Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,521
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 31Mar
    Digər Tərtərdə “31 mart Azərbaycanlıların soyqırımı dünyaya Ümummilli lider Heydər Əliyev tərəfindən tanıdılıb” mövzusunda tədbir keçirilib üçün şərhlər bağlıdır

    31 mart  Azərbaycanlıların Soyqırımı Günü ilə  bağlı Tərtər Rayon İcra Hakimiyyəti  Yeni Azərbaycan Partiyasının  rayon təşkilatı ilə birlikdə  “31 mart Azərbaycanlıların soyqırımı  dünyaya Ümummilli Lider Heydər Əliyev tərəfindən tanıdılıb” mövzusunda “dəyirmi masa” keçirilib.

    “Dəyirmi masa”da rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.

    Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin, soyqırıma məruz qalmış Azərbaycanlıların və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini yad ediblər.

    Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının rayon təşkilatının sədri Eldar Əsədov  qeyd edib ki, 1918-ci ilin 30 mart – 3 aprel tarixlərində Azərbaycanın müxtəlif bölgələrində Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox Azərbaycanlını qətlə yetirmişlər. Törədilən soyqırımda “Daşnaksutyun” partiyası xüsusi can-fəşanlıqla iştirak etmiş, çoxlu sayda tarixi, dini və mədəni abidələr də yerlə yeksan edilmişdir.

    1918-ci ilin mart ayında  Şamaxı və Qubada xüsusi amansızlıq və qəddarlıqla soyqırımlar törədilmiş, insanlar kütləvi halda qətlə yetirilmişlər. Qubada kütləvi məzarlıqda aşkarlanan insan skeletləri insanların işgəncələrlə öldürüldüyünü əyani şəkildə sübut edir. Daha ətraflı »

  • 31Mar
    Xəbərlər Tərtərdə 31 Mart-Soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılıb üçün şərhlər bağlıdır

    Tərtərlilər 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Mərkəzi Meydanda Ulu öndər Heydər Əliyevin abidəsini və Şəhidlər Abidə kompleksini ziyarət edib, Ümummilli Liderin, soyqırım qurbanlarının və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

    Anım mərasimində Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov Ümummilli Liderin, soyqırım qurbanlarının və şəhidlərin ruhuna dualar oxuyub, tədbir iştirakçıları abidələrin önünə gül dəstələri düzüblər.

    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon Təşkilatının və Ağsaqqallar Şurasının sədrləri, idarə, müəssisə, təşkilat kollektivləri, şəhid ailələri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

     

  • 31Mar
    Xəbərlər İqtisadiyyat nazirinin müavini Tərtərdə vətəndaşları qəbul edib üçün şərhlər bağlıdır

    İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Tərtər şəhərində Bərdə və Tərtər rayonlarından olan vətəndaşları qəbul edib.

    Qəbula gələn vətəndaşların müraciəti sahibkarlığın inkişafı, o cümlədən, güzəştli kreditlərin, lisenziyaların verilməsi, ixraca dəstək, işğaldan azad edilmiş ərazilərdə işgüzar fəaliyyət, habelə sosial və s. məsələlərlə bağlı olub.

    İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, onlara müraciət etdikləri məsələlərlə bağlı əsaslandırılmış cavab və izahat verilib, araşdırma tələb edən müraciətlər isə baxılması üçün qeydiyyata alınıb.

     

     

     

  • 30Mar
    Digər Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Tərtər rayonuna səfəri üçün şərhlər bağlıdır

    Suqovuşan qəsəbəsində yeni yaşayış məhəlləsinin təməli qoyulub

    Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Suqovuşan qəsəbəsində inşa olunacaq yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak ediblər.
    Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına məhəllə barədə məlumat verdi.
    Bildirildi ki, ümumi sahəsi 2 hektardan çox olan məhəllədə 25-i bir-otaqlı, 80-i ikiotaqlı, 75-i üçotaqlı, 10-u isə dördotaqlı olmaqla ümumilikdə 190 mənzil inşa ediləcək.
    Məhəllədə, həmçinin futbol, idman və uşaq meydançaları, transformator yarımstansiyası və digər zəruri infrastruktur obyektlərinin tikintisi nəzərdə tutulur. Burada, həmçinin geniş yaşıllıq zolaqları da salınacaq.
    Prezident İlham Əliyev yaşayış məhəlləsinin təməlini qoydu.

