09Dek
Müasir Azərbaycanın əsas qurucularından olan və tarixə öz imzasını atan dahi şəxsiyyət Heydər Əliyev bu gün də xalqın yaddaşında və ürəyində yaşayır. Onun ali bir rəhbər kimi Azərbaycan üçün etdikləri xalq tərəfindən unudulmur, şeir və nəğmələrə, film və kitablara mövzu olur. Xalq onun üçün yaşayanları unutmur.
Vətən oğlu, ata oldun bizə sən,
Ata kimi qayğımızı çəkirdin.
Şair kimi həssas idin sözə sən,
Danışıqda sözdən sözü çəkirdin. |
Sənin rəmzin Azərbaycan bayrağı,
Baş qoymağa, can verməyə hazırıq.
Dan ulduzum – yurdumuzun mayakı,
Şeir də bir təsəllidir, yazırıq. |
Ölkə olduq sən arzuna çatanda,
Bir əlin od, bir əlin su olurdu.
Millət rahat xumarlanıb yatanda,
Yuxun bir an quş yuxusu olurdu. |
Adın-sanın yenilməz bir ordudu,
İndi odlar diyarının özüsən…
Azərbaycan Heydərlərin yurdudu,
Gələcəyə baxanların gözüsən.
Fikrət Qoca
|
Yurdumuzda şan-şöhrətli hər nə var
Yatmadığn günlər, aylar, illərdi;
Ziyarətə gəlir səni bu yollar…
Göz yaşımız məzarında güllərdi. |
|
30Noy
Bəli! Həsrət dolu bir il tamam oldu. Sizsiz yaşadıq bu ili, sevimli şair, görkəmli ziyalı, səmimi və təmənnasız dost–Tofiq Yusif.
Bir ildir yeriniz görünən görüşlərdə sizi biri-birindən gözəl, sığallı, mənalı şeirləriniz və kövrək xatirələr əvəz edir. Buna baxmayaraq, sizin yox-luğunuza inanmaq bizim üçün olduqca çətindir.
Hər kəsin həyatında bir neçə dostu ola bilir, ancaq təbii ki, hər birinin öz yeri olur. Bütün insani dəyərlərlə yanaşı qibtə ediləcək qədər istedadınız sizi tanıyanların ürək göynədən mövzusudur. Çünki, zamanın axınında axan şairlərdən fərqli olaraq, toxunduğunuz mövzulara və deyim tərzinizə görə sizi cəsarətli həqiqət şairi kimi tanımışıq.
“Şairləri qocaltmağa nə var ki”, “Yaşamağa qoyurlar ki, adamı”, “Belə yaşamağı istəmirəm mən”, “Bayquş kişilər” kimi neçə-neçə şeirləriniz buna real nümunədir. Daha ətraflı »
31Okt
Bütün həyatı boyu narahat ömür yaşasa da, gəncliyinin ən gozəl çağlarını sürgünlərdə, əsir düşərgələrində keçirsə də, bu didərgin şairin də doğulub boya–başa çatdığı eli–obası, daima onu öz qucağına səsləyən yurd-yuvası olub. O yurd qocaman Tərtər çayının zümzüməsini hər an eşidən, onun büllur kimi saf və təmiz suyundan cənnətə dönən Tərtər rayonunun Borsunlu kəndidir. Məzahir hələ kiçik yaşlarından el sənətkarlarının sözlərini, ustad sənətkarların qoşduqları nəğmələri məharətlə ifa edir və kəndin savadlı, xalq yaradıcılığını gözəl bilən insanların diqqətini cəlb edərdi. Bütün bunlar onun yazmaq, yaratmaq eşqini həvəsini artı-rardı. Hətta onun istedadı xal-qımızın əvəzolunmaz şairi Səməd Vurğunun da diqqətindən kənarda qalmamış və ömrünün sonuna qədər şair ona oz köməyini əsirgəməmişdi. Hətta S.Vurğun dostu A.Fadeyevlə birgə Daşqının dalınca Sibirə dedib çıxmışdır. Bu da şairin Daşqına verdiyi ən böyük qiymət və onun istedadına inamından irəli gəlirdi.
