Sona Əsgərova həmyerlimizdir. Sabir Paşayevin sevimli şagirdlərindən biri olub. Şəhərimizdəki 2 saylı məktəbi (indi 2 saylı məktəb-lisey) medalla bitirib. Ömrünü Azərbaycan vətəndaşlarının sağlamlığına həsr edən bu qadın savadlı həkim və gözəl insan kimi yalnız Qarabağ bölgəsində deyil, Azərbaycanın hər guşəsində tanınır, adı hörmətlə çəkilir. Aşağıda onun öz həyatından qələmə aldığı iki sənədli hekayəni oxucularımıza təqdim edirik.
MƏNİM HEKAYƏM
Rəhmətliklər ata-babam və bacısı Fatma nənəm söhbət edərkən qulaq günahkarı oldum.
Babam deyirdi: “Ay Fatma, deyirəm uşaqlar böyüyür, Solmazı istəyənlər çoxdur, orta məktəbi qurtarır. Onu köçürək, oğlanları piryota verək, bu üç qızı da Həcər saxlasın, yükü bir az azalsın”.
Eşitdiklərimi anama çatdırdım, ağladım. Amma həmin gün anamdan ilk dərslərimi– əbədi dərslərimi aldım:
–Sona, demək sən xəbərçisən.
Heyrət etdim. Anam mənə nə deyir?
–Bala, əgər razı deyildinsə, etirazını bildirəydin, ağlaya-ağlaya üstümə gəlməməliydin. Razılaşmadığın fikrə etiraz etmək sənin başucalığın, xəbər gətirməyin isə utancdır.
O ki qaldı sizləri necə saxlamağa, narahat olma. Müvəqqəti çətinlikdir. Ağlım yerində, qollarım qüvvətlidir. Baramadan gələn ruzimiz bərəkətlidir. Mən sizin altınızı da oxudacam, ali təhsil verəcəm, sizlərə toy edəcəm. Mənim balalarımın taleyinə yalnız özüm qərar verirəm. Mən bilirəm ki, bu işdə sən mənə dayaq olacaqsan. Daha ətraflı »


Bu bir təsadüfdür, yoxsa tanrının hikməti?
İyunun 7-də Tərtər rayonunun Qaynaq kənd ümumi orta məktəbində keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Qaynaq kənd İƏD üzrə nümayəndə Aqil Həsənov, rayon Polis şöbəsinin Yetkinlik yaşına çatmayanların proflaktik işinin təşkili qrupunun inspektoru-polis kiçik leytenantı Sirac Əlizadə, Tərtər rayon Təhsil sektorunun metodisti Gülxar Abbasova, məktəbin direktoru Yaşar Mirzəyev, müəllim kollektivi və şagirdlər iştirak ediblər.
Prezident İlham Əliyev cari ilin 31 may tarixində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılışında çıxış edib.
Prezident İlham Əliyev cari ilin 28 may tarixində Laçın şəhərində

Tərtər Rayon Mədəniyyət Mərkəzinin səhnəsində Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının atyorları Ümummilli Lider Heydər Əliyevin 100 İllik yubileyi münasibəti ilə tərtərlilərə “Nurlu ömrün anları” tamaşasını təqdim ediblər.
Kənd təsərrüfatında məsul bir dövrün – dənli və texniki bitkilərin yığımı mövsümünün astanasındayıq. Taxıl yığımı və heyvandarlığın inkişafı məqsədilə mal-qara üçün silos, senaj, quru ot tədarükünün artırılması respublika iqtisadiyyatında önəmli rol oynadığına görə bu sahələrin, bütövlükdə kənd təsərrüfatının inkişafı istiqaməti daim diqqət mərkəzindədir.
Yeni ismarıclar