Cənab Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib. Müsahibə zamanı Azərbaycan Respublikasının bütün sahələrdəki inkişafından bəhs edən cənab Prezident İlham Əliyev səhiyyənin inkişafına nəzər salaraq qeyd edib ki, son 20 ilə yaxın müddətdə Azərbaycanın bütün bölgələrində 750-dən çox xəstəxana tikilib, əsaslı təmir edilib. Yeni müəssisələrin tərtibatı isə müasir standartlara yüksək səviyyədə cavab verir. İllər əvvəl səhiyyə sisteminin maddi-texniki bazasının yaradılması, müasirləşdirilməsi başlıca vəzifə olaraq qarşımıza qoyuldu və bu gün məqsədlərimizə çatmışıq deyə vurgulayan Prezident növbəti hədəf kimi daha təkmil və müasir tibbi xidmətin həyata keçirilməsi üçün işlər həyata keçirildiyini nəzərə çatdırıb. Müsahibə zamanı Prezident qeyd etdi ki, hakimiyyətə gələn zaman prioritet məsələ neft kapitalını insan kapitalına çevirib ölkəni neft iqtisadiyyatına əsaslanan strukturdan azad etmək idi. Bunu böyük faizlə bacaran nadir ölkələr sırasında Azərbaycanın adını çəkmək olar. Daha ətraflı »
-
04FevDigər PREZİDENT İLHAM ƏLİYEV: 17 İL ƏVVƏL SƏHİYYƏ SİSTEMİNİN MADDİ -TEXNİKİ BAZASININ YARADILMASI, MÜASİRLƏŞDİRİLMƏSİ BAŞLICA VƏZİFƏ İDİ üçün şərhlər bağlıdır
Yeni ismarıclar