Ömrü boyu dinclik, rahatlıq, azadlıq və həqiqət axtaran şair çox kəşməkeşli və haqsızlıqlarla dolu bir ömür yaşamışdır. Bütün bunlara baxmayaraq şair gələcək nəsillərə xalq yaradıcılığından qaynaqlanan bir əbədi irs qoyub getmişdi. Şairin hələ də xalq içərisində ağızdan-ağıza yayılan və yazıya alınmayan düzüb qoşduqları toplanmasa da, əlimizdə kifayət qədər yaradıcılıq nümunələri var. Bu da şairin yaradıcılığı haqqında ətraflı danışmağa imkan verir. Onun aşıq şeirinin qoşma, gəraylı, təcnis, divani və s. janrlarında yazdığı əsərləri diqqəti daha çox cəlb edir. Şairin dili çox sadə, anlaşıqlıdır. Odur ki, əsərləri tez yadda qalır, çünki əsl xalqın başa düşəcəyi bir dildə yazılıb. Mövzu baxımından da Daşqın yaradıcılığında rəngarənglik çox güclüdür. Bu da şairin zəngin istedada və geniş dünyagörüşə malik olmasından irəli gəlir. Onun hansı mövzuda, hansı janrda yazmasından asılı olmayaraq bütün əsərlərində şairin ürək çırpıntılarını hiss edirik. Onun Vətəni, eyni zamanda vətənimizin gözəlliklərini tərənnüm edən əsərləri diqqəti daha çox cəlb edir. Azərbaycanımızın dağı-aranı, kəndi-şəhəri, çayı-gölü öz bədii ifadəsini Daşqın yaradıcılığında çox gözəl tapmışdır. Daha ətraflı »
09Sen
ƏZİLƏN VƏ SEVİLƏN ŞAİR
Diqqət eylə, yaxşı tanı, gör necə bəşər mənəm,
Ələsgərdən dərs almışam, sinəsi dəftər mənəm.
Borsunlu Məzahir Daşqın yaradıcılığı ilə yaxından tanış olan hər bir kəs şairi bu iddiada haqlı sayır.
Mükəmməl şeir sənətkarı olan şair rəvan təbiylə, inci tək düzdüyü misraların sığalıyla, hər mövzuya uyğun ifadə seçimiylə, hikmətli ustad tövsiyəli deyimləriylə xalqın qəlbində silinməz xatirəyə dönüb, ruhlara hopmuşdur.
Şairin yaradıcılığı yalnız Vətən və məhəbbət şeirləriylə kifayətlənmir. Yaşadığı dövrdə baş verən hər bir hadisəni – müharibəni, kəskin repressiyaları, ədalətsiz qanunları tarixə çevirməyi özünə vətəndaşlıq borcu bilən Məzahir Daşqın şeirlərinin çoxunda gileyi, narazılığı xüsusi olaraq fələyin hökmü ilə bağlayır.
Deyim tərzindən aydın görünür ki, taleyinə məşəqqətli illər yazılan şairin gəncliyi istedadların və vətənpərvərlərin “xalq düşməni” kimi ağır ittihamla ləkələnməsini, sonralar həyatı boyunca bu təqiblərin müxtəlif variantlarla davam etdirilməsindən yorularaq zalımların, qəddarların, repressiya cəlladlarının surətini “Fələk” obrazında göstərmişdir. Daha ətraflı »
19May
Vərdiş eləmişdim hər gün. Qəzet köşkü iş yolumun üstündə olduğundan, hərdən maraqla oxuduğum qəzeti alıb, iş vaxtı başlayana qədər gözdən keçirirdim. Xüsusilə qəzetin bədii səhifəsini açıb, maraqlı yazıları, şeirləri oxuyurdum.
Qəzetin bugünkü nömrəsində tanış imza gördüm. Ara-sıra müəllifin yazılarını oxuyurdum. Yazının başlığı məni cəlb etdi. Başlığın adı “Ana həsrəti” idi. Oxudum, çox mütəəssir oldum. Yazdığı onun uşaqlığı idimi? Bilmirəm. Amma mənim nisgilli keçirdiyim uşaqlığıma bənzər bir yazı idi. Sən demə, oxşar sifətlər kimi oxşar talelər də varmış.
