TANRININ XALQIMIZA BƏXŞ ETDİYİ ECAZKAR MÖCÜZƏ
Ulu Öndər Heydər Əliyev haqqında fikir söyləmək olduqca məsuliyyətlidir və məsuliyyətli olduğu qədər də böyük şərəfdir. 40 illik əmək fəaliyyətim dövründə rast gəldiklərim əsasında deyərdim ki, Heydər Əliyev Ulu Tanrının bizə bəxş etdiyi ecazkar bir möcüzədir. Mən Heydər Əliyevin həyat və fəaliyyətini bütövlükdə dünyanın ən böyük şah əsərinə bənzədirəm. O şah əsər ki, onun mərkəzində dünənimizin, bu-günümüzün və sabahımızın qarantı olan, özünün təbirincə desək, “Nə qədər Azərbaycan var, mən də varam” deyən Heydər Əliyev durur.
Heydər Əliyevin fəaliyyəti dövründə Azərbaycan səhiyyəsində görülən işlər göz qabağındadır. Respublika Milli Onkoloji Elmi Mərkəzin, Talassemiya Mərkəzinin, Uşaq Endokrinoloji Mərkəzin də istifadəyə verilməsi məhz Ulu Öndərimizin adı ilə bağlıdır.
Tərtərimizin ən ağır günlərində, Tərtərdə qan su yerinə axan dövrlərdə həkim işlədiyim üçün, məhz o dövrdə Heydər Əliyevlə görüşlərimi və Ulu Öndərimizin Tərtərlə bağlı söylədiyi tarixi bir kəlamı sizə çatdırmaq istərdim. 1998-ci ildə Azərbaycan qadınlarının birinci qurultayında tarixi bir möcüzə yaşadıq. O tədbirdə Qarabağ qadınları adından müharibə ilə bağlı çıxış etdim. Daha ətraflı »


Heydər Əliyev təkcə siyasi xadim deyil, həm də bir xalqın kimliyinin və mədəniyyətinin formalaşmasında dilin əhəmiyyətini dərk edən vizyon rəhbəri idi. O, fəaliyyəti boyu Azərbaycan dilinin istifadəsinin təşkili və ölkənin dil müxtəlifliyinin qorunması istiqamətində yorulmadan çalışmışdır.
Qəzetimizin 12 aprel 2017-ci il tarixli sayında mərhum əməkdaşımız Əvəz Nəsirovun “Kaş yuxularım çin ola!” sərlövhəli məqaləsi dərc olunub. Burada Sarıdaş kəndindən olan Xublar nənənin Kəlbəcərlə bağlı kövrələ-kövrələ danışdığı xatirələrindən bəhs edilir: “Sarıdaşın tarixi çox qədimdir, bu kənddə yaşayan insanların hamısı uzunömürlüdürlər. Xublar nənə deyir ki, bir də eşitdik ki, ermənilər Kəlbəcərə giriblər. 9 nəfər ailə üzvlərimizlə hər şeyimizi qoyub Murov dağına piyada gəldik. Murov yolunda maşın, insan əlindən yerimək olmurdu…”
Ana müqqəddəs varlıqdır. Onun ətri dəyən, əli dəyən hər şey gözəldir. Bizə həyat bəxş edib onu gözəlləşdirən anadır. Ana sevgisi kainat qədər sonsuz, həyat qədər şirindir. Dünyada ana qucağından isti bir yer, ana laylasından həzin bir səs yoxdur.
Bakı Dövlət Universitetinin (BDU) və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.
Prezident İlham Əliyev cari ilin 28 mart tarixində Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədovu qəbul edib.
31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Tərtər Rayon İcra Hakimiyyəti Yeni Azərbaycan Partiyasının rayon təşkilatı ilə birlikdə “31 mart Azərbaycanlıların soyqırımı dünyaya Ümummilli Lider Heydər Əliyev tərəfindən tanıdılıb” mövzusunda “dəyirmi masa” keçirilib.
Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Suqovuşan qəsəbəsində inşa olunacaq yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak ediblər.
Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Suqovuşan su anbarının və ondan çıxan magistral su kanalının əsaslı təmiri, su anbarı boyunca yaradılan turizm infrastruktur obyektlərinin tikintisi ilə tanış olublar.
Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Tərtər rayonunun Suqovuşan qəsəbə tam orta məktəbində yaradılan şəraitlə tanış olublar.
Yeni ismarıclar