Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 08Apr
    Digər TƏRTƏR RAYON QƏZETİNİN 90 İLLİYİ üçün şərhlər bağlıdır

    Məmur kimi heç vaxt inzibatçı olmayan yazıçı…–Zahid İsmayılov

                                                                           Başı dumanlar-çənlər içində…
    Milli Mətbuatımızın unudulan qələm sahiblərindən biri, Kəlbəcərin ağır günlərində ömrünü girov qoyan Zahid İsmayılovu daha çox söz adamı, qələm sahibi kimi tanıdıq, lakin, təəssüf ki… yada salmadıq…
    Adı fəxrlə çəkilənlər şəxsiyyət kimi zaman-zaman yetişirlər. Onlar bu səviyyəyə çatmaq üçün həyatın çox sınaqlarından keçirlər. İnsan üçün ən böyük sınaq isə vətənpərvərlikdən başlanan yoldur. Bu, elə bir yoldur ki, onun məsafə ölçüsü yoxdur, sonu isə görünmür, uzandıqca-uzanır, bir sözlə, əməlisalehlər üçün cənnət son dayanacaq olur. Bu səbəbdən deyirlər ki, Vətən yolunda şəhid olanlar, yol çəkdirib, körp ü salanlar, su çəkdirənlər də dərs verən, elm öyrədən müəllimlər kimi, cənnətməkan olurlar.
    Ta qədimdən xalqımızın belə ziyalıları çox olub və bu gün də həmin ənənə davam edir. Tikib-quranlar, yazıb-yaradanlar, elm öyrədənlər həyatda iz qoyub gedirlər, onların yerini isə gənc nəsillər tutur.
    Şəxslərin şəxsiyyət kimi yetişməsində müxtəlif amillər rol oynayır ki, onlardan biri də doğulduğu məkan, tərbiyə aldığı ailə və ictimai mühitdir.
    Tarixi şəxsiyyətlər yetişdirən el-obalarımız dünən də olub, bu gün də var. Onların yetişməsində ailə, cəmiyyət əsas rol oynasa da, ilk qədəm basdıqları məktəb, dərs aldıqları müəllimlər unudulmayıblar. Çünki buna onların mənəvi haqları olub.

                                                                    Ömrünü jurnalistikaya bağlasa da…
    Belə şəxsiyyətlərdən bi-ri də vaxtilə ucqar dağ rayonu kimi gözdən-könüldən uzaq düşmüş, 30 ilə yaxındır ki, erməni vandallarının əsarətində inləyən Kəlbəcərdə dünyaya göz açıb, respublikada tanındı, sayılıb-seçildi. Əslində, bilmirsən ki, onun yaradıcı insan olmasından, yoxsa məmur kimi üzərinə düşən vəzifə borcunu layiqincə yerinə yetirməsindən və elə bu yolda da ömrünü şam kimi əridib dağlarda dumanda-çəndə qalmasından söz açasan. Hər iki halda yazılası, deyiləsi çoxsaylı faktlar var. Daha ətraflı »

  • 08Apr
    Kənd Təsərufatı “Yaşıl dünya naminə həmrəylik ili” üçün şərhlər bağlıdır

    Həyatı seviriksə, yaşıllığı artırmalıyıq

    Məlum olduğu kimi, bu il Azərbaycanda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı Tədbirlər Konvensiyasının 29-cu sessiyası (COP29) kimi mötəbər bir tədbir keçiriləcək. Bu məqsədlə Azərbaycanın hər bir guşəsində “Təmiz şəhər”, “Təmiz kənd” uğrunda kampaniyalar həyata keçirilir, küçələrdə, həyətlərdə təmizlik işləri aparılır, yol kənarlarında, ərazilərdə yeni ağaclar əkilir.
    Məqsəd dünyanın üz-üzə qaldığı ətraf mühitin çirklənməsi və iqlim dəyişiklikliyinin yaratdığı problemlərin həllinə kömək etməkdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də 5-ci prioritet “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi adlanır.
    Tərtər rayonunun sakinləri də ekologiyamızın saflaşdırılması naminə görülən işlərə elliklə qoşulublar.

    Tərtər-Hindarx avtomobil yolunun Qaraağacı kəndi ərazisindən keçən hissəsində ağacəkmə aksiyası keçirilib.
    Aksiyada Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin, 9 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-nin əməkdaşları, qazilər, veteranlar, idarə, müəssisə, təşkilatların kollektivləri, İƏD üzrə nüma-yəndələr, bələdiyyələr, konüllülər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Aksiyada iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, aksiyanın keçirilməsində məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməkdən ibarətdir. Daha ətraflı »

  • 08Apr
    Xəbərlər Bir qrup Vətən müharibəsi iştirakçısına müharibə veteranı vəsiqəsi təqdim olunub üçün şərhlər bağlıdır

    Təqdimetmə mərasimində Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, YAP Rayon Təşkilatının sədri Eldar Əsədov və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəis vəzifəsini icra edən Pərviz Hüseynov iştirak ediblər.
    Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və dövlətimizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
    Sonra rayon icra hakimiyyəti başçısının birinci müavini Elvin Umudov çıxış edərək bildirib ki, dövlətimiz hər zaman şəhid ailələri və veteranlara yüksək diqqət və qayğı göstərir. Veteranlar da hər zaman olduğu kimi bundan sonra da dövlətimizin və xalqımızın yanında olacaq.
    YAP rayon Təşkilatının sədri Eldar Əsədov və Səfərbərlik və Hərbi Xid-mətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəis vəzifəsini icra edən Pərviz Hüseynov çıxış edərək veteranların xalqımız və dövlətimiz qarşısındakı tarixi xidmətindən danışıb, eləcə də hazırda onlar qarşısında dayanan vəzifələrə diqqət çəkiblər. Veteranların gənc nəsil üçün örnək olduğunu, onların İkinci Qarabağ müharibəsində göstərdiyi tarixi qəhrəmanlıqların heç vaxt unudulmayacağını vurğulayıblar. Daha ətraflı »

