26Okt
Rayon rəhbəri şəhidlərin ailə üzvləri və ictimaiyyət nümayəndələri ilə birlikdə şəhid adını daşıyan küçələrdə olublar
Sentyabrın 26-da-27-də Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədov, şəhid ailələri, qazilər və veteranlarla birlikdə Tərtər şəhərində Azərbaycanın Milli Qəhrəmanı, general-mayor şəhid Polad Həşimovun, Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyevin, şəhidlər Qənbər Qənbərlinin, Ruslan Şahbazovun, Aslan Hüseynovun, Azər Şəmilovun, Aysənan Abbasovun və Sənan Məmmədlinin adlarını daşıyan küçələrdə olublar.Şəhid adları verilən küçələr təmir olunub, abadlıq işləri aparılaraq, səliqə-səhman yaradılıb, küçələrin girişində şəhidlərin barelyefi quraşdırılıb.
Daha ətraflı »
26Okt
Qəzetimizin 8-ci redaktoru
Tərtər rayon qəzetinin 8-ci redaktoru Təvəkkül Əsgər oğlu Nəcəfov olub. O, düz 18 il, 1980-cı ildən 1998-ci ilədək redaksiya-ya rəhbərlik edib. Elə qəzetin “Qızıl Bayraq” adı da həmin dövrdə –1992-ci ildə dəyişdirilərək “Tərtər” qoyulub.
Təvəkkül Əsgər oğlu Nəcəfov 1940-cı ildə Ermənistan SSR-in Əzizbəyov rayonunda dünyaya gəlib. Bakı Dövlət Universitetini 1966-cı ildə kitabxanaçılıq ixtisası üzrə bitirib. İlk iş yeri Təzəkənd kənd kitabxanasıdır. Qəzetə adi bir təsadüf nəticəsində gəlsə də, ömrünü bu peşəyə həsr edib və iti qələmi, cəsarətli yazıları ilə sevilib, yaddaşlarda iz qoyub.
Övladları danışırlar ki, Təvəkkül müəllim qəzetimizin o zamankı redaktoru Aydın Məmmədxanovla qatarda tanış olub. O zaman “Kommunizm yolu” qəzetindən yenicə ayrılmış “Qızıl Bayraq”da kadr çatışmazlığı vardı. Gənc yol yoldaşının pozitiv fikirləri, şən xarakteri Aydın müəllimin xoşuna gəlib və elə buradaca ona məsul katib vəzifəsində işləməyi təklif edib. Beləliklə, 1967-ci ildən Təvəkkül Nəcəfov qəzetdə çalışmağa başlayıb. Daha ətraflı »
Yeni ismarıclar