Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,142
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 06Avq
    Səhiyyə “Talassemiyasız həyat naminə” üçün şərhlər bağlıdır

    Səhiyyə Nazirliyinin, Milli Hematalogiya və Transfuziologiya Mərkəzinin və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Tərtər Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanda “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində talassemiyadan əziyyət çəkən uşaqlara qan toplamaq məqsədilə qanvermə aksiyası keçirilib.
    Aksiyada Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri, gənclər, ümumilikdə minlərlə rayon sakini könüllü olaraq iştirak edib.
    Qanvermə aksiyasında iştirak edənlər əvvəlcə müayinədən keçib, onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib. Aksiyada 233 nəfər qan verib.
    Aksiyada iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, qanvermə aksiyasının məqsədi hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən insanlara, xüsusən də uşaqlara yardım etmək və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır. Daha ətraflı »

  • 06Avq
    Səhiyyə QƏHRƏMAN TƏRTƏRLİLƏRƏ QAYĞI DİQQƏT MƏRKƏZİNDƏDİR üçün şərhlər bağlıdır

    Ağdərə və Tərtər rayonlarında əhalinin ikigünlük kardioloji müayinələri keçirilib

    İşğaldan azad olunan ərazilərə “Böyük Qayıdış” Proqramı çərçivəsində Səhiyyə Nazirliyinin ElmiTədqiqat Kardiologiya İnstitutunun (ETKİ) tibb he-yəti tərəfindən Ağdərə və Tərtər rayonlarında əhali üçün ikigünlük kardioloji müayinələr aparılıb.
    Tədbirin əsas məqsədi vətəndaşları ürək-damar sistemi xəstəliklərinin qarşısının alınması, miokard infarktı riskinin erkən aşkarlanması və müvafiq müalicələrin təyin edilmişdir .
    Tədbirin ilk günündə Ağdərə rayonunun Suqovuşan qəsəbəsi və Talış kəndində tibbi müayinələr təşkil olunub. İkinci gün aksiya öz işinə Tərtər rayonunda şəhid və qazi ailələri üçün müayinələr ilə davam edib.
    Aksiya çərçivəsində ETKİ-nin kardioloqları, tibb bacısı və laboratoriya üzrə mütəxəssislərindən ibarət briqadası tərəfindən əhaliyə tibbi baxış aparılıb, ExoKQ, EKQ müayinələri keçirilib. Eyni zamanda, qanda şəkər, ekspres üsul ilə xolesterinin səviyyəsi müəyyən edilib. Bundan əlavə, müayinələr zamanı səhhətində problem aşkarlanan sakinlərə peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicələr təyin olunub. Tədbir Tərtər rayonu İcra Hakimiyyətinin dəstəyi ilə keçirilib.
    Ümumilikdə, 2 günlük tibbi aksiya zamanı 200-ə yaxın vətəndaş müayinələrdən keçirilib.
    Hər iki gün əhali üçün maarifləndirmə işləri aparılıb. Ətraflı təqdimatla çıxış edən Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova ürək-damar xəstəliklərinin müasir tibbin ən aktual məsələlərindən biri olduğunu diqqətə çatdırıb. ETKİ-nin direktorunun sözlərinə görə, ürək xəstəliyi və insult üçün ən əhəmiyyətli davranış risk faktorlarına qeyri-sağlam qidalanma, fiziki aktivlik səviyyəsinin aşağı olması, siqaret və alkoqol kimi zərərli vərdişlər aiddir.
    Eyni zamanda, tədbirdə yerli əhaliyə ürək-damar xəstəlikləri və onların profilaktikası haqqında faydalı məlumatlar verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Daha ətraflı »

  • 06Avq
    Səhiyyə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov Tərtər rayonunda vətəndaşları qəbul edib üçün şərhlər bağlıdır

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov Tərtər rayonunda vətəndaşları qəbul edib.
    Qəbul zamanı vətəndaşların əlilliyinin qiymətləndirilməsi, reabilitasiya xidməti, reabilitasiya vasitələri, ünvanlı sosial yardım və işlə təmin edilmə ilə bağlı müraciətləri dinlənilib.
    Müraciətlərdə əksini tapan məsələlər araşdırılaraq cavablandırılıb. Bir sıra məsələlər yerindəcə həll olunub.
    Vətəndaşların bir qisminin müraciəti ilə əlaqədar əlilliyin qiymətləndirilməsinə dair qanunvericilik barədə ətraflı məlumat verilib.

