Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 18Mar
    Xəbərlər SƏYYAR QƏBUL-GÖRÜŞ KEÇİRİLİB üçün şərhlər bağlıdır

    Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında əhalinin sosial müdafiəsi və rifahının yüksəldilməsi istiqamətində aparılan islahatlardan, Vətən müharibəsindən sonra rayonda gedən tikinti-abadlıq işlərindən, Vətən müharibəsi zamanı rayonun infrastrukturuna dəyən ziyanla bağlı, mövcud problemlərin aradan qaldırılması üçün həyata keçirilən tədbirlərdən, şəhid və qazi ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb.
    Sonra Bəyimsarov kənd İƏD üzrə nümayəndə Aqil Şərifov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışıb.
    Qeyd olunub ki, Bəyimsarov kəndinin 642 təsərrüfatı, 2994 nəfər əhalisi, 2929 hektar ərazisi var. Kənddə 1 tam, 1 ümumi orta məktəb, 1 xəstəxana, 1 mədəniyyət evi və kitabxana fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər daimi işıq, qaz, su ilə təmin olunublar. Daha ətraflı »

  • 18Mar
    Xəbərlər “Vətən müharibəsində qələbəmizin təbliği” adlı tədbir üçün şərhlər bağlıdır

    Gənclər Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı əsasında Əsgər Ailələrinə Dəstək İctimai Birliyi “Vətən Müharibəsində qələbəmizin təbliği” layihəsinin növbəti tədbirini həyata keçirib.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nail Şəfizadə, Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı, həmçinin qazilər və gənclər iştirak ediblər.
    Tədbirin keçirilməsində məqsəd şəhid ailələrinin və qazilərin problemlərinin həllində köməklik etməkdən, şəhidlərin mübarizə yolunun örnək olduğunu gənclərə nümunə göstərməkdən ibarət olub.
    Tədbir başlamazdan əvvəl şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra RİH-nin nümayəndəsi Nail Şəfizadə tədbir iştirakçılarını salamlayaraq bildirib ki, dövlət tərəfindən şəhid ailələrinə, qazilərə daim yüksək səviyyədə qayğı göstərilir. Həmçinin rayon rəhbərliyi səviyyəsində mütəmadi olaraq bu tipli tədbirlər təşkil edilir, görüşlər keçirilir. Çıxışının sonunda Nail Şəfizadə layihənin rayonumuzda təşkil edilməsinə görə təşkilatçılara minnətdarlığını bildirib. Daha ətraflı »

  • 18Mar
    Milli-mənəvi dəyərlər İLAXIR ÇƏRŞƏNBƏ QEYD OLUNUB üçün şərhlər bağlıdır

     

     

     

     

     

     

    Rayonumuzda ilaxır çərşənbə yüksək əhval-ruhiyyə ilə qarşılanıb.Bayram münasibəti ilə Mərkəzi Meydanda çatılan tonqalı Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov alovlandırıb. Rayon rəhbəri sakinləri təbrik edərək, onlara xoş arzularını çatdırıb.
    Qeyd edib ki, bu çərşənbə xalq arasında “Axır çərşənbə”, “Torpaq çərşənbəsi” kimi də tanınır. Torpağın oyanışını tərənnüm edən ilaxır çərşənbə təkcə təbiətin deyil, həm də insanlarda yeni arzuların yaranmasının, niyyətlərin saflaşmasının göstəricisi hesab olunur.
    Sonra Tərtər Rayon Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı təqdim olunub.

