20Dek
KÜÇƏMİZƏ İGİD DÖYÜŞÇÜNÜN ADI VERİLİB
Bu yaxınlarda küçəmizə Vətən müharibəsi şəhidi, “Azərbaycan Bayrağı” ordenli Aslan Hüseynovun adı verilib. Cəsur döyüşçü haq-qında daha çox məlumat toplamaq qərarına gəldim. Öyrəndim ki, Aslan Hüseynov 1985-ci il oktyabrn 6-da Tərtər rayonunun Qaradağlı kəndində anadan olub. Ailəli idi. Bir oğlu, bir qızı atasız böyüsələr də, onlar bütöv bir xalqın sevgisi ilə əhatə olunublar. Ataları ilə həmişə qürur duyurlar. Daha ətraflı »
20Dek
Rayon təhsil şöbəsi və gənclər və idman idarəsinin təşkilatçılığı ilə, rayonun ümüumtəhsil məktəbləri arasında, Ümummilli Lider Heydər Əlyevin anım gününə həsr olunmuş “Xəmsə” milli intellektual oyunu keçirilib.
Yarışda rayonun 16 ümumtəhsil məktəbinin komandası iştirak edib. Şagirdlər öz fəallıqları ilə dahi şəxsiyyətin əbədiyaşar ideyalarına sadiq olduqlarını nümayiş etdiriblər.
I yerə Qaradağlı, II yerə Seydimli, III yerə Hacıqərvənd kənd tam orta məktəbin komandaları layiq görülüb. Qaliblər rayon gənclər və idman idarəsinin fərqləndirici diplomları ilə tətif ediliblər.
Umudlu kənd tam orta məktəbinin komandası isə final mərhələsində iştiraka görə həvəsləndirici mükafat alıb.
“Yeni Tərtər”
20Dek
Bu günədək Tərtər rayonunda bütün təsərrüfat kateqoriyaları üzrə 10496 hektar sahədə payızlıq şum aparılmışdır. 2022-ci ilin məhsulu üçün 6069 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilmişdir. Onun 2870,5 hektarı payızlıq buğda, 3046,5 hektarı dən üçün payızlıq arpa və 152 hektarı yaşıl yem üçün xəsil arpadır. Payızlıq bitkilərin səpini davam edir.
Bundan başqa gələn ilin məhsulu üçün 5 hektar sa-hədə baş soğan, 3,5 hektar sahədə sarımsaq, 686 hektar sahədə təzə yonca əkilmişdir.
Tərtər Rayon
Statistika İdarəsi
18Dek
Dekabrın 14-də Belçika Krallığının paytaxtı Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclası keçirilib. İclasda iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək bir sıra mühüm məsələlərə toxunub. Bildirib ki, Azərbaycan Alyansın dəyərli tərəfdaşıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin NATO-nun mənzil-qərargahına 2004-cü ildən bu günə qədər yeddi dəfə işgüzar səfərlərdə olması əməkdaşlığın dinamizmini göstərir. Azərbaycanın 1994-cü ildən NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramında iştirakı böyük əhəmiyyət kəsb edir. Ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dair NATO-ya üzv dövlətləri tərəfindən bir daha dəstək ifadə olunub. Daha ətraflı »
15Dek
Tarixi qələbəmizlə yekunlaşan Vətən müharibəsinin başa çatmasından qısa müddət sonra Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanın imzalanması, Medianın İnkişafı Agentliyinin yaradılması və “Media haqqında” qanun layihəsinin hazırlanması barədə tapşırığın verilməsi milli informasiya məkanında davamlı inkişafa nail olunmasının dövlət üçün prioritet təşkil etməsinin göstəricisidir.
“Media haqqında” qanun Azərbaycan mediasının inkişafı üçün yeni imkanlar və yeni mərhələ deməkdir. Qanun layihəsinin mahiyyəti və həssaslığı nəzərə alınmaqla, layihənin hazırlanması prosesində çoxsaylı media nümayəndələri və ekspertləri ilə fikir mübadiləsi aparılmış, 800-yə yaxın media subyekti, jurnalist və ekspertlə layihənin müzakirəsi təşkil olunmuşdur. Daha ətraflı »
13Dek
Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalıb. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyil. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük azərbaycanlı idi. Onun böyük qürur hissi ilə söylədiyi “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” ifadəsi bütün həyat ideologiyasını, amalını əks etdirir.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olmuş, lakin İkinci Dünya müharibəsinin başlanması ona təhsilini başa çatdırmağa imkan verməmişdir. 1941-1944-cü illərdə əvvəlcə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin müdiri, sonra isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifələrində işləmişdir. 1944-cü ilin may ayında dövlət təhlükəsizliyi orqanlarında işə göndərilmişdir. Daha ətraflı »
11Dek
Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri iştirak etmişdir. Şuşa şəhəri azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağı parada gətirilmişdi. Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdir. Paradda yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak etmişdilər.
İki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesajdır. Daha ətraflı »
10Dek
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Mikromaliyyə Assosiasiyası ilə tərəfdaşlıq çərçivəsində həyata keçirdiyi “Daha fəal iqtisadi və sosial iştirak yolunda maneələri aş-maq üçün Azərbaycanda həssas və münaqişənin təsirlərinə məruz qalmış qadınların səlahiyyətlərinin genişləndirilməsi və onlara bərabər imkanların yaradılması” adlı layihə çərçivəsində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının gender məsələləri üzrə müşaviri xanım Reyçel Uerhem Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüb.
Qonaqları salamlayan rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov səmərəli və işgüzar xidmətlərinə görə, eləcə də qurumlar arasında ikitərəfli əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə BMT rəsmisinə təşəkkürünü bildirib. Icra başçısı bildirib ki, həyata keçirilən layihələr, vaxtilə təmas xəttinə, indi işğaldan azad olunmuş ərazilərə yaxın bölgələrdə keçirilən tədbirlər çox vacibdir. Daha ətraflı »
10Dek
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə karantin qaydalarının tələblərinə əməl etməklə vətəndaşları qəbul edib.
Şəhid ailələri, qazilər növbədənkənar qəbul edilib. Onların icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində olan problemləri həll olunub, digərlərinin həlli üçün müvafiq tapşırıqlar verilib.
Qəbulda vətəndaşlar Vətən müharibəsində fərdi evlərinə dəyən ziyanın aradan qaldırılması, təmir-tikinti işlərinin gecikdirilməsi, icarəyə torpaq, həyətyanı sahə götürülməsi, işlə təmin olunma ilə bağlı müraciət ediblər.
Həlli mümkün məsələlər operativ surətdə həll olunub, araşdırılması vaxt tələb edən məsələlər barədə aidiyyəti qurumlara tapşırıqlar, əsassız müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib.
Rayon sakinləri Vətən müharibəsində şəxsi əmlaklarına dəymiş ziyanın aradan qaldırılması ilə bağlı əhaliyə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
10Dek
Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.
Azərbaycan Ordusunun müddətdən artıq xidmət keçən hərbi qulluqçusu Əhmədzadə Mürşüd Müdahil oğlu 2000-ci il aprelin 1-də Tərtər rayonunun Evoğlu kəndində anadan olub. Oktyabrın 6-da Suqovuşan istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Noyabr ayının 27-də onun nəşi tapılaraq Tərtər rayonunun Evoğlu kəndində dəfn olunub.
Şəhid Əhmədzadə Mürşüd 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur dö-yüşçü” medalları ilə təltif olunub.
Mərasimdə bütün şəhidlərin ruhuna dualar oxunub, xatirələri ehtiramla anılıb.
Yeni ismarıclar