Dekabrın 8-də keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi psixoloqu Pərişan Orucova, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Məmmədli, rayon Polis şöbəsinin Yetkinlik yaşına çatmayanların proflaktik işinin təşkili qrupunun baş inspektoru Bəxtiyar Əliyev, Gənclər və İdman idarəsinin İdman sahəsi üzrə aparıcı məsləhətçisi Nəriman Nərimanzadə, rayon Mərkəzi Xəstəxanasının həkimi Sevinc Şirinova, rayon ümumtəhsil məktəblərinin psixoloq və müəllimləri iştirak ediblər.
Tədbirdə çıxış edənlər bildiriblər ki, ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra gender bərabərliyi və qadın hüquqlarına dair beynəlxalq normalara riayət olunması ilə bağlı bir sıra öhdəliklər götürüb. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə insan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatların davamı olaraq 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun qəbul edilib, qadın hüquqlarının qorunması, xüsusi ilə də məişət zorakılığının qarşısının alınması sahəsində güclü qanunvericilik bazası yaradılıb. Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın dəstəyi ilə qadınların sosial həyatın bütün sahələrində aktiv iştirakı üçün mühüm işlər görülür.
Həmçinin zorakılığa qarşı ilk növbədə ailələrdə və orta məktəblərdə maariflənmə aparılmasının və gələcəyin sağlam ailəsinin təməlinin bu gün yetişməkdə olan sağlam dünyagörüşlü gənclər olduğu vurğulanıb. Bunun üçün məktəb psixoloqları və valideynlərin daim əlaqəli işləməsinin vacibliyi qeyd edilib.
Tədbirin sonunda iştirakçılar gender əsaslı zorakılığa qarşı tədbirlərin davamlı olması və bu sahədə maarifləndirmənin gücləndirilməsi barədə təkliflər səsləndiriblər.