30Sen
TARİXİMİZİN YENİ ZƏFƏR SƏHİFƏSİ
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.
Silahlı Qüvvələrimizdən söz düşmüşkən, bir məqamı xüsusi vurğulamaq istərdik. Belə ki, Azərbaycan döyüşlərdə hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm verdi. Nəticədə həm sürətlə irəlilədi, işğal altındakı ərazilərimizi yağılardan təmizlədi, həm də düşmənin bütün hərbi texnikasını darmadağın etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Bununla da beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirdi.
Ordumuz əks-həmlə əməliyyatları zamanı müasir texnoloji silahlarla düşmənin komanda-idarəetmə məntəqələrini, raket və artilleriya vasitələrini, döyüş texnikasını və təminatını sıradan çıxaraq onu faktiki olaraq iflic vəziyyətinə gətirdi. Müasir texnoloji silahlar Silahlı Qüvvələrimizin güc alətlərindən yalnız biri idi. Müharibənin taleyini müəyyənləşdirən başda Ali Baş Komandanımız olmaqla, döyüş meydanında əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri və onun cəsur komandirləri idi. Daha ətraflı »
30Sen
Səfər çərçivəsində qonaq Tərtər rayon İcra Hakimiyyətinin İnzibati binasında Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüb. Rayon rəhbəri konsula rayon haqqında məlumat verməzdən öncə Ulu Öndərin “Azərbaycan ilə Türkiyənin bir millət, iki dövlət olması” fikrini dilə gətirdi.
Sonra rayon rəhbəri bildirdi ki, müharibənin vurduğu ciddi ziyanlara baxmayaraq Tərtər rayonu günü-gündən böyüyür, gözəlləşir, rayonda geniş tikinti-abadlıq işləri aparılır, yeni binalar, sosial obyektlər tikilir. Yaşıllıq zolaqları salınır, yollar çəkilir.
Sonra konsul hər iki dövləti bir-birinə bağlayan dostluq və qardaşlıq münasibətlərindən danışdı. Səmimi qəbula və ətraflı məlumata görə öz minnətdarlığını ifadə etdi.
Baş Konsul Tərtər rayon Tarix-diyarşünaslıq müzeyinə baş çəkib. İcra başçısı muzeydə Nuru Paşanın 1918-ci ildə Tərtərə gəlməsindən və onun burda təmtəraqla qarşılanmasından, sonra Tərtər rayonunda yerləşən 24 tarixi abidənin 1-i olan dünya əhəmiyyətli Bor-sunlu kurqanlarından danı-şıb. Görüş səmimi və yaddaqalan keçib. Daha ətraflı »
30Sen
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti ilə ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) prezidentinin rəhbərlik etdiyi və Assosiasiyanın Baş katibi müşavirinin iştirakı ilə nümayəndə heyəti Tərtər rayonunda olub. Qonaqlar əvvəlcə Mərkəzi Meydanda Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.
Nümayəndə heyəti Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən ən çox atəşə məruz qalan Tərtərdə faktaraşdırıcı missiya həyata keçirib.
Səfər zamanı Tərtərdə Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qalmış yaşayış evinə və rayona atılmış qadağan edilmiş raketlərin qalıqlarına baxış keçirilib.
Nümayəndə heyəti sonra ermənilərin Azərbaycana qarşı ərazi iddialarını ifşa edən “Marağa-150” abidəsi ilə tanış olublar. Bildirilib ki, ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə Daha ətraflı »
30Sen
Azərbaycan Respublikası Prezidentinin 2 dekabr 2020-ci il tarixli “Anım gününün təsis edilməsi haqqında” Sərəncamına əsasən hər il 27 sentyabrın anım günü kimi qeyd edilməsi qərara alınmışdır. Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtər şəhərində və royonun kəndlərində şəhidlərimizin məzarlarını ziyarət etmiş, onların xatirəsini dərin hörmət və ehtiramla yad edərək, məzarları önünə gül dəstələri düzüb.
Sonra rayon rəhbəri şəhid ailələrində olub, onların problemləri, qayğıları ilə maraqlanıb.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
30Sen
Anım günü ərəfəsində Soyulan kənd İƏD-nin Alışarlı kəndində “Şəhidlər abidəsi”nin, Hacallı kəndində isə “Şəhid bulağı”nın açılışı olub.
Açılış mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhid ailələri, qazilər, müharibə veteranları, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə ilk olaraq vətənimizin bütövlüyü uğrunda canından keçən Daha ətraflı »
30Sen
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Yeni tədris ilinin başlanması münasibəti ilə Tərtər şəhərinin məktəblərində olub.
O, təhsil işçilərini və şagirdləri təbrik edib, onlara təhsildə uğurlar arzulayıb. Gələcəyimiz olan uşaqların azad və firavan yaşaması üçün torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhu yad edilib.
Sonra icra başçısı ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən söz açıb.
Qeyd olunub ki, 2020-2021-ci tədris ilində ümum-təhsil məktəblərini 584 nəfər məzun bitirib. Məzunlardan 326 nəfəri ali məktəblərə sənəd verib. Ali məktəblərə sənəd verən məzunlardan ilkin olaraq 206 nəfəri müxtəlif ali təhsil müəssisələrinə qəbul olunub. Onlardan 3 nəfər 600-dən, 26 nəfər isə 500-dən yuxarı bal toplayıb.
Sonra ibtidai sinif şagirdləri Vətənə, anaya, məktəbə aid şeirlər deyiblər. Çalınan zəng onları sinif otaqlarına səsləyib.
