Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayon Pokuroru Əli Qurbanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayevlə birlikdə Vətən müharibəsi şəhidi Surxayzadə Cahangirin rayonun Qaynaq kəndində yaşayan ailəsində olub, onların qayğıları ilə maraqlanıb.
Rayon rəhbəri bizi ərazi bütövlüyümüzə qovuşduran, Şanlı Zəfər tarixmizi yazan şəhidlərimizin xatirəsinin heç vaxt unudulmayacağını bildirib, Cahangirin keçdiyi şərəfli ömür yoluna nəzər salıb.
Qeyd edək ki, Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri olmuş Cahangir Surxayzadə 1996-cı il iyulun 9-da Tərtər rayonunun Qaynaq kəndində anadan olub. O, Füzulinin və Şuşanın azadlığı uğrunda döyüşüb və noyabrın 9-da Şuşa
döyüşlərində şəhid olub.
Cahangir ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, ”Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. Daha ətraflı »



Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 117 şagirdin təhsil aldığı Qaynaq kənd ümumi orta məktəbində mövcud şəraitlə yaxından tanış olub, pedaqoji və şagird kollektivləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi sürətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
Yeni ismarıclar