     

  • 20İyn
    Səhiyyə TİBB İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatının təşkilatçılığı ilə 17 iyun–Tibb işçilərinin peşə bayramı günü münasibəti ilə rayonun tibb işçilərinin iştirakı ilə tədbir keçirilib.
    Əvvəlcə tədbir iştirakçıları Ümummili lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül-çiçək dəstələri düzüblər. Sonra tədbir YAP rayon təşkilatının inzibati binasında davam etdirilib.
    Ulu Öndərin və torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov səhiyyə işçilərini peşə bayramları münasibəti ilə təbrik edərək, bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.
    Bu münasibətlə rayon rəhbəri bütün tibb işçilərinə uzun ömür, cansağlığı və şərəfli peşələrində müvəffəqiyyətlər arzu edib.
    Sonra YAP rayon Təşkilatının sədri Eldar Əsədov, rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsinin direktoru Sərxan Cəlahani, xəstəxananın baş həkimi Bəkir Nağıyev və Fizioterapiya kabinetində kabinet müdiri Zəhra Hüseynova çıxış ediblər.
    Tədbirdə bir qrup tibb işçisi rayon icra hakimiyyəti tərəfindən fəxri fərmanla təltif edilib.

     

  • 17May
    Səhiyyə İlk dəfə laparoskopik xolesistektomiya cərrahiyyə aparatı ilə əməliyyat aparılıb üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə rayon Mərkəzi xəstəxanasına yeni gətirilmiş laparoskopik xolesistektomiya cərrahiyyə aparatı ilə aparılan ilk əməliyyatı izləyib.
    Yeni cərrahiyyə aparatı ilə xəstəxanada cərrahiyyə şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru Asəf Fərzəliyev rayonun Ələsgərli kənd sakini Tünzalə Ka-zımovanı əməliyyat edib. Əməliyyat uğurlu keçib.
    Xəstənin ailə üzvləri Tərtər Rayon Mərkəzi Xəstəxanasında yaradılan şəraitə, müasir tələblərə cavab verən yeni tibbi avadanlıqlarla təmin edildiyinə görə respublika Prezidenti cənab İlham Əliyevə və Birinci-vitse prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

  • 15Apr
    Səhiyyə Tibb elminə həsr olunmuş ömür üçün şərhlər bağlıdır

    1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuş Zərifə Əliyeva öz həyatını səhiyyə elminin inkişafına həsr etmişdir.

    Gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirir.

    1949-cu ildən başlayaraq Zərifə Əliyeva Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır, 1950-ci ildə isə aspiranturaya daxil olur, praktik əməli həkim fəaliyyəti ilə yanaşı elmi axtarışlarını davam etdirir.

    1960-cı ildən 1967-ci ilədək Zərifə xanım Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona “Oftalmologiya” ixtisası üzrə böyük elmi işçi adı vermişdir.

    XX əsrin qırxıncı illərinin sonunda Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur. Daha ətraflı »

  • 29Fev
    Səhiyyə Tərtərdə “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində növbəti qanvermə aksiyası keçirilib üçün şərhlər bağlıdır

    Səhiyyə Nazirliyinin, Milli Hematalogiya və Transfuziologiya Mərkəzinin və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanda “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində talassemiyadan əziyyət çəkən uşaqlara qan toplamaq məqsədilə qanvermə aksiyası keçirilib.
    Aksiyada Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, rayon prokuroru Əli Qurbanov, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, gənclər, ümumilikdə minlərlə rayon sakini könüllü olaraq iştirak edib.
    Qanvermə aksiyasında iştirak edənlər əvvəlcə müayinədən keçib, onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib. Aksiyada 240 nəfər qan verib.
    Aksiyada iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, qanvermə aksiyasının məqsədi hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən insanlara, xüsusən də uşaqlara yardım etmək və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır. Daha ətraflı »

