Rayon rəhbərinin yerlərdə keçirdiyi səyyar-qəbul görüşlər artıq ənənə halını alıb. Belə görüşlər zamanı kəndlərin sosial-iqtisadi inkişafı, təhsil sahəsində vəziyyət daha yaxından öyrənilməklə yanaşı, həm də ayrı-ayrı vətəndaşları narahat edən məsələlər üzə çıxır, onların operativ həlli üçün tədbirlər görülür.
Bu günlərdə Qazyan kəndində keçirilən belə görüşlərin birində kənd sakini Ədalət Ələkbərov müraciət edərək, suvarma arxı təmizlənən zaman tullantıların onun həyətyanı torpaq sahəsinə töküldüyünü bildirib. Rayon İcra Hakimiyyəti başçısının tapşırığına əsasən, rayon Suvarma Sistemləri İdarəsi tərəfindən tullantılar xüsusi texnikalar vasitəsilə ərazidən təmizlənərək daşınıb.
“Yeni Tərtər”