Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi
İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 22 iyul-Mətbuat Günü münasibəti ilə elan etdiyi fərdi jurnalist yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Daha ətraflı »
-
24İylXəbərlər QALİB JURNALİSTLƏR MÜKAFATLANDIRILDI üçün şərhlər bağlıdır
Teqlər: Xəbərlər
-
24İylXəbərlər HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ “YENİ TƏRTƏR” QƏZETİ KOLLEKTİVİNİN İŞTİRAKI İLƏ TƏDBİR KEÇİRİLİB üçün şərhlər bağlıdır
Milli mətbuatın yaradılması-nın 140 illiyi münasibətilə Heydər Əliyev Mərkəzində “Yeni Tərtər” qəzeti kollektivinin və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.
Tədbiri Tərtər Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Ramiz Şabanov açıb. O, milli mətbuatın keçdiyi 140 illik şərəfli və keşməkeşli yol barədə məlumat verib. Sonra Ramiz müəllim “Yeni Tərtər” qəzetinin bütün kollektivini milli mətbuatımızın 140 illik yubileyi və qəzetin baş redaktoru Tofiq Yusifin Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yüksək dövlət mükafatı – “Tərəqqi” medalına layiq görülməsi münasibəti ilə təbrik edib. Daha ətraflı »Teqlər: Xəbərlər
-
24İylXəbərlər AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEV XÜSUSİ MÜKAFATA LAYİQ GÖRÜLÜB üçün şərhlər bağlıdır
Azərbaycan milli mətbuatının 140 illik yubileyi ərəfəsində ölkə başçısının sərəncamları ilə 200-ə yaxın mətbuat işçisi orden, medal və fəxri adlarla təltif olunub.
Gözəl bayram münasibəti ilə cənab Prezident Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşüb. Yubiley tədbirində söylədiyi nitqində ölkə başçısı müasir şəraitdə mətbuatın üzərinə düşən çox ciddi vəzifələri bir daha diqqətə çatdırıb: Daha ətraflı »Teqlər: Xəbərlər
-
24İylTərtər RİH-də QƏLƏMİNİZ İTİ, SÖZÜNÜZ KƏSƏRLİ OLSUN! üçün şərhlər bağlıdır
Əziz mətbuat işçiləri! Qəzetin baş redaktoru Tofiq Yusifin rəhbərliyi ilə “Yeni Tərtər”in bütün kollektivini Azərbaycan milli mətbuatı yaradılmasının 140 illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, sizlərə cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Daha ətraflı »
Teqlər: Tərtər ŞİH-də
-
15İylKənd təsərrüfatı Taxılçılıq- il ruzili gəlib üçün şərhlər bağlıdır
Hacıqərvənd kəndində iri taxılçılıq təsərrüfatlarından birinin sahibi Elnurə Əliyevadır. Cari ildə təsərrüfatda 50,5 hektarda buğda, 10 hektarda arpa becərilmişdir. Eyni zamanda heyvandarlığı inkişaf etdirmək məqsədilə 23 hektar sahədə yoncalıqlar yerləşir. Daha ətraflı »
Teqlər: Xəbərlər
-
15İylKənd təsərrüfatı Sahələrdən bol məhsul gözlənilir. üçün şərhlər bağlıdır
Kənd təsərrüfatının gəlirli sahələrindən biri də şəkər çuğundurunun becərilməsidir. İnsanlar ona görə bu sahəyə çox maraq göstərirlər ki, şəkər çuğundurunun bazarı var. Belə ki, kənd adamları səpindən əvvəl İmişlidəki şəkər çuğunduru zavodu ilə müqavilə bağlayırlar. Məhsul hasilə gələn kimi onu tədarük edib zavoda təhvil verir və pulunu alırlar. Elə bu səbəbdən də rayonda çuğundur əkininin sahələri ilbəil genişləndirilir. Daha ətraflı »
Teqlər: Xəbərlər
-
15İylDigər Yardım və güzəştlər gücləndirilir. üçün şərhlər bağlıdır
“Kənd təsərrüfat ili” çərçivəsində ölkədə kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən yardım və güzəştlərin gücləndirilməsi, kənd təsərrüfatı sahəsində potensialın möhkəmləndirilməsi, kənd təsərrüfatı sahəsinin elmi təminatının və bu sahədə kadrların hazırlanmasının yaxşılaşdırılması, infrastrukturun gücləndirilməsi və elektron kənd təsərrüfatının yaradılması, təbliğat və təşviqat işinin təşkili nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası Prezidentinin imzaladığı “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Sistemində fəaliyyət göstərən elmi tədqiqat müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında”, “Bitki-çiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” və digər mühüm sərəncamlar məhz bu vəzifələrin icrasına yönəlmişdir.
Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün yekunlarına həsr olun-muş yığıncağında möhtərəm Pre-zident İlham Əliyev qarşıya belə bir vəzifə qoymuşdur ki, “Azərbaycanda istehsal olunan bütün ərzaq məhsullarının bütün komponentləri Azərbaycanda istehsal olunsun, toxumdan tutmuş ta hazır məhsula qədər”.
Ərzaq təhlükəsizliyinin təmin olunması məsələsi rayonumuz üçün də çox aktualdır. Dövlətimizin daimi qayğısını və dəstəyini hiss edən kənd əməkçiləri bu işdə yaxından iştirak edir, keyfiyyətli ərzaq məhsulları istehsalını günü-gündən artırmağa səy göstərirlər.Teqlər: Digər
-
15İylDigər Nar əkinlərinin mövcud vəziyyəti və bu bitkinin əhəmiyyəti. üçün şərhlər bağlıdır
Narın elmi adı “punika qranatumdur”. “Punika”-tünd qırmızı, “qranatus” isə dənə deməkdir. Nar bitkisi subtropik bitki olmaqla, 20 dərəcə şaxtaya tab gətirə bilir. Quraqlığa davamlı bitkidir, lakin yaxşı boy və məhsul verməsi üçün nar rütubətə tələb göstərir. Torpağa az tələbkar olmaqla müxtəlif mexaniki tərkibə malik torpaqlarda becərilə bilər. Yüksək məhsuldar və gəlirli bitkidir. Daha ətraflı »
Teqlər: Digər
-
15İylKənd təsərrüfatı 9-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrufatı sərgisi üçün şərhlər bağlıdır
Bakıda Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Aqro” sərgisi keçirilmişdir. Bu il “Caspian Aqro” 2015 sərgisində ABŞ, Almaniya, İspaniya, İtaliya, Fransa, Koreya, Niderland Krallığı, Rusiya, Türkiyə, Ukrayna, Yunanıstan, ilk dəfə olaraq Şri-Lanka, İordaniya və bazarının mənimsənilməsi istiqamətində ilk addımlarını atan bir çox yerli şirkətlər təmsil olunmuşdur.
Ümumilikdə sərgidə dünyanın 35 ölkəsinin 200-dən çox şirkəti müxtəlif kənd təsərrüfatı texnikası-nı, texnologiyaları, avadanlıqları, cins malları və s. nümayiş etdirmişdir.
Rayonumuzdan “Kaspian Aqro” 2015 sərgisində rayon icra haki-miyyəti aparatının baş məsləhət-çisi Natiq Musayev, “Patron” şir- kətinin rəhbəri Elşad Məmmədov, “Tərtər” MMC-nin təsisçisi Fərman Qurbanov və Hüsənli kəndində yerləşən eksperimental cins damazlıq kəndli-fermer təsərrüfatının rəhbəri Məhərrəm Əliyev iştiak etmişlərTeqlər: Xəbərlər
-
15İylKənd təsərrüfatı 2015-ci il ” kənd təsərrüfatı ili”dir üçün şərhlər bağlıdır
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, kənd təsərrüfatının inkişafına yeni təkan vermək və onun modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmək, bu sahəyə dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək, ölkəmizin aqrar potensialını geniş təbliğ etmək məqsədi ilə 2015-ci il Azərbaycan Res-publikasında “Kənd təsərrüfatı ili” elan edilsin.
Azərbaycan Respublikasının Prezidenti
İhaml Əliyevin 12 yanvar 2015-ci il tarixli SərəncamındanAqrar sahənin mühüm istiqaməti
Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2015-ci il tarixli Sərəncamı ilə 2015-ci ilin Azərbaycan Respublikasında “ Kənd təsərrüfatı ili” elan edilməsi ilə əlaqədar tədbirlər planı təsdiq olunmuşdur. Həmin tədbirlər planına əsasən ölkədə heyvandarlığın daha da inkişaf etdirilməsi məqsədilə də bir sıra işlərin görülməsi nəzərdə tutulur. Belə ki, Kənd Təsərrüfatı Nazirliyinə və “Aqrolizinq” ASC-yə tapşırılmışdır ki, cins heyvanların lizinq yolu ilə satışının təkmilləşdirilməsi məqsədilə təkliflər hazırlasınlar. Həmçinin iri fermer təsərrüfatlarının yaradılması istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulur.
Daha ətraflı »Teqlər: Digər
Yeni ismarıclar