05Noy
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayon prokurou Əli Qurbanov və YAP rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə Zəfər günü ərəfəsində Yuxarı Qapanlı kəndində Vətən müharibəsi şəhidi Əliyev Elməddinin ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.
Azərbaycan Respublikasının müzəffər Ali Baş Komandanı, qalib sərkərdə cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Zəfər qazanan Azərbaycan ordusunun tarixi qələbəsindən danişan icra başçısı Müstəqim Məmmədov ordumuzun erməni ordusunun məglubedilməzliyi haqqında yayilmış “əfsanə”nin əslində yalan oldugunu üzə çıxardıgını, erməni vandalizminə son qoydugunu bildirib. Azərbaycan Ordusunun 44 gündə onları diz çökdürdüyünü, Ermənistanın kaptulyasiya aktına imza atdıgını qeyd edib. Bu qələbənin məhz Elməddin kimi ogulların sayəsində qazanıldıgını, onların sayəsində 30 ildən sonra torpaqlarımızın işgaldan azad olundugunu deyib. Rayon rəhbəri şəhidin valideynlərinə Elməddin kimi ogul böyütdükləri üçün minnətdarlıgını bildirib. Daha ətraflı »
05Noy
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 420 şagird yerlik Yuxarı Qapanlı kənd tam orta məktəbində mövcud şəraitlə yaxından tanış olub, məktəbin pedaqoji və şagird kollektivi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.
Məktəbdə görülmüş işlərlə yaxından tanış olan rayon rəhbəri tədris, təlim-tərbiyə prosesi ilə maraqlanıb, pedaqoji kollektivə şagirdlərin dərsdən yayınma hallarına yol verilməməsini, valideynlərlə sıx əlaqə saxlanmasını, valideyn komitələrinin bu işə cəlb olunmasını, “Covid-19” pandemiyası ilə mübarizə üçün gündəlik gigiyenik qaydalara əməl olunmasını tövsiyə edib.
Rayon rəhbəri şagirdlərə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Milli Ordunun qazandığı şanlı qələbədən və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan həmyerlilərimiz haqqında geniş məlumat verib, şəhidlərin qısa, ancaq hər kəsə örnək olan həyatlarından, onların döyüş şücaətlərindən danışıb, məktəblilərə təhsildə uğurlar arzulayıb.
05Noy
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar qəbul-görüşü rayonun Yuxarı Qapanlı kəndində keçirilib.
Qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və ağsaqqallar şurasının sədrləri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə rayon rəhbəri yaşayış məntəqələrində keçirilən səyyar-qəbul görüşlər haqqında məlumat verib. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb. Daha ətraflı »
05Noy
Zəfər günü ilə əlaqədar rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, YAP rayon Təşkilatının sədri Eldar Əsədov və Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərovla birlikdə Vətən müharibəsi şəhidi Abbasov Aysənan Əsgər oğlunun rayonun Seydimli kəndində yaşayan ailəsini ziyarət edib, onun ailəsinin qayğıları ilə maraqlanıb, şəhidin valideynlərinə Aysənan kimi Vətəni sevən, onun ərazi bütövlüyü uğrunda canından keçən oğul böyütdükləri üçün minnətdarlıq edib, Aysənanın evdən deyil, eldən gedən ogul olduğunu bildirib.
Abbasov Aysənan 29 iyun 1992-ci ildə Tərtər rayonunun Seydimli kəndində dünyaya göz açıb. 2010-cu ildə Şəhid Fəxrəddin Orucov adına Seydimli kənd tam orta məktəbini bitirib. Aysənan uşaqlıqdan hərbçi olmaq, Vətənin müdafiəsində birbaşa iştirak etmək arzusunda olubdur. 2011-ci ildə hərbi xidmətə gedib, 2012-ci ildə təxris olunub. Aysənan torpaqlarımızın işğal altında qalması ilə heç cür barışa bilmirdi. Daha ətraflı »
05Noy
8 noyabr- Şanlı Zəfər günü ilə bağlı Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, YAP rayon Təşkilatının sədri Eldar Əsədov və Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərovla birlikdə Kəbirli kəndində yaşayan Vətən müharibəsi şəhidi Hüseynov Elnur Əhliman oğlunun ailəsində olub, onların qayğıları ilə maraqlanaraq, Vətənə Elnur kimi igid oğul bəxş etdikləri üçün minnətdarlığını bildirib.
