SABAHIMIZ ÖZ ƏLİMİZDƏDİR
Biz qloballaşan dünyada yaşayırıq. Qloballaşma obyektiv tarixi zərurətdən yaranır. Yəni bəşəriyyət elə bir məqama çatıb ki, qarşısına çıxan nəhəng problemləri bir və ya bir neçə dövlətin gücü ilə həll etməyə qadir deyil. Belə ümumbəşəri problemlər adekvat olaraq məhz ümumbəşəri güclə həll edilməlidir. Onların sırasına ekoloji problemlər, fəlakətlər (antropogen, texnogen və təbii), xəstəliklərlə mübarizə (şəkər, xərçəng, QİÇS), narkomaniya, qlobal istiləşmə, həmçinin kosmosun tədqiqi, nəhəng iqtisadi layihələr və s. daxildir.
Beynəlxalq (transmilli) təşkilatların (BMT…), beynəlxalq birliklərin (Avropa Birliyi…), şirkətlərin, firmaların yaranması məhz bu qloballaşma amili ilə şərtlənib. Bu baxımdan, yəni «güc (həm də xilas) birlikdədir» mövqeyindən qloballaşma proqressiv bir fenomendir və bəşəriyyətə firəvan gələcək vəd edir. Lakin qloballaşmanın əleyhdarları, yəni medalın əks üzü də vardır. Daha ətraflı »


Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən güclü vasitədir. Ana dili! Nə qədər möhtəşəm, nə qədər müqəddəs, əzəmətli bir qüvvə!
Vətənpərvərlik hissi insana ta uşaqlıqdan aşılanır. Evin içindən–atadan, anadan başlayan sevgi xalqla, vətənlə yaşanır, əbədiləşir. Hər birimiz doğmalarımızın sevgisindən, isti ocağımızdan hərarət alıb doğma evimizdən, həyətimizdən ayrıla bilmirik. Sonra bağçada, məktəbdə müəllimlərimizdən öyrəndiklərimiz–dilimizin əlifbasını, mədəni və milli adətlərimizi mənimsəyərək sevməyə başlayırıq. Daha sonra yaşadığımız torpağın-yurdun sahi binə çevrilərək onu qorumağa çalışırıq. Bu da bizdə vətənpərvərlik hissinə çevrilərək qanımıza, canımıza hopur. Oluruq vətənin vətəndaşı və sonra isə Vətən daşı. Vətən daşı olmaq üçün isə vətənə qəlbən vurğunluq lazımdır. Məlumdur ki, torpaqlarımızın 20%-i işğal altındadır. 25 ildir Vətən torpaqları öz vətəndaşının yo-lunu gözləyir.
Yeni ismarıclar