Möhtərəm Prezident, yenilməz Sərkərdə!
Siz İkinci Qarabağ müharibəsinin-Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində vətəndaşlarımızın qürur mənbəyinə çevrildiniz. Qardaş Türkiyə xalqının mənəvi dəstəyinə arxalanaraq illərdi qaçqın adı altında yaşayan insanları əsir torpaqlarımızı işğaldan azad edərək hamını sevindirdiniz. Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin sözləri ilə desək:
Bir ananın iki oğlu,
Bir ağacın iki qolu,
Oda ulu, bu da ulu
Azərbaycan-Türkiyə
Hər iki qətiyyətli şəxsiyyətin birliyi və müzəffər Ordumuzun cəsarəti ilə yeni tarixə imza atıldı. Mənfur düşmən təslim edildi, torpaqlarımızın ərazi bütövlüyü özünə qaytarıldı. Daha ətraflı »
-
30NoyDigər TƏRTƏRLİLƏRİN PREZİDENT İLHAM ƏLİYEVƏ MİNNƏTDARLIQ MƏKTUBLARI üçün şərhlər bağlıdır
-
30NoyXəbərlər YAP-ın 28-ci İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR üçün şərhlər bağlıdır
Yeni Azərbaycan Partiyasının yaradılmasının 28-ci ildönumu ilə əlaqədar YAP Tərtər Rayon Təşkilatında tədbir kecirildi.
Tədbirdə rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatlarda çalışan fəal YAP uzvləri rayon təşkilatının Şura üzvləri, rayon təşkilatı Qadınlar Şurası və Gənclər Birliyinin üzvləri, ərazi ilk partiya təşkilat sədrləri iştirak etdilər.
Öncə tədbir iştirakçıları Yeni Azərbaycan Partiyasının yaradıcısı müasir Azərbaycan Dövlətinin banisi, Ümummulli lider Heydər Əliyevin və Vətən müharibəsində şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
YAP rayon təşkilatının sədri Ramiz Şabanov Yeni Azərbaycan Partiyasının yaradılmasının 28-ci ildö-nümünə həsr olunmuş məruzə ilə çıxış etdi.
Məruzə ətrafında YAP rayon təşkilatının şura üzvlərindən Məhəbbət Məmmədov, Faiq Məmmədov, Fitat Əliyeva, Kərrar Bayramov, ərazi ilk partiya təşkilat sədrlərindən Sahib Həsənov, Çingiz İsayev və Firdovsi Hüseynov çıxış etdilər.
Tədbirin sonunda rayon təşkilatının sədri Ramiz Şabanov bütün tərtərlilərin adından ölkə başçısı, partiyamızın sədri cənab İlham Əliyevi əmin etdi ki, rayon əhalisi həmişə olduğu kimi, bundan sonra da Heydər Əliyev ideyalarına, Prezident İlham Əliyevin daxili və xarici siyasətinə sədaqətlərini nümayiş etdirəcəklər.
“Yeni Tərtər” -
30NoyXəbərlər KARANTİN REJİMİ İLƏ BAĞLI REYDLƏR üçün şərhlər bağlıdır
Rayonumuzda yeni koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə reydlər davam etdirilir.
Tərtər Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının məsul əməkdaşlarının və rayonda təşkil edilmiş mobil qrupların iştirakı ilə keçirilən yoxlamalarda Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara ciddi nəzarət edilir.
Reydlər zamanı vətəndaşlarla maarifləndirici söhbətlər aparılaraq onlara sanitar rejimin tələbləri izah edilir, sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu, evdən çıxarkən,
qapalı məkanlarda, xüsusən iaşə müəssisələrində,
ictimai nəqliyyatda nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə etmələri, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamaları, bütövlükdə karantin rejimi dövrü üçün müəyyən edilmiş qaydalara ciddi riayət etmələri tövsiyə olunur.
Yeni koronavirus pandemiyasına mübarizə məqsədilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejiminin tələblərini pozanlar haqqında isə qanunamüvafiq tədbirlər görülür.
“Yeni Tərtər” -
30NoyDigər QARABAĞ BİZİMDİR! üçün şərhlər bağlıdır
Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş KomandanCəbrayıl
Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə təşkil edilmişdir.
23 avqust 1993-cü il tarixində rayon Ermənistan ordusu tərəfindən işğal edilmişdir. İşğal nəticəsində rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışdılar.
4 oktyabr 2020-ci ildə Cəbrayıl şanlı ordumuz tərəfindən işğaldan azad olunaraq yenidən Azərbaycan torpaqlarına birləşdirildi. -
30NoyDigər üçün şərhlər bağlıdır
Füzuli
1993-cü ildən ərazinin bir hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib.
