. Bu gün isə Avropa Komissiyasının Prezidenti bizimlədir;
Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cü illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələrin icrasını təmin etmək məqsədilə bölgələrdə zəruri tədbirlər həyata keçirilir, əmək ehtiyatları səfərbər edilir, görüləcək işlər müəyyənləşdirilir.
Yeni ismarıclar