Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 30Noy
    İdman İDMAN GİMNASTİKADAN BAŞLAYIR üçün şərhlər bağlıdır

    Uşaqlar bizim gələcəyimizdir. Uşaq idman siyasətinin banisi olan Ulu Öndər Heydər Əliyevin idmana olan diqqət və qayğısı bu gün də ölkə başçımız cənab İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir və həmişə diqqət və qayğıda saxlanılır. Azərbaycanda idmanın bütün sahələrinin inkişafı, idmançılara yüksək səviyyədə qayğı və diqqət göstərilməsi, idman komplekslərinin müasir tələblərə cavab verəcək səviyyədə qurulması və ən əsası, Olimpiya oyunlarında idmançılarımı-zın iştirakı üçün xeyli işlər görülmüşdür. Bu diqqət və qayğı rayonumuzdan da yan keçməmişdir.
    Olimpiya idman növü olan gimnastika idmanın populyar növlərindən biridir. Gimnastika çoxnövlü idmandır. İdman gimnastikası, bədii gimnastika, akrobatika gimnastikası və tamblinq. Gimnastika Federasiyasının dəstəyilə artıq ikinci aydır ki, Tərtər Olimpiya İdman Kompleksində bədii gimnastika və gimnastika bölmələri hamı üçün fəaliyyətə başlayıb. Məşqləri federasiyada peşə və ixtisas kursları keçmiş məşqçi müəllim Dilbər xanım keçir. Təbii ki, bu, rayonumuzda yeni bir idman növüdür və çox maraqla qarşılanır. İdmanın bu sahəsinə valideynlər uşaqlarının sağlam böyüməsi üçün müraciətlər edirlər. Məşqlərimiz həftənin çərşənbə axşamı, cümə axşamı və şənbə günləri saat 10:00-dan 11:30-dək və 15:00-dan 17:30-dək keçirilir. Bir daha demək istəyirəm ki, övladlarımızı sağlam bədəndə və sağ-lam ruhda böyüdək.

    Emin Dadaşov,
    Tərtər Olimpiya İdman
    Kompleksinin direktoru

     

  • 30Noy
    Digər Payız gəldi, ancaq yagışlar yağmır… üçün şərhlər bağlıdır

    Dünya həyəcan təbili çalır. Qlobal iqlim dəyişikliyi bütün sahələrdə qarşımıza yeni-yeni çətinliklər çıxarır. Xüsusən kənd təsərrüfatında, suvarmada üzləşdiklərimiz işimizə qarşı daha diqqətli olmağı tələb edir.
    Cəmi bir neçə il əvvəl payızda yağan yağışlar, hətta qar əkin sahələrini canlandırırdı. İndi yağış üzünə həsrətik. Odur ki, suvarmada daha qənaətcil olmaq, bütün imkanlardan maksimum istifadə etmək lazımdır.
    Bu məqsədlə Meliorasiya və Su Təsərrüfatı ASC-nin təmir planına uyğun olaraq, suvarma arxları beton üzlüyə alınır ki, nəticədə su itkisi azalır.
    Hazırda 10 km uzunluğu olan Qapanlı arxının 1 kilometrinin və 8 km uzunluğunda Qaynaq-Qazyan arxının 1,2 kilometrinin beton üzlüyə alınması işləri aparılır. Bu işlər cari ilin sonunadək başa çatdırılacaq.
    Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bu günlərdə işlərin gedişi ilə tanış olub və rayonda fəaliyyət göstərən Suvarma Sistemləri və Tərtərçay Hidroqovşağı İstis-marı idarələrinin rəhbərlərinə müvafiq tapşırıq və tövsüyələrini verib.

    “Yeni Tərtər”

  • 30Noy
    Təhsil Uşaqların maraq və istəklərinə diqqətlə yanaşılmalıdır üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayonun Buruc kənd tam orta məktəbində direktor müavinlərinin, uşaq birliyi rəhbərinin, psixoloqun və məktəb üzrə fəal şagirdlərin iştirakı ilə “Uşaqların maraqları və onların istəklərinin təmin olunması” mövzusunda tədbir keçirilib. Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Quliyeva, Tərtər Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Gənclər və İdman idarəsinin əməkdaşı Nəriman Nərimanzadə uşaqların maraqları və onların istəklərinin təmin olunması ilə bağlı 2021-ci və 2022-ci illərdə görülmüş işlər, keçirilmiş tədbirlər, rayonda fəaliyyət göstərən məktəbdənkənar tərbiyə müəssisələrinin fəaliyyəti barədə danışıblar. Daha ətraflı »

  • 29Noy
    Digər “Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq Laçın rayonu bərpa ediləcək üçün şərhlər bağlıdır

    Laçın rayonu 1930-cu ildə inzibati ərazi vahidi statusu alıb. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi vardır. Ümumi sahəsi 1835 kvadrat kilometri olan Laçın rayonu 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir.

