Tərtər Rayon İcra Hakimiyyətinin və rayon Mərkəzi xəstəxanasının təşkilatçılığı ilə YAP rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ümummilli Lider və Azərbaycan səhiyyəsi” mövzusunda “dəyirmi masa” keçirilib.
“Dəyirmi masa”da Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov və səhiyyə işçiləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin xatirəsinə ehtiram əlaməti olaraq onun abidəsi önünə gül dəstələri düzüblər.
Sonra “dəyirmi masa” ətrafında davam edən tədbirdə Ümummilli Liderin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tərdbirdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov səhiyyə işçilərini Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və 17 iyun –Tibb İşçiləri Günü münasibəti ilə səmimi qəlbdən təbrik edib, onlara uzun ömür, cansağlığı, Ümummilli Liderimiz Heydər Əliyev ideyalarının həyata keçirilməsi, Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə doğma Azərbaycanımızın tərəqqisi və yüksəlişi, dövlətçiliyimizin möhkəmləndirilməsi və əhalinin sağlamlığı uğrunda şərəfli fəaliyyətlərində uğurlar diləyib. Daha ətraflı »
-
20İynSəhiyyə “Ümummilli Lider və Azərbaycan səhiyyəsi” mövzusunda “dəyirmi masa” üçün şərhlər bağlıdır
-
30YanSəhiyyə Tərtər Rayon Mərkəzi Xəstəxanasında “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda “dəyirmi masa” keçirilib üçün şərhlər bağlıdır
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli sərəncamının icrası ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planına əsasən rayon icra hakimiyyətinin və rayon mərkəzi xəstəxananın təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda “dəyirmi masa” keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Umummilli Liderin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında İştimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Zabil Paşayev Ulu Öndərin hakimiyyəti illərində gənclərin təhsilinə, milli mənəvi dəyərlərə sadiq, vətənpərvərlik ruhunda tərbiyə olunmasına göstərilən diqqət və qaygıdan, Azərbaycan gəncliyinə verdiyi yüksək dəyərdən də söhbət açıb.
Qeyd olunub ki, Ümummilli liderimiz həmişə gənclərimizə böyük ümidlər bəsləyir, öz çıxışları zamanı və keçirdiyi görüşlərdə dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Həyatı boyu, respublikaya rəhbərliyinin bütün dövrlərində Ulu öndər sağlam, normal gəncliyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə xidmət etmişdir. Ulu öndərin ən böyük xidmətlərindən biri də o idi ki, gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verir, bu siyasətin müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi. Daha ətraflı »
-
21YanSəhiyyə Tərtər rayon Mərkəzi Xəstəxanasında “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib üçün şərhlər bağlıdır
“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli sərəncamının icrası ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planına əsasən Tərtər rayon Mərkəzi Xəstəxanasında “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Tərtər rayon İcra Hakimiyyəti Yanında yetginlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov iştirak edib.
Öncə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən oğullarının əziz xatirəsini bir dəqiqəlik sükutla anıblar.
Dəyirmi masanı giriş sözü ilə açan Tərtər rayon Mərkəzi Xəstəxanasının baş həkimi Bəkir Nağıyev 20 yanvar faciəsinin xalqımızın qəhrəmanlıq tarixində mühüm rol oynadığını bildirib, bu faciəli hadisələrə ilk dəfə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən hüquqi və siyasi qiymət verildiyini qeyd edib. Daha ətraflı »
-
19YanSəhiyyə Həkim məsləhəti üçün şərhlər bağlıdır
Kəskin respirator xəstəlikləri və bunların profilaktikası
Kəskin respirator virusu infeksiyası yoluxucu virus xəstəliklərinin böyük bir qrupunu özündə birləşdirir. Bu xəstəliklər zamanı əsasən tənəffüs sistemi üzvlərinin selikli qişası zədələnir. Yaz, payız, qış aylarında bu xəstəliklərin intensivliyi artır. Bunun əsas səbəbi yaz aylarında immunitetin zəifləməsi, digər səbəb isə soyuğun təsirindən tənəffüz yollarının selikli qişasının zədələnməsi nəticəsində tənəffüs yolları xəstəliklərinin baş verməsidir. Bu qrup xəstəliklərə qrip, paraqrip, ade-novirus, rinovirus və respitator-sinsital virusların törətdiyi xəstəliklər aiddir.