  • 12Fev
    Səhiyyə Qızılca kəskin infeksion virus xəstəliyidir üçün şərhlər bağlıdır

    Son aylar qızılca xəstəliyi respublikamızda yayılmaqda davam edir. Qızılca – kəskin infeksion virus xəstəliyi olub yalnız insanlar arasında baş verir. Qızılca çox vaxt uşaq xəstəliyi kimi qəbul edilsə də, lakin hər yaşda insanların xəstələnməsi mümkündür. Qızıl-caya yoluxmuş insanların öskürməsi, asqırması ilə bir insandan digərinə asanlıqla keçir. Belə ki, asqırma, öskürmə zamanı qızılca virusu yuxarı tənəffüz yollarının selik hissəcikləri vasitəsi ilə ətraf mühitə ifraz olunur və hava axını ilə böyük məsafələrə yayılır. Xəstəlik son dərəcə təhlükəlidir. Xəstəliyə qarşı immuniteti olmayan və yoluxmuş bir insanla eyni yaşayış məkanını paylaşan on nəfərdən doqquzu yoluxur. İnsanlar xəstəliyi səpkilərin başlamasından 4 gün əvvəldən və 4 gün sonrasına qədər başqalarına yoluxdura bilər. Qızılca xəstəliyində 3 dövr ayırd edilir. Başlanğıc, səpkilər və piqmentasiya dövrü. Başlanğıc dövr bədən temperaturunun 38,5-39,5 dərəcəyə qədər artması, yuxarı tənəffüs yollarının və gözün selikli qişasının zədələnməsi ilə səciyyələnir. Zökəm, boğazda ağrı, quru öskürək, bəzən inağ sindromu inkişaf edir. İşıqdan qorxma, konyuktivanın hiperemiyası, göz qapaqlarının şişkinliyi müşahidə edilir. Bu dövr 4-5 günə qədər davam edir və bundan sonra səpki dövrü başlayır, ləkəli papulyaz səpki ilə biruzə olunur. İlk səpki elementləri qulaqarxası, burun darağında xırda ləkələr şəklində meydana çıxır ki, onların da ölçüləri sürətlə böyüyür, bəzən birləşir. Bir sutka ərzində səpkilər tezliklə üzdə, boyunda, sonradan ayrı-ayrı elementlər şəklində döşdə, gövdə və nəhayət aşağı ətraflarda yaranır, 5-7 gün sonra piqmentləşmə dövrü başlayır. Əgər fəsadlaşma, yəni bakterial infeksiya qoşulmazsa, sağalma ilə nəticələnir. Qızılcanın ağırlaşma halı xəstəliyin istənilən dövründə baş verə bilər. Qızılcanın fəsadlaşması bronxit, pnevmaniya, orta qulağın iltihabı, baş beyn və onurğa beyin qişasının iltihabı olan meningit, ensofalit, meninqoensefalit ilə təzahür edir. Odur ki, qızılca xəstəliyindən qorunmaq üçün ən vacib profilaktik tədbir peyvənd olunmaq qəbul edilir, eyni zamanda xəstəliyin yayılmasının qarşısının alınmasında mühüm tədbir həm də erkən diaqnostika və xəstənin vaxtında təcrid olunmasıdır. Xəstə müəyyən edilən infeksiya ocağında peyvənd olunmuş uşaqlar müşahidə edilməli, xəstə ilə təmasda olan peyvənd olunmamış uşaqlar isə təcrid olunmaqla müşahidə olunmalıdırlar. Təmasdan 72 saat əzrində peyvənd olunmaq məsləhətdir. Daha ətraflı »

