Son aylar qızılca xəstəliyi respublikamızda yayılmaqda davam edir. Qızılca – kəskin infeksion virus xəstəliyi olub yalnız insanlar arasında baş verir. Qızılca çox vaxt uşaq xəstəliyi kimi qəbul edilsə də, lakin hər yaşda insanların xəstələnməsi mümkündür. Qızıl-caya yoluxmuş insanların öskürməsi, asqırması ilə bir insandan digərinə asanlıqla keçir. Belə ki, asqırma, öskürmə zamanı qızılca virusu yuxarı tənəffüz yollarının selik hissəcikləri vasitəsi ilə ətraf mühitə ifraz olunur və hava axını ilə böyük məsafələrə yayılır. Xəstəlik son dərəcə təhlükəlidir. Xəstəliyə qarşı immuniteti olmayan və yoluxmuş bir insanla eyni yaşayış məkanını paylaşan on nəfərdən doqquzu yoluxur. İnsanlar xəstəliyi səpkilərin başlamasından 4 gün əvvəldən və 4 gün sonrasına qədər başqalarına yoluxdura bilər. Qızılca xəstəliyində 3 dövr ayırd edilir. Başlanğıc, səpkilər və piqmentasiya dövrü. Başlanğıc dövr bədən temperaturunun 38,5-39,5 dərəcəyə qədər artması, yuxarı tənəffüs yollarının və gözün selikli qişasının zədələnməsi ilə səciyyələnir. Zökəm, boğazda ağrı, quru öskürək, bəzən inağ sindromu inkişaf edir. İşıqdan qorxma, konyuktivanın hiperemiyası, göz qapaqlarının şişkinliyi müşahidə edilir. Bu dövr 4-5 günə qədər davam edir və bundan sonra səpki dövrü başlayır, ləkəli papulyaz səpki ilə biruzə olunur. İlk səpki elementləri qulaqarxası, burun darağında xırda ləkələr şəklində meydana çıxır ki, onların da ölçüləri sürətlə böyüyür, bəzən birləşir. Bir sutka ərzində səpkilər tezliklə üzdə, boyunda, sonradan ayrı-ayrı elementlər şəklində döşdə, gövdə və nəhayət aşağı ətraflarda yaranır, 5-7 gün sonra piqmentləşmə dövrü başlayır. Əgər fəsadlaşma, yəni bakterial infeksiya qoşulmazsa, sağalma ilə nəticələnir. Qızılcanın ağırlaşma halı xəstəliyin istənilən dövründə baş verə bilər. Qızılcanın fəsadlaşması bronxit, pnevmaniya, orta qulağın iltihabı, baş beyn və onurğa beyin qişasının iltihabı olan meningit, ensofalit, meninqoensefalit ilə təzahür edir. Odur ki, qızılca xəstəliyindən qorunmaq üçün ən vacib profilaktik tədbir peyvənd olunmaq qəbul edilir, eyni zamanda xəstəliyin yayılmasının qarşısının alınmasında mühüm tədbir həm də erkən diaqnostika və xəstənin vaxtında təcrid olunmasıdır. Xəstə müəyyən edilən infeksiya ocağında peyvənd olunmuş uşaqlar müşahidə edilməli, xəstə ilə təmasda olan peyvənd olunmamış uşaqlar isə təcrid olunmaqla müşahidə olunmalıdırlar. Təmasdan 72 saat əzrində peyvənd olunmaq məsləhətdir. Daha ətraflı »
-
12FevSəhiyyə Qızılca kəskin infeksion virus xəstəliyidir üçün şərhlər bağlıdır
-
12FevƏdəbiyyat Tanrı səbr edənləri sevindirər üçün şərhlər bağlıdır
(Olmuş əhvalat)
Yaradanın sədasını qulaqlarında sırqa et! Özün heç nə yaratmağa qadir deyilsən. Elə isə yaradanın yaratdıqlarına ehtiyatla yanaş. Axı sən Tanrının yaratdığı ən ali varlığa–insana daha yaxınsan, ey təbib.