“Ana həsrəti” belə başlayırdı: “Axşam günəşi kimi mən də qüruba əyilirəm. Qürubda qara buludlar görünür. Köç karvanı yol üstədi. Mənzil başına nə vaxt çatar? Onu Allah bilər. Qabaqda gedənlər var. Bu yolun uzunluğu kilometrlərlə yox, zamanla ölçülür. Uzun bir növbə var. Növbə yaşa görə deyil. Nizamsız-intizamsız bir növbədir. Bu növbədə özümdən kiçiklər də, uşaqlar da qabağa keçir. Nə deyəsən? O da bir alın yazısıdır. Allah məndən öndəkiləri qorusun. Növbəm çatanda yolum sən tərəfədir, Ana! Nə vaxt çatacağımı bilmirəm. Məni düşündürən odur ki, məni tanıya biləcəksənmi? Sən 32 yaşlı gənc bir qadın, mən 80-ni haqlamış, saçları ağarmış, üzündə hər ildən bir naxış qalan, yerişi yavaşıyan biri…” Daha ətraflı »
08Apr
Yaşasaydı, aprelin 5-də 72 yaşını qeyd edəcəkdi, dostlarını, onu sevənləri başına toplayacaqdı. Ancaq təəssüf ki, qismət olmadı.
Bu gün işlədiyi kollektiv onun ad gününü onsuz qeyd edir.
Tofiq Yusiflə bağlı xatirələrini yada salır. Bütün çılğınlığı, əsəbi, kövrəkliyi ilə yaddaşlarda qalan şairi anır. Bütün xarakteri ilə birgə hamı tərəfindən qəbul edilmiş insan idi Tofiq müəllim.
Gülləri çox sevərdi, yazın ilk müjdəçisi olan bənövşəyə neçə-neçə şeir həsr etmişdi. Bəlkə də baharda dünyaya gəldiyi üçün belə sevərdi gülləri.
Hərdən hirs-hikkəsinin əsiri olanda sonra üzrxahlıq edərdi, ki, əsrin ən dəbdə olan xəstəliyidir də, şəkərəm, özümdən asılı deyil. Mən də zarafatca: “Sizdə nə xəstəlik olsa inanardım, tək şəkərdən başqa”, – deyərdim, ürəkdən gülərdi.
Və bir də həmişə yuxuda öləcəyini deyərdi, vaxtsız dünyasını dəyişmiş Arazı-na, Yusifinə qovuşmağa tələsərdi. Hərdən “mən uşaqlardan sonra bu qədər yaşayacağımı bilməzdim,” deyərdi, qəhərlənərdi.
Titullarını saymağı sevərdi, otağında ona verilmiş təltiflərə ayrıca guşə ayırmışdı, işinə bağlı insan idi, kəsərli qələmi, hər kəsə tutarlı cavabları var idi.
Bu gün onun ad günündə onun haqqında öz istədiyi kimi yazı ilə “Yeni Tərtər” qəzetinin sabiq redaktoru, şair-publisist Tofiq Yusifi anmağı özümə borc bildim. Daha ətraflı »
31Mar
XALQA MƏHƏBBƏT NÜMUNƏSİNƏ ÇEVRİLƏN HƏYAT
QƏRƏNFİL
Xurşidbanu Natəvan
Səni kimdir sevən bica, qərənfil?
Sənə mən aşiqi-şeyda, qərənfil!
Səni gülşən ara aşüftə gördüm,
Yəqin bildim tutub sevda, qərənfil! |
Belə pəjmürdə hal ilə durubsan,
Düşər güllər əra qovğa, qərənfil!
Driğa kim, vəfasızdır bu gülşən,
Gedər bu tələti-ziba, qərənfil! |
Üzündən pərdeyi-nazın kənar et!