  • 30Noy
    Səhiyyə Bunları bilmək maraqlıdır üçün şərhlər bağlıdır

    Varlıların xəstəliyi

    Noyabr ayında bütün dünya Ümumdünya Diabet Gününü qeyd etdi.
    Bəziləri bunu xəstəlik deyil, həyat tərzi adlandırırlar. Ancaq adı “şirin” olan bu xəstəlik insanlara bir çox ağrı-acılar gətirir. Ona görə də diabetə adi xəstəlik kimi baxmaq düzgün deyil.
    Şəkərli diabet xəstəliyinə rayonumuzun sakinləri arasında da çox rast gəlinir. Onun iki növü – birinci və ikinci tip diabet mövcuddur. Bəzən insanlar özləri şəkər xəstəliyinə tutulmalarını heç bilmirlər və bu, təsadüfi yoxlamalar zamanı üzə çıxır.
    Endokrinoloqlar bildirirlər ki, şəkərli diabet genetik xəstəlikdir. Əgər uşaq doğulanda valideynlərin hər ikisi diabetdirsə, uşağa ötürülmə ehtimalı 30-50 faizə qədərdir.
    Ümumiyyətlə isə həkimlər bildirirlər ki, bu xəstəliyin yaranma faktorları içərisində birinci yerdə stress, oturaq həyat tərzi və düzgün qidalanmama dayanır. Bunların ha-mısı həyatımızda olduğu üçün, şəkərli diabet sözünü daha çox eşitməyə başlayırıq.
    Xüsusən valideynlər uşaqların həyat tərzinə və vərdişlərinə daha diqqətli olmalıdırlar. Qida rasionundakı həddindən artıq şirniyyat, müxtəlif keyfiyyətsiz ərzaqlar da orqanizmdə təhlükəli “şirin” xəstəliyin yaranmasına səbəb olur.

    “YENİ TƏRTƏR”

  • 07Noy
    Səhiyyə ARXA CƏBHƏNİN QƏHRƏMANLARI üçün şərhlər bağlıdır

    44 GÜNLÜK VƏTƏN MÜHARİBƏSİ TİBB BACISININ GÖZÜ İLƏ

    Azərbaycan xalqı böyük sevinc hissi ilə Zəfər bayramını qeyd edir. Bu, bizim hər birimiz üçün böyük xoşbəxtlikdir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, “Biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir”.
    Dəfələrlə qeyd olunduğu kimi, Tərtərin hər bir vətəndaşının Qələbədə payı var. Çünki mənfur düşmənin bütün səylərinə baxmayaraq, rayon sakinlərinin 30 ildən artıq bir müddətdə düşmənlə üzbəüz məğrurcasına dayanması, yanan işıqlarımız, rayonumuzun abadlaşdırılması onların gözünə ox kimi batıb, bizim gücümüzü göstərib.
    Qələbənin qazanılmasında böyük rolu olanlardan biri də rayon mərkəzi xəstəxanasının kollektividir.
    44 gün ərzində xəstəxanada yaşananlar barədə 44 günün 44-nü də burada keçirən cərrahiyyə şöbəsinin tibb bacısı Səbinə Həsənova ilə söhbət etdik.
    Səbinə xanım 1985-ci ildə Tərtərdə dogulub, şəhər 1 saylı tam orta məktəbin məzunudur. 2008-ci ildə Gəncə Tibb Kollecini feldşer ixtisası üzrə bitirib. Ailəlidir. Fatimə və Zenfira adlı qızları var.
    Ondan müharibənin ilk gününü necə xatırlamasını soruşuram. Deyir:
    – Ağ xələtlərimiz qan qoxuyurdu, ətrafda mərmilər partlayırdı, ancaq biz bunlara fikir vermirdik. Bircə amalımız vardı: Yaralılara əlimizdən gələn köməkliyi göstərmək, onların ağrılarını azaltmaq. Cərrahiyyə şöbəsinin müdiri Mübariz Mahmudov, ətraf rayonlardan – Bərdədən, Göyçaydan gələn həkimlər, siravi tibb personalı, hər kəs bir əsgər kimi öz vəzifəsini yerinə yetirirdi. Daha ətraflı »