     

  • 30Mar
    Digər Suqovuşan su anbarının və ondan çıxan magistral su kanalının əsaslı təmiri və turizm obyektlərinin tikintisi ilə tanışlıq üçün şərhlər bağlıdır

    Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Suqovuşan su anbarının və ondan çıxan magistral su kanalının əsaslı təmiri, su anbarı boyunca yaradılan turizm infrastruktur obyektlərinin tikintisi ilə tanış olublar.
    Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verdi.
    Bildirildi ki, Birinci Dövlət Proqramı çərçivəsində əsas infrastruktur obyektlərinin təmir-bərpa və yenidənqurma layihələri çərçivəsində Suqovuşan su anbarının və ondan çıxan magistral su kanalının əsaslı təmirinə başlanılıb. Hazırda su anbarının divarlarına beton örtüyün vurulması, oradakı bütün avadanlıqların əsaslı təmiri həyata keçirilir, magistral kanalda zəruri işlər görülür. Eyni zamanda, Suqovuşan su anbarı boyunca ilkin turizm infrastruktur obyektlərinin yaradılmasına başlanılıb. Burada Turizm İnformasiya Bürosu inşa olunur, sahil-boyu park salınır, avtodayanacaq tikilir.
    Qeyd edildi ki, Qarabağ iqtisadi rayonunda “Xaçınçay”, “Köndələnçay-1”, “Köndələnçay-2”, “Köndələnçay-3” su anbarlarında paralel olaraq aparılan bərpa, əsaslı təmir və yenidənqurma işlərinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.

     

  • 30Mar
    Digər Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Tərtər rayonuna səfəri üçün şərhlər bağlıdır

    Suqovuşan qəsəbə tam orta məktəbində yaradılan şəraitlə tanışlıq

    Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Tərtər rayonunun Suqovuşan qəsəbə tam orta məktəbində yaradılan şəraitlə tanış olublar.
    Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov görülən işlər barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.
    Qeyd edək ki, 2022-ci il martın 20-də dövlətimizin başçısı və birinci xa-nım Suqovuşana səfərləri çərçivəsində qəsəbədəki yararsız vəziyyətdə olan 144 şagird yerlik tam orta məktəbin binasında olmuş, təhsil müəssisəsindəki vəziyyətlə maraqlanmışdılar. Prezident İlham Əliyev məktəb binasının əsaslı təmirinə başlanılması və işlərin yüksək səviyyədə həyata keçirilməsi ilə bağlı tapşırıqlar vermişdi.
    Diqqətə çatdırıldı ki, ərazisi bir hektar olan məktəbdə 12 sinif otağı var. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib. Təhsil ocağında, həmçinin informatika kabineti, kitabxana, iki laboratoriya, 72 nəfərlik akt zalı və yeməkxana var. Məktəbdə internet, mebel-inventar və digər zəruri avadanlıqlar müasir tələblər səviyyəsindədir. Təhsil ocağının həyətində abadlıq işləri görülüb, futbol, basketbol və açıq oyun meydançaları yaradılıb. Daha ətraflı »

  • 30Mar
    Digər Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası avtomobil yolunun açılışı üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva martın 18-də Tərtər rayonuna səfər ediblər.
    Dövlətimizin başçısı əvvəlcə Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası avtomobil yolunun açılışında iştirak edib.
    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə məlumat verdi.
    Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən 2021-ci il oktyabrın 3-də Tərtər rayonunda təməli qoyulan və 4 yaşayış məntəqəsini birləşdirən yeni avtomobil yolunun uzunluğu 22 kilometrdir. Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası yeni avtomobil yolunun eni 19 kilometrlik hissədə 9 metr, 3 kilometrlik hissədə isə 6 metr təşkil edir.
    Bu yolun inşası layihəsi çərçivəsində İncəçay üzərində uzunluğu 84 metr olan avtomobil körpüsü tikilib. Üçaşırımlı körpünün eni 14,5 metrdir. Körpü 9 bal seysmiklik nəzərə alınmaqla inşa edilib. Daha ətraflı »

  • 30Mar
    Digər Talış kəndində 30 ildən sonra Novruz şənliyi üçün şərhlər bağlıdır

    ­Tərtər rayonunun Talış kəndinin sakinləri baharın gəlişini 30 ildən sonra doğma yurdlarında qarşılayıblar.
    Talış kəndində Novruz şənliyinin keçirildiyi meydanda səmənilər, xonçalar düzülüb, Novruz adət-ənənələri nümayiş etdirilib. Qız-gəlinlər müxtəlif şirniyyatlar, sac üstündə yuxa bişirib, iştirakçılar yumurta döyüşdürüblər. Novruzun personajları olan Kosanın və Keçəlin məzhəkəli oyunları, kəndirbazın, pəhləvanın, qılıncla rəqs edən və alov şousu göstərən ifaçıların çıxışları maraqla qarşılanıb. Musiqiçilərin, balaban, zurna, dəf ifaçılarının çıxışları da bayrama xüsusi rəng qatıb. Əllərində Azərbaycan Respublikasının Dövlət Bayrağını tutmuş milli geyimli gənclərin Qarabağ atlarının üstündə meydana gəlmələri iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.
    Azərbaycan Dövlət Kukla Teatrının truppası M.F.Axundzadənin məşhur “Müsyö Jordan və Dərviş Məstəli Şah” komediyası əsasında hazırlanan eyniadlı tamaşanı nümayiş etdirib. Sonra teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının uşaq qrupunun ifasında “Can Qarabağ” konserti olub.
    Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov tədbirdə çıxış edərək Talış kəndinin sakinlərini, tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, onlara cansağlığı, ruzi-bərəkət və firavanlıq arzulayıb. Bildirib ki, bu bayramın xalqımız, xüsusilə Talış kəndinin sakinləri üçün xüsusi önəmi var. Talış kəndində 30 ildən sonra ilk dəfə Novruz bayramı qeyd olunur.
    Sonra Əməkdar artist Aybəniz Haşımovanın və “Sənət Akademiyası” tələbələrinin ifasında “Qarabağa gəlirik” və “Vətəndən pay olmayır” mahnıları ifa edilib. Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin çıxışından sonra Milli səs yarışının iştirakçısı Asim Abbasovun və gənc xanəndə Yusif Cəfərbəylinin ifaları sakinlər tərəfindən böyük maraqla dinlənilib. Daha ətraflı »

