Zati-aliləri!
Sizin Azərbaycan dövlətinin xilaskarı, cahan-sümul tarixi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin əbədiyaşar ideyalarına sadiqliyiniz, müdrik bir lider kimi apardığınız düşünülmüş, məqsədyönlü və ardıcıl siyasət nəticəsində 2015-ci ildə dünyanı bürüyən siyasi, iqtisadi və sosial gərginliyə baxmayaraq, Azərbaycan yenə öz dinamik inkişaf tempini saxlamış, hətta bir çox sahələrdə tərəqqiyə də nail olmuşdur. Dünyada neftin qiymətinin bir ildə 4 dəfəyə yaxın aşağı düşməsi neft ixrac edən ölkələrdə ağır iqtisadi böhrana səbəb olmuş və bu Azərbaycandan da təsirsiz ötüşməmişdir. Lakin Sizin uzaqgörənliyinizin bəhrəsi olaraq son bir neçə ildə ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi bu mənfi tendensiyanın təsirinin minimuma endirilməsini təmin etmişdir. Bunların nəticəsidir ki, ölkəmiz dünyanın aparıcı ölkələri sırasındadır və bölgənin lider dövlətinə çevrilmişdir. Daha ətraflı »
-
22FevTərtər RİH-də 2015-ci ildə rayonun sosial-iqtisadi inkişafının yekunları və 2016-cı ildə qarşıda duran vəzifələrlə əlaqədar Tərtər Rayon İcra Hakimiyyəti Başçısının hesabat yığıncağı iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevə MÜRACİƏTİ üçün şərhlər bağlıdır
Teqlər: Tərtər RİH-də
-
22FevTərtər RİH-də Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı illik hesabat verdi üçün şərhlər bağlıdır
Sosial-iqtisadi inkişaf təmin olunu
Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədovun “2015-ci ildə rayonun sosial-iqtisadi inki-şafının yekunları və 2016-cı ildə qarşıda duran vəzifələr barədə” hesabatı dinlənilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin rayonun Mərkəzi mey-danında ucaldılmış abidəsini ziyarət edərək, önünə qızıl gül və qərənfillər düzüblər. Rayon icra hakimiyyəti başçısı aparatının məsul işçilərinin, inzibati ərazi dairələri üzrə nümayəndələrin, rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə yığıncaq Gənclər Mərkəzində işini davam etdirib. Mərkəzin qarşısında təşkil olunmuş ötən il rayonda əldə edilmiş sosial-iqtisadi göstəriciləri əks etdirən müxtəlif stendlər, rayonda istehsal olunan məhsulların sərgisi də maraqla qarşılanıb. Daha ətraflı »
Teqlər: Tərtər RİH-də
-
18FevXəbərlər Regional müşavirə üçün şərhlər bağlıdır
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən Tərtər şəhərində Xidmətin yerli qurumlarının rayon bitki mühafizəsi mərkəzləri və bitkilərin karantini məntəqələrinin əməkdaşlarının, bələdiyyə təmsilçilərinin, icra nümayəndələrinin, torpaq mülkiyyətçilərinin və fermerlərin iştirakı ilə “Sərhədyanı ərazilərdə fitosanitar vəziyyət” mövzusunda regional müşavirə keçirilmişdir.
Tədbiri giriş sözü ilə Tərtər Rayon İcra Hakimiyyətinin Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması Şöbəsi müdirinin müavini Xatirə Məmmədova açmışdır. Kənd Təsərrüfatı Nazirliyi yanında Dovlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev respublika Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda aqrar islahatların həyata keçirilməsinə və kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirildiyini qeyd etmişdir.. Daha ətraflı »Teqlər: Xəbərlər
-
18FevXəbərlər Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovla Tərtər rayon ictimaiyyətinin görüşü üçün şərhlər bağlıdır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Tərtər rayonu ictimaiyyətinin nümayəndələri və sahibkarlarla görüşüb.
Əvvəlcə tədbir iştirakçıları tərəfindən Ümummilli İider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub. Sonra görüşdə qeyri-neft sektorunun inkişafında Tərtər rayonunun potensial imkanları müzakirə edilib. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov regionların sosial-iqtisadi inki-şafı Dövlət proqramları çərçivəsində görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verib. Daha ətraflı »Teqlər: Xəbərlər
-
18FevXəbərlər Səyyar görüş-qəbullar üçün şərhlər bağlıdır
Tərətr Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədovun növbəti səyyar görüş-qəbulu Seydimli kəndində keçirildi. Toplantıda rayon icra hakimiyyəti aparatının işçiləri, hüqüqmühafizə orqanlarının, idarə, müəssisələrin rəhbərləri, kənd sakinləri iştirak edirdilər.
Tədbiri icra başçısı Müstəqim Məmmədov açdı.