    Laçın rayonu 18 may 1992-ci ildə işğal olunub. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vasitəsilə daxil olub. Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Rayonun əhalisi 79.1 min nəfər olmaqla respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb.

    İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb.

    Ermənistan işğalçı tərəf olaraq Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olub. Bu cür əməllər bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilir və bu cinayət dünya ictimaiyyətinin gözü qarşısında baş vermişdir. Daha ətraflı »

  • 29Noy
    Xəbərlər Azərbaycanın beynəlxalq arenada oynadığı rol getdikcə artmaqdadır üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev 25 noyabr tarixində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda iştirak edib. Dövlət başçısının konfransdakı çıxışı dünyada maraqla qarşılanıb.

    Prezident İlham Əliyev deyib ki, Orta Dəhliz kimi irimiqyaslı layihəni icra etmək üçün təhlükəsizlik və iqtisadi bacarıq məsələləri müzakirə olunmalıdır. Təhlükəsizlik və iqtisadi potensial olmadan bütün region ölkələrinə fayda verəcək Orta Dəhlizin tam istismara verilməsi məqsədinə nail olmaq mümkün olmayacaq.

    İstənilən genişmiqyaslı layihənin icrası üçün önəmli elementlərdən biri sabitlikdir. Azərbaycanda uzun illərdir ki, sabitlik var və bu, bizim iqtisadi inkişafımızın əsas amillərindən biridir. İndi Azərbaycanın beynəlxalq arenada oynadığı rol da, daxili siyasətimiz sayəsində əmələ gəlmişdir.

    Güclü iqtisadiyyat, siyasi, iqtisadi sabitlik və siyasətimizin proqnozlaşdırılması mümkün qədər çox ölkə ilə daha yaxın münasibətlərin qurulması ilə yanaşı, bugünkü reallığa gətirib çıxarıb. Buna görə siyasi sabitlik, təhlükəsizlik, iqtisadiyyat – bütün bu amillər çox vacibdir. Bununla yanaşı, Orta Dəhlizin bir hissəsi olan hər bir ölkənin daxildə etdikləri də vacibdir.

    Bildirilib ki, Azərbaycanın açıq dənizə, okeanlara çıxışı yoxdur. Buna görə istər enerji layihələrimizin, istərsə də nəqliyyat layihələrimizin reallaşdırılması üçün çox gərgin işlər aparılmalıdır.

    Ölkəmizin coğrafi mövqeyinin üstünlüyü Avropa ilə Asiyanın arasında yerləşməsindədir. İki qitənin ortasında yerləşirik və bu bizə bağlılıq məsələlərində mühüm rol oynamağa imkan verir. Daha ətraflı »

  • 28Noy
    Sosial Tərtərdə gənclər üçün təlim keçirilib üçün şərhlər bağlıdır

      Gənclərin İnkişaf və Karyera Mərkəzinin Tərtər nümayəndəliyinin və Tərtər İlk Peşə İxtisas Məktəbinin birgə əməkdaşlığı çərçivəsində gənclərə “Gender bərabərliyi” mövzusunda psixoloq Esmira Hüseynzadə tərəfindən təlim keçirilib.

     

    Təlimdə Tərtər İlk Peşə İxtisas Məktəbinin direktoru Əli Babayev, Tərtər rayon İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işlərinin və hüquqlarının mudafiəsi üzrə komissiyanın katibi Rəvan Həsənov və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Tərtər nümayəndəliyinin direktoru Cəmil Hacıyev iştirak edib.

    Təlim zamanı Esmira xanım “Qadın hüquqları”, “Ekrən nikahın qarşısının alınması”, Qadınların təhsilə təşviq olunması” və.s mövzulara toxunub.

    Daha sonra gənclər sosial videoçarx izləyib.