Elnurun keçdiyi döyüş yolundan danışan rayon rəhbəri onun qısa, lakin mənalı ömür yolunun gənclərə vətənpərvərlik hisslərinin aşılmasında mühüm rol oynadığını bildirib. Qanları ilə tarix yazan torpağı Vətənə çevirən Azərbaycanın Elnur kimi oğullarının unudulmadığını bildirib.
Azərbaycan Ordusunun əsgəri Hüseynov Elnur Əhliman oğlu 1990-cı il aprelin 16-da Tərtər rayonunun Kəbirli kəndində anadan olub. Noyabrın 11-də Ağdərə istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Noyabr ayının 14-də Tərtər rayonunun Kəbirli kəndində dəfn olunub. Onun özündən sonra 2 qız övladı yadigar qalıb. Daha ətraflı »
03Noy
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” Sərəncamına əsasən hər il noyabrın 8-i Azərbaycanda Zəfər günü kimi təntənəli şəkildə qeyd ediləcəkdir.
Bununla əlaqədar tarixə “qızıl” hərflərlə yazılan “08 Noyabr-Zəfər günü”ə Tərtər rayonunda hazırlıq işləri aparılır. Belə ki, Ali Baş Komandanımızın rəhbərliyi, Müzəffər Ordumuzun şücayəti ilə 44 günlük Vətən Müharibəsində qazanılan Zəfər ilə bağlı rayonun meydan və küçələrinə, inzibati binalara, ticarət obyektlərinə və digər ərazilərə plakatlar yerləşdirilir.
03Noy
25 oktyabr-2 noyabr 2022-ci il tarixlərində Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq, Tərtər rayon Gənclər və İdman İdarəsinin Tərtər Rayon Təhsil sektoru ilə birgə təşkilatçılığı əsasında “8 noyabr-Zəfər Günü”nə həsr edilmiş rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərindən ibarət komandalar arasında mini futbol idman növü üzrə rayon turniri keçirilmişdir.
Turnirdə ümumilikdə 26 məktəbin komandası iştitak etmişdir. Yarış Olimpiya sistemi(uduzan çıxır) əsasında keçirilmişdir.
Maraqlı mübarizə şəraitində keçirilən turnirdə Soyulan kənd tam orta məktəbin komandası l yeri, Səhləbad kənd tam orta məktəbin komandası ll yeri, Şəhər 1 saylı tam orta məktəbin komandası isə lll yeri tutaraq kubok və diplomlarla təltif edilmişlər.
01Noy
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib. Qəbulda 28 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.
Qəbula gələn vətəndaşlar əsasən Vətən müharibəsi zamanı evlərinə dəymiş ziyanla, işlə təmin olunma, maddi yardım, subartezian quyularının təmiri, sahibkarlıq obyektinin tikintisi üçün icazə verilməsi, bələdiyyədən əkin üçün icarəyə torpaq sahəsinin ayrılması, pay torpaq sahəsində olan mübahisə, əlillik dərəcəsinin təyin edilməməsi, küçənin asfaltlanması, dövlət mülkiyyətində olan torpaq sahəsindən bağçılıq məqsədilə icarəyə torpaq sahəsinin ayrılması və digər məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.
Qəbulda vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
01Noy
Tərtər Rayon İcra Hakimiyyətində həftə ərzində vətəndaşlar qəbul edilir, onların problemlərinin həlli istiqamətində əməli addımlar atılır. Qəbullarda Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavinləri və şöbə müdirləri ilə yanaşı YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov da iştirak edir.
Fərdi qaydada baş tutan qəbullarda səsləndirilən müraciətlərin bəziləri yerindəcə öz həllini tapır. Araşdırılması vacib olan məsələlərlə bağlı isə müvafiq qurumlara tapşırıqlar verilir. Keçirilən bütün qəbullarda Azərbaycan Respublikasınım Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaş məmnunluğu təmin edilir.
Məlumat üçün bildiririk ki, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə yaxınlaşaraq, Tərtər Rayon İcra Hakimiyyəti başçısının, icra başçısının birinci müavininin, habelə Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması, İctimai-siyasi və humanitar məsələlər, Hüquq, Memarlıq və tikinti, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələri üzrə qəbul günləri barədə məlumatı öyrənə, həmçinin Tərtər rayon icra hakimiyyətinə Rəqəmsal İcra Hakimiyyəti (https://rih.gov.az/) portalı vasitəsi ilə də müraciət edə bilərlər.
Yeni ismarıclar