Sonra Seydimli kənd İƏD üzrə nümayəndə Güloğlan Kərimov məlumat verdi. Bildirdi ki, burada 683 təsərrüfatda 2720 nəfər əhali yaşayır. Ərazidə tam orta məktəb, uşaq bağçası, tibb məntəqəsi, kitabxana, 3 məişət xidməti, 4 iaşə obyekti, poçtamt , 304 nömrəlik ATS və s. fəaliyyət göstərir. Həmçinin ərazidə 86 məcburi köçkün ailəsi məskunlaşıb. Onların sayı 311 nəfərdir. Daha ətraflı »Teqlər: Xəbərlər
-
18FevXəbərlər “Sərsəng harayı” AŞPA-da eşidildi üçün şərhlər bağlıdır
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yar-dım Assosiasiyası (AVCİYA) 25 may 2013-cü ildə “Sərsəng harayı” adlı genişmiqyaslı layihə həyata keçirməyə başlamışdı. Layihənin məqsədi Sərsəng Su Anbarının vəziyyəti, onun törədəcəyi humanitar fəlakət və ekoloji böhran vəziyyəti barədə Azərbaycan cəmiyyəti ilə yanaşı, dünya ictimaiyyətini məlumatlandırmaq, beynəlxalq təşkilatlarda, əsasən də AŞPA-da müvafiq sənəd və qətnamələrin qəbul edilməsinə nail olmaq, mümkün humanitar fəlakətin və ekoloji böhranın qarşısının alınması istiqamətində tədbirlər paketi hazırlamaq və s. məsələlər idi. Daha ətraflı »
Teqlər: Xəbərlər
-
18FevXəbərlər Multikulturalizm Azərbaycan cəmiyyətində normal həyat tərzidir üçün şərhlər bağlıdır
2016-cı il “Multikulturalizm ili”dir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin “Multikulturalizm” ili elan edilməsi ilə əlaqədar Heydər Əliyev Mərkəzində tədbir keçirilib.
Mərkəzin direktoru Səlimə Yusibova mövzu ilə bağlı ətraflı məruzə edib. O bildirib ki, multikulturalizm termini düşüncəmizə yeni daxil olub. Azərbaycanda 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmış və akademik Kamil Abdulla Mərkəzin rəhbəri təyin edilmişdir. Daha ətraflı »Teqlər: Xəbərlər
-
18FevDigər 2016-cı İL “MULTİKULTURALİZM İLİ”DİR üçün şərhlər bağlıdır
Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi
QARABAĞIN QIZIL GÜLÜ İSRAİLDƏ
Bir yəhudinin məktubu haqqında
Bu yaxınlarda mətbuatda İsrailin ölkəmizdəki səfiri Dan Stavın aşağıdakı fikrinə rast gəldim: “Təəssüf ki, bir çox ölkələrdə tolerantlıq anlayışı belə başa düşülür:” Mən dözürəm, ancaq sənə nifrət edirəm”. Azərbaycanda isə tolerantlıq anlayışının mənası bu cürdür: “Mən dözürəm, çünki səni sevirəm.”
Bu sözlər mənə başqa bir yəhudinin Azərbaycana və azərbaycanlılara həsr etdiyi sevgi dolu məktubunu xatırlatdı. İsrailin Netivot şəhərindən Tərtərə göndərilən bu məktubda deyilir: “Dünyanın heç yerində qızıl güllər Qarabağda olduğu qədər ətirli deyil və dünyanın heç bir guşəsində insanlar Azərbaycandakı kimi digər millətlərə dözümlülük və mehribançılıq göstərmirlər. Daha ətraflı »Teqlər: Digər
-
18FevTəhsil Onlar ”Fədai” medalı ilə təltif olunmuşlar üçün şərhlər bağlıdır
MÜƏLLİM ƏMƏYİNİN BƏHRƏSİ
“Təbriz müəllim, sabah bir tədbir keçiriləcək, siz hökmən iştirak etməlisiniz, orada sizə mükafat təqdim olunacaq”. Bu çağırış Təbriz müəllimi həyəcanlandırmış və düşünməyə vadar etmişdir.
Axı, mən nə iş görmüşəm, kim tərəfindən mükafatlandırılıram? Bir-birini əvəz edən suallar içində səhərin açılmasını səbirsizliklə gözlədi.
Bilirdi ki, Gənclər Günü münasibəti ilə möhtəşəm bir tədbir keçiriləcək.
Lakin mükafatlandırılmasından xəbərsiz idi. Bu düşüncələrlə necə yuxuya getdiyni bilmədi. Bir də ayıldı ki, artıq səhər açılıb. Hazırlaşıb tədbirə yollandı… Daha ətraflı »Teqlər: Təhsil
-
18FevTəhsil üçün şərhlər bağlıdır
Bayram müəllim Kəlbəcər rayonuna təyinatla gəlmişdi. Coğrafiya, biologiya fənnini tədris edirdi. Onun ailəsində ilk övladı da elə Kəlbəcərdə dünyaya gəlmişdi. Adını Səbuhi qoydular.
Səbuhi Susuzluq kəndində doğulsa da, onun uşaqlığı rayonumuzun Səhlabad kəndində keçdi. Atası Bayram müəllimin işi bura dəyişildiyindən ailəsi ilə birlikdə Səhlabadda yaşayası oldu. Səbuhi böyüdükcə atanın ümidləri daha da artırdı.
Inanırdı ki, oğlu gələcəkdə valideynlərinə başucalığı gətirə biləcəkdi.
Artıq ümid dolu illər arxada qalıb. Səbuhi Azərbaycan Dövlət Universitetinin fiziki tərbiyə və çağırışa hazırlıq fakültəsini bitirib. Daha ətraflı »Teqlər: Təhsil
Yeni ismarıclar