Havalar qarışıq, istili-tüstülü, ətraf qarışıq, davalı-şavalı, insanlar müxtəlif, imkanlı-imkansız. Talelər müxtəlif, çox bəsit–yarı xoşbəxt, yarı bədbəxt. Yarı sağlam, yarı xəstə, eh, daha nələr və necələr.
Uzra xəstəxanaya anası ilə gətirildi. Həkimi Ədari xanım ona cərrah yanına getməyi məsləhət gördü və beləcə gənc qadının yeni həyat hekayəsi başlandı. Qarın boşluğu cərrahiyyəsində son mərhələ–yayılmış irinli peritonit. Diaqnoz çox ağır idi. Təzəcə ailə qurmuş gəlin sol boru və yumurtalığından məhrum oldu. Yeddi günlük mücadilədən sonra sağlamlığa qovuşdu. Evə yazılarkən arxasınca yalnız gözü yaşlı, bir həftə ərzində saçı ağarmış, büzüşmüs, üzülmüş anası gəldi. Qızını ər evinə qaytarmadılar. “Bizə yarımcan gəlin lazım deyil”, – dedilər.
Aradan illər keçdi. Uzra anası ilə yenidən onu əməliyyat edən həkimin yanına gəlmişdi. Bu illər ərzində nələr olmuşdu. Uzra yenidən ailə qurmuş, ancaq bu ailə də onu qəbul etməmişdir. İkinci evdən qovulandan bir müddət sonra qarşısına çıxan insan ona evlənməyi təklif etmişdir. Uzra indi ailəlidir, ancaq yenə xəstədir. Xəstə müayinə edildi və sağ tərəfli boru hamiləliyi ilə cərrahi əməliyyata alındı. Sadə bir əməliyyat–daxili qanaxmanı dayandırmaq, deşilmiş borunu kənar etmək. Bu qədər. Ancaq gəlin məsələyə bir qadının taleyi baxımından yanaşaq. Bu əməliyyat onun ana olmaq istəyinə son qoyacaq. Bayırda isə gözü yaşlı ana–Amis, övlad sahibi ol-maq arzusu ilə yaşayan gənc həyat yoldaşı, əməliyyat otağında üzünü soyuq tər basmış, deşilmiş borunu əlində tutaraq düşüncələrə dalmış həkim. Qərar vermək həm asan, həm də çətindir. Həkim ona zillənmiş gözlərə, asistentin, əməliyyat tibb bacısının üzünə baxdı və elə bil öz-özünə hökm elədi: Borunu saxlayırıq, ancaq necə? Bacardığım kimi. Əməliyyat borunu uc-uca anostomozu və drenə edilməsi ilə başa çatdı. Daha ətraflı » -
12FevDigər Tərtər rayon qəzetinin 90 illiyi qarşısında üçün şərhlər bağlıdır
“Tərtər” oxuculara nə vəd edir
Artıq narahat, səksəkəli bir ili də başa vurduq. Bu ildə nisgilimiz çox olsa da qazandıqlarımız da az olmadı. Ən başlıcası milli soy-kökümüzə qayıdırıq. 28 may Dirçəliş günümüz oldu. Respublikamızın adının, dövlət bayrağının dəyişdirilməsi barədə Azərbaycan SSR prezidenti fərman vermişdir.