  • 08Apr
    Xəbərlər Qəbul-görüşlər zamanı qaldırılan problemlər operativ həllini tapır üçün şərhlər bağlıdır

    Rayon rəhbərinin yerlərdə keçirdiyi səyyar-qəbul görüşlər artıq ənənə halını alıb. Belə görüşlər zamanı kəndlərin sosial-iqtisadi inkişafı, təhsil sahəsində vəziyyət daha yaxından öyrənilməklə yanaşı, həm də ayrı-ayrı vətəndaşları narahat edən məsələlər üzə çıxır, onların operativ həlli üçün tədbirlər görülür.
    Bu günlərdə Qazyan kəndində keçirilən belə görüşlərin birində kənd sakini Ədalət Ələkbərov müraciət edərək, suvarma arxı təmizlənən zaman tullantıların onun həyətyanı torpaq sahəsinə töküldüyünü bildirib. Rayon İcra Hakimiyyəti başçısının tapşırığına əsasən, rayon Suvarma Sistemləri İdarəsi tərəfindən tullantılar xüsusi texnikalar vasitəsilə ərazidən təmizlənərək daşınıb.

    “Yeni Tərtər”

  • 08Apr
    Digər “Yeni Tərtər”qəzetinin 90 illik yubileyi münasibəti ilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun qəzetin kollektivinə T Ə B R İ K İ üçün şərhlər bağlıdır

        Əziz “Yeni Tərtər”in kollektivi!

    Sizi çalışdığınız qəzetin 90 illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, uzun ömür, cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

    “Qəzet ictimai-siyasi həyatın güzgüsüdür,“ – deyirlər. Zaman-zaman rayon qəzeti də Tərtərin ictimai-siyasi həyatını işıqlandırıb, onun səhifələrində oxucular öz maraq dairəsinə uyğun yazılar görüb, oxuyub, yaddaşına həkk edib.

    Bu gün informasiya bolluğudur. Onlarla saytlar fəaliyyət göstərir. Bu qədər informasiya bolluğunda “Yeni Tətrər” yenə də öz aktuallığını qoruyub saxlayır. Sözsüz, maddi çətinliklər istisna deyil. Ancaq qəzetimizi susmağa qoymur, onu yaşatmaq  üçün əlimizdən gələni əsigəmirik.

    “Yeni Tərtər” qəzetinin 90 yaşı  tamam olur. Uzun illər ərzində bu mətbu orqan rayonumuzun tarixinin öyrənilməsində, təhsil, mədəniyyət və kənd təsərrüfatının inkişafında mühüm xidmətlər göstərib.

    Müxtəlif dövrlərdə qəzet rayon sakinlərini cəmiyyətin qarşısında duran vəzifələrin yerinə yetirilməsinə səfərbər edib, düzü-düz, əyrini-əyri göstərərək, hər bir evdə,  ailədə maraqla oxunub. Daha ətraflı »

  • 05Apr
    Digər Əməkdaşlıq haqqında Bəyannamə münasibətlərimizin gözəl təməlidir üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev cari ilin 4 aprel tarixində Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata bəyanat verib.

    Bildirilib ki, İlk dəfədir ki, Konqo Respublikasının Prezidenti Azərbaycana rəsmi səfər edir.

    Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaqdır. İmzalanmış Əməkdaşlıq haqqında Bəyannamə münasibətlərimizin gözəl təməlidir. Bu, çox önəmli və sanballı bir sənəddir, bizim əməkdaşlığımızın perspektivlərini müəyyən edəcək.

    Bizim siyasi əlaqələrimizin bundan sonra uğurla inkişaf edəcəyinə heç kimdə şübhə yoxdur.

    Dövlət başçısı diqqətə çatdırıb ki, BMT və Qoşulmama Hərəkatı çərçivəsində mövcud əməkdaşlıq əlaqələri inkişaf olunacaq. Hər iki ölkə bundan sonra da beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək əsasında qarşılıqlı fəaliyyəti davam etdirəcək.

    Qoşulmama Hərəkatına bu ilin yanvar ayına qədər 4 il uğurla sədrlik etmiş Azərbaycan Konqonun dəstəyini hər zaman hiss etmişdir. Bizim təşəbbüslərimizə Konqo hər zaman öz dəstəyini vermişdir və bunun nəticəsində sədrliyimiz dövründə Qoşulmama Hərəkatının institusional inkişafı da təmin edilmişdir. Daha ətraflı »

  • 01Apr
    Şəhidlər 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü üçün şərhlər bağlıdır

    Son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanmışdı. Sovet hakimiyyəti dövründə 70 il xalqın qan yaddaşını silməyə aramsız cəhdlər göstərilsə də, bu mümkün olmadı və nəhayət həqiqət anı yetişdi.

    Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. İndi uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər bir-bir açılır. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.

    1918-ci ilin 30 mart – 3 aprel tarixində Daha ətraflı »