  • 18Mar
    Milli-mənəvi dəyərlər BAYRAM XONÇASI üçün şərhlər bağlıdır

    Axır çərşənbə günüdür. Hava isə qışı xatırladır. Narın qar yağır. Bunun özü də bərəkət rəmzidir.
    İlk dəfədir ki, kollektivimiz Novruzu yeni ünvanda qarşılayır. Adətdir, axır çərşənbədə yalnız yaxşı əhval-ruhiyyədə olmalı, dualar etməlisən. Bizim kiçik kollektivimizin üzvləri də hərə öz ürəyində Tanrıdan arzularının gerçəkləşməsini istəyir, ötən ildə qəzetimizin müntəzəm çıxmasına kömək edən insanlara, eləcə də abunə yazılan oxucularımıza cansağlığı arzulayırlar.
    Redaksiyamızla üzbəüz olan qonşularımızın həyət darvazası açılır və milli geyimdə, əlində bayram xonçası tutmuş uşaq bizə tərəf gəlir. Sevincimizin həddi-hüdudu yoxdur. Milli adətlərimizi yaşadan, hal-hazırda Novruzu ailəsi ilə deyil, Şuşa polisinin sıralarında bu gözəl şəhərdə qarşılayan Səbuhi Şirinova və onun ailəsinə “əhsən!” deyirik.
    Malikin kiçik əllərində ehtiyatla gətirdiyi bu bayram xonçası bizim üçün birliyimizin, mehribançılığımızın, sülhün, adət-ənənələrimizin unudulmamasının rəmzidir.
    Əminik ki, bu Novruz bizlərə sülh, cansağlığı gətirəcək. Qəzetimizin abunəsi daha da artacaq və təbii ki, maaşlarımız da yüksələcək.
    Bayramınız mübarək, əziz tərtərlilər!

    “Yeni Tərtər”

  • 18Mar
    Şəhidlər Şəhid ailələrinə və qazilərə bayram sovqatları çatdırılıb üçün şərhlər bağlıdır

    “YAŞAT” Fondu tərəfindən həyata keçirilən layihə çərçivəsində Fondun və Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən şəhidlərimizin və qazilərimizin ailələri ziyarət edilib və onlara bayram sovqatları çatdırılıb. Bildirilib ki, ölkəmizin hər yerində olduğu kimi, Tərtər rayonunda da Vətən müharibəsi şəhidlərinin ailələrinə, qazilərimizə daim diqqət və qayğı ilə yanaşılır.
    Vurğulanıb ki, bu layihənin məqsədi müvafiq kateqoriyadan olan şəxslərin daima, o cümlədən Novruz bayramı ərəfəsində diqqət mərkəzində saxlanılması, onların sosial qayğı ilə əhatə olunmasıdır.
    Şəhid ailələri və qazilər onlara göstərilən xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

     

  • 18Mar
    Şəhidlər Şəhid ailələri üçün bayram tədbiri üçün şərhlər bağlıdır

    ŞƏHİDLƏR XALQIMIZIN RUHUNDA YAŞAYIR

     

     

     

     

     

    Ağ saçlı analar, qara örpəkli gəlinlər əyləşən bu zalda hər kəs fikirləri ilə baş-başa qalsa da, eyni zamanda möhtəşəm bir qələbə, bayram sevinci yaşanırdı.
    Uzaqlara dikilən baxışlarda xatirələr canlanır, bir-birindən xoşbəxt günlər göz önündən gəlib keçirdi. Onlar dərdli olsalar da, çox qürurluydular. Sanki canlarından artıq sevdikləri doğmalarına demək istəyirdilər: “Biz tək deyilik, sizlər də unudulmamısınız. Siz bu xalqın ruhunda, öz torpağında xoşbəxt yaşayan insanların razılıq dolu əməllərində, körpələrin gülüşündə yaşayırsınız”.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun gəlişi ilə zalda canlanma hiss olundu.
    Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Azərbaycanın Dövlət Himni çalındı.
    Sonra icra başçısı masalara yaxınlaşıb, şəhid ailələri ilə bir-bir görüşdü, 8 Mart və qarşıdan gələn Bahar bayramı münasibətilə onları təbrik etdi.

