08Apr
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 2016-cı ilin Aprel hadisələrinin 6-cı ildönümü ilə əlaqədar Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş İsgəndərov Nicat Bəhruz oğlunun ailəsində olub, onların qayğıları ilə maraqlanıb.
Görüşdə şəhidin atası Bəhruz İsgəndərovun, anası Maya xanımın və yaxınlarının onunla bağlı xatirələri dinlənilib, keçdiyi döyüş yoluna bir daha nəzər salınıb.
Görüşdə rayon rəhbəri Aprel döyüşlərinin əhəmiyyətindən danışıb, qeyd edib ki, 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi tarixləşdi. Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Aprel dö-yüşləri böyük zəfərin başlanğıcı oldu.
Qeyd edək ki, Nicat İsgəndərov Aprel döyüşlərində göstərdiyi sücaətlərə görə ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olunub. Onun adı əbədiləşdirilərək, şəhərin ən böyük küçələrindən birinə və təhsil aldığı şəhər 1 nömrəli tam orta məktəbinin 4V sinfinə verilib.
Nicat İsgəndərovun valideynləri şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
08Apr
Açılış mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə veteranları, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni oxunub, vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib, Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərov tərəfindən onların ruhuna dua oxunub, abidənin önünə əklillər və gül dəstələri düzülüb.
Tədbirdə icra başçısı tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Milli Ordunun qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb. O, Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığını, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini, böyük Qələbənin tarixi əhəmiyyətini xüsusi qeyd edib.
Sonra o, Tərtər rayonunda Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olanların adlarının əbədiləşdirilməsinin, şəhid ailələrinin problemlərinin həlli istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinin xüsusi diqqətdə saxlanıldığını bildirib. Daha ətraflı »
19Yan
sıra sayı |
Soyadı, adı, atasının
adı |
Vəzifəsi |
Həftənin günləri |
Saat |
1. |
2. |
3. |
4. |
5. |
1. |
Müstəqim Məmmədov
Səyyad oğlu |
Rayon icra hakimiyyətinin başçısı |
II gün |
15:00-dan başlayaraq |
2. |
Vakant |
Başçının birinci müavini |
I gün |
15:00-dan başlayaraq |
3. |
Cavadov Abbas Yusif oğlu |
RİHB-nin müavini-Sosial-İqtisadi İnkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri |
III gün
|
15:00-dan başlayaraq |
4. |
Əliyev Fizuli Bayram oğlu |
RİHB aparatının Ərazi İdarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri |
IV gün |
15:00-dan başlayaraq |
5. |
Nəcəfov Ülv Qnyaz oğlu
|
RİHB aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri |
I gün |
15:00-dan başlayaraq |
6. |
Umudov Elvin Natiq oğlu |
RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı |
V gün |
15:00-dan başlayaraq |
Qeyd:
-Aparatın digər şöbə müdirləri lazım olarsa vətəndaşları həftə ərzində (iş günləri) qəbul edirlər.
– Milli Qəhrəmanlar, Vətən müharibəsi qəhrəmanları və onların ailə üzvləri, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, Vətən müharibəsi əlilləri və digər imtiyazlı vətəndaşlar rayon icra hakimiyyətində növbədənkənar qəbul edilirlər.
-Qəbul günləri bayram günlərinə düşdükdə, növbəti iş gününə keçirilir.
-Vətəndaşların qəbulu ilə bağlı əlaqə telefonları: 022-236-40-06; 022-236-17-75
.
19Yan
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov karantin qaydalarının tələblərinə əməl etməklə vətəndaşları qəbul edib.
Şəhid ailələri, qazilər növbədənkənar qəbul edilib, icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində bəzi problemlər yerində həll olunub, bəzilərinin həlli üçün müvafiq tapşırıqlar verilib.
Qəbula gələn vətəndaşlar Vətən müharibəsində fərdi evlərinə dəyən ziyanın aradan qaldırılması, təmir-tikinti işlərinin gecikdirilməsi, icarəyə torpaq, həyətyanı sahə götürülməsi, işlə təmin olunmaları, maddi yardım ilə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, əsassız müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, 4 aztəminatlı ailəyə rayon icra hakimiyyəti tərəfindən köməklik göstərilib. Daha ətraflı »
07Yan
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni təqvim ilinin başlanması münasibəti ilə Mərkəzi Meydanda Ulu Öndər Heydər Əliyevin abidəsini və Şəhidlər Abidə Kompleksini ziyarət edərək, abidələrin önünə gül-çiçək dəstələri düzmüş, əziz xatirələrini ehtiramla anmışlar.
