Prezident İlham Əliyev cari ilin 13 fevral tarixində Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edib.
O bildirib ki, bundan sonra ölkəmizin enerji potensialı böyük dərəcədə güclənəcək və Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmi daha da artacaq. 2025-ci ildə Mingəçevir şəhərində yeni 1280 meqavat gücündə elektrik stansiyasının açılışı olacaq.
Mingəçevir hazırda elektroenergetika sahəsində bizim əsas şəhərimizdir. Mingəçevirdə fəaliyyət göstərən elektrik stansiyası bu gün ölkəmizin elektrik enerjisinə ehtiyacının böyük hissəsini ödəyir.
Prezident deyib ki, Mingəçeviri Qafqazın enerji mərkəzinə çevirən Ulu Öndər Heydər Əliyev olmuşdur. Onun rəhbərliyi və təşəbbüsü ilə 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulmuşdur. Böyük stansiyanın birinci blokunun 1981-ci ildə Heydər Əliyevin şəxsən iştirakı ilə açılışı olmuşdur.
Müstəqilliyin ilk illərində məhz Mingəçevir Elektrik Stansiyası ölkəni elektrik enerjisi ilə təmin edirdi. Ümumi generasiya gücü 2400 meqavat olan stansiya ölkəmizin nəinki enerji potensialını, ümumiyyətlə, sənaye potensialının böyük hissəsini ödəyərək imkan verdi ki, hətta müstəqilliyimizin ən ağır illərində, ilk illərdə Azərbaycanda elektrik enerjisi ilə təchizat təmin edilsin.
2018-ci ildə Mingəçevir Elektrik Stansiyasının yenidən qurulması prosesi başlamışdır. Qısa müddət ərzində – artıq iki ildə 8 blok tamamilə yenidən qurulmuş və istifadəyə verilmişdir. 2020-ci ildə stansiya öz əzəli gücü ilə yenidən işləməyə başlamış və 2400 meqavat generasiya gücünə malik olmuşdur. Bərpa-yenidənqurma işləri nəticəsində təqribən 600 meqavatdan çox itirilmiş güclər bərpa edildi. Daha ətraflı »


Fevralın 6-da Türkiyədə baş verən zəlzələ ilə bağlı qardaş ölkəyə birinci olaraq yardım əlini uzadan Azərbaycan olub. Bu yardım həm dövlət səviyyəsində, həm də könüllü olaraq bütün xalq tərəfindən göstərilir. Hər kəs baş verənləri öz ağrı-acısı kimi qəbul edərək, əlindən gələn yardımı etməyə çalışır.
“Ulu Öndər Heydər Əliyev arzularında yaşatdığı Azərbaycanı hələ birinci rəhbərliyi dönəmində qurmağa başlamış, arzu və istəklərini bu istiqamətə yönəltmişdir. Məhz buna görə də onun adı xalqın simvoluna, həyat və fəaliyyəti isə xalqın məhəbbət və sədaqət simvoluna çevrilmişdir”. Bu sətirlər rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında “Ulu Öndər Heydər Əliyev irsi milli sərvətimizdir” mövzusunda keçiri-lən inşa yazı müsabiqəsinin qaliblərindən birinin ürək sözləridir.
Fevralın 6-sı gecə saatlarında qardaş Türkiyənin on vilayətində baş verən zəlzələ dünyanın bütün humanist xalqları kimi Azərbaycan xalqını da sarsıtdı. Bu qarşısıalınmaz təbii fəlakət hamımızın qəlbini kədərlə doldurdu. Bütün türk xalqı fəlakətdən zərərçəkənlərə kömək üçün səfərbərdir. Dövlət qurumları ilə bərabər vətəndaşlar da əllərindən gələn köməyi etməyə çalışırlar. Xilasedicilərin köməyinə gələn kütlə zərərçəkənləri xilas etmək üçün gecəli-gündüzlü çalışır.
Tərtər Rayon İcra Hakimiyyətində gənclərin iştirakı ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” və “Heydər Əliyev və vətənpərvər Azərbaycan gəncliyi” mövzularında ümumrayon tədbiri keçirilib.
Qardaş Türkiyədə təbii fəlakət nəticəsində minlərlə insanın həyatını itirməsi, yaralanması, evsiz-eşiksiz qalması hər bir azərbaycanlı tərəfindən ürək ağrısı ilə qarşılandı. Lakin bununla yanaşı Azərbaycan dərhal birinci olaraq Türkiyəyə kömək əlini uzatdı. Qardaş ölkəyə yardım göstərmək məqsədilə bütün vətəndaşlarımız səfərbər olublar.

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında son illərdə rayon rəhbərinin bilavasitə yerlərdə həyata keçirdiyi səyyar qəbul-görüşlər bəhrəsini verməkdədir. Belə görüşlər zamanı hər bir kəndin ümumi problemləri daha yaxından öyrənilir, həm də ayrı-ayrı vətəndaşlar üzləşdikləri çətinliklərlə bağlı birbaşa müraciət edə bilirlər ki, bu da məsələlərin operativ həllinə kömək edir.
Məhəmməd Məmmədovu, Bəxtiyar Qəhrəmanovu, Anar Mustafayevi, İradil Cəfərovu, Tural Əhmədovu, Sənan Əhmədovu, Kamal Hümbətovu diqqətlə dinləyən icra başçısı müraciətlərlə bağlı əlaqədar təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verib, araşdırması müəyyən vaxt tələb edən məsələlər isə nəzarətə götürülüb.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və Ağsaqqallar şurasının sədrlərilə birlikdə rayonun Köçərli kəndində yaşayan Vətən müharibəsi şəhidi Ələkbər Ələkbərlinin ailəsində olub, onların qayğıları ilə maraqlanaraq, Vətənə Ələkbər kimi igid oğul bəxş etdikləri üçün minnətdarlığını bildirib.
12-13 sentyabr 2022-ci il tarixdə Ermənistan tərəfindən sərhəddə törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhidlik zirvəsinə ucalan rayonumuzun Evoğlu kəndinin sakini Məftun Əhmədzadənin doğum günü məzarı önündə qeyd olunub.
Yeni ismarıclar