     

     

     

     

     

    Şəhid anaları, şəhidlərin həyat yoldaşları, bacıları ilə görüşə Bakıdan da qonaq-lar gəlmişdilər. Rayonumuzdakı “Tərtər” istirahət mərkəzində keçirilən bu tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovla birlikdə, Azərbaycan Respublikası-nın İnsan hüquqları üzrə sabiq müvəkkili, kimya elmləri doktoru, professor, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdcüsü, dövlət və ictimai xadimi Elmira Süleymanova, kimya üzrə elmlər doktoru, akademik, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov, həmçinin rayonumuzun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər Rayon Təşkilatının sədri, rayon Ağsaqqallar şurasının sədri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edirdilər. Daha ətraflı »

  • 18Mar
    Milli-mənəvi dəyərlər Novruz gəlir, yaz gəlir üçün şərhlər bağlıdır

    ZƏFƏR ƏTİRLİ NOVRUZ

    Hər bir xalqın özünəməxsus adət-ənənələri olduğu kimi, Azərbaycan xalqının da nəsildən-nəsilə ötürülmüş adətləri vardır. Zaman dəyişsə də, bu adətlər dəyişməyərək insanlar tərəfindən qorunub saxlanılmışdır. Bunların içərisində milli bayramımız olan Novruzun tarixi xüsusilə qədimdir. Tarixə nəzər salanda, bu bayramın 505-ci ildə yarandığı məlum olur. Dünyəvi şairlərin əsərlərində Novruzun özəllikləri aydın şəkildə əks etdirilir.
    Novruz bayramı 2009-cu ildə YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında 21 mart tarixi “Beynəlxalq Novruz Günü” elan edilmişdir.
    Novruz təbiətin canlanması, yeni fəslin gəlişi ilə əlaqəli dünyəvi bir bayramdır. Ona görə də gecə ilə gündüzün bərabərləşdiyi 21 mart tarixində qeyd olunur. Lakin bu bayrama kimi 4 həftə ardıcıllıqla çərşənbələr keçirilir: Su, Od, Yel və Torpaq çərşənbələri.
    İlk çərşənbə olan su çərşənbəsi adətən havaların yavaş-yavaş isinməyə başladığı, çaylardakı buzların əridiyi, od çərşənbəsi günəşin torpağı daha çox qızdırmağa başladığı, insanların həyətlərdə təmizlik işləri apardığı vaxta, Yel çərşənbəsi ağacların çiçəklədiyi, külək vasitəsi ilə tumurcuqların tozlandığı, ilaxır çərşənbəsi olan Torpaq çərşənbəsi isə əkin yerlərində işlərin daha da artdığı, çoxaldığı vaxta təsadüf edir.
    Novruz bayramının illərdən bəri qeyd olunan adət-ənənələri nəsildən-nəsilə keçərək bugünümüzə gəlib çıxmışdır. Papaq atmaq, qulaq falı, tonqaldan tullanmaq, üzük falı, səməni əkib göyərtmək, yumurta boyamaq, döyüşdürmək və sair bu kimi adətlər bu gün də həvəslə davam etdirilir. Daha ətraflı »

  • 18Mar
    İqtisadiyyat, Xəbərlər 2021-ci ildə Tərtər rayonunda nəqliyyat sahəsinin əsas yekunları üçün şərhlər bağlıdır

    2021-ci ildə rayonda nəqliyat müəssisələri və nəqliyyat sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən göstərilmiş xidmətlərin faktiki qiymətlərlə ümumi həcmi 1399.7 min manat olmuşdur. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nəqliyyat xidmətinin həcmi 110.6 min manat və ya 8.6 faiz artmışdır.
    2021-ci ildə nəqliyyat müəssisələri və fiziki şəxslər tərəfindən 329 min ton yük, 4635 min nəfər sərnişin daşınmışdır. Yük dövriyyəsi 56759.2 min ton-km, sərnişin dövriyyəsi 18576 min sərnişin-km olmuşdur. Daşınan yüklərin və sərnişinlərin hamısı avtomobil nəqliyyatı ilə daşınmışdır.
    Nəqliyyat sahəsində göstərilmiş xidmətlərin 1127.3 min manatı və ya 80.5 faizi fiziki şəxslər tərəfindən yük və sərnişin daşınmasında göstərilmiş xidmətlərdir.
    2021-ci ildə nəqliyyat müəssisələri tərəfindən əhaliyə göstərilmiş ödənişli xidmətlərin həcmi 182.4 min manat, nəqliyyat sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən əhaliyə göstərilmiş ödənişli xidmətlərin həcmi isə 1127.3 min manat olmuşdur. 2020-ci ilə nisbətən müəssisələr tərəfindən əhaliyə göstərilmiş ödənişli xidmətlərin həcmi 2.2 min manat və ya 1.2 faiz azalmış, nəqliyyat sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən əhaliyə göstərilmiş ödənişli xidmətlərin həcmi 31.1 min manat və ya 2.8 faiz artmışdır