07Yan
Rayon İcra Hakimiyyətində keçirilən görüşdə rayon rəhbəri Müstəqim Məmmədov qonaqları salamlayaraq 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbədən danışıb. Qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində qazanılan şanlı Qələbədə Ordumuzun, döyüşlərdə iştirak edən əsgər və zabitlərimizin qəhrəmanlığı heç zaman unudulmayacaq. Biz döyüşlərdə şəhid olmuş soydaşlarımızın ruhu qar-şısında baş əyir, onlara Ulu Tanrıdan rəhmət diləyirik. Eyni zamanda, qanlı döyüşlərdə yaralanıb qazi olmuş vətəndaşlarımız da vardır. Dövlətimizin başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman şəhid ailələrinin və qazilərin yanındadır. Onların problemlərinin həlli istiqamətində böyük işlər görülür.
Görüşdə çıxış edənlər şəhidlərimizin qanının yerdə qalmadığını, tarixi bir Zəfərin qazanıldığını və bu qələbədə hər bir əsgərin Vətən qarşısındakı borcunu şərəflə yerinə yetirdiyini söyləyiblər. Qeyd olunub ki, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaq. Daha ətraflı »
10Dek
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Mikromaliyyə Assosiasiyası ilə tərəfdaşlıq çərçivəsində həyata keçirdiyi “Daha fəal iqtisadi və sosial iştirak yolunda maneələri aş-maq üçün Azərbaycanda həssas və münaqişənin təsirlərinə məruz qalmış qadınların səlahiyyətlərinin genişləndirilməsi və onlara bərabər imkanların yaradılması” adlı layihə çərçivəsində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının gender məsələləri üzrə müşaviri xanım Reyçel Uerhem Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüb.
Qonaqları salamlayan rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov səmərəli və işgüzar xidmətlərinə görə, eləcə də qurumlar arasında ikitərəfli əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə BMT rəsmisinə təşəkkürünü bildirib. Icra başçısı bildirib ki, həyata keçirilən layihələr, vaxtilə təmas xəttinə, indi işğaldan azad olunmuş ərazilərə yaxın bölgələrdə keçirilən tədbirlər çox vacibdir. Daha ətraflı »
29Noy
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov karantin qaydalarına uyğun olaraq vətəndaşları qəbul edib.
Şəhid ailələri, qazilər növbədənkənar qəbul edilib, icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində bəzi problemlər yerində həll olunub, bəzilərinin həlli üçün müvafiq tapşırıqlar verilib.
Qəbula gələn vətəndaşlar Vətən müharibəsində şəxsi əmlaklarına dəyən ziyanın aradan qaldırılması, təmir-tikinti, məişət əşyalarının qiymətləndirilməməsi, mənzillərinə təkrar baxışın keçirilməsi, Vətən müharibəsində evlərinə dəyən ziyanla bağlı kompensasiya ala bilməmələri və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər.
Rayon sakinləri əhaliyə göstərilən diqqət və qayğıya görə dövlət başçısına öz minnətdarlıqlarını bildiriblər.
29Noy
Tərtərdə Ədliyyə İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib. Karantin qaydalarının tələblərinə əməl etməklə keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri, ədliyyə işçiləri iştirak ediblər.
Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin rayonun mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, xatirəsini ehtiramla anıblar.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov peşə bayramı münasibətilə ədliyyə işçilərini təbrik edib, 44 günlük Vətən müharibəsindən, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi şücaətdən, Azərbaycan ədliyyəsinin şanlı tarixindən və inkişaf yolundan, ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində ədliyyə sisteminə göstərdiyi diqqət və qayğıdan, Prezident İlham Əliyevin tapşırıqları ilə aparılan ədliyyə və məhkəmə islahatlarından danışılıb. Bu tarixi günün ulu öndər Heydər Əliyevin Daha ətraflı »
12Noy
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın dəvəti ilə ölkəmizdə səfərdə olan Bolqarıstanın Ayrı-seçkiliyə qarşı Müdafiə üzrə Komissiyasının sədri Ana Cumaliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Tərtər rayonunda olub.
Qonaqlar əvvəlcə Tərtər şəhərinin mərkəzi meydanında ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov nümayəndə heyətinə 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı bölmələri tərəfindən rayonun yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində dəymiş zərər barədə məlumat verib.
Nümayəndə heyəti sonra Tərtər rayonunun yaşayış məntəqələrinə atılmış qadağan olunmuş raketlərin qalıqlarına baxıblar. Daha sonra ötən il oktyabrın 15-də Ermənistan silahlı qüvvələrinin artilleriya atəşinə məruz qalmış Tərtər şəhər qəbiristanlığına gediblər. Daha ətraflı »
Yeni ismarıclar