Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20İyl
    Xəbərlər Rayon icra başçısının səyyar qəbul–görüşü üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədovun rayonun Qaraağacı kəndində səyyar qəbul-görüşü keçirilib.
    Qəbulda Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, rayon ağsaqqallar şurasının sədri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
    Öncə tədbir iştirakçıları şəhid Mehman Qarayevin adını daşıyan Qaraağacı kənd tam orta məktəbində şəhidə ayrılmış güşəyə baxıb, onun şəklinin önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
    Kənd sakinlərini salamlayan icra başçısı qeyd edib ki, bu tədbir əlamətdar tarixə–Ulu Öndərin ilk dəfə hakimiyyətə gəldiyi günə təsadüf edir. Müstəqil Azərbaycanımızın əldə etdiyi bütün uğurlar Ümummilli Liderin adı ilə bağlıdır.
    Rayon rəhbəri Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb. Daha ətraflı »

  • 20İyl
    Xəbərlər İcra başçısı rayonun Qaraağacı kəndindən olan qazi Rauf Nuriyevin ailəsində olub üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Sahib Alıyev və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə rayonun Qaraağacı kəndində qazi Rauf Nuriyevin ailəsində olub, onların problemləri ilə ma-raqlanıb.
    III qrup Vətən müharibəsi əlili mayor Nuriyev Rauf Məmməd oğlu 17 il müddətdən artıq hərbi xidmətdə olub.
    O, Vətən müharibəsində Xocavənd, Fizuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Cəsur döyüşçü”, “Sücaətə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
    Qazi və atası Məmməd Nuriyev şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

     

  • 20İyl
    Xəbərlər TƏRTƏRDƏ QURBAN BAYRAMI üçün şərhlər bağlıdır

    Heydər Əliyev Fondu şəhid ailələrinə sovqatlar göndərib

    Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qurban bayramı günlərində Vətən Müharibəsi şəhidlərinin ailələrinə bayram sovqatları çatdırılıb.
    Bununla əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşları rayon ərazisində yaşayn 64 nəfər Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Qurban bayramı münasibətilə təbrikini, eləcə də Fond tərəfindən göndərilmiş bayram sovqatlarını onlara çatdırıblar.
    Şəhid ailələri onlara göstərilən davamlı diqqət və dövlət qayğısına görə ölkə rəhbərliyinə və Heydər Əliyev Fonduna öz dərin təşəkkürlərini ifadə ediblər.

     

  • 20İyl
    Xəbərlər Rayon rəhbəri Avropa Türk Federasiyasının başqanı Şəntürk Doğruyolu qəbul edib üçün şərhlər bağlıdır

    Müqəddəs Qurban bayramı münasibətilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Avropa Türk Federasiyasının başqanı Şəntürk Doğruyol və Azərbaycan Türk gənclərinin dostluq cəmiyyətinin sədri Seyhan Hakanı qəbul edib.
    İcra başçısı qonaqları Qurban Bayramı münasibəti ilə təbrik edərək Türkiyə –Azərbaycan dostluğundan, onlar arasındakı iqtisadi əlaqələrdən söhbət açaraq, Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını dilə gətirib. O, 44 gün davam edən Vətən müharibəsində də Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirib.
    Avropa Türk Federasiyasının başqanı Şəntürk Doğruyol Türkiyə–Azərbaycan qardaşlığının tarixi köklərindən danışıb. Türkiyədə və Avropada yaşayan türk gənclərinin hər zaman Azərbaycan dövlətinin, gənclərinin və ordusunun yanında olduğunu qeyd edib.
    Görüş zamanı Tərtər rayon İcra Hakimiyyətinin başçısı qonaqlara rayon icra haki-miyyəti tərəfindən təşəkkürnamələr və xatirə hədiyyələri təqdim edib, sonra onlarla xatirə şəkilləri çəkdirib.

