Birləşmiş Millətlər Təşkilatı 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq Ana Dili Günü elan edib.
Bu günün yaranma tarixi isə bir qədər də əvvələ gedir. 21, 22 fevral 1952-ci ildə Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 nəfər şəhid olub.
Banqladeş nümayəndələri məhz həmin şəhidlərin xatirəsinə ehtiram əlaməti kimi fevralın 21-nin Ana Dili Günü adlandırılması haqqında müraciət ediblər.
YUNESKO-nun Baş Konfransında 21 fevral Beynəlxalq Ana Dili Günü elan olunub və üzv ölkələrə bildirilib ki, həmin gün məktəblərdə, universitetlərdə ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər, konfranslar, seminarlar keçirilsin.
-
07MarDigər BEYNƏLXALQ ANA DİLİ GÜNÜ üçün şərhlər bağlıdır
Teqlər: Digər
-
07MarDigər MARTIN 5-i AZƏRBAYCANDA BƏDƏN TƏRBİYƏSİ VƏ İDMAN GÜNÜDÜR üçün şərhlər bağlıdır
Bu tarix Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir.
Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub.
Hazırda Azərbaycan idmanı inkişafının ən yüksək dövrünü yaşayır. Azərbaycanda idmanın bugünkü inkişaf səviyyəsi gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişməsini daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi yüksək diqqət və qayğının göstəricisidir. Məhz bu diqqət və qayğı Azərbaycanın qarşıdakı illərdə idmanda daha böyük uğurlara imza atacağını deməyə əsas verir.Teqlər: Digər
-
07MarDigər RAYONUMUZUN TARİXİNİ ƏKS ETDİRƏN MƏKAN üçün şərhlər bağlıdır
Tərtər Tarix-diyarşünaslıq muzeyi 1981-ci ildən fəaliyyət göstərir. İlk açılışı ilə Tərtər Cümə Məscidində öz ziyarətçilərini qəbul edən muzeyin iki işçisi olub. Əşyaları isə kəndlərdən yığıblar. 1994-cü ildən uşaq musiqi məktəbinin yerləşdiyi bəy evinin 1-ci mərtəbəsində 2 darısqal otaqda fəaliyyət göstərib. Eksponatların sayı hazırda 2016-ya çatdırılıb.
Ötən ilin sonunda rayonumuza səfər edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev muzeyin yeni binasının açılışını etdi. Hazırda buranın fondu 8 bölmədən ibarətdir: Nəqqaşlıq (rəssamlıq), heykəltəraşlıq, tətbiqi incəsənət, arxeoloji əşyalar, məişət, etnoqrafiya, fotoşəkillər, mühüm sənədlər və sair.
Muzeydə 150-dən çox eksponat sərgilənir . Hal-hazırda burada iki xovlu xalça, o cümlədən Azadqaraqoyunlu kəndinin sakini Nubar Mədətli tərəfindən hədiyyə edilən 150 yaşı olan və üzərində ərəbcə “Ya Allah” sözü yazılan xalça tamaşaçı marağına səbəb olur. Daha ətraflı »Teqlər: Digər
-
07MarDigər YAŞAMAQ ÜÇÜN TƏBİƏTİ QORUMALIYIQ üçün şərhlər bağlıdır
Təbiət yaşadığımız canlı aləmdir. Canlı aləmin varlığı, onun yaşaması üçün təbiətin qoynunda daim yaşıllıqlar salmalı, mövcudlarını isə qorumalıyıq.
Bizim yaşadığımız Tərtər rayonu əzəmətli Murov dağının ətəklərində qərar tutub. Onun çox təmiz havası, münbit torpağı, saf, təmiz suyu var. Bu xüsusiyyətlərinə görə rayonumuz bir sıra yaşayış məntəqələrindən fərqlənir.
Hal-hazırda rayonumuzun ərazisində 520 hektardan çox sahədə meşəlik var. Bunlar əsasən Borsunlu, Bəyimsarov, Kovdadıq, Xoruzlu, Hüləbətli, İsmayılbəyli, Evoğlu, Mamırlı, Köçərli və digər kəndlərin ərazilərindədir.
Həmin meşə zolaqları daim qorunur, vaxtaşırı suvarılır.
Rayon statistika idarəsinin məlumatına əsasən, 2016-ildə Tərtər-Goranboy, Tərtər-Dördyol, Tərtər-Bərdə istiqamətlərindəki yol kənarlarına yaşıllıq məqsədilə 32 min müxtəlif ağac, 1 milyon 300 min həmişəyaşıl və 10 min ədəd gül əkilmişdir. Həmçinin ötən il – 2017-ci ildə həmin istiqamətlərdə daha 40 min ağac, 10 min muxtəlif gül kolları və milyonyarım həmişəyaşıl ağaçlar əkilib. Daha ətraflı »Teqlər: Digər
-
07MarDigər HƏMYERLİMİZİN UĞURLARI üçün şərhlər bağlıdır
Emin İsmayıllının böyük idmana yolu rayonumuzun Azadqaraqoyunlu kəndindən başlayıb. Bu yolda bələdçisi isə tanınmış idman ustası Sabir Zeynalov olub. Yüzlərlə idmançının ilk məşqçisi olan Sabir müəllim Eminin bacarığını və böyük həvəsini görüb, ona bu sahə üzrə təhsil alaraq, idman karyerasını Bakıda davam etdirməyi məsləhət görüb.
2011-ci ildə Emin Bakıya gəlib və karate ilə məşğul olmağa başlayıb. İndi gərgin məşqlərin bəhrəsi olan titulların və mükafatların hər biri onun üçün çox qiymətlidir. Redaksiyamızda olarkən Emin İsmayıllı dedi:
–Uşaq vaxtı həddindən çox dəcəl idim. Valideynlərim heç cür aşıb-daşan enerjimin öhdəsindən gələ bilmirdilər. Bir gün atam əlimdən tutub məni Sabir müəllimin yanına gətirdi. Onun rəhbərliyi altında güləşlə məşğul olmağa başladım və həyatımı idmana həsr etmək qərarına gəldim. Daha ətraflı »Teqlər: Digər
-
07MarSosial 2017-Cİ İLDƏ TƏRTƏR RAYONUNDA ƏHALİNİN GƏLİRİ ARTIB üçün şərhlər bağlıdır
2017-ci ildə Tərtər rayonunda əhalinin gəlirləri 219 milyon 984,3 min manat olmuşdur. Əhalinin gəlirləri 2016-cı ilə nisbətən 7 faiz artmışdır. Rayon əhalisinin hər nəfərinə düşən gəlirləri 2016-cı ilə nisbətən 6,3 faiz və ya 161,3 manat artaraq 2737 manat təşkil etmişdir.
Tərtər Rayon Statistika İdarəsi
Teqlər: Sosial
Yeni ismarıclar