Dekabrın 12-si Azərbaycanın bütün bölgələrində olduğu kimi, Tərtər rayonunda da xalqımızın dahi oğlu, görkəmli siyasi xadim Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılıb.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər rayon təşkilatının sədri ilə birlikdə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək, böyük rəhbərin xatirəsini ehtiramla yad ediblər.
Mərasim iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin həyatını və siyasi fəaliyyətini əks etdirən eksponatlarla, foto və sənədlərlə tanış olublar.
Tədbir iştirakçılarına müasir Azərbaycanın memarı olan Ulu Öndərimizin əziz xatirəsinin qədirbilən xalqımız tərəfindən hər zaman dərin ehtiramla yad edildiyi bildirilib. Ölkənin müstəqil, hərtərəfli, dayanıqlı və dinamik inkişafında Heydər Əliyevin çoxşaxəli və misilsiz xidmətlərindən danışılıb. Hazırda onun layiqli siyasi davamçısı, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müasir dövrün tələblərinə uyğun olaraq sürətlə inkişaf etdiyini, sosial rifah səviyyəsinin xeyli yüksəldiyini, dünyanın siyasi xəritəsində mövqeyinin daha da gücləndiyini və tariximizin qalibiyyətlərlə dolu şanlı səhifələrinin yazıldığı qeyd edilib.
44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımızın qətiyyəti və yenilməz Azərbaycan Əsgərinin qəhrəmanlığı sayəsində 30 il işğal altında olan torpaqlarımızın azad edilməsində qazanılan tarixi Zəfərin məhz Heydər Əliyev siyasətinin təntənəsi kimi qiymətləndirildiyi diqqətə çatdırılıb. Daha ətraflı »
Yeni ismarıclar