Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 05İyl
    Milli-mənəvi dəyərlər KÖHNƏ QƏBRİSTANLIĞIN “TƏZƏ” DƏRDİ üçün şərhlər bağlıdır

    012.JPGAdətdir, Novruzqabağı günlərdə hər bir ailədə əvvəlcə dünyalarını dəyişənləri yad edir, onların ruhlarına Quran surələri oxutdurur, qəbirlərin üstünü təmizləyir, evlərdə ehsan verirlər. Bu, xalqımızın milli mentalitetidir, təqdirəlayiq ənənədir. Çünki, kim bilir ki, bu gün başdaşlarının arasında gəzənlərin hansı sabah özü harada olacaq – torpağın üstündə, yoxsa altında? Yəni, anmalıyıq ki, bizim özümüzü də ansınlar.
    “Qara bayram” deyilən gündə qəbristanlığa kimlər gəlmir? Azərbaycanın müxtəlif guşələrində, hətta ölkəmizdən kənarda yaşayanlar da həmin gün dünyadan köçənlərini yad etmək üçün doğma ocağa gəlirlər. Yəni bu ənənə həm də insanları bir-birinə yaxınlaşdırır, doğmalar arasında canlı ünsiyyətə cəlb edir. Bütün bunlar çox yaxşıdır. Amma açığını deyim ki, həmin gün bir tərtərli kimi mən həm də xəcalət hissi keçirirəm. Biz nə edirik? Doğmalarımızın qəbirlərini təmizləyib, otu-alağı, müxtəlif tullantıları yaxınlıqdakı qəbirlərin üstünə tökürük. Niyə? Məgər onlar da bizdən deyillərmi? Əgər qəbrin təmiz saxlanmasının ölünün ruhuna bir xeyri dəyərsə, onda başqa ruhları niyə narahat edirik? Hansı əsrdə yaşayırıq? Bütün tullantıları bir yerə toplayıb, oradan da daşıtdırmaq olmazmı? Daha ətraflı »

    Teqlər:

  • 05İyl
    İqtisadiyyat SAHİBKARLARA DİQQƏT GÖSTƏRİLİR üçün şərhlər bağlıdır

    Изображение 006Ölkəmizdə sahibkarlığın inkişafına yaradılan geniş imkanlar bu gün bizdən öz işimizə yenidən baxmağı, dünyadakı müasir təcrübəni öyrənib mənimsəməyi tələb edir.
    Ailəmizin üzvləri həm heyvandarlıq, həm də əkinçiliklə məşğul olurlar. Müasir tələblərə cavab verən heyvandarlıq kompleksimiz var. Burada 100 baş iribuynuzlu mal-qara saxlanılır. Təsərrüfatımızda süni mayalanma üsulundan geniş istifadə edilir. Bu üsulla alınan balalar çox məhsuldar olmaqla yanaşı sürətlə inkişaf edir.
    Heyvandarlığın yem bazasını da öz gücümüzlə yaratmağa çalışırıq. Belə ki, 15 hektar sahədə taxıl, yonca və arpa əkir, müasir becərmə texnologiyalarından istifadə etməklə yüksək məhsul götürürük. Bununla yanaşı, təsərrüfatımızda yemüyüdən aqreqat quraşdırmışıq. Biçilən məhsul burada üyüdüldükdən sonra mallara verilir ki, bu da həm onun keyfiyyətini yüksəldir, həm də itkilərin qarşısını alır. Eyni zamanda qonşu təsərrüfatların sahibkarları da xidmətimizdən yararlana bilirlər.
    Bir məsələni də xüsusi olaraq qeyd etmək istəyirəm. Ötən illərə nisbətən indi un dəyirmanlarının sayı xeyli çoxalıb. Ancaq etiraf edək ki, müasir dəyirmanlarda üyüdülən tamamilə kəpəksiz və müxtəlif əlavələr qatılmış undan bişirilən çörək səhhətimiz üçün o qədər də faydalı deyil. Daha ətraflı »

    Teqlər: