31Avq
ÇAYXANA QİYBƏTLƏRİ
“Bala Kirpi” yaman darıxırdı. Bekarçılıq onu təmiz tıncıxdırmışdı. Bilmirdi ki, hara gedib başını girlətsin, bu ağırayaq vaxtı necə öldürsün.
Gözünü açanda gördü ki, “Köhnə univermağ”ın yanındakı çayxanadadır. Bura əməlli-başlı tünlük idi. Səs-küy qarışmışdı biri-birinə. Nərdtaxda şaqqıldadan kim, domino çırpan kim, qiybət qıran kim… Ağız deyəni qulaq eşitmirdi.
“Bala Kirpi” fikirləşdi: “Bu adamların ayrı işi-gücü yoxdurmu? Nəyə görə ya evdə, ya çöldə bir işin qulpundan yapışmırlar, günlərini beləcə havayı keçirirlər? Düşünmürlərmi ki, nə gedirsə ömürdən-gündən gedir?”
Yayın isti günü olduğundan hamı çöldə ağacların kölgəsinə qoyulmuş çayxana stollarının ətrafında “məzə qılırdı”. “Bala Kirpi” ha göz gəzdirdi, boş bir oturacaq görmədi. Bu ara ortada qoyulmuş stolun ətrafından bir nəfər durub getdi. Yerin boşaldığını görən “Bala Kirpi” özünü tələsik həmin boş stula yetirib əyləşdi. Bundan sonra ətrafdakılara salam verdi. Bu stolda da şıdırğı çayxana qiybəti gedirdi. Biri yana-yana danışırdı: Daha ətraflı »
Teqlər: Digər
31Avq
BACARIQLI DƏRZİ, NÜMUNƏVİ ANA
Leyla düşünmürdü ki, həvəsi olmadan öyrəndiyi peşə ömrünün sonunadək onun “çörək ağacına” çevriləcək. El adəti üzrə ata xeyir-duası ilə ailə həyatı qurmuşdu. Xoşbəxt idi. İki ovladı vardı. Lakin onun bu xoşbəxtliyi çox çəkmədi. Ailə bəzi səbəblər üzündən dağıldı. Və Leyla 2 körpəsi ilə yenidən ata ocağına qayıtdı. Doğrudur, doğmaları onu tək qoymadılar. Lakin bir qadın kimi ailənin ağırlığı onun çiyinlərinə düşdü. Övladlarını özü böyütməli oldu…
Leyla Rəhimova 1993-cü ildə ikiillik dərzilik kursunu bitirmişdi. Rayon məişət xidməti kombinatında dərzi kimi fəaliyyətə başladı. O zamanlar dərzilərə plan qoyulurdu. Əgər o plan yerinə yetirilməsəydi, aylıq əmək haqqına təsir edirdi. Buna görə də öyrəndiyi peşəyə mükəmməl yiyələnirdi. Kombinatda çalışan təcrübəli dərzilərdən bilmədiklərini öyrənirdi. Sifariş verənlərin sayı gündən-günə artdı. Buna görə də qoyulmuş planı da vaxtında ödəyə bilirdi, uşaqların ehtiyaclarını da təmin edirdi. Onunla söhbətimizdə bildirdi ki, 28 ildən çoxdur ki, bu sadə, lakin şərəfli peşə ilə məşgul oluram. Hələ bir nəfər işimdən narazılıq etməyib. Daha ətraflı »
Teqlər: Digər
31Avq
Qubadlının işğalı Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi, «Dənizdən dənizə böyük Ermənistan» yaradılması daşnaq ideoloqlarının çoxillik sərsəm xülyalarının tərkib hissəsi idi. 1993-cü ilin iyul-avqust aylarında bütün cəbhə boyu erməni hücumlarının miqyası genişləndirildi. Bir-birinin ardınca Ağdam, Füzuli və Cəbrayıl rayonları işğal edildi. Bu rayonların boşalması Qubadlını faktiki olaraq, mühasirə vəziyyətinə saldı. Avqust ayı ərzində həm Ermənistan, həm də Laçın istiqamətindən hücumlar gücləndirildi. Avqustun 30-da Həkəri çayı boyu kəndlərə atılan mərmilərin ardı-arası kəsilmirdi. Günün ikinci yarısında başlanan yaylım atəşi isə insanların son ümidini də qırdı. Həmin gecə Xanlıq kəndinə qədər olan bütün kəndlər ermənilərin əlinə keçdi. Səhəri gün isə tamamilə mühasirəyə düşən qubadlıların geri çəkilməkdən başqa çarəsi qalmadı. Daha ətraflı »