Kəskin respirator virus infeksiyası yer üzərində ən çox yayılan və epidemiyaya meyilli xəstəliklərdəndir. Hər il dünyada 1 milyarddan artıq insan bu xəstəliklərlə mübarizə aparır. Bunların 70 faizi uşaqların payına düşür. Xəstələnmə ən çox 2-4 yaşlı və məktəb yaşlı uşaqlar arasında olur. Bu yaşda uşaqların xəstələnmə səbəbləri, onların uşaq kollektivinə – məktəb və bağçalara getməsi ilə əlaqədardır.
Bütün respirator virusların doğurduğu xəstəliyin ilkin əlamətləri, demək olar ki, eynidir: hərarətin tədricən qalxması, baş ağrısı, asqırma, öskürmə, iştahanın azalması, yuxunun pozulması, boğazda ağrı, göz almasında olan ağrılar və s. Viruslarla yoluxma asqırma, öskürmə zamanı milyonlarla virusun ətrafa yayılması zamanı baş verir. Bu zaman digər xəstəliklərin də (angina, uşaq serebral iflici, vərəm, böyrək xəstəliklərinin) kəskinləşməsi baş verə bilər. Daha ətraflı » -
19DekSəhiyyə Tərtərdə “2-ci tip şəkərli diabet xəstələri üçün nəzərdə tutulmuş məktəb” layihəsi çərçivəsində tədbir keçirilib üçün şərhlər bağlıdır
Tərtər Rayon Gənclər Mərkəzində “Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyi və “Servye” Məhdud Məsuliyyətli Cəmiyyətinin birgə təşkilatçılığı və “Pasient Təşkilatları İttifaqı”-nın tərəfdaşlığı ilə 2-ci tip şəkərli diabet xəstələri üçün nəzərdə tutulmuş məktəb” layihəsi çərçivəsində görüş keçirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Məmmədli, “Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyi sədri Rauf Zeyni, Azərbaycan Tibb Universitetinin həkim endokrinoloq, professor Könül İsmayılova və şəkərli diabet xəstələri iştirak ediblər.
Tədbirdə Vətən uğurunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra, giriş sözü Tərtər RİHB-nin əməkdaşı Rəqsanə Məmmədli açaraq, iştirakçıları salamlayıb. Daha sonra İctimai Birliyin sədri Rauf Zeyni layihə haqqında məlumat verdikdən sonra, Azərbaycan Tibb Universitetinin həkim endokrinoloqu, professor Könül İsmayılova iştirakçılarla xəstəyə özünə nəzarət qaydalarını öyrətmək, hipoqlikemiyanın ola bilməsi haqqında xəbərdarlıq etmək və onu aradan götürmək yollarını öyrətmək, diyetoterapiyanın qaydalarına yenidən baxmaq və.s kimi mövzularda söhbət aparmışdır. Daha ətraflı »
-
09SenSəhiyyə Qaydalara əməl etmək vacibdir üçün şərhlər bağlıdır
Dərs ilinin başlanmasına sayılı günlər qalıb. İndi şəhərimizin küçələrində, alış-veriş məkanlarında, fotoatelyelərdə xüsusi bir qələbəlik var. Tələbələr qəbul olduqları universitetlərə getməyə hazırlaşır, valideynlər məktəblilər üçün şagird geyimləri, dərs ləvazimatları alırlar.
Belə bir vəziyyətdə covid infeksiyasının mövcudluğunu unutmaq lazım deyil. Xüsusilə gigiyenik qaydalara ciddi əməl etmək, insanların sıx toplaşdıqları yerlərdən uzaq olmaq lazımdır. Diqqətli olmalıyıq ki, yeni dərs ili hər bir ailəyə sevinc gətirsin.“Yeni Tərtər”
-
31AvqSəhiyyə Vacib məsələ üçün şərhlər bağlıdır
Qadınları və onların gələcək övladlarını risklərdən qoruyaq!
Hamiləlik qadının həyatında baş verən sevincli hadisədir. Ancaq dünyaya sağlam övlad gətirmək üçün onun üzərinə ilk günlərdən böyük məsuliyyət düşür. Bu məsuliyyət nədən ibarətdir? Doğuş zamanı problemlər yaşamamaq üçün nələri etmək lazımdır? Bu suallarla əməkdaşımız Tərtər Rayon Mərkəzi Xəstəxanası doğum və ginekologiya şöbəsinin müdiri, baş mama-ginekoloq Tamella Tağıyevaya müraciət edib. O deyib:
– Tərtər rayonunda 100 mindən çox əhali yaşayır. Bunların 50 faizdən çoxu qadınlardır. Onların 35 faizi reproduktiv yaşda, yəni dünyaya övlad gətirə biləcək yaşda olanlardır.