     

  • 20İyl
    Xəbərlər Heç bir ailə diqqətdən kənarda qalmayıb üçün şərhlər bağlıdır

    Hər il olduğu kimi bu il də Tərtər rayonunda Qurban Bayramı böyük təntənə ilə qeyd olundu.
    Bayram münasibəti ilə şəhərin Cavanşir küçəsi, 84 ünvanında yerləşən kəsim məntəqəsində bütün gigiyenik qaydalara və dini ənənələrə əməl edilərək, qurban duaları oxunub, qurbanlar kəsilib. Şəhid ailələrinə, qazilərə, Çernobıl əlillərinə, ağsaqqallara, tənha kimsəsizlərə, aztəminatlı ailələrə və hərbi hissələrə qurban payları göndərilib. Ehtiyacı olan heç bir ailə diqqətdən kənarda qalmayıb, bayram günlərində onların hər birinin süfrəsində bayram payı olub.
    Tərtər sakinləri onlara göstərilən diqqət və qayğıya görə razı qaldıqları üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

     

  • 20İyl
    Xəbərlər İctimai təşkilatlar şəhid ailələrinə dəstək göstərirlər üçün şərhlər bağlıdır

    Şəhid ailələri və qazilər dövlət tərəfindən hərtərəfli himayə olunurlar, bu istiqamətdə ictimai təşkilatlar da ailələrə dəstək göstərirlər.
    Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən müqəddəs Qurban bayramı münasibəti ilə 60 şəhid ailəsinə ərzaq sovqatı göndərilib. Göndərilən bayram sovqatları Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları və İƏD üzrə nümayəndələr tərəfindən şəhid ailələrinə çatdırılıb.

     

  • 20İyl
    Hərbi vətənpərvərlik DÖYÜŞƏN MÜƏLLİMLƏRİMİZ üçün şərhlər bağlıdır

    BUNLAR XATİRƏ DEYİL…

    Bir ana əllərini göylərə açıb dayanmadan dua edir. Onun baxışlarında yalvarış, məhəbbət, həyəcan, qorxu hissləri var. Kimdir bu ana? Nə istəyir Uca Yaradandan?
    Başının üstündən keçən mərmilərin dəhşətli səsi qadını diksindirir. Ancaq o, yenə də yerindən tərpənmir. Mərmilər onu yaralaya bilər, öldürər, ana bunlardan qorxmur, o, bütöv bir Azərbaycan xalqı üçün, qüdrətli Ordumuz üçün, bu Ordunun tərkibində cəsarətlə döyüşən iki oğlundan ötrü dua edir, Allahdan onların hifz olunmasını istəyir.
    Bütün analar kimi, o da müharibə arzulamırdı. Çünki ömrünün elə yarısını mü-haribə şəratində yaşamışdı. Ömür-gün yoldaşını müharibəyə göndərib, gecəni-gün-düzə qatıb, yolunu gözləmişdi. Uşaqların atası yaralanıb üstünə gələndə, əvvəlcə özünü itirmişdi, lakin sonradan başa düşmüşdü ki, acizliklə erməni adlı bir bəladan yaxa qutarmaq olmaz. Odur ki, otuz illik atəşkəs dövründə özü də, həyat yoldaşı da düşmənin nə qədər təhlükəli olduğunu övladlarına çatdırmağa çalışmışlar.
    Bu ana rayonumuzun Səhlabad kəndində yaşayır. Adı isə Səadət xanımdır. Onun həyat yoldaşı Bayram İbrahinov I Qarabağ müharibəsi iştirak-çısı, II qrup əlildir. Torpaqlarımızın müdafiəsi sahəsində fəaliyyətinə görə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.
    Bəs nəyə görə bu yazımıza məhz Səadət ananın duaları ilə başladıq? Ona görə ki, Qarabağ döyüşçüsünün ailəsində böyüyən iki oğul övladı da atasının nümunəsində məhz hərb yolunu seçmişlər. Onlar-dan biri–Vətən müharibəsi iştirakçısı Səbuhi İbrahimov deyir: Daha ətraflı »