30Sen
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev və müavini Aris Məmmədov Anım günü ərəfəsində Tərtər rayonuna səfər ediblər. Səfərdə məqsəd I Qarabağ müharibəsi və Vətən müharibəsi qaziləri, veteranları, şəhid ailələri ilə görüşmək, şəhid məzarlarını, ailələrini ziyarət etmək, bu aillələrin problemləri və qayğıları ilə maraqlanmaqdır. Bu barədə səfər çərçivəsində sədr Mehdi Mehdiyev Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşərkən məlumat verib.
Səfər çərçivəsində İctimai Birliyin nümayəndələri Vətən müharibəsi zamanı Tərtər rayonunun infrastrukturuna dəymiş ziyanla və aparılan təmir-bərpa işləri ilə də tanış olublar.
30Sen
Bilirik ki, 2020-ci il bütün xalqımız üçün daha bir sınaq ili oldu. Həm COVİD-19 pandemiyası ilə mübarizə, həm də 44 günlük Vətən müharibəsi xalqımızın necə əzmkar olduğunu bir daha göstərdi. Amma zəhmətkeş insanların işə olan həvəsi zəifləmədi. Bu sınaqlardan üzüağ çıxmağı bacaran xalq öz normal həyatına qayıtdı. Müharibə zamanı şəhərlərə, kəndlərə, infrastruktura və təsərrüfatlara dəymiş ciddi ziyan tədricən bərpa olunmağa başlandı. Müharibə dövründə də əlləri işdən soyumayan təsərrüfatçılar öz fəaliyyətlərini davam etdirdilər.
Dövlət-xalq birliyi Azərbaycanın işıqlı gələcəyini şərtləndirir. Tərtər rayonunun timsalında da bu birliyi əyani şəkildə görə bilərik. Qəhrəman tərtərlilər də həmişə olduğu kimi dövlətə və dövlətçiliyə sadiq olduqlarını, Vətəni və Torpağı öz canlarından da çox sevdiklərini 44 günlük Vətən müharibəsi ərzində də sübuta yetirdilər. Ali Baş Komandana və Orduya güçlü inamın nəticəsi idi ki, burada hər kəs arxayın şəkildə öz işi ilə məşğul olurdu. Ələlxüsus təsərrüfat adamları.
Möhtərəm Prezident ölkəmizin ərzaq təhlükəsizliyi üzrə tam müstəqilliyə nail olunmasını milli hədəflərdən biri kimi müəyyənləşdirmişdir. Onun bəyan etdiyi kimi “hazırda qarşıda duran ən başlıca məqsəd daxili imkanlar hesabına kənd təsərrüfatı və ərzaq məhsulları ilə özünütəminata və dayanıqlı tərəqqiyə nail olmaqla Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsinə çatdırmaqdır”.
Bu gün fəxrlə deyə bilərik ki, ölkəmizin hər bir rayonunda bütün sahələr üzrə ailə fermer təsərrüfatları inkişaf etməkdədir. Tərtər rayonunda da belə fermer təsərrüfatları mövcudur. Həmin fermerlərdən biri – Qurbanov Emin Fərman oğludur.
Əməkdaşımız Elfuzə Vəliyeva onunla görüşüb söhbət etdmişdir.
– Emin müəllim necə oldu ki fermer təsərrüfatı yaratmağı qərara aldınız?
Bizim uşaqlığımız kənddə keçib. Daha ətraflı »
30Sen
2020-2021-ci tədris ilində rayonumuzun ümumtəhsil məktəblərini onbirinci siniflər üzrə 584, doqquzuncu siniflər üzrə 752 nəfər bitirmişdir. Onbirinci sinif məzunlarından 326 nəfər ali məktəblərə sənəd vermişdir. Onbirinci sinif üzrə 206 nəfər, doqquzuncu sinif üzrə 98 nəfər müxtəlif ali təhsil və orta ixtisas müəsssisələrinə qəbul olunub. Ali məktəblərə sənəd verən məzunlardan 3 nəfər 600-dən, 26 nəfər isə 500-dən yuxarı bal toplayıb. 600-dən yuxarı bal toplayanların 2-si 1 saylı tam orta məktəbin, 1-i isə Hüsənli kənd tam orta məktəbin məzunlarıdır.
30Sen
Xədicə Məmmədova-634 bal
İnsan dünyaya göz açanda yazılmamış vərəqi xatırladır. Böyüdükcə ilk sətirlər yazılmağa başlayır. İnsan ömrünə yazılan sətirlərin ən ürəyə yatanı, işıq saçanı orta məktəb illəridir. Hansıki bu illərdə elmlərin açarını qazanırsan. Elə bir açar ki, həyat yolundakı bütün qapıları aça bilmək üçün yalnız ondan istifadə olunur. 11 il istisinə, soyuğuna öyrəşdiyimiz doğma məktəbdə ürəklərinin odunu, gözlərinin işığını şagirdləri üçün şam edən müəllimlərdən öyrənərək müstəqil həyatda ayaq üstə dayanmağı bacarırıq. Hər il yüzlərlə məzunlarımız tələbə adı qazanaraq valideynlərinə, müəllimlərinə sevinc bəxş edirlər.
Məmmədova Xədicə İlqar qızı 2020-2021-ci tədris ilində 1 saylı tam orta məktəbin məzunlarından biri olmuşdur. O, orta məktəbi müvəffəqiyyətlə bitirmiş, qəbul imtahanında rayonumuz üzrə ən yüksək bal toplamışdı – 634 bal. Bu, müstəqil həyatda Xədicənin ilk – həm də yüksək uğurudur. Sevincinin həddi-hüdudu yoxdur. 11 il çəkdiyi əziyyət öz gözəl bəhrəsini verib. Valideynlərinin və müəllimlərinin etimadını doğruldub.Bakı Dövlət Universitetinin hüquqşünaslıq fakültəsinə qəbul olub. Özü isə bu barədə deyir: Daha ətraflı »
Yeni ismarıclar