  • 18Mar
    İqtisadiyyat 2021-ci ildə Tərtər rayonunda informasiya və rabitə sahəsinin əsas yekunları üçün şərhlər bağlıdır

    2021-ci ildə informasiya və ra-bitə müəssisələri 863.5 min manatlıq xidmət göstərmişdir ki, onun da 842.2 min manatı və ya 97.5 faizi əhali tərəfindən istehlak olunmuşdur. 2020-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 16.2 faiz artmış, bu sahədə əldə edilmiş gəlirin 4.5 min manatı və ya 0.5 faizi qeyri-dövlət bölməsinin payına düş-müşdür.
    2021-ci ildə əhaliyə göstərilmiş ödənişli xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 133.5 min manat və ya 18.8 faiz artmışdır.
    2021-ci ilin əvvəlindən göstərilən informasiya və rabitə xidmətlərinin 827.1 min manatı və ya 95.8 faizi rabitə xidmətlərinin, 36.4 min manatı və ya 4.2 faizi isə informasiya xidmətlərinin payına düşür. Göstərilən rabitə xidmətlərinin 503.4 min manatı və ya 60.9 faizi internet xidmətlərindən, 147.8 min manatı və ya 17.9 faizi kənd telefon rabitəsindən, 144.8 min manatı və ya 17.5 faizi şəhər telefon rabitəsindən, 29.9 min manatı və ya 3.6 faizi şəhərlərarası və beynəlxalq telefon rabitəsindən, 1.2 min manatı və ya 0.1 faizi isə İP TV xidmətlərindən əldə olunan gəlirdir.

    Tərtər Rayon Statistika İdarəsi

  • 18Mar
    Ədəbiyyat POEZİYA VƏ BAHAR üçün şərhlər bağlıdır

    Möhtəşəm Beynəlxalq Poeziya Gününün baharın ilk günündə qeyd olunması səbəbindən bu başlığı seçdim. Bu bayramlar münasibətilə təbiət vurğunu olan şair xalqımızı təbrik edirəm.
    Ədəbiyyatımızın incilərindən olan poeziyanın sirli aləminə daldıqca oxucuda istər-istəməz bir sual yaranır: Poeziya nədir?!
    Bəzi mənbələrə görə poeziya “danışan rəsmlər” deməkdir. Poeziya bir fikrin nəzmlə deyilməsi, şairanə tərzdə çatdırılma vasitəsidir.
    Klassik şairlərin dünya arxivlərində qorunub saxlanan irsləri (kitablar və ya əlyazmalar) qədim dövrlərin cərəyanını təhlil etməkdə tarixçilərin ən yaxın bələdçiləridir. Şairlərin qüdrətiylə, qiraətçilərin obrazlı diksiyalarıyla, xa-nəndələrin məlahətli, şirin avazlarıyla ruhumuzu cilalayan, zövqümüzü oxşayan, mənəviyyatımızın tələblərini təmin eləyən də poeziya ecazkarlığıdır.
    Poeziyanın cazibəsi və sirri olduqca düşündürücüdür. Çünki, insanlar istər sevinəndə, istər qəmlənəndə, istərsə sevəndə özlərini daha çox poeziyada tapırlar. Şeriyyət ən çox bahar fəsli ilə yaxın, hətta mən deyərdim doğmadır. Bahar qədər tərənnüm olunan, vəsf edilən fəsil yoxdur. Musiqi ilə vəhdət yaradan şeirlər qışda da bahar təravətli olur.
    Mənim fikrimcə, zaman gələcək, fəsillərin bitib yenidən başlanmasını, təbiətin oyanmasını bütün Yer kürəsi “Yeni il” kimi qeyd edəcəkdir. O zaman bu əlamətdar günün adı “Poeziya və bahar” günü olacaqdır. Daha ətraflı »