İllərin ayrıcında dayanıb olub-keçənlərə, baş verən hadisələrə qiymət vermək fikrində deyilik. Bu haqda çox deyilib, çox yazılıb. Məqsədimiz başqadır. Axı, üç ildən bəri rayonumuzun köhnə adının bərpasına, qəzetimizin “Tərtər” adı ilə çıxmasına çalışılıb. Birinci məsələnin həllinə qismən (ona görə qismən deyirik ki, rayon Sovetinin verdiyi qərarın təsdiqi gecikir) nail olsaq da, ikinci məsələ artıq həll olunubdur. “Tərtər” yeni ildə təzə-tər xəbərləri, məqalələrilə görüşünüzə gəlibdir. Sizi əmin edirik ki, “Tərtər” ulu babası “Əkinçi”nin adət-ənənələrinə sadiq qalıb oxucuların yaxın dostuna, sevimlisinə çevriləcəkdir. Qəzetimizdə rayonumuzun həyatı, kəndimizin problemləri, mədəniyyət və maarifi, gələcək perspektivləri, narahat dünyamızda baş verən hadisələr haqqında yazılır, maraqlı xəbərlər dərc ediləcəkdir.
Çalışacağıq ki, milli soy-kökümüzü özündə əks etdirən “Tərtər”in hər nömrəsi Sizi sevindirsin, maraq dairənizi əhatə etsin, “Molla Nəsrəddin kimi düzü düz, əyrini-əyri göstərsin”. Əziz oxucularımız, bunun üçün ancaq Sizə güvənirik.Redaksiya heyəti
“Tərtər”, 1 yanvar
1991-ci il -
05FevDigər Azərbaycanla Ermənistan arasında hökm sürən sülh şəraiti məntiqi sonluğa çatmalıdır üçün şərhlər bağlıdır
Prezident İlham Əliyevin cari ilin 1 fevral tarixində Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edib. Qəbul zamanı dövlətimizin başçısı çıxış edib.
Prezident ilham Əliyev bildirib ki, Minsk qrupu 28 il ərzində münaqişənin həlli prosesi ilə məşğul olsa da heç bir nəticə əldə edilmədi. Azərbaycan torpaqları işğaldan azad olunmadı və məcburi köçkünlərin geri qayıtması təmin edilmədi. Minsk qrupu tərəfindən Ermənistana təzyiq göstərilmədi və müvafiq sanksiyalar tətbiq olunmadı.
2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı olaraq Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib.
Amma Ermənistan tərəfindən buna adekvat reaksiya verilmədi. Ona görə də Azərbaycan sülh müqaviləsinin əsaslarını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip irəli sürüb ki, bunun əsasında da sülh müqaviləsi üzrə danışıqlar prosesinin təşəbbüskarı Azərbaycan olub.
2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra üçtərəfli Bəyanat çərçivəsində Ermənistanın üzərinə düşən bir sıra öhdəliklər yerinə yetirilmirdi. Son 3 il ərzində rəsmi İrəvan Azərbaycanın Qarabağ bölgəsində separatizmi maliyyə, hərbi və digər vasitələrlə dəstəkləməyə davam edirdi.
Dövlət başçısı deyib ki, ötən il sentyabrın 2-də Ermənistan rəhbərliyinin qondarma “Dağlıq Qarabağ respublikası”nın “müstəqilliyi” münasibətilə göndərdiyi təbrik, həmçinin sentyabrın 9-da keçirilmiş dırnaqarası “prezident seçkiləri” sülh prosesinə ciddi zərbə vurmuşdur.
Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcuddur. İki ölkənin sərhədində bir neçə aydır sülh şəraiti hökm sürür. Amma bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır. Daha ətraflı »
-
05FevMilli-mənəvi dəyərlər JURNALISTIN YOL QEYDLƏRI üçün şərhlər bağlıdır
“Güllər daşır, daşlar gülür Qarabağda”
Çoxdan idi ki, səhər tezdən bir yerə səfər etmirdim. Buna görə də Medianın İnkişafı Agentliyinin təşkil etdiyi Şuşa səfərinə sevindim. Səhərin sazağı, alatoranlıq heç vəchlə xoş ovqatımıza mane olmurdu. Ona görə ki, arzu qanadlarında, doğma Qarabağımızın tac şəhərinə yol alacaqdıq. Bir azdan qış günəşi çıxacaq, qırmızı şəfəqləri yolumuzu işıqlandıracaqdı. Zəngin mədəniyyət beşiyimiz olan Zəfər şəhərini ziyarət etmək, bulaqlarından su içmək, hər qarış torpağına müqəddəs şəhidlərimizin ruhu hopmuş müstəqil Azərbaycan Respublikasının alınmaz qalasını görmək çoxdankı arzum idi. Düzdür, düz 40 il əvvəl anamla Şuşaya yaxın yerə – Ağdamın Şahbulağına, qardaşım Ənvərin yanına gedəndə bunu arzulamışdım, amma gedə bilməmişdim. İndi gedirəm. Bakı, Gəncə və Lənkəran şəhərlərindən jurnalistləri Şuşaya aparmaq üçün 3 avtobus yola düşmüşdü. Dan yeri söküləndən sonra Füzuli rayonunun Qaraxanbəyli kəndinə çatdıq. Bu, həmin Qaraxanbəylidir ki, işğal dövründə “keçilməz” Ohanyan səddi və neytral zona burada yerləşirdi. Təsəvvür edin ki, Azərbaycan torpağında düşmən səddi… Düşdük, baxdıq. Televiziya ekranlarından gördüyümüz dağıdılmış kəndlər, viranə evlər də elə buradan başlanır. Bir az qabaqda, yolun sağında qəbiristanlıqdakı məzarlara qırmızı lentlər bağlanmışdı. Yəni ki, sakinlər doğmalarının məzarlarını ziyarət ediblər. Bundan qabaqkı Alxanbəyli kəndindəki postda polislər sənədlərimizi yoxlayıb, bizim Şuşa səmtinə getməyimizə xoş niyyət göstərdilər. Qrupumuzun rəhbəri, MEDİA nümayəndəsi Elşən Ağayev bu yerlərdə bir neçə dəfə olduğundan Qarabağın qədim tarixi, yaşayış məskənləri, 44 günlük Vətən müharibəsində işğaldan azad edilmiş yerlər haqqında məlumatlar verir, suallarımızı cavablandırırdı. Elşən müəllim Qaraxanbəylinin Füzulinin işğaldan azad edilmiş ilk kəndlərindən olduğunu, ermənilərin Ohanyan səddinin müzəffər ordumuzun gücüylə qısa müddətə dağıdıldığını xatırlatdı. Dedi ki, strateji və sosial obyektləri, qəbiristanlıqlar, daşı daş üstə qalmamış binaları, yolu, cığırları belə tanımaq olmur. Düşmən ağlasığmaz vandallığı ilə “Qafqazın Xirosiması” adlı acınacaqlı bir tablo yaradıb. Füzuliyə çatanda ürəyimiz bir qədər toxdadı. Şəhər müasir standartlara uyğun şəkildə bərpa olunur. İrəlilədikcə abad yolları görürdük. Yolun hər iki tərəfində quruculuq işləri gedir, ucu-bucağı görünməyən torpaqlarda müasir traktorlar işləyir, taxıl əkilirdi. Adamın sevincdən köksü qabarırdı… Daha ətraflı »
-
02FevDigər Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti üçün şərhlər bağlıdır
Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər Heydər Əliyev gənc nəslə qayğını əsirgəməyib. Ümummilli Liderin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə gənc nəslə diqqətin göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi.
Müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır. Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir.
Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra təhsilimizin ötən əsrin 70-80-ci illərində mövcud olmuş bir çox ənənələri kimi, xarici ölkələrə tələbələrin göndərilməsi ənənəsi də davam və inkişaf etdirilməyə başlandı.
Dövlət hesabına xaricdə təhsil alan gənclərin sosial durumu daim Ulu Öndərin diqqət mərkəzində idi. 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı. Təkcə Türkiyədə dövlət hesabına təhsil alan 700 azərbaycanlı tələbənin hər birinə təqaüd verilməsi üçün ildə 2,4 milyard manat vəsait ayrılmışdı. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Ulu Öndər ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşüb, onlara “Prezident təqaüdü”nün verilməsi Daha ətraflı »
Yeni ismarıclar