Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 18Mar

    ŞƏHİDLƏR XALQIMIZIN RUHUNDA YAŞAYIR

     

     

     

     

     

    Ağ saçlı analar, qara örpəkli gəlinlər əyləşən bu zalda hər kəs fikirləri ilə baş-başa qalsa da, eyni zamanda möhtəşəm bir qələbə, bayram sevinci yaşanırdı.
    Uzaqlara dikilən baxışlarda xatirələr canlanır, bir-birindən xoşbəxt günlər göz önündən gəlib keçirdi. Onlar dərdli olsalar da, çox qürurluydular. Sanki canlarından artıq sevdikləri doğmalarına demək istəyirdilər: “Biz tək deyilik, sizlər də unudulmamısınız. Siz bu xalqın ruhunda, öz torpağında xoşbəxt yaşayan insanların razılıq dolu əməllərində, körpələrin gülüşündə yaşayırsınız”.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun gəlişi ilə zalda canlanma hiss olundu.
    Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Azərbaycanın Dövlət Himni çalındı.
    Sonra icra başçısı masalara yaxınlaşıb, şəhid ailələri ilə bir-bir görüşdü, 8 Mart və qarşıdan gələn Bahar bayramı münasibətilə onları təbrik etdi.

     

     

     

     

     

    Şəhid anaları, şəhidlərin həyat yoldaşları, bacıları ilə görüşə Bakıdan da qonaq-lar gəlmişdilər. Rayonumuzdakı “Tərtər” istirahət mərkəzində keçirilən bu tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovla birlikdə, Azərbaycan Respublikası-nın İnsan hüquqları üzrə sabiq müvəkkili, kimya elmləri doktoru, professor, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdcüsü, dövlət və ictimai xadimi Elmira Süleymanova, kimya üzrə elmlər doktoru, akademik, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov, həmçinin rayonumuzun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər Rayon Təşkilatının sədri, rayon Ağsaqqallar şurasının sədri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
    Öz çıxışında bir daha şəhid ailələrinin üzvləri olan qadınları və onların timsalında bütün Azərbaycan qadınlarını ürəkdən təbrik edən rayon rəhbəri bildirdi ki, ölkəmizin qadınları şərəf, ləyaqət, qeyrət, mərhəmət rəmzidilər. Tariximizə nəzər salsaq, biz bunun şahidi olarıq.
    Ulu Öndər Heydər Əliyev Azərbaycan qadınlarının hüququnun qorunmasını, onların ictimai fəallığının artırılmasını daim diqqət mərkəzində saxlayırdı. Bu gün Ümummilli Liderin siyasəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
    Humanizmi, xeyirxahlığı ilə nəinki ölkəmizdə, dünyada yüksək hörmət qazanan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti vətənə xidmətin ən parlaq nümunəsidir.
    Rayon rəhbəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbənin tarixi əhəmiyyətindən də danışdı. Bildirdi ki, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əli-yevin rəhbərliyi ilə ötən il sentyabrın 27-də rəşadətli Azərbaycan Ordusu əks hücuma keçərək işğal altında olan torpaqlarımızı azad etdi. Son 200 il ərzində ilk dəfə olaraq ermənilərlə olan münaqişə Qələbə ilə başa çatdı. Vətən müharibəsi günlərində dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev özünü dahi ictimai-siyasi xadimdən əlavə, həm də bacarıqlı sərkərdə kimi göstərdi və Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur edildi. Bu isə Prezident İlham Əliyevin dahi intellekti və müdrik siyasəti sayəsində əldə olundu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində qazanılan şanlı Qələbədə Ordumuzun və döyüşlərdə iştirak edən əsgər və zabitlərimizin qəhrəmanlığı xüsusi qeyd edilməlidir. Biz döyüşlərdə şəhid olmuş soydaşlarımızın ruhu qarşısında baş əyir, onlara Ulu Tanrıdan rəhmət diləyirik. Qədirbilən xalqımız onları heç vaxt yaddan çıxarmayacaq.
    Ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından danışan rayon rəhbəri bildirdi ki, bu günə kimi ayrı-ayrı vaxtlarda rayondan olan 60 şəhid ailəsinə və 42 nəfər qaziyə Heydər Əliyev Fondu, YAŞAT Fondu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, “Azərsığorta” Dövlət Sığorta Şirkəti və Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən, ümumilikdə, 1 milyon 979 min 609 manat vəsait ödənilib. 38 şəhid ailəsi və 39 nəfər qazi mənzil növbəsinə götürülüb. 11 şəhid ailəsi və 5 nəfər qazi işlə təmin edilib. 34 şəhid ailəsi və 7 nəfər qazi özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilib, 3 şəhid ailəsi və 39 nəfər qazi özünüməşğulluq proqramı çərçivəsində aktivlərini gözləyir.
    Sonra şəhid analarını, şəhidlərin həyat yoldaşlarını bayramlar münasibətilə Elmira Süleymanova təbrik etdi.
    O dedi:
    –Dəfələrlə Tərtər rayonuna gəlmişəm. Hətta Aprel hadisələri, 44 günlük müharibə zamanı da qəhrəman tərtərlilərin yanında olmuşam. Amma bu gün başqa əhval-ruhiyyədə görüşürük. Nəhayət ki, Prezident İlham Əliyevin rəhbərliyi altında, Şanlı Ordumuzun qəhrəmanlığı və xalqımızın birliyi sayəsində düşməni məğlub etdik və üçtərəfli Bəyannamənin imzalanmasına nail olduq. Ona görə də indi qalib ölkənin qalib insanları ilə görüşürük.
    Elmira xanım bildirdi ki, şəhid ailələrinə yalnız maddi dəstək göstərilmir. Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva onlara mənəvi dəstək verirlər. Şəhidlər yalnız bir ananın övladı deyil, xalqın övladlarıdır. Onlar olumla-ölüm savaşı arasında şərəfli ölümü seçərək, əbədi həyat qazanıblar.
    Sonra Elmira Süleymanova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına ünvanladığı təbriki oxudu.
    Akademik Vaqif Abbasov çıxış edərək 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bütün Azərbaycan qadınlarını təbrik etdi, dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışdı. Tərtərlilərin vətənpərvərliyini, 30 ildən artıq bir müddətdə, o cümlədən 44 günlük müharibə zamanı öz torpaqlarını qəhrəmancasına müdafiə etdiklərini qeyd etdi.
    Tədbirdə çıxış edən şəhid anaları, qazilər dövlətimiz tərəfindən hər cür qayğı və diqqətlə əhatə olunduqla-rını söylədilər, ən çətin dəqiqələrdə onların yanında olan Prezident İlham Əliyevə və ölkənin birinci xa-nımı Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
    Bayram tədbirində Tərtər Rayon Mədəniyyət Mərkəzinin hazırladığı ədəbi-bədii kompozisiya təqdim olundu.
    Görüşün sonunda şəhid analarına, şəhidlərin həyat yoldaşlarına Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən təşəkkürnamə və gül buketləri verildi. Görüşdə iştirak edə bilməyən şəhid ailələrinin hədiyyələri isə evlərində təqdim olundu.

    “Yeni Tərtər”

     

    Müəllif: Redaktor, 10:27

İsmarıclar bağlıdır.