  • 20İyl
    Hərbi vətənpərvərlik DÖYÜŞƏN MÜƏLLİMLƏRİMİZ üçün şərhlər bağlıdır

    ÖLÜMÜN BİR ADDIMLIĞINDA…

    Kamil Şirinov rayonumuzun Sarov kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimidir. Gənc müəllim Vətən müharibəsi iştirakçısıdır. Cəbhədə 44 günlük çətin və şərəfli yol keçib. 30 yaşını müharibə başlayan gün – sentyabrın 27-də əlində silah qeyd edib.
    Kamil Şirinov 1990-cı il sentyabrın 27-də Goranboy rayonunun Safıkürd kəndində anadan olub. Orta təhsilini Naftalan şəhərindəki 2 saylı tam orta məktəbdə alıb. Məktəbi 2009-cu ildə bitirib və elə həmin il Gəncə Dövlət Pedaqoji Universitetinə daxil olub, 2013-cü ildə Universiteti bədən tərbiyəsi və idman ixtisası üzrə bitirib.
    2013-cü ildə hərbi xidmətə çağırılıb və müddətli həqiqi hərbi xidmətini Naxçıvan Muxtar Respublikasında “N” saylı hərbi hissədə keçib. Manqa komandiri vəzifəsində çalışıb.
    2017-ci ildə müəllimlərin işə qəbulu üzrə imtahandan müvəffəqiyyətlə keçərək, Sarov kəndində əmək fəaliyyətinə başlayıb. Kamil müəllim həm də Naftalan şəhərində uşaq-gənclər məktəbində məşqci müəllim işləyir.
    Kamil müəllimin dediklərindən: Daha ətraflı »

  • 20İyl
    Hərbi vətənpərvərlik QAZİLƏRİMİZ üçün şərhlər bağlıdır

    Üstünlüyümüz haqq işi uğrunda döyüşməyimiz idi

    Onların hər sözü-söhbəti bir tarixdir. Bu tarixi qələmə alanlardan isə böyük məsuliyyət və dəqiqlik tələb olunur. Buna gö-rə qazi İnqilab Qayıbovdan yazarkən çalışdım ki, qəlbindən keçənləri, yaşadıqlarını oxucularımıza özü danışdığı kimi çatdıra bilim.
    İlk dəfə İnqilab Qayıbovun adını Əskipara kəndindən olan şəhidimiz Ayşad Əzizovun ailəsində eşitdim. Dedilər ki, İnqilabla Ayşadı möhkəm dostluq telləri bağlayırmış. Həm də bir yerdə döyüşüblər. İnqilab onun son döyüşünün şahididir.
    İnqilabı redaksiyamıza dəvət etdik. Öyrəndik ki, onun ailəsi məcburi köçkündür. Əvvəlcə Bərdə rayonunun Yenidaşkənd kəndində yaşayıb, 2014-cü il-dən isə Tərtərdə məskunlaşıb. 2016-cı ildən müddətdən artıq hərbi qulluqçu kimi Azərbaycan Ordusunda xidmət edib və müharibə başlayan gündən döyüş əməliyyatlarına qatılıb. Daha ətraflı »

  • 20İyl
    Xəbərlər Ruslan Şahbazovun ad günündə abidəsinin açılışı olub üçün şərhlər bağlıdır

    Tədbirdə Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin əməkdaşları, hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhid ailələri, qazilər, müharibə veteranları, kənd sakinləri, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Mərasim iştirakçıları əvvəlcə kənddə şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüb, onların xatirələrini ehtiramla yad ediblər.
    Açılış mərasimində çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhid Şahbazov Ruslanın qısa, lakin şərəfli və örnək olan həyat yolundan danışıb, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və 44 gündə başa çatan, tarixə Zəfər gününü yazan qələbənin tarixi əhəmiyyətini qeyd edib.
    Vurğulanıb ki, şərəfli döyüş yolu keçən və sentyabrın 29-da Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olan Şahbazov Ruslan və onun kimi oğullarımızın xatirəsi heç vaxt unudulmayacaq. Daha ətraflı »