    Təlim sonunda gənclərin və digər iştirakçıların sualları cavablandırılıb.

  • 25Noy
    Digər Kəlbəcər bizimdir, Qarabağ Azərbaycandır! üçün şərhlər bağlıdır

    Kəlbəcər rayonu 2020-ci il noyabrın 25-də Prezident İlham Əliyevin diplomatik bacarığı sayəsində bir güllə atılmadan azad edilib. Bu gün Azərbaycan xalqı qürur hissi ilə Kəlbəcərin işğaldan azad edilməsi tarixini qeyd edir.

    “Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.

    Kəlbəcərə inzibati rayon statusunun verilməsi 1930-cu ilə təsadüf olunur. İşğala qədər rayonun əhalisi 53 478 nəfər təşkil edirdi. Rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi.

    1993-cü il 2 aprel tarixində Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edilmişdir. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır. Daha ətraflı »

  • 23Noy
    Digər Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevə müraciət etməklə, dünya miqyasında tanınan bir dövlətə sahib oldu üçün şərhlər bağlıdır

    Cari ilin 21 noyabr tarixində Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə tədbir keşirilib. Prezident İlham Əliyev tədbirdə çıxış edib.

    O deyib ki, Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər insanlar, ölkənin gələcəyini düşünən insanlar ölkəmizin nicat yolunu Heydər Əliyevin simasında görürdülər və məhz buna görə Ulu Öndərə müraciət ünvanlamışdılar. Yeni Azərbaycan Partiyasının yaranması tarixi hadisə idi. O vaxt gənc Azərbaycan Respublikası çətin günlər yaşayırdı. Müstəqilliyimizin cəmi bir yaşı var idi və müstəqilliyimizin birinci ili çox ağır keçmişdir, bəzi hallarda xalqımız böyük faciələrlə üzləşmişdir.

    Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvanda keçirilmişdir. Təsis konfransında ölkəmizin bütün bölgələrindən 500-dən çox nümayəndə iştirak edirdi və onların tarixi qərarları ölkəmizin yeni səhifəsinin açılmasına gətirib çıxardı. Daha ətraflı »

  • 23Noy
    Tərtər RİH-də İcra başçısı növbəti dəfə vətəndaşları qəbul edib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib. Qəbulda 42 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.

    Qəbula gələn vətəndaşlar əsasən Vətən müharibəsi zamanı evlərinə dəymiş ziyanla, işlə təmin olunma, maddi yardım, yeni subartezian quyusunun qazılması, həyətyanı torpaq sahəsinin ayrılması, sahibkarlıq obyektinin tikintisi üçün torpaq sahəsinin ayrılması, bələdiyyədən əkin üçün icarəyə torpaq sahəsinin ayrılması, pay torpaq sahəsində olan mübahisə, Məşğulluq Mərkəzi tərəfindən heyvandarlıq aktivləri ilə təmin olunma, həyətyani torpaq sahəsinin sənədləşdirilməsi və digər məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.

    Qəbulda vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

     

  • 23Noy
    Xəbərlər Tərtərdə Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub üçün şərhlər bağlıdır

    Tərtərdə 22 noyabr- Ədliyyə İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri, ədliyyə işçiləri və YAP rayon Təşkilatının sədri  iştirak ediblər.

    Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin rayonun mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, xatirəsini ehtiramla anıblar.

    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov peşə bayramı münasibətilə ədliyyə işçilərini təbrik edib, Azərbaycan ədliyyəsinin şanlı tarixindən və inkişaf yolundan, ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində ədliyyə sisteminə göstərdiyi diqqət və qayğıdan, Prezident İlham Əliyevin tapşırıqları ilə aparılan ədliyyə və məhkəmə islahatlarından danışıb. Bu tarixi günün ulu öndər Heydər Əliyevin 2000-ci il noyabrın 11-də imzaladığı Sərəncamla təsis olunduğunu diqqətə çatdırıb. Ölkəmizdə müstəqil məhkəmə hakimiyyətinin formalaşdığını vurğulayaraq bildirib ki, ümummilli lider Heydər Əliyevin yaratdığı siyasi xətti bu gün möhtərəm Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar nəticəsində Azərbaycan ədliyyəsinin inkişafı yolunda yeni nailiyyətlər əldə olunub. Daha ətraflı »