  • 30Mar
    Digər “Heydər Əliyev ili” çərçivəsində görkəmli ziyalıların və elm xadimlərinin iştirakı ilə “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda elmi-praktiki konfrans üçün şərhlər bağlıdır

     

     

     

     

     

    Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Umummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə “Heydər Əliyev ili” çərçivəsində əslən Tərtər rayonundan olan görkəmli ziyalıların və elm xadimlərinin iştirakı ilə “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda elmi-praktiki konfrans keçirilib.
    Konfrans iştirakçıları əvvəlcə Mərkəzi Meydanda Ulu Öndər Heydər Əliyevin abidəsini və Şəhidlər Abidə Kompleksini ziyarət edib, xatirələrinə ehtiram əlaməti olaraq abidələrin önünə gül dəstələri düzüblər.
    Tədbir rayon icra hakimiyyətinin akt zalında davam etdirilib.
    Konfransda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, akademik Vaqif Abbasov, Xalq şairi Vahid Əziz, ehtiyatda olan polkovnik-leytenant, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl, Tarix elmləri doktoru, “Əməkdar müəllim” Vəkil Həsənov, Filologiya üzrə fəlsəfə doktoru İlahə Əliyeva, həkim, şəhid bacısı, birinci Qarabağ müharibəsi veteranı Məhəbbət Paşayeva, İqtisad üzrə fəlsəfə doktoru Zöhrab Paşayev, Xalq artisti Teyyub Aslanov, yazıçı-jurnalist, “İki Sahil” qəzetinin müxbiri Vəli İlyasov, bəstəkar Elçin Atayev, “İlahiyyat” jurnalının baş redaktor müavini Rahilə Misirxanlı, ESTM klinikasının rəhbəri, Tibb üzrə fəlsəfə doktoru Sona Əsgərova, şairə Səidə Əşrəfqızı, şəhid ailələri, qazilər, rayon icra hakimiyyətinin əməkdaşları, YAP rayon təşkilatının və Ağsaqqallar şurasının sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, mətbuat və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Daha ətraflı »

  • 30Mar
    Digər Novruz bayramı münasibətilə ümumrayon tədbiri üçün şərhlər bağlıdır

     

     

     

     

     

    Xalqımızın ən əziz bayramlarından olan Novruz Tərtər rayonunda böyük coşqu ilə qeyd olunub. Tərtərlilər baharın gəlişini böyük sevinc və ruh yüksəkliyi ilə qarşılayıblar.
    Azərbaycan xalqının milli-mənəvi, maddi və mədəni dəyərlərini gənc nəslə daha yaxından tanıtmaq və təbliğ etmək məqsədilə Mərkəzi Meydanda təşkil olunan tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər Rayon Təşkilatının və rayon Ağsaqqallar Şurasının sədrləri, idarə, təşkilat və müəssisələrin kollektivləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
    Əvvəlcə tədbir iştirakçıları Mərkəzi Meydanda Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər gül-çiçək dəstələri düzüblər.
    Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
    Sonra rayon rəhbəri qazilərlə birlikdə bayram tonqalını alovlandırıb.
    Tədbir iştirakçıları bayram münasibətilə təşkil edilmiş əl işləri və xalq sənətkarlığı nümunələrindən ibarət sərgi ilə tanış olublar. Bayram şənliyində milli adət və ənənələrimiz nümayiş etdirilib, Novruzun personajları olan Kosanın və Keçəlin məzhəkəli oyunları, gənc idmançıların çıxışları maraqla qarşılanıb. Dədə Qorqudla Bahar qız şənlik iştirakçılarına xoş arzularını çatdırıb, elimizə, obamıza sülh, əmin-amanlıq diləyiblər. Daha ətraflı »