Prezident İlham Əliyevin 26 avqust tarixində Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində iştirak edib. Dövlət başçısı həmin tədbirdə çıxış edib.
Prezident İlham Əliyev deyib ki, İkinci Qarabağ müharibəsi nəticəsində dekabrın 1-də Laçın rayonu işğaldan azad edildi, ancaq Laçın şəhəri və iki kənd – Zabux və Sus kəndləri bizim nəzarətimizdə deyildi. Ona görə ki, keçmiş Laçın dəhlizi bu şəhərdən, bu kəndlərdən keçirdi.
Laçınlılar 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar və artıq burada yaşayırlar. Laçınlılar mayın 28-dən etibarən artıq buradadırlar. Artıq 1000-ə yaxın Laçın sakini şəhərdə məskunlaşmış və ilin sonuna qədər 900 ailə üçün evlər hazır olacaq. Yəni, bu ilin sonuna qədər bir neçə min həm şəhər sakini, həm kənd sakini Laçında yaşayacaq.
Bildirilib ki, Laçının işğala məruz qalması böyük faciə idi, həm laçınlılar üçün, həm bütün Azərbaycan xalqı üçün. Hər bir kəndin, şəhərin işğala məruz qalması böyük faciə idi, amma Laçının işğalı strateji nöqteyi-nəzərindən böyük bir sınaq idi, böyük bir fəlakət idi. Çünki Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılırdı və bizim sonrakı itkilərimizin başlanğıcı məhz Şuşa və Laçının itirilməsi idi.
Bu gün biz həm Şuşada, həm Laçında toy-bayram edirik, həm də sakinlər qayıdıb, həyat qayıdıb. Hər bir laçınlı, hər bir keçmiş məcburi köçkün bu gün qürur hissi ilə yaşayır. Daha ətraflı »


Prezident İlham Əliyev 22 avqust tarixində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata bəyanat verib.
22 sentyabr 1993-cü il tarixdə Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə görüşdəki çıxışında Ulu Öndər deyib: “Azərbaycanın genofondu gənclərdir. Biz onları hərtərəfli qorumalıyıq.”
Respublikamızda hər bir sahədə olduğu kimi mətbuatın inkişafında da Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri vardır. Bu dahi şəxsiyyət hakimiyyətə gəldiyi gündən etibarən Azərbaycan mətbuatının inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərə qayğı göstərilməsi istiqamətində mühüm addımlar atıb. Sovetlər dönəmində onun rəhbərliyi altında Azərbaycan mətbuatı böyük tərəqqi yoluna qədəm qoyub.
Müstəqil Azərbaycanın yeni tarixinin son onillikləri sözün əsl mənasında islahatlar dövrü olmuşdur. İqtisadiyyat, səhiyyə, təhsil və başqa sahələrlə yanaşı insan hüquqları və azadlıqlarının təmini istiqamətində də köklü dəyişikliklər baş vermişdir. Müstəqilliyin ilk illərində çətinliklərlə üzləşən Azərbaycan xalqı yalnız 1993-cü ilin iyun ayından, dahi rəhbərimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlətçiliyini möhkəmləndirməyə nail olmuşdur.
Tərtər Rayon İcra Hakimiyyətində mütəmadi olaraq keçirilən qəbullarda vətəndaşların müraciətləri diqqətlə araşdırılır və operativ tədbirlər görülür.
SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 saylı fərmanına uyğun olaraq 1947-1950-ci illərdə Ermənistan SSR-in Azərbaycan əhalisinin köçürülməsi prosesinə başlanılmış, 100 mindən artıq azərbaycanlı öz ata-baba yurdundan kütləvi surətdə köçürülmüşdür.
Laçınsız yaşadığımız günlər başa çatır. Tezliklə doğma yurdumuza qayıdacağıq. Bu barədə düşünəndə, 30 ildən artıq bir müddətdə keçirdiyimiz əzab-əziyyətlər yadımdan çıxır. Uşaq kimi sevinirəm.
Digər laçınlılar kimi, Qarıkaha kəndinin sakini Paşa Rəhimov da Laçın gününün təsis edilməsini qürur hissi ilə qarşılayıb. O deyir:
Yeni ismarıclar