Onlara 8 mama-ginekoloq xidmət edir. Bu həkimlərdən 6-sı stasionarda, Daha ətraflı » -
20İynSəhiyyə Tərtərdə 17 iyun-Tibb İşçilərinin Peşə Bayramı Günü münasibəti ilə tədbir keçirildi üçün şərhlər bağlıdır
Tədbir iştirakçıları əvvəlcə Mərkəzi meydanda ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə tər gül-çiçək dəstələri düzərək, Onun əziz xatirəsini yad ediblər.
Rayon Mərkəzi Xəstəxanasında keçirilən tədbirdə çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tibb işçilərini peşə bayramları münasibəti ilə təbrik edib, Onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb. Ulu Öndər Heydər Əliyevin Səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğıdan bəhs edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın ölkədə səhiyyə sahəsinə göstərdikləri diqqət və qayğıdan danışaraq qeyd edib ki, son illər Azərbaycan səhiyyəsinin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və aparılan digər tədbirlər respublikamızda bu sahənin dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarmağa imkan yaradıb. Daha ətraflı »
-
10İynSəhiyyə İcbari tibbi sığortanın ilk addımları üçün şərhlər bağlıdır
TƏRTƏRLİLƏR RAZIDIRLAR, SƏHİYYƏMİZDƏ YENİLİKLƏR VAR
Uzun illər ərzində Tərtər rayonu bu ərazilərə Rusiyadan, İrandan köçürülən ermənilərlə qonşu olduğundan, başımızın üstündən xətalar əskilməyib. Həm Sovetlər birliyinin tər-kibində yaşadığımız zaman, həm də müstəqillik dövründə düşmən bizə ağır zərbələr vurub. Həmişə də köməyimizə hərəsi bir əsgər olan tibb işçiləri çatıblar.
Qeyd edim ki, vaxtilə bizim rayon xəstəxanasında çalışan həkimlərin səsi-sorağı bütün respublikamıza yayılmışdı. Məmməd Yunusov, Fərhad Rzayev, Yusif Quliyev kimi cərrahları, məşhur ürək həkimi Rəsul Həsənovu, nevropotoloqlar Rza İbrahimovu, Əjdər Şirinovu və başqalarını bu gün də tərtərlilər minnətdarlıq hissi ilə xatırlayırlar.
I Qarabağ müharibəsində, 44 günlük Vətən müharibəsində və bütün dünyanı sarsıdan pandemiya dövründə də rayon mərkəzi xəstəxanasının tibb personalı Hippokrat andına sadiq qalaraq, əsl fədakarlıq göstərmiş, həyatlarını təhlükəyə ataraq, hərbçilərimizə, əhaliyə xidmət göstərmişlər. Öz vəzifəsini yerinə yetirərkən pandemiyanın qurbanı olmuş keçmiş baş həkim Yaşar Hüseyno-vun, həyətlərinə mərmi düşərkən həlak olmuş tibb işçisi Ayna Mehdiyevanın və başqalarının xatirəsi tərtərlilərin qəlbində yaşayacaqdır. Daha ətraflı » -
08AprSəhiyyə Aprelin 7-si Dünya Sağlamlıq Günüdür üçün şərhlər bağlıdır
Sağlamlıq ən böyük nemətdir
1948-ci ildə Dünya Səhiyyə Təşkilatının yaradıldığı gün – hər il aprelin 7-də qeyd olunur. Dünya Sağlamlıq Gününün qeyd edilməsi 1950-ci ildən ənənəyə çevrilib. Həmin tarixi andan dünyanın 200-ə yaxın dövləti DST-nin üzvü olub.
Dünya Sağlamlıq Günü münasibətilə tədbirlər insanların sağlamlığın çox böyük əhəmiyyət daşıdığını başa düşməsi üçün keçirilir. Dünya Sağlamlıq Günü hər il dünya səhiyyəsi qarşısında duran qlobal problemlərə həsr olunur və “Çoxlarının həyatının xilası sənin qanının təhlükəsizliyindədir”, “Fəallıq uzunömürlülüyə aparan yoldur”, “Hamiləlik həyatda xüsusi hadisədir. Onu təhlükəsiz edək”, “Sağlamlığımızı iqlim dəyişmələrindən qoruyaq” və s. kimi müxtəlif devizlər altında keçirilir.
Yeni ismarıclar