Füzuli rayonu Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir.
Füzuli rayonunun ərazisi 1386 km², əhalisi isə təxminən 144 min nəfərdir. Rayonda 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri vardır.
2020-ci il 17 oktyabr tarixində Füzuli şəhəri işğaldan tam azad olunmuşdur. -
30NoyDigər üçün şərhlər bağlıdır
Zəngilan
1988-ci ildən 1993-cü ilin noyabrınadək düşmənə baş əyməyən, yağı hücumlarına sinə gərən, yüzlərlə şəhid verən Zəngilan işğala məruz qalan ən sonuncu rayon olub.
Qubadlı və Cəbrayıl rayonlarının işğalı nəticəsində mühasirəyə düşən Zəngilan əhalisi çıxış yolunu Araz çayından İran ərazisinə keçməkdə görüb.
Zəngilan Birinci Qarabağ müharibəsində 188 şəhid verib, bu günədək rayonun 44 sakini itkin düşmüş sayılır.
Ərazisi 707 kvadratkilometr, əhalisi isə 35 min nəfərdən çox olub.
İşğal olunmazdan əvvəl bir şəhər, bir qəsəbə və 83 kənddən ibarət olan Zəngilanda 9 məktəbəqədər müəssisə, Daha ətraflı » -
30NoyDigər üçün şərhlər bağlıdır
Qubadlı
14 mart 1933-cü ildə yaradılmışdır.
İnzibati bölgüsünə 1 şəhər, 93 kənd, 31 inzibati ərazi dairəsi aiddir. Ərazisində 115 iri və orta müəssisə, 11 məktəbəqədər uşaq müəssisəsi, 56 ümumtəhsil məktəbi, 1 texniki peşə məktəbi, 4 xəstəxana və tibb müəssisəsi, 111 mədəniyyət ocağı vardır.
Qubadlı 25 oktyabr 2020-ci il tarixdə erməni işğalından azad olunmuşdur. -
30NoyDigər üçün şərhlər bağlıdır
Şuşa
1992-ci il mayın 8-də Ermənistan hərbi birləşmələri tərəfindən işğal edilən, 289 kvadrat kilometr ərazisi olan Şuşada həmin dövrdə 25 min nəfərədək əhali yaşayırdı.
Mayın 8-nə keçən gecə erməni silahlı birləşmələri Şuşa şəhərinin işğalı ilə bağlı əməliyyat keçirib. Düşmənin 1000-ə yaxın əsgəri üç tərəfdən Şuşaya hücum edib. Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırılıb.
Şuşanın işğalı nəticəsində 480 günahsız vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min insan öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur. Daha ətraflı » -
30NoyDigər üçün şərhlər bağlıdır
Ağdam
Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1150 kvadrat km, əhalisi 153000 nəfər olub.
Erməni işğalından əvvəl rayonda 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı , 15 şərab zavodu, 1 şampan zavodu, 10 istirahət mərkəzi, Qarabağın ən böyük musiqi məktəbləri bu rayonda yerləşirdi.
Ağdamın şəhid sayı 6570 nəfər, Milli Qəhrə-manı 16 nəfər, döyüşlərdə iştirak edən ağdamlı sayı 40,000 nəfər, ağdamlı Qarabağ qazisi 4950 nəfər olub.
Ağdam şəhəri işğal zamanı erməni vandalları tərəfindən vəhşicəsinə talan edilib.
Ağdam 20 noyabr 2020 tarixdə işğaldan azad olunub. -
30NoyDigər üçün şərhlər bağlıdır
Kəlbəcər
Kəlbəcər 8 avqust 1930-cu ildə inzibati rayon statusu almışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.
10 noyabr 2020-ci ildə imzalanan sülh müqaviləsinə əsasən 15 noyabrda Ermənistan Silahlı Birləşmələri Kəlbəcər rayonunu boşaldıb Azərbaycan Silahlı Qüvvələrinə təhvil verməli idilər. Bəyanata əsasən 15 noyabr tarixində təhvil verilməsi qərarlaşdırılsa da Ermənistan tərəfinin Rusiya vasitəsilə Azərbaycandan xahişi ilə bu müddət 25 noyabr tarixinə qədər uzadıldı.
Ərazini tərk edən ermənilər evləri ilə yanaşı meşələri də yandırmışdır.
1993-cü il mart ayının 23-dən aprel ayının 3-dək Daha ətraflı »
Yeni ismarıclar