Teqlər: Digər
18Avq
Bu ilin altı ayında ixrac 36 faiz, qeyri-neft ixracı 27 faiz artıb. Kənd təsərrüfatı ixracı 40 faizdən çox olub. 6 ayda valyuta ehtiyatlarını nəinki qoruya bilmişik, görülmüş tədbirlər, düşünülmüş iqtisadi siyasət nəticəsində 3 milyard dollar əlavə valyuta gəlib, 5 milyard investisiya qoyulub. Davos Ümumdünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə 37-ci yerə layiq görüb. Bu, MDB məkanında birinci göstəricidir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Teqlər: Digər
18Avq
Prezident İlham Əliyevin sərəncamı əsasında ha-zırlanmış milli iqtisadiyyat perspektivləri üzrə Strateji Yol Xəritəsi 2010-cu ilədək iqtisadi inkişaf strategiyası və tədbirlər planı, 2015-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2015-ci ildən sonrakı dövrləri əhatə edən hədəf baxışdan ibarətdir.
Strateji Yol Xəritəsinə əsasən bizim rayonda da həm yaxın dövrü əhatə edən tədbirlər planındakı məsələlər yerinə yetirilir, həm də perspektivdə görü-ləcək işlərin reallaşdırılması məqsədilə hazırlıq həyata keçirilir.
Bu, xüsusən aqrar sahənin inkişafına öz müsbət təsirini göstərir.
Belə ki, rayon statistika idarəsinin məlumatına əsasən, 2017-ci ilin birinci yarısında kənd təsərrüfatı məhsullarının ümumi həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,5 faiz artaraq 38 milyon 420 min manat təşkil etmişdir. Daha ətraflı »
Teqlər: Kənd təsərrüfatı
18Avq
Son illər regionların sosi-aliqtisadi inkişafı sahəsində böyük nailiyyətlər əldə olunub. Prezident İlham Əliyev bu barədə belə deyib: “Heç vaxt Azərbaycanın tarixində belə qısa müddət ərzində bu qədər işlər görülməmişdir. Bu gün Azərbaycanın bölgələrində lazım olan bütün infrastruktur layihələri icra edilib və biz sürətli inkişaf dövrünü yaşayırıq.”
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının yerinə yetirilməsində sahibkarlığın dəstəklənməsi xüsusi yer tutur. Bu sahədə bizim rayonda da böyük işlər görülür.
Belə ki, təkcə cari ilin altı ayı ərzində 542 nəfər rayon sakini sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün vergi orqanlarında qeydiyyatdan keçib.
Köçərli kəndinin ərazisində sahibkar Əhməd Səfərov tərəfindən tikilmiş yeni müasir tələblərə cavab verən yanacaqdoldurma məntəqəsi istifadəyə verilib. Burada 30 yeni iş yeri açılıb. Daha ətraflı »
Teqlər: Digər
18Avq
Rayon icra hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu təmas xəttinə yaxın olan Yuxarı Qaradağlı kəndində keçirildi.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbirə toplaşanlarla görüşdü. Sonra icra nümayəndəsi Lətif Həmidov kənd haqqında məlumat verdi.
Qapanlı kənd tam orta məktəbinin direktoru Fitat Əliyeva, kənd sakinlərindən Cəlal Rəhimov, İlham Cabbarov, Arzuman Məmmədov, Səidə İsmayılova, Nizami Həsənov, Qazyan kənd sakinləri Asif Mustafayev, Əvəz Hüseynov və başqaları çıxışlarında rayon mərkəzində və eləcə də kəndlərdə görülən quruculuq, abadlıq işlərinə görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Kənddəki çatışmazlıqlara da toxunuldu.
Rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov qaldırılan məsələlərin bəzilərinin həlli üçün əlaqədar təşkilatların rəhbərlərinə tapşırıqlar verdi. Qalan məsələlər nəzarətə götürüldü.
Rayon rəhbərinin Yuxarı Qaradağlı kəndində keçirdiyi səyyar görüş-qəbuldan hamı razı qaldı.
“Yeni Tərtər”
Teqlər: Tərtər RİH-də
18Avq
Avqustun 4-də Qax rayonunda baramaçılıq, tütünçülük və fındıqçılığın inkişafına həsr edilmiş respublika müşavirəsində Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrlə bağlı Tərtər rayonunda kənd təsərrüfatı işçilərinin müşavirəsi keçirilib.
Yığıncağı açan rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov respublika müşavirəsində dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələrlə bağlı məlumat verib, bildirib ki, müşavirədə ölkə rəhbəri barama, tütün və fındıq sahələrinin inkişafı ilə əlaqədar son 2 il ərzində görülmüş işləri hərtərəfli təhlil etdi. Gələcəkdə Azərbaycanda aqrar sektorun ən perspektivli sahələrinin daha da inkişaf etdirilməsi üçün görüləcək işlərdən və qarşıda duran vəzifələrdən danışdı, lazımi tövsiyə və tapşırıqlarını verdi.
Rayon rəhbəri qeyd etdi ki, möhtərəm Prezidentimizin tapşırığına əsasən rayonumuz üçün gəlirli istehsal sahələrindən biri olan baramaçılığın inkişaf etdirilməsinə son illər xüsusi diqqət yetirilir. Daha ətraflı »
Teqlər: Tərtər RİH-də
18Avq
Mənim iş otağımın pəncərəsindən sizin həyət darvazanız, sənin bir zamanlar bəy-gəlin otağı kimi bəzəmək arzusunda olduğun evin pəncərəsindən isə indi məzarın görünür, əziz Nicat! Bilirəm ki, ruhun çox narahatdır, Lələ Təpənin qəhrəman oğlu! Bu narahatçılıq sənin doğmalarına söylədiyin son sözlərində də var. İndi ata-ananın, bacının, bütün doğmalarının dönə-dönə, təkrar-təkrar dinlədikləri son telefon danışıqlarında.
Axı, necə də narahat olmayaydın? Sən torpaqlarımızı yağı düşməndən azad etməyə gedirdin. Qələbəyə inanırdın. Amma bununla belə ətrafındakı əsgərlərin həyatını qorumağa can atırdın. Ona görə də ilk olaraq öz ömrünü qurban verdin…
Vətən şirindir, əziz Nicat! Sənin kimi minlərlə şəhidimiz öz qəhrəmanlıqları ilə bunu sübut ediblər. Elə buna görə də indi sizin ruhlarınız narahatdır. Çünki hələ də canınızdan artıq sevdiyiniz torpaqlar düşmən tapdağı altındadır. Daha ətraflı »
Teqlər: Digər
18Avq
Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Qaralar kəndini atəşə tutublar. Hadisə nəticəsində bir dinc sakin yaralanıb. Yaralanan şəxs 2004-cü il təvəllüdlü Yusifov Ramin Sabir oğludur. O, öz həyətlərində olarkən yanına mərmi düşüb. Mərminin qəlpələri Yusifov Ramini ağır şəkildə yaralayıb. Bədənində çoxsaylı qəlpə yarası alan Ramin Yusifov dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Yaralının vəziyyəti nisbi yaxşıdır.
Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıdan başlamış uşaq qətlləri 25 ildir ki, davam edir. Bu vəhşiliyin son təzahürlərindən biri Füzuli rayonunun Alxanlı kəndində bir az əvvəl öldürülən 1 yaş 6 aylıq körpə Zəhradır.
“Yeni Tərtər”
Teqlər: Digər
Yeni ismarıclar