Unutma aşiqi, haşa, qərənfil! |
2022-ci ildə Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın anadan olmasının 190 ili tamam olur. Prezident İlham Əliyev Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir ki, “Qarabağ xanlığının sonuncu varisi Xan qızı Natəvan mənbəyini doğma təbiətin gözəlliklərindən alan ədəbi yaradıcılığını xalqa məhəbbət nümunəsinə çevrilən xeyriyyəcilik fəaliyyəti ilə ahəngdar şəkildə uzlaşdırmış, yaşadığı Şuşa şəhərinin abadlığı və mədəni həyatının canlılığı üçün böyük zəhmət sərf etmiş, humanist təbiətinə və nəcibliyinə görə tanınıb fədakarlıq və mərhəmət mücəssəməsi kimi sevilmişdir. Xurşidbanu Natəvan Azərbaycan ədəbiyyatı tarixində diqqətəlayiq yer tutan söz ustalarındandır”.
Natəvan yaradıcılığa təxminən XIX əsrin əllinci illərindən başlamışdır. İlk vaxtlar onun “Xurşid” imzası ilə yazdığı şeirlərin əksəriyyəti itib-batmış, yalnız cüzi bir hissəsi bizə gəlib çatmışdır. 1870-ildən etibarən şairə özünə “Natəvan” (köməksiz, zəif, xəstə) təxəllüsü götürərək dərin məzmunlu qəzəllərini yaratmışdır. Onun şeirləri hələ sağlığında dildən-dilə düşmüş, müasirləri arasında əlyazma şəklində yayılmışdır. Füzulidə olduğu kimi, onun lirikasında da sevinclə kədər birləşərək vəhdət yaratmışdır.
Xurşidbanu Natəvan 1832-ci il avqustun 15-də musiqiçilər və şairlər vətəni Şuşada, Qarabağın son hakimi Mehdiqulu xan Cavanşirin ailəsində dünyaya gəlmişdir. Ailədə “Dürrü Yekta”, xalq arasında isə “Xan qızı “ ləqəbi ilə çağırılmışdır. Natəvan saray tərbiyəsi görmüş, dövrün tanınmış alim və sənətkarlarından dərs almışdır. Bir sənətkar kimi yetişməsində Natəvanın mənsub olduğu ədəbi mühitin rolu az olmamışdır. Həyat yoldaşı Xasay xanın qulluğu ilə əlaqədar olaraq, Xurşidbanunun dörd-beş ilə yaxın Tiflisdə yaşaması onun şair və rəssam kimi formalaşmasına böyük təsir göstərmişdir. Daha ətraflı »
18Mar
Möhtəşəm Beynəlxalq Poeziya Gününün baharın ilk günündə qeyd olunması səbəbindən bu başlığı seçdim. Bu bayramlar münasibətilə təbiət vurğunu olan şair xalqımızı təbrik edirəm.
Ədəbiyyatımızın incilərindən olan poeziyanın sirli aləminə daldıqca oxucuda istər-istəməz bir sual yaranır: Poeziya nədir?!
Bəzi mənbələrə görə poeziya “danışan rəsmlər” deməkdir. Poeziya bir fikrin nəzmlə deyilməsi, şairanə tərzdə çatdırılma vasitəsidir.
Klassik şairlərin dünya arxivlərində qorunub saxlanan irsləri (kitablar və ya əlyazmalar) qədim dövrlərin cərəyanını təhlil etməkdə tarixçilərin ən yaxın bələdçiləridir. Şairlərin qüdrətiylə, qiraətçilərin obrazlı diksiyalarıyla, xa-nəndələrin məlahətli, şirin avazlarıyla ruhumuzu cilalayan, zövqümüzü oxşayan, mənəviyyatımızın tələblərini təmin eləyən də poeziya ecazkarlığıdır.
Poeziyanın cazibəsi və sirri olduqca düşündürücüdür. Çünki, insanlar istər sevinəndə, istər qəmlənəndə, istərsə sevəndə özlərini daha çox poeziyada tapırlar. Şeriyyət ən çox bahar fəsli ilə yaxın, hətta mən deyərdim doğmadır. Bahar qədər tərənnüm olunan, vəsf edilən fəsil yoxdur. Musiqi ilə vəhdət yaradan şeirlər qışda da bahar təravətli olur.
Mənim fikrimcə, zaman gələcək, fəsillərin bitib yenidən başlanmasını, təbiətin oyanmasını bütün Yer kürəsi “Yeni il” kimi qeyd edəcəkdir. O zaman bu əlamətdar günün adı “Poeziya və bahar” günü olacaqdır. Daha ətraflı »
Yeni ismarıclar