Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,835
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 18Sen
    Digər 20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür üçün şərhlər bağlıdır

    Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

    Qarabağ Zəfərinin davamı olaraq 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi. Məhz elə buna görə də 20 sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Həmin  günün qeyd edilməsi ilə bağlı  Möhtərəm Prezidentimiz  İlham Əliyev cənabları Sərəncam imzalayıb. Qeyd edim ki, Vətən müharibəsindəki Zəfərin davamı olaraq 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz suverenliyini tam bərpa etdi. Cəmi bir sutkaya yaxın müddət ərzində 406 kvadratkilometr ərazi yad ünsürlərdən təmizlənərək Ordumuzun tam nəzarəti altına alındı. Əməliyyat zamanı düşmən ölən 310 nəfər və yaralı 614 nəfər olmaqla xeyli canlı qüvvə itirdi. Ordumuzun dəqiq zərbələri nəticəsində düşmənin 8 tankı, 22 artilleriya qurğusu, 14 minaatanı, 3 zenit kompleksi, 8 radioelektron mübarizə vasitələri, 9 hərbi nəqliyyat vasitəsi olmaqla çoxsaylı silah və texnikası məhv edildi. Bundan başqa, 1731 müxtəlif döyüş texnikası, eləcə də 18 min 664 atıcı silah ələ keçirildi.

    Beləliklə, Azərbaycan ərazisində qurulmuş separatçı rejimin fəaliyyətinə son qoyuldu. Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni silahlı dəstələri tərk-silah edilərək ərazilərimizdən çıxarıldı, respublikamızın suverenliyi tam təmin edildi, bütün ölkə ərazisində Konstitusiya quruluşu bərpa olundu. Daha ətraflı »

  • 02Sen
    Digər “Vətənpərvərlik – milli birlik və həmrəyliyin əsasıdır” mövzusunda tədbir keçirilmişdir üçün şərhlər bağlıdır

      “Konstitusiya və Suverenlik İli” çərçivəsində 02 sentyabr 2025-ci il tarixdə YAP Tərtər  rayon təşkilatının  inzibati binasında “Vətənpərvərlik – milli birlik və həmrəyliyin əsasıdır” mövzusunda tədbir keçirilmişdir.

    Tədbirdə Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin  əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov bildirib ki,  vətənpərvərlik xalqımızın tarix boyu formalaşdırdığı ən müqəddəs dəyərlərdən biridir. Bu duyğu Azərbaycan xalqının qanında, yaddaşında və həyat tərzində həmişə mövcud olmuşdur. Vətənə olan sevgi, torpağa bağlılıq, milli-mənəvi dəyərlərə sadiqlik bizi bütün dövrlərdə birləşdirən əsas güc olmuşdur. Tarix göstərir ki, xalqımız çətin günlərdə, ağır sınaqlarda məhz vətənpərvərlik ruhu ilə birləşərək qalib gəlmişdir. Bu gün də milli həmrəyliyimizin, möhkəm birliyimizin təməlində məhz vətən sevgisi dayanır.

    Qarabağ Zəfəri buna ən bariz nümunədir – xalq, ordu və dövlət bir amal uğrunda birləşdi və tarixi Qələbəyə imza atdı.Vətənpərvərlik yalnız müharibə zamanı deyil, gündəlik həyatımızda da özünü göstərməlidir. Ordumuzun zəfər yürüşləri xalqımıza qol-qanad verdi. Xalqımızın Vətən müharibəsində tarixi qələbəsi böyük milli potensialımızı üzə çıxardı. Reallıq göstərdi ki, Azərbaycan müstəqillik dövründə dövlətçilik dəyərlərimizə bağlı, tarixi yaddaşı qoruyub saxlayan, vətənpərvər və əzmkar bir nəsil yetişdirib. Daha ətraflı »

  • 02Sen
    Digər Azərbaycan regionda ədalət, inkişaf və təhlükəsizliyin əsas təminatçısıdır üçün şərhlər bağlıdır

    Hazırda dünyada mürəkkəb və ziddiyyətli proseslər davam edir. Belə bir şəraitdə Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət davamlı olaraq ölkəmizə uğurlar qazandırır.

    Cənab Prezident  İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına geniş müsahibə verərək sülh prosesi, regional əməkdaşlıq imkanları və digər aktual mövzular haqqında fikirlərini geniş ifadə edib. Dövlətimizin başçısı Ermənistanın 30 illik işğalçılıq siyasətinin nəticələrindən ətraflı bəhs edərək Azərbaycanın öz gücünə ərazi bütövlüyünü bərpa etdiyini diqqətə çatdırıb. Avqustun 8-də Vaşinqtonda imzalanan sənədlər isə regionda sülh və əməkdaşlıq üçün böyük ümidlər yaradır. Çünki imzalanmış sənədlər müstəsna əhəmiyyət daşıyır. Cənab Prezident ümid etdiyini bildirib ki, bundan sonra prosesə heç bir müdaxilə olmayacaq. “Lakin yenə də məndə yüz faiz zəmanət yoxdur, çünki Ermənistanın daxili siyasəti barədə tam məlumatlı deyiləm. Bilirik ki, gələn yay Ermənistanda parlament seçkiləri keçiriləcək. Həmçinin bilirik ki, onlar yeni konstitusiya layihəsi üzərində işləyirlər. Lakin güclü xarici müdaxilə olarsa, bəli, bu, razılaşmaları poza bilər.

    Prezident İlham Əliyev müsahibəsində xüsusi olaraq Zəngəzur dəhlizinə diqqət çəkmişdir. Dövlət başçısının sözləri ilə: “Zəngəzur dəhlizi fəaliyyətə başlamalı və təhlükəsiz olmalıdır.” Bu dəhlizin açılması Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa əlaqə yaratmaqla yanaşı, bütövlükdə region üçün strateji üstünlüklər və iqtisadi imkanlar açacaqdır. Daha ətraflı »